Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə43/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   39   40   41   42   43   44   45   46   ...   61

 
 
 
145
Əsərdə  xəyanətkar itlə  xəyanətkar vəzir Rast-Rövşən 
bir cərgədə durur. Hər ikisi satqındır. Nizami Gəncəvi 
satqınların axırda ölümə, məhvə  məhkumluğunu açıb 
göstərir. Çoban xalq adət-ənənəsini qoruyan, vətənə, torpağa 
bağlı,  əməksevər və  əmanətə sadiq bir obraz kimi təqdim 
olunur. Sadə bir xalq nümayəndəsi olan çobanın idrakına mat 
qalan şahın açıq şəkildə etiraf etdiyini görürük: 
    Çobanın sözündə var idi hikmət, 
    Bu arif qocadan şah aldı ibrət... 
    Dedi ki: “Bu işə olmuşam heyran, 
    Şahlığı öyrətdi mənə bir çoban” [4,271-272]. 
Fikrimizcə hansısa bir məhəbbət mövzusunu nəzmə 
çəkmək, yaxud tarixi hökmdarların simasında ideal şah 
obrazı yaratmaq mütəfəkkir  şair olan N.Gəncəvinin başlıca 
məqsədi olmamışdır. Araşdırmalar göstərir ki, onun 
yaradıcılığının əsas qayəsini cəmiyyətin problemləri və insan 
fəlsəfəsini açan humanist ideyalar təşkil edir. Tədqiqatçı 
Ə.Ağayev Nizami və dünya ədəbiyyatı kitabında yazır: 
“Nizami üçün insan həyatın mənası deməkdir. İnsan təbiətin 
ən qüdrətli və kamil varlığıdır.  İnsan həyatının məqsədi 
zəhmət-yaradıcılıq və  fəaliyyətdir” [1,125]. Şair göstərir ki, 
kim olursan ol, şahlıq zirvəsinə yüksəlsən də belə, xalqın 
həyat təcrübəsindən, mənəvi -əxlaqi dəyərlərindən 
bəhrələnməyə  məhkumsan. Xalqımızın möhtəşəm  ədəbi 
abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında da çoban 
obrazı  məhəbbətlə yaradılmışdır. “Qazan xanın evinin 
yağmalanması boyu”nda əsas obrazlardan biri Qaraca 
Çobandır. Bir ordunun görə biləcəyi işi öz üzərinə götürərək 
düşməni məğlub edir. Qazan xan tərəfindən danlanan Qaraca 
Çoban deyir: 
   Nə qaqarsan bana, ağam Qazan? 
   Yoxsa, köksündə yoqmıdır iman?... [3,45]. 
 Maraqlıdır ki, Qaraca Çoban Oğuz elində Bayandır 
xandan sonra birinci adam olan Qazan xanla bərabər 
səviyyədə təqdim olunur. O, başına gələnləri belə nəql edir:  


 
 
 
146
Altı yüz kafər dəxi mənim üzərimə gəldi. İki qardaşım 
şəhid oldu. Üç yüz kafər öldürdüm, ğəza etdim. Simüz 
qoyun, arıq toqlı  sənin qapundan kafərlərə vermədim. Üç 
yerdən yaralandım, qara başım bun aldı, yalnız qaldım...” 
[3,46]. 
Deməli, yaradılışın ən şərəflisi olan insan hər şeyə qadir-
dir. Görkəmli alim H.Araslı N.Gəncəvi ilə bağlı araşdırmala-
rında qeyd edir ki, qələbənin ən əsas şərtləri “birlik, dostluq və 
səmimiyyətdir” [2,19]. Çoban itə ən ağır cəzanı ona görə verir 
ki, köpək etibardan istifadə edərək sahibinə xəyanət etmişdir. 
Qaraca Çoban da ona görə geri çəkilmir, kafirlərlə danışığa 
getmir ki, sürü əmanətdir. Hər iki epizodda əsrlərdən bəri 
xalqımızın yaddaşında, adət-ənənəsində yaşayan “əmanətə 
olmaz xəyanət”in bariz nümunəsini görürük. “Kitabi-Dədə 
Qorqud” dastanında çoban cəsur, qorxubilməz, yenilməz, 
sədaqətli, tədbirli; “Yeddi gözəl” poemasında isə gözüaçıq, 
halalı harama qatmayan, müdrik qəhrəman kimi 
səciyyələndirilir. Ancaq adət-ənənələrimizin, bir çox mənəvi-
əxlaqi dəyərlərimizin dəyərdən düşdüyü bir zəmanədə 
bacarıqsız, qabiliyyətsiz insanlara “çobandır”, yaxud “çoban-
çoluqdur” deməklə  əslində tarixlər boyu müdrikliyin simvolu 
olan çoban obrazı da gözdən salınır, əsl mahiyyətini itirir. 
Dünya ədəbiyyatının Şekspir, Dante, Volter, Şiller kimi 
mütəfəkkirləri Nizami ucalığına çatmağa cəhd etsələr də bu 
zirvəni fəth edə bilməmişlər. Təsadüfi deyildir ki, N.Gəncəvi 
şeirdəki ucalığın özü ilə bitdiyini qeyd edirdi: 
      Şeirdən ucalıq umma dünyada  
      Çünki Nizami ilə qurtardı o da. 
Nizami Gəncəvinin  əsərləri doqquz əsr keçməsinə 
baxmayaraq bu gün də aktualdır, dəyərlidir. Dahi şairin irsi 
ədəbiyyatşünaslar, folklorşünaslar, tarixçilər, etnoqraflar, 
filosoflar tərəfindən dərindən araşdırılaraq öyrənilir. Mayası, 
ruhu folklorla yoğrulan və real həyatdan götürülən əsərlərinin 
heç vaxt dəyərdən, qiymətdən düşməyəcəyini dahi filosof 
əvvəlcədən görürdü:  


 
 
 
147
   Şeiri oxunanda bu Nizaminin 
   Özü də hər sözdə görünər yəqin... 
   Yüz il sonra sorsan bəs o hardadır? 
   Hər beyti səslənər: “Burda, burdadır!” [5,362]. 
 
ƏDƏBİYYAT 
1. Ağayev  Əkbər. Nizami və dünya ədəbiyyatı. Bakı: 
Azərnəşr, 1964. 
2. Araslı  Həmid. Nizami və  Vətən. Bakı: Azərnəşr, 
1943. 
3. Kitabi-Dədə Qorqud (Fərhad Zeynalov, Samət 
Əlizadə) Bakı: Yazıçı 1988. 
4. N.Gəncəvi. Yeddi gözəl (Lider nəşriyyatı) Bakı, 
2004. 
5. Nizami Gəncəvi. Xosrov və Şirin, Bakı, “Yazıçı”, 
1983, 401 s.  
6. Paşayev Sədnik. Azərbaycan türklərinin xalq 
əfsanələri. Bakı. “Azərnəşr”-2009. 
7. Paşayev Sədnik. Nizami və folklor. Bakı, 1976. 
8. Rzasoy S. Nizami poeziyası: mif-tarix konteksti. 
Bakı: Ağrıdağ, 2003. 
9. Səfərli  Əliyar, Yusifov Xəlil. Qədim və orta əsrlər 
Azərbaycan ədəbiyyatı Bakı: “Maarif”, 1982. 
10. Yusifov Xəlil.  Şərqdə intibah və N.Gəncəvi. Bakı, 
1982. 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
148
 
Əli ŞAMİL,  
Aynur QƏZƏNFƏRQIZI 
AMEA Folklor İnstitutu 
 
NAXÇIVAN FOLKLOR ÖRNƏKLƏRİNDƏ  
NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNİN İZLƏRİ 
 
Nizami Gəncəvi öz ölməz  əsərlərini yaradarkən yazılı 
qaynaqlarla yanaşı folklordan geniş 
bəhrələnmişdir. 
Həmvətənləri də onun əsərlərini yalnız kitablardan oxumaqla 
kifayətlənməyib, oradakı  rəvayətləri, nağılları,  əfsanələri və 
mifləri məclislərdə, toplantılarda söyləmişlər. Beləcə, yazılı 
mətnlərlə  ağızdan-ağıza dolaşan, folklorlaşan mətnlər 
qaynayıb qarışmışdır. Buna görə  də toplanmış folklor 
nümunələrini araşdırarkən Nizami Gəncəvinin  əsərləri ilə 
oxşarlıq təşkil edən xeyli süjetə rast gəlmək olur.  
N.Gəncəvinin yaradıcılığında folklora önəm verməsi 
heç də  təsadüfi deyildir. Folklorda estetik fikirlərdən söz 
açarkən Səfər  Ələkbərov yazır: “Dünyagörüşü baxımından 
folklorun varlığa münasibəti geniş  mənada hadisə  və 
predmetlərin xalqa məsxus təfəkkür tərzinə uyğun olaraq 
obrazlı inikasını  təşkil edir. Sözün məhdud mənasında isə 
folklorun varlığa münasibəti hadisə  və predmetlərin yalnız 
gözəllik baxımından qiymətləndirilməsi  şəklində  aşkar 
olunur... Kökləri  ən qədim zamanlara işləyən Azərbaycan 
folkloru dərin məzmunlu və janr zənginliyinə malikdir. 
Folklorun estetik və  əxlaq tərbiyəsindəki rolu onun bu 
məziyyətləri ilə ölçülür.” (Ələkbərov Səfər, 1978:4-5) 
Araşdırıcıya görə “folklorun həyati qüdrətini başa düşən 
böyük sənətkarlar daim folklordan bəhrələnmiş, bunu başqa-
larına da tövsiyə etmişlər. Nizami Gəncəvi özünün “Xosrov 
və Şirin” poemasının müqəddiməsində yazıb:  
Ruha xoş gəlsə də bu gözəl dastan, 
Pərdədə qalmışdı bu gəlin çoxdan. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə