Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə172/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   168   169   170   171   172   173   174   175   ...   181

 

 

Şahdəniz 2 infrastruktur Layihəsi 



Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Əlavə 9E 

 

 

Sentyabr 2011 

 

9E/8 


İlkin layihə variant 

 

Milli Meteorologiya Xidməti tərəfindən təqdim edilmiş 2008-ci il üzrə gündəlik yağıntı 



miqdarına dair göstəricilər və daşqının təkrarlanma müddətləri göstərir ki, 100-illik, 

24-saatlıq yağıntı miqdarı 70mm təşkil edir. Ələtdə  və Bakıda yerləşən meteoroloji 

stansiyalardan əldə olunmuş 1977-2006-cı illər üzrə gündəlik yağıntı miqdarının WRA 

(2008b) tərəfindən statistik təhlili aparılmışdır və bu təhlildə Qumbel statistika 

metodundan və Loqarifmik normal paylanma üsulundan istifadə edilmişdir. Bakıda 

yerləşən meteoroloji stansiyadan əldə olunmuş  nəticələr sonradan hidroloji modelə 

daxil edilmişdir. Loqarifmik normal təhlildə hasil olmuş yağıntı miqdarının göstəricisi 

100 ildə bir dəfə baş verən 24 saatlıq yağıntı üçün 72,4mm təşkil edir; bu, 3,02 

mm/saat orta yağıntı intensivliyinə  bərabərdir. Qumbel metodu ilə aparılan təhlildə 

hasil olmuş böyük daşqın hadisəsində yağıntı miqdarı 66mm təşkil etmişdir; bu isə, 

gözlənildiyindən daha azdır və hidroloji modeldə istifadə edilmişdir. 

2.1.2 Səth Sularının Axın Göstəricisi 

Mövcud məlumatlar nəzərdən keçirilmiş və aşağıdakı səth suyu obyektləri üçün illik 

maksimum axın göstəricilər  əldə edilmişdir: Çeyrankeçməz (Şahqaya vadisinin 

bilavasitə  cənubunda yerləşir və ‘s1’-dən ‘s8’-dək olan suyığıcı yarım-sahələr ilə su 

hövzəsini bölüşür), Sumqayıt və Pirsaat (Cədvəl 2.1-ə baxın). 

Cədvəl 2.1 Əldə Olunmuş İllik Maksimum Axın Göstəriciləri 

Çay 

Axın ölçən 

stansiya 

Sahəsi 

km

2

 

Mövcud 

illərin 

sayı 

Mövcud olan illik maksimum 

daşqın göstəricilərinin illəri 

Orta illik 

daşqın miqdarı 

(m

3

/s) 

Ceyrankeçməz Səngəçal 

1,170 

14 


1938-42, 1952-56, 1965-69 

42.1 


Ceyrankeçməz Umbakı 412 

1957-58, 



1960-61 

12.4 


Sumqayıt Pirəküşkϋl 1500 

30 


1937, 1939-40, 1942, 1958-75, 

1976-85 77.8 

Pirsaat Poladlı 995 

21 


1966, 

1968-87 


76.2 

Pirsaat Jassi  648 

1937-38, 



1940-41 

26.8 


Pirsaat Zarat-Yeyberi 

58 


1961-63 


2.88 

Pirsaat 


Sosseyniy 

Mocm 


407 

1953-56, 1958, 1860-63 



41.2 

2.2 Regional 

Daşqın Tezliyinin Hesablanması 

İllik maksimum daşqın göstəricilərindəki məlumat çatışmazlıqları ilə bağlı problem 

daşqının təkrarlanma müddətlərini hesablayan statistik metodun tətbiqi vasitəsilə  həll 

olundu. Bu metod (Daşqın Tezliyinin Təhlili adlandırılır)  əsasən regionun və ya ölkənin 

oxşar iqlimə  və suyığıcı  şəraitə malik digər hissələrindən ölçmə stansiyalarında 

toplanılmış  məlumatlar ilə  əvəzləmə aparır. Bu, böyük daşqın hadisələrinin mötəbər 

hesablamalarını təmin edə bilər. 

Daşqın Tezliyinin Təhlili metodu ilə bağlı  məhdudiyyətlərə mövcuddur. Məsələn, 

məlumatların qısa müddətləri (“N” il sayı üçün) əhatə etdiyində, bu metod yalnız “2*N” ilin 

təkrarlanma müddəti üçün illik maksimum axınları etibarlı  şəkildə hesablaya bilir. 

Nəticədə, səth suyu obyektləri üçün 50 illik təkrarlanma müddəti (Pirəküşküldə Sumqayıt 

və Poladlıda isə Pirsaat) hesablana bilib. Mövcud məlumatların qısa müddətli olması 

səbəbindən Daşqın Tezliyinin Təhlilindən istifadə edərək 100 illik təkrarlanma müddətini 

hesablamaq mümkün olmayıb. 

 



 

 

Şahdəniz 2 infrastruktur Layihəsi 



Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Əlavə 9E 

 

 

Sentyabr 2011 

 

9E/9 


İlkin layihə variant 

 

Orta İllik Daşqın (MAF) qiymətləri mövcud vaxt sırası məlumatlarını əhatə edən pik axın 



sərfinin orta göstəricilərini  əks etdirir. Bir sıra MAF qiymətləri Sutklif və digərləri (2008) 

tərəfindən bildirildiyi kimi Azərbaycanın qərb və  mərkəzi  ərazilərində yerləşən ölçmə 

stansiyalarından əldə olunub. “Sutcliffe 

et al.

 (2008)” ədəbiyyatından ümumilikdə 29 axın-

ölçmə stansiyasının verdiyi 859 illik MAF məlumatları götürülmüşdür və 2010-cu ildə 

WRA tərəfindən yeddi ölçmə stansiyasından  əldə olunmuş 85 illik göstəricilər ilə 

birləşdirilmişdir. LogMAF və LogAREA (suyığıcı sahə) arasındakı statistik əlaqə sonradan 

araşdırıldı  və  nəticələr isə  Şəkil 2.3-də  təsvir olunub. Səngəçaldakı suyığıcı sahələr 

qırmızı  rənglə göstərilib və Azərbaycandakı  hər hansı yerdə yerləşən ölçmə 

stansiyalarından qeydə alınmış məlumatlar isə mavi rənglə göstərilib. 

Səngəçal suyığıcı sahələri üçün nəzərdə tutulan axın ölçmə stansiyaları  və regiondakı 

digər stansiyalar arasındakı korrelyasiya göstərir ki, LogMAF və LogAREA arasında 

nəzərəçarpan oxşar  əlaqə mövcuddur. Buna əsasən, MAF göstəriciləri səth suyu 

axınındakı vaxt intervallarını doldurmaq üçün istifadə olunub və modelə isə 

məqsədəuyğun əminlik səviyyəsi təmin edən məlumatlar daxil edilib. 

 

 



 

 

 

 

 

 

 

 

 

Şəkil 2.3  Səngəçaldakı suyığıcı sahələr (qırmızı) və regional göstəricilər (mavi) üzrə 

LogMAF və LogAREA arasında əlaqə 

“Sutcliffe  et al. (2008)” ədəbiyyatında həmçinin Azərbaycan üçün daşqın tezliyi 

əyriləri təqdim olunub ki, buradan da bir sıra təkrarlanma müddətləri (T illəri) üzrə 

daşqın hesablamalarını ‘Q(T)’ təmin etmək üçün MAF göstəriciləri hesablana bilər. 

Daşqın tezliyini əks etdirən əyrilərdən istifadə etməklə, maraq dairəsi kəsb edən hər 

bir suyığıcı yarım-sahə üçün daşqının pik axın göstəricisi hesablana bilər (baxın: 

Cədvəl 2.2). Bu metod Daşqın Tezliyinin Təhlili ilə bağlı olan və 

Sutklifin (və digərləri) 

(2008)  ədəbiyyatından götürülmüş daşqın tezliyinin əyrilərindən istifadədə mövcud olan

 

qeyri-müəyyənliyi birləşdirir. Buna baxmayaraq, bir sıra təkrarlanma müddətləri üzrə 



əldə edilmiş ilkin daşqın hesablamaları lazımi daşqın qiymətlərini təmin edir ki, bu 

qiymətlər də mövcud məlumatlardan maksimum istifadəni əks etdirir. Cədvəl 2.2-də 

verilmiş daşqının pik axın hesablamalar hidroloji modelləşdirmədə kalibrasiya 

qismində istifadə oluna bilər və sonrakı daşqın göstəricisi hesablamalarına yardım 

edə bilər. 

Log MAF - Log AREA 

LogMAF = 0.607LogAREA - 0.118

R

2

 

= 0.638

 

0

 

0.



1

 

1.



2

 

2.



1

 

1.



2

2.

3

3.

4

Log 

Log 

MAF

Səngəçalda Ceyrankeçməz

Umbakıda Ceyrankeçməz

(yalnız 4 illik məlumatlar –

Səngəçaldakı suyığıcı sahələr 



Azərbaycandakı digər suyığıcı sahələr 




Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə