Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə42/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   38   39   40   41   42   43   44   45   ...   61

 
 
 
141
ƏDƏBİYYAT 
1. Azərbaycan klassik ədəbiyyatı kitabxanası, 20 cilddə, 
IV cild. Bakı: Elm, 1985. 
2. Kitabi-Dədə Qorqud. Tərtib edəni S.Əlizadə. Bakı: 
Öndər, 2004. 
3. Azərbaycan nağılları. 2 cilddə. Bakı: 1970. 
4. T.Xalisbəyli. N.Gəncəvi və Azərbaycan qaynaqları. 
Bakı: Azərnəşr, 1991. 
5. Yurdumuzun əfsanələri. Toplayıb işləyəni S.Paşayev. 
Bakı: Gənclik, 1976. 
6. S.Paşayev. Nizami və xalq əfsanələri. Bakı: Gənclik, 
1983. 
7. Təhmasib M.H. VII əsrə  qədər Azərbaycan  şifahi 
xalq  ədəbiyyatı. Azərbaycan  ədəbiyyatı tarixi. Üç cilddə. I 
cild. Azərb. SSR EA nəşriyyatı. Bakı: 1960. 
8. N.Gəncəvi. Yeddi gözəl. Bakı: Elm, 1983. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
142
Aydın MUSTAFAYEV 
AMEA Folklor İnstitutunun elmi işçisi 
 
NİZAMİ  GƏNCƏVİ  VƏ  MƏNƏVİ-ƏXLAQİ 
DƏYƏRLƏR 
 
Yaxın və Orta Şərq ədəbiyyatında epik şeirin ən böyük 
ustadlarından olan N.Gəncəvinin Azərbaycan mədəniyyəti və 
fəlsəfi düşüncəsinin inkişafı tarixində  əvəzsiz rolu vardır. 
Hökmdar, cəmiyyət, elm, din, idrak kimi problemləri  əks 
etdirən epik əsərləri həm mifoloji, həm də folklor motivləri 
ilə zəngindir. Onu da qeyd edək ki, xalqımızın söz xəzinəsi-
folklor bir çox söz sənətkarlarının-İ.Nəsimi,  Ş.İ.Xətayi, 
S.Vurğun, R.Rza, M.Müşfiq, M.Araz və b. yaradıcılığına 
ilham mənbəyi olmuşdur. Orta əsrlərin böyük dühası 
N.Gəncəvinin folklora bağlılığı bütün poemalarında geniş 
şəkildə özünü göstərir. Bununla bağlı professor Sədnik 
Pirsultanlı yazır: “Nizaminin bir sənətkar kimi yetişməsində 
başqa amillərlə yanaşı zəngin xalq yaradıcılığı da mühüm rol 
oynamışdır” [7,3]. Bu əsərlərdən biri də “Yeddi gözəl”dir. 
Xeyirlə  şərin, halalla haramın,  ədalətlə zülmün mübari-
zəsindən bəhs edən “Yeddi gözəl” poemasında mütərəqqi, 
humanist ideyalar tərənnüm olunur. Nizami var-dövlət 
toplamaq ehtirasını, nəfsinə qul olmaq vərdişlərini zəmanənin 
ən böyük bəlası hesab edərək ağlı, idrakı,elmi hər  şeydən 
üstün tutur: 
     
İnsana arxadır onun kamalı, 
     
Ağıldır hər kəsin dövləti malı [ 2,41]. 
“Yeddi gözəl” əsərində folklordan gələn xalq hikmətləri 
ilə  şairin hikmət dolu düşüncələrinin qovuşduğunu görürük. 
O, əfsanə, rəvayət, nağıl, atalar sözləri və s. istifadə etməklə 
yaratdığı  əsərinə sanki yeni ruh verir. N.Gəncəvinin böyük 
tədqiqatçısı professor Xəlil Yusifli yazır: “Yeddi gözəl” 
poeması  hər hansı  mənbədən alınmış bir materialın 
məzmununun nəzmə 
çəkilməsi deyildir. Bəhram 


 
 
 
143
Ə.Firdovsinin “Şahnamə”də  işlənmiş “Bəhram Gur” 
hissəsinin bir qədər dəyişdirilmiş variantı da deyildir. Bu 
mütəfəkkir alimin axtarışları ilə böyük qüdrətə malik şair 
xəyalın birləşməsi, qadir sənətkarın qiymətli materialdan 
yonub yaratdığı yeni, canlı sənət heykəlidir” [10,137]. 
Əsərin maraqlı epizodlarından biri Bəhramın ov səhnə-
sinin təsviridir. Ov səhnəsinin təsviri geniş və əhatəli olmasa 
da olduqca ibrətamizdir. F.e.d. S.Rzasoy Bəhramın ovla bağlı 
həyatını  tədqiqata cəlb edərək yazır ki, gur, əjdaha, gor 
mifoloji süjetin personajlarıdır. Bəhramın əjdahanı öldürərək, 
gurun intiqamını alması və gurun xəzinənin yerini şaha nişan 
verməsi də mifoloji süjetin tərkib hissələridir. Əjdaha xaosun 
bütün atributlarının özəlliklərini daşıyır. Bəhram-əjdaha 
blokunda xeyir-şər, həyat-ölüm, işıq-qaranlıq, yaxşı-yaman 
bir-birilə mübarizədədir. Mağara ölümün simvolik məkanıdır. 
Bəhramın  əjdaha üzərində  qələbəsi itirilmiş  dəyərlərin 
qaytarılması kimi dəyərləndirilir [8,56-60]. 
Həqiqətən də  bədxahlarla xeyirxahları, yoxsullarla 
varlıları, halal zəhmət adamları ilə müftəxorlar arasındakı 
münasibətləri qarşı-qarşıya qoyan şair, xeyirlə  şərin daim 
mübarizə apardığı bu dünyada feodal-zadəgan sinfinə məxsus 
qəhrəmanları xalqın minillik təcrübəsindən yararlanmağa 
çağırır. Vətən xainlərinə, satqınlara,  əmanətə  xəyanət 
edənlərə ikrah hissi ilə yanaşaraq onların mənfi obrazını 
yaradır.  Əməyə, zəhmətə, xalq mədəniyyətinə, adət-
ənənəsinə xor baxanlar şər qüvvələr kimi təqdim olunur. 
Saraylardan uzaq gəzən  şair sadə, yoxsul, zəhmətkeş 
insanların  əhatəsində yaşamış, hökmdarlara deyil, insanlığa 
xidmət etməkdən  şərəf hissi duymuşdur. Folklor örnəklərini 
xalqın ictimai fikir tarixinin salnaməsi hesab edən 
S.Pirsultanlı haqlı olaraq qeyd edir ki, Nizami öz əsərlərində 
əsatir, əfsanə, rəvayət və s. istifadə etməklə bu örnəklərin ilk 
toplayıcısı  və qoruyucusu kimi bir vəzifəni də yerinə 
yetirmişdir[6,43].  


 
 
 
144
Ölkədə işləri müəyyən qədər qaydaya salan Bəhram şah 
dövləti idarə etməyi vəziri Rast-Rövşənə tapşıraraq yeddi 
iqlimdən gətirilmiş yeddi şahzadə  qızla yeddi gün yeddi 
günbəzli yeddi rəngli qəsrə  çəkilir, eyş-işrətə başlayır. N. 
Gəncəvinin tədqiqatçılarından professor X.Yusifli və 
Ə.Səfərli qeyd edirlər ki, “Yeddi rəng, yeddi planet, yeddi 
iqlim, yeddi günbəz, yeddi gün, yeddi gözəlin danışdığı yeddi 
nağıl Bəhramın işrətlər, sevinclər, arzular dünyasıdır və bu 
dünyanın qapısı açılan gündən  ədalətin qapısı bağlanır” 
[9,119]. 
Şahın etibarından istifadə edən vəzir ölkəni xarabazara 
çevirir: iqtisadiyyat çökür, xəzinə boşalır, dövlət əleyhinə na-
razılıqlar gündən-günə artır: 
   Məmləkət döndükcə xarabazara, 
   Xəzinə həsrət qaldı gəlirə, vara 
   Vəzirinsə evi xəzanə oldu, 
   Aləm başdan-başa viranə oldu [4,267]. 
Ölkənin vəziyyətindən xəbərdar olan Çin xaqanı 
yenidən ölkə üzərinə müharibəyə hazırlaşır. Çıxılmaz 
vəziyyətə düşən  şah sadə xalqın nümayəndəsi, müdrik qoca 
bir çobanla qarşılaşdırılır. Çoban həm  şifahi xalq 
ədəbiyyatında, həm də klassik ədəbiyyatda müdrikliyin 
simvolu kimi xarakterizə olunur. Qonaqpərvər, dünyagörmüş 
çoban geniş  təsvir edilmir. Şair bir neçə misra ilə sadə xalq 
nümayəndəsi olan çobanın böyük obrazını yaradır. Çoban 
xəyanəti bağışlamır,  şərə güzəştə getmir. Nəfsinə güc 
gəlməyən və dişi canavara satılan itə verdiyi cəzaya görə tam 
haqlı olduğunu bildirir: 
   Xəyanət eyləmiş o, əmanətə, 
   Satır əminliyi min xəyanətə 
   Bu işin üstündə asıb ağacdan, 
   Dedim ki, açmaram verməyincə can. 
   Günahkarla belə rəftar etməsən, 
   Kimsə deməz sənə: afərin, əhsən [4,271]. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə