Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə25/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

 
 
 
79
cümlədən “Süleyman və  əkinçi”, “Bülbül ilə  qızılquşun 
dastanı” və başqaları da təsdiqləməkdədir.Onlarla bu kimi 
nümunələrin tarixi-müqayisəli təhlili alimə o qənaətə gəlməyə 
əsas vermişdir ki, həmin örnəklər “bilavasitə Azərbaycan 
folklorundan, xüsusilə onun ən qədim  əsatir və  əfsanə 
qaynaqlarından istifadə yolu ilə yaradılmışdır”. 
Tədqiqatın ən çox diqqəti çəkən cəhəti budur ki, “Xəm-
sə”dəki hekayətlər, onların süjet və motivləri ilə  səsləşən, 
ideya istiqamətlərinə uyğun, məzmunca yaxın olan folklor 
nümunələri (xüsusən  əsatir və  əfsanələr), bir qədər fərqli 
şəkildə olsa da, indi də Azərbaycan folklorunda mövcuddur. 
Belə mürəkkəb və çoxsahəli paralellərı ilk dəfə S. Paşayev 
aparmışdır.  
Nizami öz əsərlərində Azərbaycan xalq ədəbiyyatının 
bütün nümunələrindən: atalar sözlərindən, məsəllərdən,  əsatir 
və  əfsanələrdən, rəvayətlərdən, nağıllardan, dastanlardan
hətta,  ən sadə görünən tapmacalardan belə yaradıcı  şəkildə 
istifadə etmişdir.  
S.Paşayevin tədqiqatının özəlliklərindən biri də budur 
ki, o, Nizamidən folklora baxmır, folklordan Nizamiyə doğru 
istiqamətlənir. Belə yanaşmanın fərqi böyükdür. Hər  şeydən 
öncə ona görə ki, Nizami irsini araşdırıb onun folklor 
əlaqələrini müəyyənləşdirən  əski  ədəbiyyat mütəxəssisləri 
yalnız sabit, statik folklor nümunələrini müşahidə edə bilirlər. 
Çünki folklor mətnlərini  ədəbiyyatın içində  dəyişik  şəkildə 
görmək və onları qeydə almaq çətin bir işdir. Amma folklor 
mütəxəssisi  əlaqələri  ən örtülü və qapalı  şəkillərdə  də 
aşkarlaya bilir. Bu mənada S.Paşayevin tədqiqatları olduqca 
diqqətli və  həssas müşahidələrin nəticəsi kimi meydana 
çıxmışdır. 
Nizaminin bütün əsərlərində Şərq mənşəli “mətnlər qala-
reyası” cəmləşdirilmişdir. Müəllif subyekti tərəfindən 
deformasiyaya uğraması  mətnlərin struktur mahiyyətini 
dəyişməmişdir; hazır şəkildə əsərə daxil olan əfsanə, rəvayət, 
dastan, nağıl kimi şərq epik ənənəsinin vahidləri, 


 
 
 
80
mənqəbələrdən və tarixdən alınmış  məlumatlar, süjetlər və 
janrlar iri kültür arealında mövcud olan çeşidli xalqların 
mifologiyasını, dünyagörüşünü, epik təfəkkür ehtiyatını ehtiva 
etdiyindən burada dünya modellərinin zəngin tiplərinin olması 
şübhəsizdir (10). S. Paşayev bu zəngin məlumat  şəbəkəsinin 
içərisindən  şairin milli mənsubiyyətindən gələn mərkəzi xətti 
seçir və onun yalnız milli zəmində, məkanda və zamanda 
qorunan izlərini bizlərə aşkarlayır. Buradan görünür ki, bir çox 
mətnlər kvaziformada işlənmişdir. Onların folklor şəklini S. 
Paşayev bərpa edir və Azərbaycan  şifahi  ənənəsində  gələn 
örnəklərlə onları qarşılaşdırır.  Əsərlərin hər yerində, bəzən 
üzdə, bəzən də  dərində Azərbaycan xalq yaradıcılığı yarusu 
aşkarlanır. Hər dəfə də zəngin sənətkarlıq işinin içərisində bu 
nümunələr onun mayasını və qayəsini təşkil etməklə ona milli 
ruhdan uzaqlaşmağa imkan vermir. Burada dilin mənanı  və 
mahiyyəti dəyişməyə gücü çatmır, çünki folklor adi dildən 
daha böyük bir dildir. Başqa sözlə, folklor dilin tərcümədə 
dəyişə biləcəyi işarə deyildir. Ona görə  də Nizami əsərləri 
dildən dilə keçsə  də milli istisini və odunu, özündəki türk 
folklor məlumatını, sxemini və kodunu öz daxili potensialı 
hesabına qoruyub saxlayır. 
Sədnik Paşa Pirsultanlının tədqiqatlarında Nizami və 
folklor probleminə Azərbaycan xalq musiqisi ilə bağlı dəyərli 
araşdırmalar və  aşkarlanmış faktlar da daxildir. Bu 
istiqamətdə apardığı araşdırmalarında alimin xüsusi diqqət 
mərkəzində xalq musiqi alətləri, xalq musiqi havaları  və bu 
kimi məsələlər durur. Nizami əsərlərinin dəyərli qaynaq 
olduğunu doğru dəyərləndirən alim burada xalq musiqimizin 
qədim dövrü haqqında təsəvvürləri genişləndirir. Folkolor 
musiqisinin və ümumiyyətlə musiqi tariximizin 
öyrənilməsində Nizami əsərlərindəki məlumatları araşdıran 
alim müşahidələrini qeyd edərək yazır: “Nizami özünün 
əsərlərində, xüsusilə “Xosrov və  Şirin”də, “İsgəndərna-
mə”nin “İqbalnamə” hissəsində musiqi məsələlərinə tez-tez 
toxunur. O, burada eyni zamanda ud, təmbur, ney, saz (setar) 


 
 
 
81
(setar-üç simli ən qədim musiqi aləti, Setar Azərbaycan 
sazının  əcdadı, ulu babası sayılır) (15, 66) və başqa çalğı 
alətlərinin adını  çəkir. Haqqında söz açır. Aydın olur ki, 
Nizami bu çalğı alətlərinin zahiri cəhətlərini deyil, onların 
quruluşunu, xüsusilə kök və  pərdələrin rolunu çox düzgün 
bilirmiş, hətta, pərdənin quru bağırsaqdan bağlandığını, telin 
ipəkdən olduğunu da qeyd edir: Quru bağırsaqdan bağladı 
pərdə (16, 77). Yaxud: Sazın ipək telli xoş avaz almış 
(17,239). Nizami sazın kökləri və köklənməsinə də yaxından 
bələd imiş:      
Hər pərdədə yalnız o adam çalar, 
Ki, ola pərdədən yaxşı xəbərdar (16, 36). 
“Əyri pərdədə çalğı çalınmaz” (18,46) deyən sənətkar 
“Bu pozuq pərdədə oxuma nəğmə” (18, 96) misrası ilə 
çalğıçıya müraciət edir. 
Hümmət eylə, burda ələ al sazı, 
Ucalt bu pərdədə şirin avazı (17, 24). 
Əlbəttə, buradan görünən məlumatlar zəngin musiqi mə-
dəniyyətinin varlığından xəbər verir. Musiqi araşdırıcıları üçün 
əldə olan məlumatlar təhlil aparmağa, bu təsvirlər əsasında xalq 
musiqi alətlərinin əski formasını rekonstruksiya etməyə imkan 
verir. Burada adı geniş şəkildə keçən saz musiqi alətinin ümu-
miyyətlə, musiqi aləti mənasında və ya onun differensiallaşmış 
bir tipi kimi işlənməsi məsələsi gələcək araşdırmalara mövzu 
ola bilər. 
S.Paşa Pirsultanlı folklor musiqisi ilə bağlı müşahidə 
etdiyi məlumatlara  əsaslanaraq saz havaları haqqında da 
diqqəti çəkən mülahizələr irəli sürür. Məsələ onda deyil ki
bu havalar XVI əsrdə sufi təriqət əsasında formalaşan və ilahi 
eşqi tərənnüm edən haqq aşiqlərinin saz havaları ilə eyniyyət 
təşkil etməyə bilər. Amma bu milli musiqi ənənəsinin tarixi 
bir mərhələsidir və bu mərhələdə mövcud olan musiqi 
mənzərəsini Nizaminin əsərlərindən müşahidə edirik. Bu 
kifayət qədər etibarlı bir mənbədir. Motivləri Nizami 
əsərlərində  də müşahidə olunan bir sıra xalq dastanlarının 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə