187
4. Flоrеnskiy P.A. Malое sоbraniе sоçinеniy. Imеna –
Kоstrоma: Kupina, 1993. 447s.
5. Paşayev A. Nizami Gəncəvinin poetik adlar aləmi
(poetik antroponimlər)-Bakı: Mütərcim, 2010.
6. Seyidov M. Azərbaycan mifik təfəkkürünün
qaynaqları. Bakı, 1983.
7. Kitabi-Dədə Qorqud ensiklopediyası. II c. Bakı,
1999.
8. Abdulla B. Kitabi-Dədə Qorqud və İslam dini. Bakı,
1999.
9. Xalıqov F. Folklor onomastikası. Bakı, 1997.
188
Nübar HƏKİMOVA
AMEA Folklor İnstitutu,
biologiya üzrə fəlsəfə doktoru
NİZAMİ GƏNCƏVİNİN ”SİRLƏR XƏZİNƏSİ” VƏ
“İSKƏNDƏRNAMƏ” ƏSƏRLƏRİNDƏ TİBBİ
AMİLLƏR
Klassik ədəbiyyatın ən görkəmli nümayəndələrindən
biri olan dahi Nizami Gəncəvi, öz əsərlərində Azərbaycan
xalq ədəbiyyatı nümünələrindən məharətlə istifadə etmişdir.
Azərbaycan xalqının zəngin bədii irsinə, xalq
ədəbiyyatına dərindən bələd olan Nizaminin əsərlərində
atalar sözləri, məsəllər, və digər xalq hikmətləri ilə yanaşı,
xalq ədəbiyyatının ayrılmaz hissəsi olan xalq təbabəti və
loğmanlıq da özünün həm bədii, həm də tibbi əksini
tapmışdır.
Bu baxımdan
şairin “Sirlər xəzinəsi” və
“İskəndərnamə” əsərləri xüsusi ilə önəmlidir.
İnsan sağlam olar az-az yeməkdən,
Uzun ömür eləməz əsla çox yeyən.
Yağlıdan, yavandan elə ye ki, sən,
Onu asanlıqla həzmə verəsən
Az yeməyin faydası haqqında tibb elmində kifayət
qədər məlumat vardır. Məlumdur ki, həddindən artıq çox
yemək, insan orqanizmi üçün zərərlidir. Belə ki, çox yemək
orqanizmdə maddələr mübadiləsinin pozulmasına, artıq
çəkiyə, piylənməyə gətirib çıxarır.
“Yeməkdə əsasdır cana nuş olmaq,
Onun dadına yox, faydasına bax”
Əlbəttə, yeməyin insan orqanizminə sadəcə qəbulu yox,
onun nə dərəcədə faydalı olduğu önəmlidir.
Az ye, çevik, yüngül ol, hər zaman,
Çox yesən ağırlaşar, min iztirab duyarsan.
189
Təbii ki, normadan artıq qida qəbulu orqanizmin daxili
balansını pozmaqla yanaşı, insanın xarici görkəminin də
dəyişməsinə, belə ki, piylənməyə, xarici dəri qatının-
dermanın deformasiyasına və orqanizmin əsas dayaq-hərəkət
sistemini formalaşdıran skeletin əsas dayaq sütunu olan
onurğanın əyriliyinə gətirib çıxarır.
Bu baxımdan dahi Nizaminin öz əsərlərində az yeməyin
orqanizm üçün faydasını dəfələrlə vurğulaması, onun tibb
elminə dərindən və mükəmməl şəkildə bələd olmasından
xəbər verir.
Qanın qüvvətini azalt, az ye, yoxsa sən,
Yoğun dəmirlər kimi gürz zərbəsi yeyərsən.
Qarınqulu olmaqdan xeyli yaxşıdır inan,
Saxlayasan ruzunu, yavaş-yaaş dadasan
Aslan az yediyindən qurdlara başçı oldu,
Hər şeyi udan ancaq, acgöz alovdu, oddu
Gündüz göz işığı. Gözün şəfəq çeşməsi,
Nədir yeməyi? Günəş- min ulduzun bircəsi.
Az yeməyinə baxmayaraq aslan qurdlara başçı olur. Ac
göz, nəfsi tox olmayan isə, zərər yetirən alova çevrilir.
Gündüz işığı dünyanı işıqlandırır, amma öz yeməyini
günəşdən alır. O günəş ki, həyat işığıdır və əbədidir. Dahi
Nizami yenə də burada az yeməyin faydasını qeyd edir.
Yemək, yatmaq hələ ki, ucaltmayıb heç kəsi,
Xərabədə yerləşər böyüklər xəzinəsi”
Bəllidir ki, tibbdə hərəkətsizlik, passiv həyat tərzi, çox
yatmaq da, çox yemək kimi insan orqanizminə mənfi təsir
göstərir. Orqanizmdə hərəkətsizlikdən yağlar parçalanmır,
dərinin piy təbəqəsində kəskin piylənmə, oynaqlarda ağrılar
və ümumi orqanizmdə isə toksinlərin yığılması halı baş verir.
Yemək, qarın alveri əgər yetsəydi dada,
Çox yeyənlərin çoxu sağ qalardı dünyda.
190
İnsan çox yaşasaydı ömür düşərdi gözdən,
Ömrünün dəyərini az ömürdən istə sən.
Burada maraqlı bir məqam üzə çıxır. Buna qədər qeyd
etdiyimiz nümunələrdə ifrat qida qəbulunun insan orqanizminə
fiziki və orqanik baxımdan zərərli təsiri göstərilir. Amma
yuxarıda qeyd etdiyimiz, saf, təmiz mənəviyyatın tərcümanı
olan bu bədii parçada isə, dərin mənəvi-fəlsəfi məntiq öz
əksini tapmışdır.
Dahi Nizami yeməyi qarın alveri sayır. Əgər yemək
dada çatan olsaydı, çox yeyənlər dünyada sağ qalardı.
İnsanın çox yaşaması şərt deyil, dəyərli ömür yaşaması
şərtdir. Elə bir ömür ki, maddiyata deyil, mənəviyyata
söykənsin. Yəni, insan öz nəfsinin yox, ağlının qulu olsun.
Qarnın dop-dolu olsa başın yüz bəla çəkər,
Nəfsin quduzlaşması insanı söküb tökər.
Nəfsin ilə bərabər sənə baş verilib, baş,
Yeməyəsən halalın olmayan neməti kaş.
İnsanın öz nəfsinə hakim olması haqqında tək təbabətdə
deyil, bütün elmlərin əsasını özündə birləşdirən Qurani-
Kərimdə də məlumat verilir.
Necə susuz olsan, istiyə düşsən,
Tələsik soyuq su əsla içmə sən.
Olarsa yeməkdə birisi loğman,
Saxlar öz nəfsini yad loxmalardan.
Çox yemə, süfrədə hər şey çox da var,
Artıq bir qətrədən qədəh də daşar.
Burada göstərilən məqamları Nizami özünün “ Leyli və
Məcnun “ əsərində də xüsusi ilə vurğulamışdır.
Sözün də su kimi lətafəti var,
Hər sözü az desən daha xoş olar.
Dostları ilə paylaş: |