Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə53/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   49   50   51   52   53   54   55   56   ...   61

 
 
 
177
2. Xalq ruhuna dərindən bələd olan sənətkar kimi Ni-
zaminin özü tərəfindən yaradılmış folklor nümunələri və 
onların folklorda izləri. 
3. Nizaminin həyatı ilə əlaqədar hadisələr əsasında yaran-
mış yeni folklor nümunələri yaxud el variantı kimi yaranmış 
əsərlər.  
Nizami  əsərlərində müxtəlif folklor nümunələrində, o 
cümlədən  əsatir və  əfsanələrədən, rəvayətlərdən, xalq 
söyləmələrindən geniş istifadə etmiş  və  sənətkarlıq dühasını 
onlara  əlavə etməklə kamil sənət nümayiş etdirmişdir. 
Nizami ilk böyük əsəri olan “Sirlər xəzinəsində” xalq əfsanə 
və nağıllarından istifadə etmişdir. Bunlardan “Süleyman və 
Əkinçi”, “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər 
və qarı”, “Firudin ilə maralın dastanı”, “Harun ər-Rəşid ilə 
dəlləyin dastanı” və başqa nümunələri göstərmək olar.  
Məsələn, “Firudin ilə maralın dastanı” hekayəsi Gəncə 
ərazisində məşhur olan “Qanlı daş” adlı əfsanə ilə demək olar 
ki, eynilik təşkil edir. Hər iki əfsanədə  məşhur ovçunun 
qüdrəti, sonra bir qızı sevməsi, bu qıza qovuşmaq üçün 
məşhur bir maralı vurmalı olduğu və daşların maralı amansız 
ovçudan xilas etməsi, sinələrini açılan oxa sipər etməsi, 
cansız bir daşdan qan axması ovçunun əməlindən peşman 
olması göstərilir.  Əfsanədə  dərin humanizim ifadə olunur. 
İnsanın vəhşiliyi üzündən daşların belə qan ağlaması, 
nəhayətdə daş  qəlbli insanın mənəvi oyanışı  və  əməlindən 
peşmançılıq çəkdiyi verilir.  
“Sirlər xəzinəsi”ndəki maraqlı hekayələrdən biri də 
“Harun ər-Rəşid ilə dəlləyin dastanı” hekayəsi xalq arasında 
geniş yayılan “əsir padşah”  əfsanəsilə yaxından səsləşir. 
Qızılın – pulun nəyə qadir olduğu, insanı necə dəyişdiyi hər 
iki əfsanədə obrazlı şəkildə çox gözəl verilmişdir. 
Ümumiyyətlə, Nizami əsərləri öz rişələri və kökləri ilə 
Azərbaycan folkloruna çox bağlıdır. “Sirlər xəzinəsi” 
əsərində verilən “Gül və zəhər əfsanəsi” xalq arasında başqa 
şəkildə danışılır, xalq arasında bu “Loğman və  şagirdi” adlı 


 
 
 
178
əfsanədir. Bu əfsanələr arasında elə ciddi fərqlər görmək 
olmur. Hər ikisində konflikt eynidir: iki alimdən biri yaşamalı 
digəri məhv olmalıdır, hər ikisində köhnə ilə yeninin güclü 
mübarizəsi, güclü zəhər hazırlayanın qələbəsi ilə deyil, ölümü 
ilə bitir. Rəqibinin ölümünə daha çox çalışan, güclü zəhər 
hazırlayan istəyinə nail olmur.  
Nizami epik şeirin təbiətinə uyğun olaraq əsatir və 
əfsanələrdən geniş istifadə etmişdir. Dahi şair nakam 
məhəbbət dastanı olan “Leyli və  Məcnun”dan ustalıqla 
bəhrələnmiş  və  Xəmsəsinə daxil olan “Leyli və  Məcnun” 
poemasını qələmə almışdır. Lakin bu əfsanənin yalnız şairin 
ərəb mənbələrindən aldığını iddia edənlər, əlbəttə, yanılırlar. 
Çünki tarixi mənbələrdən aldığımız məlumata  əsasən bu 
əfsanə  ərəb mənbələrində öz əksini tapana qədər qədim 
Babilistanın mixi yazılarındakı 
ədəbiyyatda həkk 
olunmuşdur.Yusif Ziya Şirvani bunlara əsaslanaraq yazır ki: 
“Nizaminin öz poemasının ancaq ərəb mənşəli əsasda qurmuş 
olduğunu təxmin etmək mümkün deyil. Çünki Nizaminin 
“Leyli və  Məcnun” poemasında  ərəb mənbələri həlledici rol 
oynamır;  əksinə, poemanın yaranmasında  şair üçün əsas 
mənbə olan və o zaman Azərbaycanda geniş intişar tapan 
xalq  əfsanələri üstünlük təşkil edir”. Şirvan hökmdarı 
Axsitanın Leyli və  Məcnun  əfsanəsini qələmə almağı 
Nizamidən xahiş etməsi təsadüfi deyil, bu fakt da təsdiq edir 
ki, XII əsrdə belə bir əfsanə dillər əzbəri olmuş, Azərbaycan 
əhalisi arasında sevilərək yayılmışdır. Hətta belə bir atalar 
sözünün xalq arasında yayılması da bu faktları sübut edir: 
“Məcnun kimi dərs oxuyan vəlleylidə qalar”. 
Həmçinin Azərbaycan musiqisində “Rast-Pəncgah” 
muğamının guşələrindən birinin “Leyli və  Məcnun” 
adlanması yuxarda dediklərimizi təsdiq etməkdədir. Deməli, 
hələ Nizaminin nakam aşiqlərin faciəsinə həsr edilmiş “Leyli 
və  Məcnun” poemasının daha qədim nümunəsi, azad sevgi 
motivlərini ifadə edən bədii incilər Azərbaycan folklorunda 
çox idi və qüdrətli şair də bundan həvəslə bəhrələnmişdir. 


 
 
 
179
Nizaminin “Leyli və  Məcnun” poemasında “İt və 
cavan” rəvayəti ilə şahın zülmkarlığı və etibarsızlığı anladılır. 
“Yeddi gözəl” də isə buna yaxın bir rəvayətlə hökmdara ibrət 
dərsi verilir. Birincidə it sədaqətli, ikincidə isə satqındır. Hər 
iki rəvayətin xalq yaradıcılığında həm fərqli, həm oxşar 
nümunələrinə geniş şəkildə rast gəlmək olar. 
“Yeddi gözəl” əsəri qədim əfsanələri özündə cəmləşdir-
mək baxımından çox zəngindir. Bu əsərdə “Dərbənd qalası”, 
”Göyərçin  əfsanələri” – “Öncəqala  əfsanəsi”, “Göyərçinin 
ayağı niyə  qırmızıdır”  əfsanələrinin müxtəlif variantları 
verilmişdir. Nizami Gəncəvi zəngin yaradıcılığında 
rəngarəng  əfsanələrlə yanaşı, təmsillərdən ustalıqla istifadə 
etmişdir.  Şair istədiyi fikri, ideyanı daha canlı ifadə etmək 
üçün xalq təmsillərindən bacarıqla faydalanmışdır. Məsələn, 
onun “Sirlər xəzinəsində” verdiyi “Qarışqa və kəklik” təmsili 
xalq ədəbiyyatındakı “Pendir ağzında bir qara qarğa” təmsili 
ilə yaxından səsləşir. Yenə həmin əsərində verilən “Bülbül ilə 
qızılquş”, “Meyvəsatanla tülkü”, “Ovçu, it və tülkünün 
dastanı” təmsilin  ən yaxşı nümunələridir. Bundan sonra 
humanist şair “Xosrov və Şirin” poeması vasitəsi ilə göstərdi 
ki, o öz yaradıcılığı ilə xalq həyatına, xalq yaradıcılığına 
dərindən bağlı olan bir sənətkardır. “Xosrov və  Şirin” 
əsərinin müqəddiməsində deyilir:  
Məlum hekayədir bu “Xosrov Şirin” 
Ancaq dastan yoxdur bu qədər şirin, 
Ruha xoş gəlsədə bu gözəl dastan  
Pərdədə qalmışdı bu gəlin çoxdan 
“Xosrov və  Şirin” Azərbaycan xalqının daxilində 
yaşamış olan qədim və gözəl zfsanədən qüvvət almışdır. “Öz 
yurdunun qaynaqlarından bu əfsanəni götürmüş olan Nizami 
“Xosrov və Şirin” macərasının bədii surətlərini yenə xalqına 
deyil, bütün dünya xalqlarına qaytarmış oldu”. (M.Rəfili)  
Nizami  əsərlərində Azərbaycan xalq dastanları  və 
nağılları yeni məzmun və forma almış, dövrün bütün 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə