Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə50/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

 
 
 
167
“Xəmsə”yə daxil olan əsərlərdən isə birbaşa rəqəmlə 
bağlılığı olan “Yeddi gözəl”dir. Bu adın da müxtəlif yozumları 
ilə – yeddi səyyarə, meracda keçilən 9 təbəqənin 7-sinə 
bənzərliklər və s. aranmışdır. Lakin biz burada ilk dəfə olaraq 
həmin rəqəmin türk dünyaqavrayışında rolu və  əsərin bu 
anlayışa nə  dərəcədə aid olub-olmaması  məsələsi üzərində 
duracağıq. Bu poema-məsnəvisində  şair böyük ehtimalla, 
bilincli olaraq, türklərdə xeyirxah, müqəddəs sayılan 7 rəqəmi 
ilə bərabər, eyni zamanda müqəddəs və xeyirxah, namuslu və 
döyüşkən heyvan sayılan börüyə, qurda da münasibət bildirib. 
Bu isə onun öz keçmişinə, xalqına yaxından bağlılığını  və 
mifologiyasına bələdliyini təsdiqləyir. Oğlu Məhəmmədə 
nəsihətində də bu keçmişə bağlılıq açıq görünür: 
Sənin dəmirin nəfis xalis dəmir olsa da, 
Yol daşlıqdır, daşlar da maqnitlidir. (3,47) 
Çox güman ki, türklərin “xalis dəmir” ifadəsi ilk dəfə 
dəmiri istifadə etməsinə və Göy Türk xaqanlığının yaradıcısı 
olan dəmirçi Aşinaoğullarına işarədir. Bunların nəsillərində 
qurd ana başlanğıcını  təmsil edir. Zənnimizcə çobanın dişi 
qurdla həmrəylik yaradıb 7 baş qoyunu itirən sevimli 
köpəyini cəzalandırması hadisəsi də, yenə  də  həmin  əcdad, 
törəyiş  təsəvvürünün nəticəsidir.  İtin qoruyuculuğu və ona 
bəslənən etibara “Qeser” dastanında da rast gəlirik. Qeserin 
sevimli qadını Xas Şixeri öz sarayında iki it, Asar və Xusar 
qoruyur. (7,133) “Yeddi gözəl”də çobanın iti qurda aldanırsa, 
“Qeser”də də itlər sürüləri yoxlamaq üçün gedəndə, bunu hiss 
edən manqus Xas Şixeri oğurlayır. (7,136) “Yeddi gözəl”də 
hər hansı bir misraya diqqət yetirirsənsə, tükənməz,  şəffaf, 
soyuq, büllur, gur bulaq suyu kimi türklük qaynayır. Eyni 
səviyyədə ruh xüsusiyyəti əsərdəki rəqəmlərlə də təkrarlanır. 
Tanrının yaratmasına işarə ilə yazır: 
Yeddi göyün bir zərrəsi olan biz, 
Sənin yeddi xaricindən xaricik, (3,16) – deməklə, 
yaradılışda türklərin müqəddəs rəqəmi olan 7-ni əsas götürür. 
Maraqlıdır ki, N.Gəncəvi çoxluq mənasında da yeddiyə 


 
 
 
168
müraciət edir və istər-istəməz bu çoxluqla paralel olaraq 
“Koroğlu” dastanındakı 7 çoxluğu yada düşür: 
Yeddi yüz min illik hesabın hökmü 
Onun yeddiyüz min ildən sonra verdiyi hökmə tabedir. 
(3,19) 
Burada Gəncəvi böyük dərinliklə cansız və canlı aləmin 
bir vəhdətdə olmasını, birindən o birinin yaranmasını  təsvir 
etməklə türkün yeddiliyinin yüz min illərlə  əvvəl ruhla 
bərabər yarandığını açıqlayır. 
“Koroğlu”da 7-yə  təkrar-təkrar müraciət olunması da 
türklərdə 7-nin müqəddəsliyi ilə bağlıdır. Dəlilərin sayı  və 
Koroğlunun bu sayla qürrələnməsi də  rəqəmin  əhəmiyyətini 
bildirir. Məsələn, Eyvazı Çənlibelə aparmaq istəyən Koroğlu 
qəssaba deyir: “...Eyvazı aparıram özümə  oğul, yeddi min 
yeddi yüz yetmiş dəliyə sərdar eyləyəm.” (4, 94) 
7 rəqəminin artımı “Koroğlu”nun Cənub mətnində daha 
aydın davam edir. “Dəli Həsən dedi: Ey pəhləvan 7 ildir ki, 
bu yolu kəsmişəm, Allaha and içmişəm ki, kim mənim 
arxamı yerə vursa, ömrüm boyu sidq ürəklə ona qul 
olacağam.”(5,17) 
“Dəli Həsən Koroğluya 77 cavan, igid cəngavər qul 
bağışladı.” (5,18) 
“7 yüz nəfər Göycəbeldə Koroğlunun başına yığışdı.” 
(5,18) 
“Qarı dedi: Çənlibeldə 777 dəlisi olan Koroğlusansa, 
de.” (5,54) 
“Xacələr dedilər: Paşanın 7 qızı var, biri Həmzə 
bəydədir, 6-sı isə bakirə qızdır.”(5,97) 
“7 gün, 7 gecə toy büsatı quruldu, 7-ci gecə qızın əlini 
Dəli Mehtərin əlinə verib, gərdəyə yola saldılar.” (5, 97) Eyni 
təqdimatı “Yeddi gözəl”də Bəhramın 7 gün, 7 gecə, 7 rəngli, 
7 günbəzli sarayda 7 gözəldən 7 əfsanə dinləməsində  də 
görürük.   
   “Koroğlu Giziroğlu Mustafa bəylə birgə 777 dəlisini 
başına yığıb, şərab içirdi.” (5, 117) 


 
 
 
169
“Dəmirçioğlu yeddinci göydə olsa da tapmalısınız” 
(5,159) 
Dünyada varlıqlar aləminin qarşılıqlı çevrilmələri qanu-
nauyğunluğu, bu dünyanın ayrılmaz bir sahəsi olan ruh 
aləminin,  şifahi xalq yaradıcılığının inkişafında da öz əksini 
tapır. Min illərlə xalqların ruh aləmlərində, 
dünyagörüşlərində, baxışlarında, inanclarında hakim olmuş 
dəyərlər, qavrayışlar tədricən öz təxəyyül,  əfsanə, nağıl 
keyfiyyətini itirməklə dastanlarda gerçək həyatın tələblərinə 
daha yaxınlaşırlar. “Yeddi gözəl” bu cəhətdən  şifahi xalq 
yaradıcılığı ilə gerçək həyati dəyərlər arasında keçid 
vəziyyətində olmaqla Gəncəvinin daimi gerçək ruh 
aləmindən  əfsanə, nağıl, dastan dünyasına bənzər dünyalar 
yaratmaqla insan cəmiyyətini tərbiyələndirmək istəyini  əks 
edir. Qısa və  yığcam təsəvvür etsək, Gəncəvi uca göydə 
səyahət edən ruh aləminin içində gəzib dolaşır. Bu müstəsna 
keyfiyyətinə, mifik təsvir dünyasına görə də onun özünü elə 
nağılların, əfsanələrin, dastanların müsbət qəhrəmanları ilə də 
müqayisə etsəydik, zənnimizcə, yanlış olmazdı. Maraqlıdır 
ki, Gəncəvi dünyası özündən 300-400 il sonra yaranmağa 
başlamış “Koroğlu” dastanının qəhrəmanından daha çox 
qədim, arxaik dastan qəhrəmanlarının ruh aləmi ilə oxşarlığa 
malikdir. “Yeddi gözəl”in tərbiyəvi məzmunu isə dastan 
mövzuları ilə uyğun gəlir. “Koroğlu”da isə gerçək həyata 
bağlılıq çoxdur və  əfsanə, nağıl, təxəyyül  əlamətləri zəifdir. 
Daha düzgün olardı ki, deyək ki, “Yeddi gözəl”in mövzusu 
və inkişaf xətti müstəsna hal olaraq türksoyluların şifahi xalq 
yaradıcılığının qədim və orta əsrlər  ənənələrinin canlı 
inkişafından fərqli olaraq bir dahi tərəfindən bilərəkdən 
yaradılmasıyla qiymətli, təkrarsız xalq yaradıcılığı incisidir. 
Bəllidir ki, ural-altay köklü türklərlə monqolların şifahi 
xalq yaradıcılığına xas olan qədim dünyabaxışları, inancları 
eynidir. Gəncəvi yaradıcılığında ruh təbəqəsi  əsasən qədim 
türksoylu  əcdadlarının dünyadərklərində, inanclarında, 
əfsanə, nağıl, dastan dünyalarında hind-avropalı (fars, yunan) 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə