Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə57/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   53   54   55   56   57   58   59   60   61

 
 
 
191
Bir inci saflığı varsa da suda, 
Artıq içiləndə dərd verir o da. 
İyirminci  əsrdə tibb elminin kifayət qədər məlumatlı 
olduğu bu məqamları, dahi Nizami öz əsərlərində  hələ neçə 
əsrlər bundan qabaq böyük ustalıqla şərh etmişdir.  
Nə öküz, nə eşşək kimi yeyərik, 
Nə də ağzımızı möhürləyərik. 
Tibbdə və ya loğmanlıqda çox yeməyin fəsadları göstə-
rilirsə  də, bunula yanaşı, ümumiyyətlə yeməkdən bu və ya 
digər  şəkildə imtina etmək də düzgün sayılmır. Hər bir şey 
qədərində gözəldir.  Əlbəttə, insanın normal qidalanmaması 
bir çox xəstəliklərin  əmələ  gəlməsinə, bədəndə toksinlərin 
yığılmasına və immunitet zəifliyinə gətirib çıxarır. İmmunitet 
zəifliyi isə orqanizmdə müftəlif xəstəliklərin başlanğıcıdır. 
Azərbaycan  ədəbiyyatının koriyeflərindən olan Nizami 
Gəncəvinin yaradıcılığı elə bir dəyərli xəzinədir ki, o 
xəzinədə bütün dünyəvi elmləri özündə  əks etdirən 
nümunələrə rast gəlmək olar. 
 Bir  sözlə, Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın 
milli-mənəvi sərvətidir. 
 
ƏDƏBİYYAT 
1. Nizami Gəncəvi.” Sirlər xəzinəsi” “Lider” nəşriyyatı. 
Bakı, 2004  
2. Nizami Gəncəvi “ İskəndərnamə” “Yazıçı” 
nəşriyyatı. Bakı, 1982 
3. Nizami Gəncəvi “ Leyli və Məcnun” Bakı, 1983. 
4. S. C. Əliyev, H.M. Hacıyeva. N. C. Mikayılzadə. 
Tibbi biliklərin əsasları. Bakı, 2004    
5. Məhəmməd Yusif Şirvani. Tibbnamə. Bakı, 1990. 
 
 
 
 
 


 
 
 
192
Xətayə CƏFƏROVA 
AMEA Folklor İnstitutunun kiçik elmi işçisi 
 
NİZAMİ GƏNCƏVİNİN YARADICILIĞINDA  
XALQ TƏBABƏTİ 
 
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azər-
baycan  şairi və mütəfəkkiri Nizami Gəncəvinin 2011-ci ildə 
870 illiyi tamam olmuşdur. 
Bəşər bədii fikrinin nadir incisi olan Nizami yaradıcılığı 
800 ildən artıqdır ki, insanlığın  ən yüksək zirvəsində durub, 
dünya ədəbiyyatının şah əsərləri içərisində özünəməxsus yer 
tutur. 
Nizami Gəncəvinin “Beş  xəzinə” adı ilə  şöhrət 
qazanmış “Xəmsə”si bədii sənət abidələrinin  ən qiymətli 
incilərindəndir. 
Dahi  şair “Xəmsə”yə daxil olan bütün poemalarında 
dini rəvayətlər, astronomiya, riyaziyyat, təbabət və başqa 
elmlərdən məharətlə istifadə etmişdir. 
Müdrik  şair “Bismillah-ir-rəhman-ir-rəhim” kəlamını 
hikmətlər xəzinəsinin açarı olduğunu göstərir. 
Ölməz sənətkar elə “Xəmsə”nin poemalarından biri 
olan “Sirlər xəzinəsi”ni yazarkən bu hikmətli kəlamla 
başlamış,  əsəri tamam yazıb qurtardıqdan sonra da Tanrıya 
şükr etmişdir ki, nə yaxşı ki, salamatlıqla işimi sona yetirdim. 
Nizami Gəncəvi öz yaradıcılığında folklor 
örnəklərindən – əfsanə, rəvayət, nağıllardan qaynaqlanmışdır. 
“Sirlər xəzinəsi” poemasında verilmiş “Bir-birilə çəkişən iki 
həkimin dastanı”nda göstərilir ki, bir evdə iki həkim 
yaşayırdı (1, s. 141). Onlar daim birincilik üstündə dava edər, 
“mənəm-mənəm” deyərdilər. Onlar bir-birini görmək 
istəməz, qəlblərində belə fikirləşərdilər ki, qarşı  tərəfdəki 
həlak olsun. 


 
 
 
193
Nəhayət, onların son qərarı bu oldu ki, bir-birilə çəkişib 
höcətləşməkdənsə hazırladıqları 
şərbətdən bir-birinə 
içirtsinlər. 
Birinci həkim elə bir zəhər hazırlayır ki, onun iyi qara 
daşları belə əridir. O, zəhəri ikinci həkimə verərkən deyir ki, 
sən onu zəhər bilmə. O, çox gözəl şərabdı. 
İkinci həkim onun şərab deyil, olduqca güclü zəhər 
olduğunu bildiyindən otlardan ibarət pədzəhr hazırlayır. 
Sonra da ondan həm içir, həm də güllərdən, çiçəklərdən 
ibarət su hazırlayır, çimir. Zəhər öz təsirini itirir (2). Sonra da 
o: 
Bağın çəmənliyindən bir çiçək götürdü, 
Bir əfsun oxuyub, o gülün üstünə üfürdü. 
Öz düşmənini cəzalandırmaq üçün gülü ona verdi. 
Haman çiçək o birisinin zəhərindən təsirli oldu. 
Düşmən əfsunlamış gülün müqabilindən alarkən 
Qorxu ona qalib gəldi, oradaca canı çıxdı (2). 
Bu hekayədə şair göstərir ki, birinci həkim öz biliyi, hik-
məti ilə güclü zəhər hazırlasa da, ikinci həkim öz hazırladığı 
pədzəhr ilə ona qalib gəlir. Birinci həkimi isə vahimə basır və 
ölür. 
Bu rəvayət xalq arasında “Loğman və şagirdi” adı ilə də 
yayılmışdır. Görkəmli folklorşünas alim Sədnik Paşa 
Pirsultanlı “Azərbaycan  əfsanə  və  rəvayətlərinin  ədəbi 
abidələrimizlə müqayisəli tədqiqi”  əsərində göstərir ki, 
“Loğman razı ola bilmir ki, şagirdi də ölkədə onun qədər 
şöhrətli olsun. O deyir: “Ölkədə bir loğman olar, iki loğman 
olmaz”. 
Şagird müəllimin təklifinə razı olur. Ancaq loğmanı pa-
xıllıq hissi bürüyür və cinayətə əl atır. Hazırladığı zəhəri şa-
girdinə verir. Şagird də  əvvəlcədən hazırladığı çiçəkləri 
qaynadır, onun suyunda çimir ki, zəhər ona təsir edə 
bilməsin. Sonra şagird bir keçə parçasını  həvəngdəstədə 
döyməyə başlayır. Çox gözləməli olan Loğman qorxudan 
ölür (2, s. 216). 


 
 
 
194
Burada bəlli olur ki, qələbə güclü zəhər hazırlayanın 
deyil, onun rəqibinindir. Çünki rəqibinin gücü, qüdrəti, səbri 
ən qorxulu zəhər qarşısında belə qələbə çalmağa qadirdir. 
Bu rəvayətdə əgər şagird bir parça keçə ilə qalib gəlirsə
əvvəlki rəvayətdə ikinci həkim bir ədəd gül ilə qalib gəlir. 
Dahi  şair Azərbaycan folklorundan bəhrələndikcə, daha 
geniş yüksəkliklərə qalxmış, onun şair xəyalına qol-qanad 
vermişdir. 
Şifahi xalq ədəbiyyatının hansı nümunələrində 
təbabətdən danışılırsa, o, daha maraqlı, oxunaqlı  və 
yaddaqalan olur. 
Biz bunu ölməz sənətkar, dahi şair N.Gəncəvinin 
əsərlərində daha çox hiss edir, duyuruq. Onun ailəsində  də 
xalq təbabətindən çox istifadə edirdilər. Belə bir mühitdə 
böyümüş şair öz əsərlərində təbabətin möcüzələrindən söhbət 
açır. 
Akademik H.Araslı “Şairin həyatı” adlı kitabında “Kürd 
qızı” rəvayətində göstərir ki, Gəncə  zəlzələsi zamanı  şairin 
atası uçqun daşların altında qalıb  əzilən zaman anası onu 
sarıçiçək təpitməsi və boyçiçək dəmləməsi ilə sağaltmışdır 
(3, s. 18). Həmin çiçəklər xalq arasında sarı çiçək – qantəpər, 
boyçiçək isə paşalar boyu kimi tanınan çiçəklərdir. 
“Sirlər xəzinəsi”ndən sonra Nizaminin Azərbaycan 
folkloru ilə daha zəngin olan poeması “Yeddi gözəl”dir. 
Burada söylənilən yeddi əfsanənin xalq ədəbiyyatına dərin 
təsiri olmuşdur. Burada Çin qızının Bəhram  şaha söylədiyi 
“Xeyir və  Şər” rəvayətinin “Mərd və namərd” nağılı ilə 
səsləşdiyinin şahidi oluruq. 
“Xeyir və Şər” əfsanəsində nəql olunur ki, Xeyir və Şər 
adlı iki cavan yol yoldaşı olur. Hərə öz heybəsini azuqə və su 
ilə doldurub istədikləri məkana gedirlər. Onlar adlarına 
uyğun hərəkət edir, həyatlarını yaşayırmışlar. Yolda hərdən 
dayanır, dincəlir, çörək yeyirdilər. Xeyir yeyib-içir, Şər isə 
qənaətlə dolanır, suyu da xəlvətcə içirmiş. Onlar elə isti bir 
səhradan keçməli olurlar ki, oranın istisi cəhənnəm kimi imiş. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə