Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə52/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   48   49   50   51   52   53   54   55   ...   61

 
 
 
173
Şahlara öyüd-nəsihətlər, tərbiyələndirmə  təsvirləri də 
dastan qəhrəmanlarını öymək, yönləndirmək cəhdləri ilə eyni 
səviyyəlidir. 
Qeyd etdiyimiz kimi, “Yeddi gözəl”də  Gəncəvinin 
yaradıcı  təxəyyülünün məhsulu olan əfsanə, nağıl, dastan 
çevrəsinə mənsub mövzuların, ideyaların, fikirlərin türk xalq 
mifik-epik ənənəsi ilə uyğunluğu çoxdan da çoxdur.  
Rəqəmlər də xalqların, soyların, irqlərin dünyabaxış-
larında, qədim xalq tətbiqi və  təsviri sənət nümunələrindəki 
naxışlar, rənglər, həndəsi quruluşlar qədər dəyərə malikdir. 
Eyni rəqəmlər müxtəlif xalqların mifik dünyasında tam fərqli 
mənaları işarələyib və bir-birilə uyğun gəlməyən anlamları da 
bildirib. “Yeddi gözəl”də böyük üstünlüklə  rəqəmlər türk 
ruhunu aydınlaşdırır. 
Belə bir cahangirin kamanının önündə 
Doqquz fələk bir qəbzə kiçik oxdur. (3,31) 
Türk ruh təbəqələşməsində 9 budaqlı ağacdan yaranmış 
9 adam, 9 oğuz, butanın 9 (kişi) quruluşu ilə eynilik təşkil 
edir.  
“Oğuz xan”da, “Yaradılış”dakı dağ ruhu “Qeser”də 
daha güclüdür. “Yeddi gözəl”də  Xəvərnəq qəsrinin uca dağ 
başında inşa edilməsi də bu inancın davamıdır. 
“Qeser”lə “Yeddi gözəl” arasında uyğunluqlardan biri 
də Qeserin ətrafında daima 7 qadının (4 öz qadını, 3 
xilaskarları) dolaşdığı, məsləhət verdiyi kimi, digərində də 7 
gözəlin eyni məqsədlə əsərə daxil edilməsidir. 
“Qeser”in bir hissəsi olan “Qızıl dağ Sumeru”da mavi 
dağın zirvəsində tikilmiş sarayın dörd tərəfindəki qapıları, 
onlarla  əlaqəli hadisələr ayrılıqda təsvir olunur . Bunun da 
əsas səbəbi dörd cəhətə  fərqli inancla bağlıdır. Eyni dünya 
təsəvvürünün, qavrayışının bir az başqa  şəkli “Yeddi 
gözəl”də verilir: 
Aşağı və yuxarı, ön və arxa, sağ və sol 
Bir cəhətə çevrildilər, altı cəhət aradan qalxdı. 
... 


 
 
 
174
Cəhətsiz olanın cəhətlə işi olmaz 
Bu cəhətdən (səbəbdən) o pərgar cəhətsiz oldu. 
(3,23) 
Beləliklə, nəticə olaraq deyə bilərik ki, “Yeddi 
gözəl”dəki 7 rəqəminin dəyişik hallarda, mənalarda işlənən 
fərqli vəziyyətləri : yeddi göy, yeddi kök, yeddi iqlim, yeddi 
rəng, yeddi günbəd, yeddi gün, yeddi gözəl, yeddi ulduz, yeddi 
xan və s.  qədim türksoylu ruh qavrayışı, rəqəmi olaraq əks 
olunub, yaradılıb.  
 
ƏDƏBİYYAT 
1.
 
Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə, I cild. Bakı: 
Elm 2004 
2.
 
Banarlı. Resimli Türk edebiyatı Tarihi, I c., İstanbul, 
M.E.B., 1998 
3.
 
Gəncəvi N. Yeddi gözəl. Bakı: Elm, 1983 
4.
 
Koroğlu. Bakı: Gənclik, 1975 
5.
 
Koroğlu (Cənub variantı). Bakı: Ozan, 1997 
6.
 
Qumilyov L. Qədim türklər. Bakı: Gənclik 1993 
7.
 
Neklyudov S.J. , J.Tumurseren. Monqolskiye 
skazaniya o Qesere. Moskva: Nauka, 1982 
8.
 
Tahirə M. Osmanlı  şairlərinin yaradıcılığında 
Azərbaycan ədəbiyyatı ənənələri. Bakı: Mütərcim, 2010 
9.
 
Traditisionnoye mirovozreniye tyurkov Yujnoy 
Sibiri. Novosibirsk: Nauka, 1989 
10.
 
Traditsionnaya kultura narodov tsentralnoy Azii. 
Novosibirsk: Nauka, 1986 
 
 
 
 
 
 
 
 


 
 
 
175
Maya YUSİFOVA  
          
NİZAMİ GƏNCƏVİ İRSİ VƏ FOLKLOR 
 
Folklor yazılı  ədəbiyyatın yaranması  və inkişafı üçün 
əvəzsiz mənbələrdən biridir. “Bütün dünya ölkələri şairlərinin 
ən yaxşı 
əsərləri xalqın yaradıcılıq xəzinəsindən 
götürülmüşdür”. Azərbaycan 
ədəbiyyatı 
ən qədim 
zamanlardan bu günümüzə  qədər  şifahi xalq ədəbiyyatı ilə 
bağlı inkişaf etmişdir. Xaqani, Nəsimi, Nizami, Xətai, Füzuli, 
Məsihi, Vaqif kimi görkəmli  ədəbiyyat xadimlərinin 
əsərlərində bu bağlılığı aydın müşahidə etmək olar. 
Azərbaycan ədəbiyyat tarixində folklor və yazılı ədəbiy-
yatın bir-birindən istifadəsi, qida alması qarşılıqlı olmuşdur. 
Belə ki, folklor yazılı ədəbiyyatın əsas mənbəyi olduğu və in-
kişafı boyu ədəbiyyata təsir etdiyi kimi, ədəbiyyatında öz növ-
bəsində şifahi yaradıcılığa təsiri aydın görünür. Bu təsir dildə, 
formada, ifadə vasitələrində, bir sıra ideya və motivlərdə 
özünü göstərmişdir. Xalqa bağlı olan sənətkarlar onun 
yaradıcılığına biganə qalmamış, folkloru hər cəhətdən faydalı 
bir qaynaq hesab etmişlər. 
Tarixi həqiqət və ədəbi – tarixi faktlar göstərir ki, yazılı 
ədəbiyyat meydana gəldikdən sonra şifahi xalq ədəbiyyatı 
aradan çıxmamış, yazılı  ədəbiyyatla yanaşı yaşamış, inkişaf 
edib zənginləşmişdir. Maddi və  mənəvi sərvətləri yaradan 
xalqın bilavasitə universal poetik sənəti kimi folklor yaşamış, 
forma və janr müxtəlifliyi saxlamaqla yeni motivli əsərlər 
hesabına zənginləşmişdir. 
Folklor-şifahi xalq ədəbiyyatı  cəmiyyətin intibah 
dövründə yaranmış klassik, irsi tarixi bir missiyanın 
daşıyıcısıdır : Bədii yaradıcılığın bütün sahələri üçün qaynaq 
olmaq ! 
Türk dünyasının qüdrətli sənətkarı Ç.Aytmatov özünün 
zəngin yaradıcılığında qədim türk mifologiyası  və 
folklorundan istifadə etmiş  və bunu bədii-psixoloji cəhətdən 


 
 
 
176
belə  əsaslandırmışdır. “Folklor, mifologiya yazıçı üçün 
təfəkkür metodu, real gerçəkliyi öyrənmə  və yozum 
vasitəsidir”. 
Beləliklə, çoxəsirlik milli və dünya ədəbiyyatı 
materialları göstərir ki, folklordan istifadə, “sənətkarlığın 
əsas əlaməti”dir. Bu klassik və müasir ədəbiyyat üçün tipoloji 
məziyyətdir. 
Milli-xəlqi forması, bədii-estetik, fiziki-fəlsəfi dəyəri ilə 
seçilən fars dilli yazılı  ədəbiyyatımızın  ədəbi məktəb 
yaratmış görkəmli nümayəndəsi Nizami Gəncəvi olmuşdur. 
Nizami Gəncəvi irsinin ən böyük poetik-fəlsəfi dəyərlərindən 
biri şairin yaradıcılığının folklorla bağlılığıdır. 
Nizami Gəncəvi xalq yaradıcılığına tükənməz bir xəzinə 
kimi baxmış, folklor nümunələrindən öz fikirlərini xalqa daha 
yaxşı çatdırmaq üçün ustalıqla istifadə etmişdir. Bu barədə rus 
şərqşünası Bertels yazır: “Əgər Nizami bəlli olmayan başqa 
yazılı  mənbədən istifadə etməmişsə, o zaman Azərbaycanda 
çox geniş yayılmış olan şifahi rəvayətlər onun üçün material 
olmuşdur”. Nizami xalq hikmətinin, zəkasını, xalq 
müdrikliyini hər şeydən üstün tuturdu. Onun əsərləri bunun ən 
yaxşı isbatıdır. Nizaminin dahi bir sənətkar kimi yetişməsində 
bir çox amillərlə yanaşı, zəngin Azərbaycan xalq yaradıcılığı 
mühüm rol oynamışdır. 
Nizami irsi müəyyən mənada, Azərbaycan 
ədəbiyyatının, zəngin folklorunun, bədii təfəkkürünün 
tükənməz xəzinəsidir. Professor M. H. Təhmasib yazır: 
“Qədim Azərbaycan 
ədəbiyyatı haqqında məlumat 
mənbələrindən biri də Nizami kimi dahinin əsərləridir. 
Nizami  şifahi  ədəbiyyatının bir çox janrlarından istifadə 
etdiyi kimi, xüsusilə  qədim eposdan bacarıqla istifadə 
etmişdir. Bu dahi sənətkarın “Xəmsə”sində yüzlərlə folklor 
nümunəsinə rast gəlmək olar”. Nizami Gəncəvinin  əsərləri 
əsasında klassik ədəbi irsin folklorla əlaqəsi aşağıdakı 
tərəflərlə “alqoritmik məzmun” kəsb etmişdir! 
1. Sənətkar xalq ədəbiyyatından istifadə etmişdir. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə