Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə49/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   45   46   47   48   49   50   51   52   ...   61

 
 
 
164
dahi mütəfəkkir öz fikirlərini ancaq bu sayın əhatəsində tam 
və aydın şəkildə, məzmunda izah edə bilmişsə, yanılmırıqsa, 
əvvəlki səhifələrdə vurğuladığımız türklük xüsusiyyətinin on 
dəfə daha artıq qüvvətli olmasının, Qeserin on ölkəyə sahib 
olması ruh qavrayışının Gəncəvidə eyni səviyyədə, lakin 
başqa keyfiyyətdə canlanmasıdır. Gəncəvinin özünü 
dinlədikdə bəlli olur ki, bu hal heç də təsadüfi deyil, onun ruh 
aləmi ilə bağlıdır: 
Mənim borcum ondan ibarət idi ki, söz əyarını 
Onda on verim, onda beş yox. 
Mənim ənbərimi heç kimsə almasa, 
Maya üçün mənim ipəkdəki müşküm bəsdir. 
(3,27) 
On rəqəminin Gəncəvidə belə yüksək ruh dəyəri daşıma-
sını bir daha təsdiqləmək üçün türk tayfa birliklərindən doqquz 
oğuz, on uyqur adlarını da önə çəkməliyik, ural-altay mənşəli 
hun-macar tayfası onqurların adlarında 10 “Qur” və “Gur” 
qavrayışlarının olması bunların türklərdə müqəddəs dəyərlər 
daşıdığına işarədir. Böyük türk fatehi Əmir Teymurun öz 
ağsaqqalı, ruhani rəhbəri Seyid Bərkə  və özü üçün tikdirdiyi 
məqbərənin Gur Əmir adlanması da “Gur” kökü ilə əlaqəlidir 
və bu kökün məna  əlaqələri və çalarları haqda geniş bir 
araşdırma yazmaq olar.  
Tarixi mənbələr yazırlar ki, türklərlə savaşda Bəhram 
Çubin (Gur) əsasən öz oxçularının məharətinə güvənirmiş. 
“Yeddi gözəl”də də buna işarələr çoxdur:  
O, qranit daşları oxla bir-birinə elə tikirdi –  
Heç ipəyi və tirmə parçanı da elə tikmək olmaz. 
O, bir nişana ox atarkən 
Qovluqdakı bütün oxları haman bir nöqtəyə 
vururdu.  
        
(3,60) 
Ümumi yaradıcılığından görünür ki, Gəncəvi türk-fars 
tarixi münasibətlərinə, Çin mədəniyyətinə yüksək səviyyədə 


 
 
 
165
maraq göstərib. Lakin N.Gəncəvi öz ideallarına sadiq 
qalaraq, C.Ruminin təbirilə desək, olduğu kimi görünməklə, 
bəşəriyyətin gələcəyini arzuladığı kimi təsəvvür edib görür, 
Bəhram Guru insanlıq naminə müsbət yöndə tərbiyə etməyə 
çalışır. 
Qədim türklərdə ruhlar keyfiyyətlərinə,  əhəmiyyətlərinə 
görə dərəcələrə bölünürdü və Göyün müxtəlif qatlarında təsəv-
vür olunurdu. Əgər əcdadlarımızın ruhuna hörmət olaraq, ümu-
miyyətlə, sevgi məfhumunu dərəcələrə bölüb mərtəbələsək, bi-
rincidə  hər bir insanın  şəxsi sevgisi, ikincidə valideynlərə, 
yaxın qohum-əqrəbalara olan sevgi, üçüncüdə ümumxalq, milli 
sevgi, dördüncüdə ümumbəşəri, insanlıq sevgisi, beşincidə 
Tanrı sevgisi yerləşməli və qanuni olaraq yuxarı  mərtəbələr 
aşağıdakılardan daha üstün tutulmalıdır. N.Gəncəvi 
ümumbəşəri və insanlıq sevgisi mərtəbəsində Tanrı sevgisindən 
uzaq düşməyərək yaşayıb-yaradıbdır. Buna görə də onu yalnız 
bu mərtəbələrin dəyərləri ilə qiymətləndirmək olar. Bu 
keyfiyyətlərinə görə  də Nizami əsl türk gen yaddaşını 
daşımaqla və türklərin tarixdəki dəyərlərini olduğu kimi qabart-
maqla özü ilə boy ölçə biləcək dünya mədəniyyəti dahilərindən 
Firdovsi, Dante, Şekspir, Tolstoy və s. kimi klassiklərdən bir 
baş ölçüsü ucadır. Bu cür qiymətləndirmənin  əsas səbəbi də 
onda, ümumiyyətlə, milliyyətçilik anlayışının olmamasıdır. 
N.Gəncəvinin seçkin ümumbəşəri dühalardan olmasını 
onun yaradıcılığını diqqətlə incələmədən də müəyyən etmək 
olar. XII-XIII əsrdə islamiyyətin və türklüyün bütün 
sahələrdə ən yüksək inkişaf səviyyəsinə çatdığı bir dövrdə o 
həm islamın dini-ruh dəyərlərini, həm də türklüyün məğrur, 
qürurlu gerçəkliyini, ümumbəşəri insanlıq dəyərlərindən 
aşağıda tutur. Qeyd etdiyimiz kimi, bu keyfiyyətlər yuxarıda 
adlarını çəkdiyimiz dünya klassiklərində yox dərəcəsindədir. 
Buna görə  də N.Gəncəvi ulu Nəsimi kimi peyğəmbərlər 
qatında olmaqla, Tanrıya öz ideallarına görə daha yaxındır. 
Bəllidir ki, təbəqələrə böldüyümüz sevgi mərtəbələrinin alt 
qatları olmasa, yuxarıdakılar dayana bilməz, uçub tökülər. 


 
 
 
166
N.Gəncəvidə yüksək dərəcədə milli türk sevgisi olmasaydı, 
humanizm və Tanrıya yaxın mərtəbələrə çata bilməzdi. Buna 
görə  də  ədəbiyyatı Firdovsi, Dante, Şekspir, Tolstoy və s. 
yaradıcılıqları, onların idealları  səviyyəsində  dəyərləndirib, 
qiymətləndirənlər N.Gəncəvini haqq etdiyi səviyyədə görə 
bilmirlər. Nizami humanizmi ondan sonra gələn Qərb 
intibahçılarının, daha sonra digər  ədəbi istiqamətlərin 
humanizmindən daha geniş  və üstündür. Onları minilliklər, 
yüzilliklər  ərzində fasilə vermədən öz siyasi-hərbi və milli-
mədəni təsirlərində saxlayan türklər və  qısqanclıqla onların 
tarixi varlıqlarını  qəbul etmək istəməyənlər öz ucuz, sönük 
milliyyətçiliklərilə Nizamini qiymətləndirərək özlərinə də aid 
edə bilmirlər, türklüyünü də etirafa cürətləri çatmır. Çünki 
N.Gəncəvi udulmayacaq qədər çox nəhəngdir, ucuz 
satılmayacaq qiymətdə də çox dəyərlidir.  
N.Gəncəvi yüzillikləri qabaqlayaraq və soydaşı Fərabinin 
ideallarını davam etdirərək bəşəriyyətin tədricən mütləq 
gələcəyi inkişaf səviyyəsini öncə görərək çoxlu türk ideallarını 
insanlıq naminə bilərəkdən qurban verdi, milliyyətçilik 
pərdəsinə bürünmədi və yalnız göydə Tanrıya yön tutaraq 
böyüklüyünü bir daha təsdiqlədi. Onun bu cür “alturist” 
yaradıcılıq fəaliyyətinin bir incə məqamı da türksoyluların ruh 
aləmində, şifahi xalq yaradıcılığında xüsusi əhəmiyyət daşıyan 
rəqəmlərə olan münasibətindədir. Yuxarıdakı səhifələrdə qeyd 
etmişdik ki, ruh dünyalarında təkrarsız keyfiyyət xüsusiyyətinə 
malik olan rəqəmlərin sehri, ovsunu da elə  həmin ruhların, 
dünyabaxışlarının özü qədər əhəmiyyətlidir. 
N.Gəncəvinin yaradıcılığında rəqəm anlayışı bəllidir ki, 
ilk öncə “Xəmsə”nin – beşliyin adından başlayır. “Xəmsə”yə, 
beşliyə  nə  səbəbə müraciət etməsi tədqiqatçıların diqqətində 
kifayət qədər olduğundan bu məsələyə bir daha qayıtmırıq. 
Nizamidən sonra “Xəmsə” davamçıları 7-lik və 9-luğa 
keçmişlər. 5,7 və 9 məsnəvidən ibarət  əsərlər toplusu 
yaratmaq T.Məmməd tərəfindən şairlərin islami dünyagörüşü 
ilə əlaqələndirilir.(8, 10-11) 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə