Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə58/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   53   54   55   56   57   58   59   60   61

 
 
 
195
Şər bilirdi ki, getdikləri yer hələ çox uzaqdır. Ona görə  də 
ayrıca bir qabda Xeyirdən xəlvət su saxlayırmış. 
Beləliklə, onlar yeddi gün yol gedəsi olurlar. Bu zaman 
Xeyirin suyu tamam qurtarır. O, susuzluqdan əzab çəkir, canı 
od tutub yanırdı. 
Nəhayət, Xeyir üstündə olan ləli Şərə göstərib deyir ki, 
ləli götürüb əvəzində ona su versin. Şər isə ona deyir: 
Viranədə gövhər verirsən mənə, 
Ki, abad şəhərdə alasan yenə (4). 
Şər Xeyirə deyir ki, mən səndən elə bir gövhər alacam 
ki, onu geri ala bilməyəcəksən. O gövhər sənin iki gözündür. 
Xeyir nə  qədər yalvarsa da, onun yalvarışları  Şərə  təsir 
eləmir. Axırda iş elə  gətirir ki, Xeyir susuzluqdan öləcəyini 
duyur. Ona görə  də  Şərin sözləri ilə razılaşır.  Şər tez Xeyirin 
üstünə cumur, xəncərlə onun gözlərini çıxarıb onun həyat 
çırağını söndürür. 
Şər Xeyiri qan içində qoyub öz yoluna davam edir. 
Bu yerlərdə çoxlu qoyun sürüsü olan bir kürd 
yaşayırmış. Onun olduqca gözəl bir qızı varmış. Qız 
binələrinin yaxınlığında olan çeşmədən su götürməyə gedən 
vaxt uzaqdan inilti səsi eşidir. Qız səs gələn tərəfə gedib 
Xeyiri görür. Qız  əhvalatdan xəbər tutub Xeyirə su içirdir
sonra da onu binələrinə  gətirir. Yaxşı adamların köməyi ilə 
səhrada bitən səndəl ağacının yarpaqlarını döyür, onun 
cövhəri ilə Xeyirin gözlərini sağaldır. Sonralar Xeyir də öz 
növbəsində yeddi il gözləri kor olan bir şah qızının gözlərini 
səndəl yarpaqları ilə müalicə edir. Xeyir bu möcüzəli 
yarpaqlardan yığır, başqalarına da kömək etmək üçün özü ilə 
aparır. Necə deyərlər, xeyir öz xislətinə görə  hərəkət edir
yaxşılığı hər şeydən üstün tutur (5, s. 235). 
N.Gəncəvinin “Xeyir və  Şər”  əfsanəsi xalq arasında 
geniş yayılmış “Mərd və namərd” rəvayəti ilə səsləşir. 
“Mərd və Namərd” rəvayətində namərd tərəfindən 
gözləri çıxarılmış  Mərd səhrada inildəyir.  İki göyərçin onun 
başı üstündəki ağaca qonub, ağrının dəhşətindən inildəyən 


 
 
 
196
Mərdə deyirlər ki, ey oğlan, biz uçarkən sənin dizinin üstünə 
lələyimizdən salacağıq. Sən onu götür, gözlərinə  çək, 
sağalacaqsan. Mərd göyərçinlərin sözlərinə  əməl edir. 
Nəticədə gözləri sağalır. “Mərd və Namərd” nağılı ilə “Xeyir 
və Şər” əfsanəsinin mövzusu eyni qaynaqdan bəhrələnmişdir. 
Ancaq fərq odur ki, “Xeyir və Şər”də Xeyir səndəl yarpağı ilə 
şəfa tapır, “Mərd və Namərd” nağılında isə Xeyirə göyərçin 
lələyi kömək edir. 
Azərbaycan xalq rəvayətləri ilə  səsləşən rəvayətlərdən 
biri də  “İsgəndərnamə” poemasında verilmiş  “İsgəndərin 
zülmətə getməsi” rəvayətidir. Burada verilmiş  rəvayətdə 
göstərilir ki, bütün dünyanı fəth etmiş İsgəndər hökmdar indi də 
yeraltı zülmətə getmək, oradakı dirilik suyundan içib uzun 
ömür yaşamaq istəyir. Oranın yolunu isə Xızır peyğəmbərdən 
başqa heç kim bilmir. İsgəndər Xızır peyğəmbəri tapdırır. Öz 
atını ona verib deyir ki, Xızır dirilik suyunu tapmaqda ona 
köməklik eləsin. Xızır peyğəmbər,  İsgəndər və onun 
ordusundan ayrılıb suyu axtarmağa gedir. Çox əzab-əziyyətdən 
sonra Xızır bulağı tapır. Xızır peyğəmbər zülmət dünyaya 
gedəndə İlyas peyğəmbəri də özü ilə aparmışdı: 
İlyas Xızır ilə həmsəfər idi, 
Onlara rast gələn çeşmə başında. 
Onlar öz süfrələrini açdılar. 
Duzlu, quru balıq da vardı, 
Bu iki, uğurlu yolçunun birinin əlindən 
Həmin balıq zülal suya düşdü (6, s. 371). 
 
Əlindən düşən firuzə rəngli suya 
Əlini cumdurdu ki, balığı tutsun. 
Tutunca gördü ki, balıq diridir. 
Anladı ki, bu həyat verən su, 
Dirilik suyuna dəlalət edir. 
Şadlıqla həyat çeşməsindən içdi. 
Həyatda əbədi dirilik tapdı (2, s. 291). 


 
 
 
197
O istəyir ki, İsgəndəri tapsın və suyun yerini ona 
göstərsin. Ancaq görür ki, bulaq yoxdur, qeybə  çəkilib. 
Peyğəmbər başa düşür ki, İsgəndər sudan içə bilməyəcək. 
Xızır peyğəmbər sehrli sudan içdiyinə görə uzun bir 
ömür sürür. İsgəndər isə çox cavan, 32 yaşında dünyasını 
dəyişir. 
Nizaminin təsvirini verdiyi dirilik suyu “Bobo qamo” 
adlı əfsanə ilə səsləşir. 
Əfsanədə söylənilir ki, Yanar dağın  ətrafında ilanlar 
yaşayırmış.  İlanlar  şahının icazəsi olmadan heç bir ilan 
özbaşına evlənə bilməzmiş. Şah bir dişi ilanı sevirmiş. O isə 
şahı yox, başqasını sevirmiş. Şah qızı öldürtdürür. Qızı sevən 
oğlan onu Yanar dağın  ətəyindəki nohura salır. Qızı dirilir. 
Bobo dayı  kənardan baxıb bu mənzərəni görür. Bobo dayı 
ilanları oradan qovur. 
Bobo dayının ayağı  ağrıyırmış. O, ayağını  həmin 
nohura salır. Ayağının ağrısı  dərhal dayanır. Bu xəbər hər 
yana yayılır. Hər tərəfdən bura adamlar axışıb gəlir. O 
vaxtdan bura Bobo qamo adlanır (2). 
Nizami Gəncəvinin bütün dünyada şöhrət tapmış “Xəm-
sə”si “İsgəndərnamə” poeması ilə bitmişdir. Bu son əsərində 
böyük söz ustasının məfkurəsi, bədii qayəsi,  şair təxəyyülü 
özünün  ən yüksək zirvəsinə çatmışdır. N.Gəncəvi xalq 
yaradıcılığından bəhrələndiyi üçün onun yaradıcılığı da əbədi 
yaşayacaq və söz çələnginin tacı olacaqdır. 
 
ƏDƏBİYYAT 
1. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı: Elm, 1981. 
2. S.P.Pirsultanlı. Azərbaycan  əfsanə  və  rəvayətlərinin 
ədəbi abidələrimizlə müqayisəli təhlili. Bakı: Nurlan, 2007. 
3. Həmid Araslı. Şairin həyatı. Bakı: Gənclik, 1967. 
4. Nizami Gəncəvi. Xeyir və Şər. Bakı: Gənclik, 1976. 
5. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı: Elm, 1983 
6. Nizami Gəncəvi. İsgəndərnamə. Bakı: Lider, 2004.  
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə