Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə60/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   53   54   55   56   57   58   59   60   61

 
 
 
202
də istifadə etmişdir. Lakin bunu xüsusi qeyd etmək lazımdır 
ki,  şair kiçik folklor süjetlərinə  əsaslanıb, onlara yeni nəfəs 
gətirmişdir. Məsələn, buna şairin “Sirlər xəzinəsi“ndə ki bir 
çox hekayələri, xüsusi ilə, “Süleyman və əkinçi”, “Bülbül və 
qızılquşun dastanı” və başqalarını da misalgöstərmək olar. 
 Əlbəttə, şair bu hekayələrin mövzusunu xalqdan almış 
və onu öz ideya və fikirləri ilə əsaslandırmışdır. 
Lakin ”Sirlər xəzinəsi“ndə xalq xəzinəsindən gələn mo-
tivlər bununla bitmir. “Ovçu ilə tülkünün dastanı”, “Sultan 
Səncər və qarı” hekayəsi, “Firidun və maralın dastanı”, “Bir 
şahzadənin dastanı”, “Bir-biri ilə çəkişən iki həkimin dastanı” 
Azərbaycan folklorunun qədim əsatirlərindən qaynaqlanır.  
Məsələn, “Bir şahzadənin dastanı” folklorumuzda 
“Bostan əhvalatı” ilə səsləşir. “Bostan əhvalatı”nda məzmun 
belədir: 
Ata oğlunu başqa ölkəyə səfərə göndərir. Həmin ölkədə 
şah seçmək mərasimi təzəcə başlayıbmış. Adətə görə  şahı 
seçmək üçün huma quşunu uçurdurlar və quş uçurdanda 
kimin başına qonarsa, həmin şəxsi şah eçirlər.  
Quş üç dəfə uçub oğlanın başına qonur. Ölkənin ağsq-
qalları çarəsiz qalıb oğlanı  şah seçirlər. Təcrübəsizlik və bir 
yandan da qəribçilik yeniyetmə  gənci çox sıxır. Digər 
tərəfdən də, köhnə  vəzir-vəkillər, saray əyanları  əl-ayağına 
dolaşır. Gənc məcbur qalıb atasının yanına qasid göndərir. 
Qasid sifarişi oğlanın atasına çatdırır. 
- Ata, huma quşunu uçurdurlar, gəlib başıma qondu və 
məni şah seçdilər. İşlərim yaxşı getmir, bilmirəm, ölkəni neçə 
idarə eliyim. 
Arif qoca susur heç nə demir. Lakin sakitcə bir xəncəri 
götürüb, bostana girir və  nə  qədər qarpız, qovun varsa, 
hamısını tağdan üzür. Sonra gələn qasidə üzünü tutub deyir 
ki: 
- Oğluma deyərsən, atan dedi ki, mən heç nə bilmirəm. 
Qasid saraya qayıdıb gördüklərini şaha nəql edir. Gənc 
şah hər  şeyi anlayır. Sarayda nə  qədər, köhnə  şaha yaxın 


 
 
 
203
saray adamı, vəzir-vəkil var idisə, hamısını dar ağacından 
asdırır. Qalanı qorxuya düşür və  gənc  şah rahatlıqla ölkəni 
idarə edir.  
O, bir gül üzdü bağdan, çəməndən gülə-gülə,  
Bir əfsun oxuyaraq, üflədi həmin gülə. 
Yağını öldürməkçün gülü məndən al dedi,  
Bu gül zəhərdən də güclü, təsirli idi. 
 Düşmən əfsunlu gülü əlinə alan zaman.  
Qorxudan məğlub olub, bircə anda verdi can (6, s. 
45) 
Yuxarıda qeyd olunan bu parçada Nizaminin “Bir-biri 
ilə çəkişən iki həkimin dastanı”nda göstərdiyi “Gül və Zəhər” 
əfsanəsi, xalq arsında yayılan, eyni məzmunlu, adı isə 
“Loğman və şagirdi” adlanan əfsanə ilə tam səsləşir.  
Əfsanədə göstərilir ki, loğman  şagirdinin ölkədə  şan-
şöhrət qazanmasından ehtiyat edir və  nəhayət,  şagirdini 
çağırıb, deyir ki, ya sən yaşamalısan, ya mən.  
 Belə şərt kəsirlər ki, hər ikisi zəhərli dərman hazırlasın. 
Şagird birinci imkanı öz ustadına verir və loğman zəhərlə 
dolu piyaləni öz şagirdinə verir. Şagird loğmanın  əlindəki 
piyaləni alıb, zəhəri başına çəkir. Zəhəri  şərbət kimi içir. 
Sonra isə  zəhərin qarşısını alan otların, çiçəklərin suyunda 
çimib qurtulur. 
İkinci növbə isə, əlbəttə, şagirdin idi. O, böyük mis qabı 
götürür, içinə iri bir keçə parçasını qoyaraq onu gecə-gündüz 
daşla döyür. Loğman bu mənzərəni seyr edir. O, bütün çiçək-
lərin  ətrinə  bələd idi, lakin şagirdin hazırladığı  dərmandan 
heç bir qoxu gəlmir.  Şagird daşla keçəni hər dəfə döydükcə 
bu səs onun beynində  əks-səda verir və loğman qorxudan, 
vahimədən ölür. 
Nizami yaradıcılığında həmçinin el arasında məhşur 
atalar sözləri ilə sələşən misralara da tez-tez rast gəlinir.  
Çox yemə, süfrədə hər şey çox da var,  
Artıq bir qətrədən qədəh də daşar. 


 
 
 
204
Bu misralar el arasında çox məşhur olan və tez-tez 
işlənən atalar sözü ilə eyni fikri özündə ifadə edir. 
“Artıq tamah baş yarar.” 
Beləliklə, dahi Nizami Azərbaycan folklorundan 
məharətlə  bəhrələnmiş  və  əfsanə  və  əsatirlərimizə tarixdə 
yaşamaq hüququ qazandırmışdır. Bununla da, Azərbaycan 
folkloru həmişə Nizami yaradıcılığından faydalanmış  və 
bundan sonra da faydalanacaqdır.  
     
ƏDƏBİYYAT 
 1. Araslı Həmid. Nizami Gəncəvi əsərləri. Azərbaycan 
ədəbiyyatı tarixi, Bakı: 1960 
 2.  Ağamirov Cahan. Nizamidə  işlənən türk sözləri və 
zərbi-məsəllər. Bakı: Lider, 2003 
3. Gəncəvi Nizami. Sirlər xəzinəsi, Bakı: Lider, 2004 
4. Gəncəvi Nizami. İskəndərnamə, Bakı: Yazıçı, 1982 
5. Gəncəvi Nizami. Xəmsə, Bakı: Gənclik, 1981 
6. Paşayev Sədnik. Nizami və xalq əfsanələri. Bakı: 
Gənclik, 1993. 
7. Rzasoy Seyfəddin. Nizami poeziyası: Mif-Tarix kon-
teksti. Bakı. Ağrıdağ, 2003. 
8. Xalisbəyli Tağı. Nizami Gəncəvi və  şifahi xalq 
ədəbiyyatı. Bakı: Yazıçı, 1982 
 


 
 
 
205
Vüsal SƏFİYEVA  
AMEA Folklor İnstitutu 
 
HƏMİD ARASLI YARADICILIĞINDA NİZAMİ VƏ 
FOLKLOR MÖVZUSU 
 
XX  əsr Azərbaycan  ədəbiyyatşünaslığının inkişafında 
görkəmli yer tutan akademik Həmid Araslı folklor kimi 
zəngin bir sahənin tədqiqində  də  məhsuldar fəaliyyəti ilə 
dərin iz buraxmışdır. Onun yaradıcılığında şifahi xalq ədəbiy-
yatının öyrənilməsi məsələsinin xüsusi vurğu ilə diqqətə 
çatdırılması  təsadüfi deyildir. Alimin elmi fəaliyyətini 
professor Mirzağa Quluzadə belə  səciyyələndirmişdir: «H. 
Araslı 1926-cı ildən başlayaraq kənddə müəllim işlədiyi 
zaman Azərbaycan  şifahi xalq ədəbiyyatının və  aşıq  şeiri 
nümunələrinin toplanması sahəsində  əhəmiyyətli iş 
görmüşdür. Bu materiallar şifahi xalq ədəbiyyatı nümunələri 
üçün faydalı  mənbələrdən biri olmuşdur… O, bütün elmi 
tədqiqat fəaliyyəti illərində  şifahi xalq yaradıcılığı, xüsusilə 
xalq dastanları  və  aşıq poeziyası ilə üzvi surətdə bağlı olan, 
şifahi xalq poeziyası  və onun klassik ədəbi irslə qarşılıqlı 
təsir və  əlaqələrinə böyük maraq göstərən və  əsərlərində 
həmişə bu məsələlərə  əhəmiyyət verən bir alimdir. H.Araslı 
Azərbaycan  şifahi xalq ədəbiyyatının da ən yaxşı 
mütəxəssislərindən biridir. Onun «XVII-XVIII əsr 
Azərbaycan  ədəbiyyatı tarixi» əsərində «Koroğlu», «Əsli və 
Kərəm», «Aşıq Qərib» və sairə dastanların tədqiqinə, aşıq 
poeziyasının inkişafı  məsələlərinə geniş yer verilmişdir. 
Alimin «Azərbaycan aşıq şeiri» adlı əsəri də (1964) onun bu 
məsələlərlə ciddi məşğul olduğunu göstərir» (1, 24-25). 
Həmid Araslı folklorşünaslıq sahəsindəki fəaliyyətini 
əsasən üç istiqamətdə davam etdirmişdir: 
1.
 
Azərbaycan folklorunun tarixi və 
nəzəri 
məsələlərinin araşdırılması; 
2.
 
Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının əlaqə və 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə