Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə51/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   47   48   49   50   51   52   53   54   ...   61

 
 
 
170
və semit-hamit (yəhudi,  ərəb) mənşəli xalqların  əsas 
dünyabaxışlarını həzm etməklə yarandığı üçün, digər tərəfdən 
də deyə bilərik ki, həm də onun monqol şifahi xalq 
yaradıcılığı ilə ümumi birliyi var. 
Bir az əvvəl qeyd etdiyimiz kimi, gerçək vəziyyətdə Gən-
cəvinin düşünülmüş  tərbiyəvi dünyabaxışının ruh genişliyi ilə 
ural-altayların (türksoyluların)  əfsanələrində, dastanlarındakı 
ruh dünyaları, qəhrəmanları arasında çox yaxınlıqlar, 
oxşarlıqlar var. Fərq yalnız ondadır ki, birində hər şey bilincli, 
digərində isə minilliklər  ərzində kortəbii surətdə yaranıb. 
Diqqətə çatdırdığımız bu uyğunluqlar ilə  də deyə bilərik ki
Gəncəvinin göyün adından danışıb, ilahi iradəyə uyğun 
tərbiyələndirməsi və “Yeddi gözəl”də verilmiş mövzular ilə 
Oğuz xanın, Qeserin öz xalqlarını və himayəsində olanları şər 
qüvvələrdən qorumalarının mifik inkişafı arasında, yaranma 
səbəbləri fərqli olsa da, mövzu, ruh birliyi eynidir.  
Oğuz xan qeyri-adi şəkildə doğulur. Onun evləndiyi 
birinci qız göyün işığından, ikincisi ağacın gövdəsindən 
doğulmaqla Uca Göyün hikmətilə yerə göndəriliblər. “Oğuz 
xan” mətninin qısalığı ilə dastanın başlanğıcında Göyün 
(Tanrı) istəyi ilə qəhrəmanın doğulması və qeyri-adi evlilikləri, 
xalqını idarə etməsi tarixi mövzuca və  əhəmiyyətcə bundan 
onlarla iri həcmi olan “Yeddi gözəl”dən və “Qeser”dən heç də 
az  əhəmiyyətli deyildir. Daha doğrusu, türklərin qədim 
dastanlarından olması ilə çox qiymətli mənbədir. Uluğ 
Türükün məsləhəti və yuxusunun gerçək olması ilə  Oğuz 
xanın üç oğlunun  Şərqdən qızıl yay tapmaları, digər üç 
oğlunun isə  Qərbdən üç gümüş ox tapmaları  və ataları 
tərəfindən tapdıqlarının üçə bölünməsi, qədim türksoyluların 
göy, təbiət varlıqlarına inanclarına, sitayişinə görə oğlanlarının 
adlarının Gün, Ay, Ulduz, digərlərinin Göy, Dağ, Dəniz 
qoyulması  qədim ruh qavrayışlarını  qısa və  yığcam həcmdə, 
məzmunda dastanda əks etdirir. Diqqət etsək, yayın Şərq, oxun 
isə  Qərb tərəfdə tapılması, oxun yaya qoyulması ilə  Qərbdən 
Şərqə doğru hərəkət istiqamətini ifadə edir. Bunun özü də 


 
 
 
171
qədim türksoylularda Günəşə, işığa yüksək dəyər verildiyinə 
görə  Şərq tərəfin xeyirxah tərəf olması ilə Günəşin buradan 
çıxması  və  işıq  şüalarının oxlar kimi Qərbə, qaranlığa 
yayılması təsəvvürünü yaradır. 
Göy tüklü qurdun yol göstərməsi ilə Oğuz xanın qərbdə 
Sindi (Hindiquş dağlarının cənubu),  Şamı (Aralıq dənizinin 
ətraflarını) öz torpaqlarına qatması yenə  də oxun və  işığın 
istiqamətinə uyğundur. 
“Qeser”də dastanın başlanğıcında dünyanın, təbiətin, 
müqəddəslərin, qəhrəmanın yaradılışı nəql olunur: 
Nə vaxt bizim dünyamızın kalpası (aləmi) 
Yeni yaranmağa başlayırdı, 
Nə vaxt xoşbəxtliklərlə dolu Sumeri dağı 
Təpə idi. 
5. Nə vaxt Səndəl ağacı Kalparikşa (dünya ağacı) 
Kol idi ... (7,129) 
Ümumiyyətlə, “Oğuz xan”, “Qeser” , “Koroğlu” və s. 
dastanların quruluşunda və ilk başlanğıcında təsvir , təqdim və 
tərənnüm xüsusiyyətləri türksoylularda ümumi bir dastan anla-
yışının olmasını təsdiqləyir. Tanrı, dünyanın başlanğıcı haqda 
qısa, yığcam, yaxud da dastanlara görə geniş, mənalı, fəlsəfi fi-
kirlər verildikdən sonra, onlarda qədim türksoylulara xas 
dünya qavrayışlarının müxtəlif  şəkilləri ilə  əlaqəli təsvirlər 
yaradılır. Bu cəhətdən “Yaradılış” dastanında dünyanın var 
olması, Tanrı Kayra Xanın, ucsuz-bucaqsız suyun (okeanın) 
oluşu, Ak Ananın sudan görünüşü, Kişinin (adamın) 
yaranması, torpağın böyüməsi ilə dünyanın yaranması, doqquz 
budaqlı  ağacın (dünya ağacı) budaqlarından 9 adamın 
yaranması,  şeytan-insan  Ərliyin yerin altındakı üçüncü qata 
qovulması, Kayra xanın Göyün on yeddinci qatında işıqlı aləm 
yaradıb yerləşməsi, 
Ərliyin dünyasını Mandişirəyə 
dağıtdırdıqdan sonra onu yenidən yerin altıncı qatına 
göndərməsi və yeddinci qatda Gün Ana, altıncı qatda Ay Ata-
nın yerləşməsi digər dastanların quruluşu və mövzunun inkişaf 
müxtəlifliyi üçün ölçü vahidi olardı desək, zənnimizcə, yanlış 


 
 
 
172
olmazdı. “Qeser” dastanı qeyd etdiyimiz ölçülərə daha çox 
uyğun gəlir: 
Nə vaxt Qanq çayı 
Kiçik çay idi, 
Nə zaman ki Şakyamuni (Budda), bizim kalpamızın 
buddası, 
10. Bandi (rahib) – qulluqçu idi, 
Göyün Xormusta – tenqridən 
Ulu qüdrətli 
15. Dünyanın on ölkəsinin hökmdarı Qeser-boqdo (ali) 
Qızıl torpağa endi.(7,129) 
Dərk etdiyimiz kimi, “Qeser”də  də dünyanın heçdən 
(xaos) yaranması, müqəddəs dağ inancına görə Sumeri dağı, 
dünya ağası qavrayışına uyğun olaraq səndəl ağacı 
Kalpavrikşa, müqəddəs su üçün Qanq çayı, Qeserin özünün 
Mandişirə ilə uyğunluğu, Xormusta-tenqrinin də Kayra xanla 
ümumiliyini  əsaslandırır. Mandişirə  şeytan  Ərliyi yerin 
altıncı qatına qovub yerləşdirdiyi kimi, Qeser də insanların 
əzəli və amansız qaniçən düşməni, çox vaxt yeraltı 
məskənlərində yaşayan manqusu məhv edir. İncələməyə 
ehtiyac duymadan bənzəri dünya qavrayışlarının, təsvir 
üslubunun, mövzu axınının “Oğuz xan” dastanında da 
olduğunu aydınlaşdıra bilərik. Bizim üçün ən maraqlı  cəhət 
türksoyluların dastan yaradıcılığına xas olan bir az əvvəl 
qeyd etdiyimiz xüsusiyyətlərin, incəliklərin,  əlamətlərin 
“Yeddi gözəl”də də təkrarlanmasıdır. 
“Yeddi gözəl”də başlanğıcda Allahın hakimiyyətinə, 
onun bütün aləmləri yaradıb və tarazlıqda saxlamasına, 
qüdrətinə  səcdə, sitayiş  təsviri türksoylulalın qədim 
dastanlarındakı dünyanın yaranması, Tanrı haqda 
təsəvvürlərlə eynidir. 
Peyğəmbərin yüksək, seçkin keyfiyyətlərinin, aliliyinin 
mədh olunması da, türksoylu müqəddəslərin yaranması  və 
onların üstün xüsusiyyətlərinin rəvayət edilməsi ilə çox 
uyğunluq təşkil edir. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə