3
REDAKTORU: Muxtar KAZIMOĞLU (İMANOV)
filologiya
üzrə elmlər doktoru
TƏRTİB EDƏNİ: Seyfəddin RZASOY
filologiya üzrə elmlər doktoru
Nizami Gəncəvi və folklor, Bakı, “Nurlan”, 2013, 214
səh.
Kitabda Azərbaycan və dünya ədəbiyyatının
görkəmli
siması Nizami Gəncəvi yaradıcılığı ilə bağlı məqalələr
toplanmışdır. Məqalələr Nizami irsinin
bədii-estetik cəhətdən
tükənməz olduğunu göstərməklə yanaşı, nizamişünaslığın
Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli
sahəsi olduğunu bir daha ortaya qoyur.
Kitabdakı məqalələrin bir çoxu dahi şairin anadan ol-
masının 870 illik yubileyi ilə bağlı AMEA Folklor
İnstitutunda keçirilən elmi sessiyada oxunmuş məruzələr
əsasında hazırlanmışdır.
folklorinstitutu.com
F
3202050000
Qrifli nəşr
098 - 2013
© Folklor İnstitutu, 2013.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
870 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
4
SƏRƏNCAMI
2011-ci ildə dünya ədəbiyyatının görkəmli
nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami
Gəncəvinin 870 illiyi tamam olmuşdur.
Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami
yaradıcılığı
səkkiz
əsrdən artıqdır ki, xalqımızın
mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük
sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin
dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil,
eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət
mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair
ömrü boyu
burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən
dəyərli söz sənəti inciləri bəxş etmişdir.
Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan,
ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii
təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və
şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir
şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər
axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah
əsərləri sırasında layiqli yer tutur.
Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnamə-
sində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də
insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz
xidmət
göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi
məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən
zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin,
xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.
Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi
fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri
dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və
tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar
meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk
dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır. Bu
5
proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami
Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə
təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd
olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmiş, lakin
İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci
ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən
Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni
araşdırmalar aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə
Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmış, xa-
tirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər
həyata keçirilmişdir.
1970-ci illərdə ümumən respublikamızda
klassik
mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni
mərhələ başlayır. Həmin mərhələ bilavasitə xalqımızın
ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz
onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və
mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini
və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında”
1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks
vəzifələr
irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər
Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş
perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami
Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə
nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.
Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri ustad
sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci ildə keçirilməli idi.
Lakin ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna
imkan verməmişdir.
Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq,
hazırkı mərhələdə respublikamızda
gənc nəslə mənsub
nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji
tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və
müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər
kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə
çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində bu