Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə54/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   50   51   52   53   54   55   56   57   ...   61

 
 
 
180
hadisələri ilə  səsləşdirilmişdir. Bütün bunlar xalq bədii 
təfəkkürünün inkşafına əhəmiyyətli təsir göstərmişdir. 
N.Gəncəvi bir çox Azərbaycan atalar sözü və 
məsəllərini, aforizmlərini fars dilində  tərcümə etmiş,  şeirin 
tələbinə uyğun olaraq öz əsərlərində geniş  şəkildə istifadə 
etmişdir. Dahi şair xalq yaradıcılığı nümunələrindən istifadə 
etməklə  bərabər, özü də yeni aforizmlər, hikmətli sözlər 
yaratmışdır: “Ot kökü üstündə bitər”, ”Pişik balasını 
istədəiyindən yeyər”, “Söyüd ağacı bar verməz”, ”Qoyunu 
qoyun ayağından asarlar, keçini keçi”, “Özgəyə quyu qazan 
özü düşər” və. s. 
Deməli, Nizami həm Azərbaycan şifahi xalq ədəbiyya-
tından ustalıqla faydalanmış, həm də onun inkşafına güclü 
təsir etmişdir. Nizaminin əsərləri əsasında yaradılan müxtəlif 
şifahi xalq variantları da buna aydın sübutdur. 
Epos yaradıcılığın son mərhələsində qədim epos və das-
tanlarla yanaşı, yeni dastanların yaranmasında Nizaminin 
“Xəmsə”si tükənməz bir xəzinə,qida mənbəyi rolunu 
oynamışdır. Ayrı-ayrı aşıq məktəblərinin, o cümlədən Gəncə-
Şəmkir, Göyçə-Borçalı,  Şirvan-Muğam aşıq məktəblərinin 
təsiri ilə neçə-neçə yeni, dərin mündəricəli dastanlar 
yaradılmışdır. “Leyli və  Məcnun”, “Fərhad və  Şirin”, 
“Şahzadə  Bəhram”, “Məmməd və Güləndam” və başqaları 
bunun ən yaxşı numunələridir. Bunlardan “Leyli və Məcnun” 
dastanı Nizaminin eyni adlı poemasından, “Fərhad və Şirin” 
dastanı isə şairin “Xosrov və Şirin”indən, “Şahzadə Bəhram” 
və “Məmməd və Güləndam” isə Nizaminin “Yeddi gözəl” 
əsərindən qidalanaraq formalaşmışdır. 
Bundan başqa Aşıq  ədəbiyyatımızda neçə-neçə 
cahannamə, ustadnamə, bayatılar və digər ölməz nümunələr 
dahi Nizaminin “Xəmsə”si ilə bağlı şəkildə yaranmışdır. 
Nizami haqqında hekayə, dram və roman yazılmışdır. 
Bu bədii  əsərlərdə dahi şairin parlaq istedadı, mənəviyyatı, 
xalqına, torpağına bağlılığı, humanizimi obrazlı  şəkildə 
göstərmişdir. Nizami irsi ümumxalq malı olmuş, onun adı və 


 
 
 
181
əsərləri  ədəbiyyatımızın  ən  əsrarəngiz obrazına çevrilmişdir. 
Nizami və folklor əlaqəsini zaman baxımından izah etsək, 
belə deyə bilərik ki, Nizami xalq yaradıcılığından yalnız 
özünün yaşayıb yaratdığı dövrdə istifadə etmiş , 
bəhrələnmişdir. Lakin Nizami irsi, onun qüdrətli yaradıcılığı 
neçə  əsrdir ki, Azərbaycan  ədəbiyyatı  və folkloruna öz 
əhəmiyyətli təsirini göstərir və bundan sonrada göstərəcəkdir. 
Elə buna görə  də Nizami sənətkarlığı  ədəbiyyat və folklor 
üfüqlərində parlayan poetik günəşə çevrilmişdir. 
İSTIFADƏ OLUNAN QAYNAQLAR 
1.
 
Paşa  Əfəndiyev. Azərbaycan  şifahi xalq ədəbiyyatı. 
Bakı, «Maarif», 1992, s. 465-468 
2.
 
Sədnik Paşayev. Nizami və folklor. Bakı, 1976 s. 
18-158 
3.
 
Şamxəlil Məmmədov. Azərbaycan folkloru, Bakı, 
Ziya-Nurlan, 2008  
4.
 
Xəlil Yusifli. Şərqdə intibah və Nizami Gəncəvi. 
Bakı, Yazıçı, 1982 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
182
Reyhan DADAŞOVA 
 AMEA Folklor İnstitutu 
 
“KİTABİ-DƏDƏ QORQUD”DA VƏ NİZAMİ 
GƏNCƏVİDƏ POETONİMLƏR ETNOMƏDƏNİ  
KOD KİMİ 
  
Mifoloji adların kodlar kimi bədii mətndə ifadə imkan-
larının hərtərəfli tədqiqi bədii nitqin üslub planında maraq do-
ğurur.  Əgər dildə “insan amilinin” üstünlüyünü nəzərə alsaq, 
şəxs adları, antroponimlər kulturoloji element-lərdən ən önəm-
lisidir. 
“...Ad mədəniyyətin impulsudur, çünki insanı  işarə 
kompleksinə daxil edir, həm də onun nəticəsidir, çünki onun 
mənaları mədəniyyət məkanında genişlənir...”[1,126]. 
Ad polifunksionaldır və R.Yakobsonun təbiri ilə desək, 
“nitq hadisəsidir”, onda “adresant məlumat-kontekst (yaxud 
referent) kod-kontakt-adresat” komponentlərinin konstant 
ardıcıllığı mövcuddur [2, 198]. Bu formul dilçilikdə ün-
siyyətin universal modulu kimi qəbul olunmuşdur və 
“sinxron” və “diaxron” hissələrə bölünür. Birinciyə “adresant 
– məlumat – kontekst”, ikinciyə “kod-kontakt-adresat” 
daxildir. Xüsusi adın semantikasında diaxron aspektin möv-
cudluğunu M.İ.Steblin-Kamenski də qeyd edir. “Xüsusi adın 
öz mahiyyəti, onun denotativlik qabiliyyəti tədricən 
yaranır”[3,104]. 
Adlarda kod baxımından ehtiva olunan əlamətlər adla-
nanın mahiyyətini ifadə edir. P.Florenski yazırdı ki, “ad 
şəxsiyyətin nüvəsidir, onun vacib formasıdır” [4,63]. 
Nizami Gəncəvi “Xəmsə”sində  və “Kitabi-Dədə 
Qorqud”da mif-adlar “orta əsr” mədəni kodunun bütün 
atributlarını özündə qoruyub saxlayır, etnomədəni düşüncənin 
parlaq ifadəsi kimi çıxış edir. Xızır və Nuh peyğəmbərin adları 
belə mif-adlardandır. 


 
 
 
183
Nizami Gəncəvi “Xəmsə”sində mif adlar (mifonimlər) 
yüksək semiotikliyə malikdir, çünki orta əsrlərin mədəni fon-
dunda üstün olan mifoloji təfəkkürdə hər şey mənaya malikdir. 
A.Paşayev haqlı olaraq yazır: ”Xəmsə”də elə bir şəxs adı tap-
maq olmaz ki, onun müəyyən əlavə və poetik mənası olmasın 
və obraz haqqında məlumat verməsin. Bu adlarda etimoloji 
məna ilə obrazın səciyyəsi bir-birinə uyğun gəlir”[5,21]. Biz 
isə  əlavə edə bilərik ki, mifoloji adlar bədii mətndə ikinci 
mifoloji məna qazanır. Bunu Xızır obrazında da (Xızır Nəbi, 
Xızır  İlyas) görmək mümkündür. Xızır adı Nizami Gəncəvi 
“Xəmsə”sində müxtəlif məcazlar tərkibində (təşbih, təşbihi-
kinayət və s.) verilir. Rəvayətlərə görə, Xızır Makedoniyalı 
İsgəndərin müasiri olmuşdur. Onunla birlikdə dirilik suyunun 
dalınca Zülmət ölkəsinə gedir. 
Bu kontekstdən çıxış edərək, Nizami İsgəndəri Xızırla 
müqayisə edir, onun bol süfrəsini dirilik suyuna bənzədir: 
“İsgəndər xaqanın süfrəsinə yetməsi. Bu Xızırın ayağının 
dirilik suyuna çatmasıdır”. 
Azərbaycan folklorunda çətin məqamlarda 
qəhrəmanların dadına çatan, onları öz arzularına çatdıran 
Xızır, Xızır-İlyas “Yeddi gözəl” və  “İsgəndərnamə” 
əsərlərində epizotik surətlər kimi iştirak edir. “Yeddi gözəl” 
əsərində Mahanı əcinnələr dünyasından xilas edən Xızır olur:   
Xilaskaram Xızıram, - dedi, - mən sənin 
Gəlmişəm tutmağa əlindən sənin... 
Xızrın salamını Mahan eşitdi. 
Dirilik suyuna guya ki, getdi. 
“İsgəndərnamə” əsərində isə şair Xızırı gah tək, gah da 
“İlyasla” birlikdə işlədir: 
Söylədi o zaman böyük İsgəndər, 
Ona rəhbər olsun Xızır peyğəmbər. 
Bu yolda İlyasla Xızır yoldaşdı. 
Çeşməyə gedərkən dostlar yanaşdı. 
Yaxud: 
Xızır, İlyas kam aldı həyat suyundan 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə