45
ilə üst-üstə düşmür. Məhz buna görə sonralar xalq bir qədər
də konkretləşmə aparmışdır, eyni motiv əsasında düzüb-
qoşduğu məhəbbət dastanında qara keşişi erməniləşdirmişdir.
Çünki humanizmlə, bəşəriliklə bir araya sığmayan qəddarlıq
(halbuki islamın da, xristianlığın da ümumi kodeksində
aldatmaq, övlada, dostluğa xəyanət etmək, ülvi hissləri
boğmaq, yediyi çörəyə arxa çevirmək yoxdur) ancaq mənfur
qonşularımızın əqidəsinə uyğun gəlirdi.
Əfsanə janrının tələbinə uyğun olaraq xalq Əsli ilə
Kərəmin bir neçə qəbrini nişan verir. Deyirlər ki, biri də
Xanlar rayonunda, Lüləli adlanan yerdə yerləşir.
Füzuli rayonu, Şükürbəyli kənd sakini Qurbanov Faiq
Kamal oğlu danışırmış ki, «Toy gecəsi Kərəmlə Əsli tək-tənha
qalıb bir-birinə sarmaşırlar. Kərəm əl atır ki, xalatının düymə-
lərini açsın. Düymələr Kərəmin əli dəyən kimi öz-özünə açılır,
axırıncıya çatanda təzədən hamısı düymələnir. Kərəm işi başa
düşür. Bilir ki, Qara keşiş nə isə onların başına bədbəxtlik gə-
tirəcək. Əsli də Kərəmə kömək edir. Bu dəfə isə düymələr
açılıb axırıncıya çatanda ondan bir qığılcım qalxıb Kərəmin
sinəsinə düşür. Kərəm alışıb yanır. Bir göz qırpımında kül
olur. Əsli hay-həşir salır, saçlarını süpürgə edib Kərəmin
külünü ağlaya-ağlaya yığışdırmağa başlayır. Həmin küldən bir
qığılcım da qalxıb Əslinin üstünə düşür. O da yanıb külə
dönür. Bu vaxt səs-küyə el-oba adamları tökülüşüb gəlirlər.
Otaqda bəylə gəlin əvəzinə ikicə topa kül tapırlar. Bilirlər ki,
bu qara keşişin işidir. Hamı göz yaşı töküb ağlayır, hər iki
nakam gənci Lüləli deyilən yerdə basdırırlar.
Bir zaman keçməmiş keşiş də azarlayıb ölür. Onu da
Əsli və Kərəmin yaxınlığında dəfn edirlər. Nakam gənclərin
qəbrinin üstündən gül kolları bitib bir-birinə sarmaşır. Qara
keşişin də qəbrindən qaratikan boy verib güllərin arasına
soxulur. Deyirlər gül kolları Əsli və Kərəmin ruhudur ki, o
biri dünyada qovuşmaq istəyirlər. Qara keşişin ruhu isə
46
qaratikana çevrilib onların qovuşmalarına mane olmaq
istəyir».
31
Əfsanə rəmzlərlə doludur. Eyni adlı dastandan fərqli ola-
raq burada heç bir kənar hökmdarın təkidi ilə deyil, Qara keşiş
özü Kərəmin onları qarabaqara izlədiyini görüb birdəfəlik
məsələni çürütmək istəyir və bu anadək gerçəkliklə yoğrulan
epizodlar poetik simvollarla, mifik eyhamlarla əvəzlənir. Ata
qızının nişanlısına «toy hədiyyəsi» – öz əlləri ilə tikdiyi xalatı
verir. Hələ Kərəmə tapşırır ki, toy gecəsi Əslinin yanına
getməzdən əvvəl geyinsin və öz əlləriylə düymələri açsın.
Əslində bu, xoş və bəşəri hadisədir. Lakin «xalat» burada
erməni keşişinin türk oğlu üçün hazırladığı qəbirdir, düymələr
isə Kərəmin bəxti və taleyinin açarlarıdır – açılıb qurtaran kimi
təzədən bağlanır. Fələk keşişin toya razılıq verməsi ilə
Kərəmin üzünə gülür, kamına çatmasına mane olan xalatın
içində bağlanıb qalması iləsə ondan həmişəlik üz döndərir. Od
qəzadır, dünyadakı fəlakətlərin mənbəyidir, qədərdir. Kül
yaradıcıya qovuşmaqdır. Gül kolu həyatın davamı deməkdir.
Doğrudur, əfsanədə qızılgül məhəbbətin qələbəsi kimi
göstərilir. Qaratikan isə xeyirlə şərin mübarizəsinin əbədiliyi
deməkdir. Təsadüfi deyil ki, Nizami «Leyli və Məcnun»
poemasının motivlərini də
məhəbbət
əfsanələrindən
götürmüşdür.
Əfsanələrdə məhəbbət yurdun daşları, qayaları, dağları,
çayları, gölləri, bulaqları, quşları, bir sözlə, təbiətin füsunkar
gözəllikləri ilə simvollaşdırılır. Eşqi iki gəncin qəlbində
söndürmək istəyənlər silah, var-dövlət və taxt-taclarına
arxalanırlar. Lakin daha çox eşq cütlüyünün qız tərəfi
təkləndikdə şərin qarşısında əyilmir, tanrının yardımıyla
təbiətin bir elementinə çevrilib qəlbindəki eşqə yer üzündə
abidə ucaldır. Bu motiv iki amildən doğurdu. Birincisi,
sevginin öz gücünü təbiətdən aldığını əsaslandırırdı. İkincisi,
hər bir kəsin son mənzilinin təbiətin qoynunda – qara
31
Azərbaycan mifoloji mətnləri, s. 138
47
torpaqda yerləşdiyinə işarə edilirdi. Gec-tez o biri dünyada
da olsa, sevənlər vüsala yetişəcəklər.
Nizami Məcnunu mifoloji təfəkkürün və çoxsaylı
əfsanələrin içərisindən keçirib gerçəkliklə yoğurmağı
bacarmışdır.
Tədqiqatçılar Şərqdə «Leyli və Məcnun» əfsanəsinin X
yüzillikdə yarandığını irəli sürürlər. Həmin çağadək ərəb
mühitində Məcnun adlı bir, yaxud bir neçə şairin aşiqanə
qəzəllər yazıb ürəklərə yol tapmaq arzusuna düşdüyündən
geniş bəhs olunur. Çox hallarda onun hər bir beytinin qəribə
əhvalatlardan meydana gəldiyi iddia edilir, bu səbəbdən də
xalq arasında adına əfsanələr düzülüb-qoşulması göstərilir.
Y.E.Bertels, V.A.Jirmunski, İ.Y.Kraçkovski, H.Araslı,
A.Rüstəmzadə, R.Əliyev, X.Yusifov, Q.B.Baxşəliyev kimi
alimlər müxtəlif mənbələrə əsaslanıb Məcnunun tarixi
şəxsiyyət olması ilə razılaşırlar. Şair Qeys, yaxud Məcnun
barədə ancaq ölümündən iki yüz il keçəndən sonra – IX, X
əsrlərdə salnamə və təzkirələrdə məlumat verilməyə başlanır.
İ.Y.Kraçkovski və E.Bertels bildirirlər ki, Məcnun VII əsrin
sonlarında Ərəbistanda yaşamışdır, əsərlərinin üslub və
məzmunu Uzra qəbiləsi söz sənətkarlarından Qeys ibn
Zərihin (68/687-ci ildə ölmüşdür) Lubnla, Cəmilin (VI əsrin
ikinci yarısı və VII əsrin başlanğıcında yaşamışdır) Busaynla,
Urvın (40/660-82/701-ci illərə yaxın) Afrla qarşılıqlı
sevgisinə həsr olunan poetik irslə səsləşirdi. Məcnunun
şeirlərində aşiqin ayrılıq, vüsal, həsrət dolu duyğuları,
uğursuz, nakam olsa da, sədaqətli məhəbbətinin Leyli adlı
lirik qəhrəmanla bağlanması çoxsaylı əfsanələrin yaranıb
geniş yayılmasına təkan vermişdir.
32
Bu mövzunun ilk olaraq
yazılı ədəbiyyata, daha dəqiq desək, epik poeziyaya Nizami
32
Бах: Крачковский И.Ю. Ранная история повести о Меджнуне и Лейли в арабской
литературе. Изб. сочинения., том II, М.-Л., 1956, с. 591-596; Е.Э.Бертельс. Источники
“Лейли и Меджнун” Низами. – В кн. Избранные труды. Низами и Физули. – М., 1962,
с. 266-275
Dostları ilə paylaş: |