Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə17/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   13   14   15   16   17   18   19   20   ...   61

 
 
 
54
Məna gövhərini dənizdən çıxaran 
Dodağından belə gövhər səpmiş ki...
40
 
 
Sanki Nizamiyə belə bir sualla müraciət olunur: “Leyli 
və  Məcnun”u yaradan söz sənətkarları kimlərdir?”  Şair də 
cavab verir ki, “ xəzinənin xəzinə açanı”, “sazın  ərğənununu 
(orqanını) çalan”, “məna gövhərini dənizdən çıxaran”lardır. 
Onun informator köməkçilərindən biri də dünyagörmüş el 
ağsaqqallarıdır. Elə bir əsəri yoxdur ki, onların  şirin 
söhbətlərini dinlədiyini yada salmasın. “Leyli və  Məcnun”da 
“Bağdadlı Salamın Məcnunun görüşünə  gəlməsi”  əhvalatı 
“Söz bilicisi belə xatırladır ki...”
41
 misrasıyla başlanır. Burada 
sinəsində  şifahi xalq ədəbiyyatı nümunələrini yaşadan 
nağılçılara üz tutduğu şübhəsizdir. Şair bir sıra epizodları xalq 
yaradıcılarından dinlədiyini dəfələrlə etiraf edir: 
Əfsanə yaradan xəbər sahibi 
Bu hekayə barədə belə xəbər verir.
42
 
 
Nizaminin bilicilərin, sinədəftərlərin el arasında 
böyükdən kiçiyə hamı  tərəfindən yaxşı tanınıb barmaqla 
nişan verildiyini nəzərə çatdırması folkloru yüksək 
qiymətləndirməsindən irəli gəlirdi. Azərbaycan türklərinin 
dilində «barmaqla göstərmək» ifadəsi bu gün də ancaq 
müsbət anlamda işlənir. Həmişə barmaq o adama tuşlanır ki, 
xeyrə,  şərə yarayır, ağıllı  məsləhətləri ilə ad-san çıxarır. Bu 
ifadə ola bilsin ki, başqa dillərdə mənfi anlamda anılır.  
Məsələn, farslarda barmaqlar əxlaqsızlara,  əliəyrilərə 
doğru dikilir. Nizamidə isə: 
Söz söyləyənlərin barmaqla göstəriləni  
Bu hekayəni belə sona çatdırır.
43
 
                                                 
40
 Yenə orada, s. 129. 
41
 Nizami. Leyli və Məcnun, s. 200. 
42
 Yenə orada, s. 15. 
43
 Nizami. Leyli və Məcnun, s. 247. 


 
 
 
55
Onu da vurğulayaq ki, bu nəqletmə forması bütün 
fəsillər üçün məcburi və  ənənəvi xarakter daşımır. Nizami 
əhvalatların çoxunu birbaşa müəllif təqdimatıyla, yəni öz 
təxəyyülünün məhsulu kimi söyləyir. Bir neçə  fəslin 
başlanğıcındakı istinadların, ilk növbədə, bu səbəbdən xüsusi 
şərhə ehtiyacı vardı. Bunları göstərilən  şəkildə verməklə 
bəlkə  də  şair poemanın rəsmi hissəsində qaynaqlardan 
danışanda əmələ gələn boşluğu doldurmaq istəmişdi. Diqqət 
yetirsək, açıq-aydın görərik ki, “Leylinin xəyalına Məcnunun 
şikayəti” epizodunda əfsanədən, yaxud mənbədən gələn heç 
bir əlamət yoxdur. Şair əsas qəhrəmanının hiss və duyğularını 
daxili monoloqla təqdim edir. Nədənsə, bu parçanı da kənar 
“təsvirçi”yə – informatora ünvanlayır: 
Bu təzə əhd gəlininin [dastanın] bəzəkçisi, 
Bu kəcavəni belə gilvələndirmişdir ki...
44
 
 
Təqdim olunan misalların hər birinin əsərdə öz 
funksiyası var və  mətn strukturunun elementlərindən biri 
kimi müxtəlif motivlər arasında daxili rabitə, bağlantı qurur. 
Çox ehtimal ki, heç birinin arxasında konkret şəxs durmur – 
üslubi füqurlardır. Lakin poemanın bir neçə yerində 
“infarmator” məcazi mənada deyil, gerçək söyləyici, yaxud 
əhvalatın müəllifi tək təqdim edilir. Onun adı  çəkilməsə  də, 
yurdu, soyu açıqlanmaqla kimliyini müəyyənləşdirmək 
imkanı yaradılır. Belə ki, şair “Məcnunun atasının oğlunu 
görməyə getməsi” fəslini hansı  mənbədən götürdüyünü 
göstərərək yazır: 
Fars oğlu fəsahətli [şirindil] dehqan, 
Ərəbin əhvalını belə xatırlayır ki...
45
 
 
Burada heç bir mübaliğə, yaxud məcazilik yoxdur
hansısa fars mənşəli və şair təbiətli, ola bilsin ki, ata-babadan 
qalma peşəsi dehqan olan müəllifə istinad edilir. “Nəğmələr 
                                                 
44
 Nizami. Leyli və Məcnun, s. 138 
45
 Yenə orada, s. 141 


 
 
 
56
kitabı” (“Kitab al-aqani”)  əsərindəki  “Banu  Əmir 
tayfasından olan Mədinə haqqında hekayətilə  ərəb 
əfsanəsini əsaslı şəkildə yazı yaddaşına göçürən Əbu-l-Fərəc 
əl-İsfahani (284/897-356/967) haqqındakı  bəzi  əlamətlər 
deyilənlərlə üst-üstə düşür. O, fars əyalətlərinin birində 
dünyaya gəlmiş və ömrünün çox hissəsini ərəb şairi haqqında 
məlumatlar toplamağa həsr etmişdir. 
Nizami “Leylinin ərə getməsindən Məcnunun xəbər tut-
ması” fəslində infarmatorun həyatı ilə bağlı başqa tutarlı 
fakta işarə edərək yazır ki: 
Bağdadın o müdrik söz ustadı, 
Sözün sirrini belə açmışdır ki, 
O zəncirini qırmış eşq dəlisi... 
Hara gəldi, gəzirdi.
46
 
 
Görəsən, şair kimi nəzərdə tutur? Olmaya İbn Kütaybdan 
(213/828-276/889) bəhs açır? Y.E.Bertels yazır ki, o, Mərv şə-
hərində dünyaya gəlsə  də, ömrünün əsas hissəsini Bağdadda 
müəllimliklə keçirmiş  və orada özünün məhşur “Kitab əş  şir 
və-ş-şüara” (“Şeir və  şairlər kitabı”)  əsərini tamamlamışdır.
47
 
Əbü-l-Fərəc də  İsfahanda doğulsa da, təhsil illərindən 
başlayaraq Bağdadda yaşamış  və orada da dünyasını 
dəyişmişdir. Məcnun haqqında ilk yazılı  mənbələrin hər iki 
müəllifi Nizami dövründə “Bağdadın müdrik söz ustadı” kimi 
xatırlana bilərdi. Lakin mənbələrdə ikincinin ulu babalarının 
bağdadlı olması barədə faktın aşkarlanması Nizaminin burada 
da  Əbü-l-Fərəc  İsfahanidən bəhs açdığını aydınlaşdırır. 
G.Baxşəliyeva Misirdə çap olunan qədim bir əlyazma kitabına 
əsasən göstərir: “Göstərilir ki, o İsfahanda anadan olmuşdur, 
onun ulu babaları Baqdadda yaşamışdır”.
48
  
                                                 
46
 Nizami. Leyli və Məcnun, s. 135 
47
 Bertels Y.E. Nizaminin «Leyli və  Məcnun»  əsərinin mənbələri. – Bax:. «Nizami» 
almanaxı, Birinci kitab, Bakı, 1940, s. 181 
48
 Bax: İbn Xalikan. Kitab vafaət…, I-IV, al-Kaxira, 1948 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə