Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə33/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

 
 
 
108
İlk  əvvəl bu adama adi görünə bilər.  Əslində isə çox 
dəruni mənası vardır. Ta qədimdən bəri insanlar arasında sirr 
saxlamaq söhbəti son dərəcə mürəkkəb bir amil olmuşdur. 
Babalarımızın “Dostunun da bir dostu var”, “Sirrini hər yetənə 
vermə”, “Sirr saxlamaq hər igidin işi deyil” kimi müdrik 
misalları  xəyaldan keçdikcə dahi sənətkarın həmin məsələnin 
təsvirinə bir daha diqqətlə yanaşıb onu daha inandırıcı  təsvir 
baxımına çevirməsi bizə aydın olur.  
Şahın hüzurunda təzim edərək 
Başladı saçını açmağa dəllək. 
Xəlvətdə saçını açıb qurtarcaq, 
Şah ona yavaşdan dedi: – Bura bax, 
Bilsəm, qulaqların sirrini əgər, 
Eşidib dünyada səndən bir nəfər
Bir qulaq burması gəlləm sənə mən, 
Ki bir də özgəyə bir sirr verməzsən! 
Dəllək padişahın əmrini tutdu, 
O gündən nitqini belə unutdu. 
Bu sözü kimsəyə əsla açmadan 
Saxladı küfr tək könlündə pünhan. 
Bu sirrin dərdindən saraldı ancaq, 
Çox böyük bir dərddir sirri saxlamaq. 
Bir gün bərk darıxdı, çölə üz qoydu, 
Gördü ki, çöldə var dərin bir quyu. 
Dərdini quyuya demək istədi; 
– Şahın qulaqları uzundur! – dedi. 
Göründüyü kimi, şahın birinci qulu ona sadiq olmaqla 
yanaşı, həm də daha dəyanətli və dözümlü olmuşdur.  İkinci 
qul isə dözə bilməyib sirri quyuya söyləmişdir.  Əvvəl-əvvəl 
adama elə gəlir ki, o da sirri kimsəyə açmayıb, kimsəsiz qu-
yuya danışmışdır. Amma burada ataların daha bir misalı yada 
düşür: “Yerin də qulağı var”. Və doğrudan da hadisələrin 
sonrakı  təsvirindən sonra belə bir təsəvvür yaranır ki, bu 
misal da elə həmin gündən yaranıb, xalqın hikmət kitabında 
özünə yer almışdır. 


 
 
 
109
Bu işdən keçmədi o qədər zaman, 
Bir qamış göyərdi həmən quyudan. 
Bu qamış böyüdü, xeyli boy atdı, 
Əlini o gizlin sirrə uzatdı. 
Bir gün çöllü çoban yoldan ötərkən, 
Boy atmış qamışı gördü o birdən. 
Qamışı qoparıb bir anda çoban, 
Doğrayıb bir tütək qayırdı ondan. 
Bir gün gəzintiyə çıxmış padşah, 
Çöldə o çobana rast gəldi nagah. 
Uzaqdan çobanın neyin eşitdi, 
Çölləri üstünə qalxmış zənn etdi. 
Çünki ney səsində duyurdu aşkar, 
“İsgəndərin uzun qulaqları var!..” 
İsgəndər duruxdu bu vəziyyətdən
Şahın qaydasına fikir vermədən 
Çağırıb bu sirri sordu çobandan, 
Tütəyin sirrini danışdı çoban... 
Bundan sonra heyrətdə qalan İsgəndər məsələnin düzlü-
yünü yoxlamaq üçün həmin quyudan yenə də qamış kəsdirib 
gətirdir. Yenə də ondan tütək düzəltdirəndə ona nəfəs dəyən 
kimi həmin sirri faş edən sözlər yenə də təkrar olunur. 
Böyük  şair bundan sonra təsvirin nəticə baxımını 
tamamlayanda onun səmtini bəşəri ideya nöqteyi-nəzərinə 
döndərir. Bir şahın və onun qulunun simasında sirr saxlamaq 
müqabilinin nə demək olduğunu duyub düşündükcə fikrin 
fərdi axını sonsuzluğa dönüb bəşəri baxışda sərfi-nəzər edilir. 
Dünya neçə zamanlar yola salıb, neçə padşahlar  ədalətli və 
ədalətsiz tarixin kitablarını yazdırıb, neçə sarayların 
möhtəşəmliyi xarabalıqlara çevrilib. Lakin zaman keçdikcə 
qərinələrin kölgəsində gizlənib qalan sirlər yer altından buxar 
kimi qalxıb ellərin nəzərində açılıb. 
Şah belə yalvaran görüncə onu, 
İstədi yoxlasın düz olduğunu. 
Zirək bir quluna eylədi fərman, 


 
 
 
110
Bir qamış gətirtdi haman quyudan. 
Qayrılan tütəyə dəyincə nəfəs, 
Şahın qulağına dəydi haman səs. 
Bildi ki, heç sirri saxlamaq nəhan, 
Hamının sirrini açar bu cahan. 
Öz zəmanəsində şah bir daha məsələyə ədalətlə yanaşıb 
öz qulunu əfv elədi. Kaş dahi Nizaminin bu müqəddəs 
etirafları bütün zəmanələrə öz nurunu xəlq eliyəydi.  
“Aqillər ölkəyə olanda rəhbər” 
 
Dünya mədəniyyəti tarixində  əvəzsiz incilər qoyub 
gedən dahi Nizami yaradıcılığında qədim hikmət dünyamızın 
elə bir mətləbi yoxdur ki, ona toxunulmasın. Müdrik 
nəsihətlərin həyat fəlsəfəsi ilə qaynayıb poeziyanın poetik 
diliynən təsvir olunması insan əqlini heyrətə  gətirir, onda 
qeyri-adi təsəvvürlər yaradır. Bu baxımdan böyük şairin 
“Yeddi gözəl” əsəri də özünəməxsus səciyyəvi xüsusiyyətlərə 
malikdir.  Şair poeziyanın diliynən yeddi gözəlin simasında 
söylədiyi hekayətlər sırf el deyimlərimizin həyat qaynağında 
zaman-zaman dövr edən həqiqət təsvirləridir.  Əsərdə Çin 
qızının dilindən söylənən hekayətdəki “Xeyir və Şər” əhvalatı 
ulu babalarımızın müdrik kəlamlarına  əsaslansa da dahi 
Nizami həmin hikmətdən çıxış edərək tamamilə orijinal və 
bəşəri, dünya durduqca yaşayacaq və  əbədiyyətə qovuşacaq 
bir sənət  əsəri yaratmışdır.  Əsərin dili səlis və aydındır. 
Hadisələrin təsviri olduqca konkretdir. Onu oxuduqca adama 
elə gəlir ki, daim dünyanın qulağında səslənəcək bir hikmətin 
müşayiəti ilə bütün zamanlar üçün qiymətli olacaq 
nəsihətamiz kəlamlar axınına qulaq asır. 
Əsər iki gəncin simasında təsvir olunur. Xeyir və  Şər. 
Onların yol yoldaşlığı ilə başlanan hekayətdə hadisələr 
ardıcıllıqla bir-birini əvəz edir: 
Bir gün bir şəhərdən iki növcavan 
Başqa bir şəhərə oldular rəvan. 
Gəncin biri Xeyir, biri də Şərdi, 


 
 
 
111
Əməllər adlara uyğun gələrdi. 
Onlar getmişdilər tamam yeddi gün, 
Xeyrin qurtarmışdı suyu büsbütün. 
Şərsə gizlətmişdi xeyirdən suyu, 
Kəlmə də kəsmirdi o, heç yol boyu. 
Xeyirsə bu işdən oldu xəbərdar, 
Bildi ki, meşkində Şərin suyu var. 
Beləliklə, hadisələr izləndikcə  əvvəlcədən məlum olur 
ki, hər iki cavan öz adlarına layiq xarakterə malikdirlər. Həm 
də  nə isə bu təsvirin hansı bir yerindəsə qeyri-adi hadisənin 
törənəcəyi maraqla izlənilir: 
Yanında od rəngli ləlləri vardı, 
O sulu daşlardan sumu çıxardı? 
Söylədi: – Susuzdan taqətim gedir, 
Bir qurtum su verib ləlləri götür, 
Gəl mərhəmət elə, imdadıma çat, 
Bir qurtum su ilə ver mənə həyat 
Tanrı qəzəbinə gəlsin o Şəri 
O adına layiq görür işləri. 
Dedi: – “Daşdan bulaq gələrmi elə 
Məni aldatmayıb bir kimsə hələ. 
Bir gövhər istərəm mən səndən ancaq
Onu mümkün deyil geriyə almaq. 
Misralar bir-birini əvəz etdikcə hadisənin təsvir 
məqsədinə maraq daha da çoxalır. Görəsən,  Şər suyun 
əvəzində Xeyirdən nə istəyəcək?  Şərin  şər iş tutacağı 
məlumdur. Lakin hər halda onun mənfur niyyəti açılanda 
insan təsəvvürünə sığışmayan bu təklif adamı heyrətlər içində 
dondurur: 
Xeyir xəbər aldı: – Nədir o gövhər? 
Onu verrəm sənə mümkünsə əgər. 
Şər dedi: – O gövhər, o iki gözdü, 
Dünyada hər şeydən onlar əzizdi. 
Bax burada yenə adamda belə bir güman yaranır ki, 
yəqin insan gözünün bu namərdə nə üçünsə gərəkliyi onu bu 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə