Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə41/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   37   38   39   40   41   42   43   44   ...   61

 
 
 
137
Şər yola bələddir, Xeyir səxavətlidir – Şər tamahkardır, Xeyir 
inanandır – Şər hiyləgərdir, Xeyir yaxşılığı sevir – Şər pisliyi 
və s. 
Əsərin məzmun və janr xüsusiyyətindən  əlavə folklor 
motivləri ilə səsləşən, bağlılıq təşkil edən bir neçə anlayışın, 
obrazın işləndiyi bəzi misralara diqqət yetirək: 
“Yol getmək”, “yeddi gün” və “su” anlayışları: 
Yedi gün getdilər qızğın çöl boyu, 
Qurtardı zavallı Xeyirin suyu. 
Sudan yoldaşına vermədi xəbər, 
Bir kəlmə dinmədi, danışmadı Şər. 
 
“Göz” anlayışı: 
Şər dedi o gövhər ikicə gözdür, 
Bu ondan, o bundan daha əzizdir. 
Gözünü satmasan bunu yaxşı bil, 
Bu sudan içməyin heç mümkün deyil. 
 
“Yarpaq” anlayışı: 
Dedi ki, “O yüksək ağacdan varın, 
Gedin tez bir neçə yarpaq qoparın. 
Suyu çıxanadək əzin yarpağı, 
Sürtün yarasına sözümün sağı, 
Bu əlac olunsa, xəstənin yenə, 
Fər gələr, nur gələr kor gözlərinə. 
Yaman olursa da əgər göz dağı, 
Şəfadır dediyim ağac yarpağı. 
 
“Xilaskar” anlayışı: 
Yolun kənarında bir çeşmə vardı, 
Soyuqdu el suyu ordan alardı. 
Qız o şirin sudan gəlib doldurdu
Sonra evlərinə getməyə durdu. 
Birdən qulağına gəldi uzaqdan, 
Yaralı xəstədən qopan ah-fəğan. 


 
 
 
138
Eşidib o yana qız tez yüyürdü, 
Gəlib qan içində bir gənci gördü. 
Hər  şeydən  əvvəl hekayətin süjet xətti, təhkiyə  tərzi 
xalq nağılları,  əfsanə  və  rəvayətləri ilə üzvi vəhdət, daxili 
bağlılıq təşkil edir. Əsərdə yol, su və göz obrazları ilk 
baxışda  şərti anlayışlar təsiri bağışlasa da, əsas obrazların 
daxili aləminin açılması, ideyanın oxucuya çatdırılması 
baxımından özül rolunu oynayır. Qəhrəmanların yol getməsi, 
yolda bir-birinə rast olması, yolda hər hansı obyekt və hadi-
səylə rastlaşması, yola tədarük görülməsi, səfərə  çıxma və 
qayıdış, üç yol ayrıcına çatmaq və sair bir çox süjetli folklor 
nümunələrinin dramatizmini təmin edənə amillərdəndir və bir 
az dolayısıyla ömrün əslində yol, insanın yolçu olmasını, 
ömür yolunun hamar olmadığını, keşməkeşlərin, nəticə 
çıxarmağa vadar edən çətinliklərin labüdlüyünü diqtə edən 
fəlsəfi izahdır. Su həyat nişanəsidir, bəkarət mücəssəməsidir, 
suda ilahi bir təmizlik var. Gözdə ilahi nur var. Göz həyati 
əhəmiyyətindən başqa insan dərdinin və  kədərinin tər-
cümanıdır. Təsadüfi deyil ki, folklorda hər üç anlayış 
haqqında kifayət qədər deyimlərə və yaxud söyləmələrə rast 
gəlirik.  Əsərdə  əsas surətlərin xarakterinin açılmasında 
mayasında folklor ruhu olan bu üç epizodik obraz mühüm rol 
oynayır. 
“Xeyir və Şər” hekayətində digər folklor nümunələri ilə 
səsləşən obrazlardan biri yarpaq obrazıdır. Xeyirin gözləri 
səndəl ağacının yarpağından hazırlanmış  məlhəmin köməyi 
ilə sağalır – mücərrəd vasitələrlə yox, məhz təbiət elementi 
ilə. Bu təsviri biz “Hatəmin nağılı” adlı nağılda, “Məlik 
Dücar” adlı nağılda, “Kitabi-Dədə Qorqud” dastanlarında 
müşahidə edirik. “Hatəmin nağılı”nda  İbrahimin atasının 
gözləri, “Məlik Dücarın nağılı”nda Məlik Dücarın gözləri, 
“Kitabi-Dədə Qorqud” dastanlarında Buğacın yarası 
yarpaqlardan və yaxud dağ çiçəklərindən hazırlanmış 
məlhəmlə – yəni təbii vasitələrin köməyi ilə sağalır. Zaman 
və məkan fərqindən asılı olmayaraq, bu təsvirlər xalq inam və 


 
 
 
139
etiqadına, xalq hikmətinə – folklora söykənir. “Koroğlu” 
dastanında da Alı kişinin gözlərini  ənənəvi olaraq Qoşa-
bulağın suyu, yəni təbii vasitə sağaltmalı idi. 
Əsərdə folklor elementlərini özündə əks etdirən çalarlar-
dan biri “yeddi gün” ifadəsidir. Xeyirlə Şər susuz çöldə yeddi 
gün yol getməli olurlar. Yeddi rəqəmi xalqımızın mifik 
təfəkküründə  uğurlu rəqəm statusu qazanmış, bir çox şifahi 
ədəbiyyat nümunələrində müxtəlif çalarlarda işlənmişdir. 
“Yeddi oğul, bir qız” ifadəsi, “yeddi gün, yeddi gecə toy 
eləmək” ifadəsi, “yeddi ağac yol getmək”, “yeddi qardaş dağı” 
ifadələri və sair bu qəbildəndir. 
Bir çox nağıllarda ənənəvi olaraq əsərin qəhrəmanı dara, 
çətinliyə düşəndə onlara kömək edən xilaskar obrazlar təsvir 
olunur. Bu obrazlar bəzən nurani qoca, xeyirxah insan, bəzən 
göyərçin və yaxud başqa canlılar  şəklində  təqdim olunur. 
Məsələn, “Məlikməmməd” nağılında xilaskar rolunu Zümrüd 
quşu oynayır. “Məlik Dücar” nağılında xilaskar rolunu 
göyərçinlər oynayır. “Xeyir və  Şər” bu cəhətdən də xalq 
nağılları ilə səsləşir. Belə ki burada xilaskar rolunu kürd qızı – 
xeyirxah insan obrazı oynayır. Və başqa nağıllarda olduğu 
kimi burada da xilaskar obrazının rast gəlməsi – peyda olması 
təsadüflə bağlı olur. 
Əsərdə folklorun tərkib hissəsi olan milli-etik dəyərləri 
məzmununda ifadə edən parçalar da diqqət çəkəndir. 
Yaxşılığa qiymət vermək, çörəyə hörmət, mənəvi borc hissi 
Xeyirin diliylə aşağıdakı parçada öz ifadəsini tapır: 
Süfrəndən bu çörək yediyim qədər, 
Sənə şükr eyləyə bilsəydim əgər, 
Haqqını verməyə yaradan tarı, 
Mənə kömək əli verəydi barı. 
Ayrılıq gəlsə də çox ağır mənə 
İcazə ver, artıq, gedim vətənə. 
Aman istəyəni bağışlamaq, haqq öz yerini tutduqdan 
sonra insanlıq naminə günahkarın günahını  əfv etmək milli 
dəyərlər sistemində  mərdlik, xeyirxahlıq, ləyaqət hissi kimi 


 
 
 
140
həmişə  təqdir olunmuşdur.  Şər aman istədikdə, Xeyir adına 
uyğun hərəkəti ilə insanlıq fövqünə yüksəlir: 
Nələr bacarırsan, mənə durma et, 
Et ancaq özünə, adına nisbət. 
Xeyir bu nöqtəni eyləyincə yad, 
Tez onu ölümdən eylədi azad. 
“Xeyir və Şər” hekayəsinin digər xalq nağılları ilə səsləş-
məsi onların süjet xəttində olan oxşarlıqda və yaxud 
paralellikdə özünü göstərir. “Məlik Dücarın nağılı”nda padşah 
Məlik Dücarı öldürmək üçün ov bəhanəsi ilə susuz səhraya 
aparır. Məlik Dücar susuzluqdan əzab çəkir. Padşah  ətrafda 
olan yeganə bulağı bir qarıya tapşırır və su istəyənin gözünü 
çıxarıb sonra su verilməsini tapşırır. Sonra susuzluqdan ölmək 
dərəcəsinə çatan Məlik Dücarı  həmin bulağa göndərir. Məlik 
Dücar əlacsız qalıb suyun əvəzində gözlərini verir. Bu nağılda 
da xilaskar rolunu göyərçinlər və başqa bir imanlı qarı oynayır. 
Burada da Məlik Dücarın gözləri şəfaverici yarpağın məlhəmi 
ilə sağalır. 
“Hatəmin nağılı”nda Hatəm atasının gözlərinin 
dərmanının qarovulçuları divlər olan bir bağdakı  ağacın 
yarpaqları olduğunu öyrənir. Uzun əzab-əziyyətdən sonra 
həmin bağı tapıb yarpaqları  əldə edir və atasının gözləri 
həmin yarpaqların köməyi ilə şəfa tapır. 
“Mərd və Namərd” nağılı  həm süjet baxımından, həm 
də surətlərin xarakterik xüsusiyyətləri baxımından, cüzi 
fərqlər nəzərə alınmazsa, “Xeyir və Şər” nağılı ilə paralellik 
təşkil edir. Tədqiqatçı alim T.Xalisbəylinin qeyd etdiyi kimi, 
bu oxşar motivlərin  əksəriyyəti çox qədim  ənənələrlə bağlı 
olan ilkin çağların nağılları ilə bağlıdır. 
“Xeyir və  Şər” nağılı süjetli folklor nümunələrində 
olduğu kimi haqqın, ədalətin zəfər çalması, təntənəsi ilə bitir 
və bu da xalq nağıllarında  ənənəvi sonluqla səsləşmənin bir 
nümunəsidir. 
 
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə