Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə59/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   53   54   55   56   57   58   59   60   61

 
 
 
198
Vüsalə KƏRİMOVA  
AMEA Folklor İnstitutu  
 
NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ” 
ƏSƏRİNDƏ FOLKLOR MOTİVLƏRİ 
              
Folklor hər bir xalqın tarixini, ədəbiyyatını, 
mədəniyyətini, bütövlükdə xalqın ruhunu özündə əks etdirən 
yaddaş güzgüsüdür. Bu baxımdan on ikinci əsr  şeirinin 
zirvəsi sayılan Nizami yaradıcılığı, demək olar ki, folklordan 
qaynaqlanır. 
Nizaminin  əsərlərində xalqın bütün adət-ənənələri, 
xalqın istəyi, xalqın özünəməxsusluğu, milli-mənəvi 
dəyərləri, böyük ustalıqla qələmə alınmış 
və 
poetikləşdirilmişdir. Dahi Nizaminin ustalığı onda idi ki, o, 
on ikinci əsrin siyasi mənzərəsini xalqın öz dili ilə  qələmə 
almış  və dövrünün hakimlərini də  məhz xalqın öz dili ilə 
tənqid etmişdir.  
Şair xalqdan süzülüb gələn ibrətamiz məsəllər, atalar 
sözləri və xalq hekayələrindən bəhrələnərək öz dövrünün 
bütün siyasi, mənəvi eybəcərliklərini böyük ustalıqla qələmə 
almış və xalqa çatdırmışdır.  
Ayrı-ayrı mövzuları özündə  əks etdirən iyirmi məqalət 
və iyirmi hekayətdən ibarət ”Sirlər Xəzinəsi”ndə  şair 
dövrünün ictimai-siyasi eyiblərini, xalq əhvali-ruhiyyəsini, 
ürək ağrılarını, sarsıntılarını oxucuya çatdırır. Lakin Nizami 
yaradıcılığına, konkret olaraq “Sirlər xəzinəsi”nə, yalnız 
dövrünün çatışmazlıqlarını özündə  əks etdirən bir əsər kimi 
baxmaq düzgün olmazdı. Çünki Nizaminin əsərlərində 
qələmə aldlğı ibrətamiz fikirlər, xalq hikmətləri, məsəllər 
artıq aforizmləşmiş  və  hər bir dövr üçün öz orijinallığını 
qoruyub saxlayan bir sənət nümunəsinə çevrilmişdir.  
Hər kəs yaxşılıq etsə yatmış bəxti ayıldar,  
Bir gün həmən yaxşılıq öz üstünə qayıdar (159, s. 
3). 


 
 
 
199
Dərin məzmunlu bu poetik parçada, şair insanları 
yaxşılıq etməyə çağırır və həmin yaxşılığın mütləq hər kəsin 
öz üstünə qayıdacağını bildirir. Yəni insan əməlinin 
yetişdirdiyini biçir. Məsələn, el arsında yayılan məşhur 
deyim: 
“Nə əkərsən, onu da bicərsən” 
 
Fərqi yoxdur, ya payla, ya da yığ sərvətləri, 
Sənə hər nə veribsə alacaq dünya geri. 
 
Aləm əzəldən bəri alver evinə bənzər
O dünyanı alırlar, bu dünyanı verirlər (3, s. 164) 
Dünya böyükdür, lakin əbədi deyil. Dünyada hər şey fa-
nidir. Çoxlu var-dövlət, sərvət dünyada heçnəyin daimi qala-
cağından xəbər vermir. Sonunda dünya bütün verdiklərini 
geri alır. Yalnız əbədi qalan bu dünyada elədiyin yaxşılıqlar, 
xeyirxahlıqlar hesabına, o dünyanı, yəni axirət dünyasını 
qazanmaqdır.  
Ey qəflət yuxusunda xoşbəxt uyuyan xumar,  
Yeyən, içən eşşəkdən, öküzdən fərqinmi var? 
 
Xəbərsizsən aləmin mavi günbəzindən ,  
Dövr eyləyən günəşdən, göylərin mərkəzindən. 
 
Sirri dərk edir ancaq nəzər əhli, baş bilən,  
Nadanın nə ilgisi, dövrün keşməkeşliyindən (3, s. 
164) 
Şair qəflət yuxusunda xoşbəxt uyuyanların yeyən, içən 
heyvandan fərqi olmadığını deyir, lakin bu təkcə belə 
deyildir, onlar yerin günbəzi olan mavi göydən xəbərsizdirlər 
və daim dövr eləyən aləmin sirli bir qüvvə  tərəfindən idarə 
olunduğunu dərk etmirlər. Bu sirri yalnız nəzər  əhli, elm 
aləmindən xəbərdar olan, dünyadan qafil olmayanlar dərk 
edər. Nadanı isə dövrün keşməkeşliyi maraqlandırmır.  


 
 
 
200
Nizami “Sirlər Xəzinəsi” də bir çox mövzulara toxun-
muşdur. Belə demək mümkündürsə,  şair istər öz dövrü, 
istərsə  də bütün dövrlər üçün aktual olan mövzulara 
toxunmuş və bu mövzuları böyük ustalıqla əhatə etmişdir.  
Ruzigara bax ki, sən nə üns qalıb, nə insaf 
Namərdlik ucbatından insandan qaçır insan. 
Hanı ülfət, mərifət, itib, tələf olubdur,  
İnsanlar qalırsa da, insanlıq məhv olubdu. 
 
 Dünya uzaq düşübdür, Süleyman dünyasından,  
Sanki qeybə  çəkilib, gerçək insan, ər insan ( 3, s. 
105) 
 Şair bu parçada dövrün, bütövlükdə aləmin poetik 
mənzərəsini yaratmışdır. Çünki bu inikas hər dövrdə özünü 
göstərməkdədir. Dünya bərqərar olandan dünyada xeyirlə 
şərin mübarizəsi gedir. 
 Dünyada yaxşı, xeyirxah insanların sayı çoxdur, lakin, 
dünya namərd, insafdan uzaq insanlardan da uzaq deyildir. 
Namərdlik ucbatından insanlar bir-birindən uzaq düşüblər.  
 Şair dostluğun, mərifətin məhv olduğunu deyir. Şair, 
kəmiyyəti yox, keyfiyyəti ön plana çəkir. Yəni əsas insanların 
sayının çoxluğu deyil, insanlıqdır.  
Nizami  əsərlərində sinfi və ictimai bərabərsizliklərin 
hökmdar və xalq problemlərinin, qarşı-qarşıya qoyulması on 
ikinci  əsr intibahının  ən böyük nailiyyətlərindən biri idi və 
Nizaminin bu problemlərə real, açıq fikirli yanaşması onun 
dahiliyindən irəli gəlirdi. Elə buna görə  də  şairin “Sirlər 
xəzinəsi” əsərindəki məqalət və hekayətlərinin mövzuları onu 
düşündürən, narahat edən problemlər idi.  
Zülm eləmək yaxşı deyil, heç zaman,  
Tökmə nahaq qan, gedər abrın-həyan. 
 
 Hümməti xalqın pis olar, qorx aman. 
Məzlum ahından çəkin ey hökmran. 


 
 
 
201
Bu parçada, əlbəttə ki, zalım hökmdarlara qarşı ağır bir 
ittiham vardır.  
Nizaminin 
əsərlərində 
şahların 
ədalətsizliyi, 
hökmranlığı önə çəkilən mövzulardandır.  
Tək “Sirlər xəzinəsi” deyil, Nizaminin bütün əsərləri 
sanki aforizmlər, məsəllər toplusudur. Məsələn, “Leyli və 
Məcnun” əsərində az danışmağın gözəlliyi haqqında parçaya 
diqqət edək: 
Sözün də su kimi lətafəti var, 
Hər sözü az desən daha xoş olar. 
Bir inci saflığı varsa da su da, 
Artıq içiləndə dərd verir o da. 
İnci tək sözlər seç, az danış, az din,  
Qoy az sözlərinlə dünya bəzənsin. 
Az sözün inci tək mənası solmaz,  
Çox sözün kərpic tək qiyməti olmaz. 
Bu parça el arasında yayılan çox məşhur xalq 
deyimində öz əksini tapır:  
“Danışmaq gümüşdürsə, susmaq qızıldır”  
Nizaminin  əsərləri ilə folklor nümunələri arasında tam 
bir eyniliyi araşdırma obyekti etmək düzgün olmazdı. Çünki 
zaman, vaxt özünün hakimliyini hər yerdə göstərdiyi kimi, 
burada da göstərmişdir.  
Belə ki, Nizami dövründən bu dövrə qədər olan zaman 
fasiləsində folklor nümunələri müəyyən assimilyasiyalara 
uğramışdır. Bu fikir görkəmli folklorşünas alim Sədnik 
Paşayevin “ Nizami və xalq əfsanələri” kitabında da öz 
dolğun əksini tapmışdır. O qeyd edir: 
“Nizami dövründən bəri keçən müddətdə həmin folklor 
nümunələri böyük inkişaf yolu keçmiş, zaman keçdikcə 
dəyişmələrə  məruz qalmış, eyni zamanda xalqın  şair 
xəyalının qüdrəti ilə  zənginləşərək yeni bədii keyfiyyətlər 
qazanmışdır“ (6, s. 44). 
Nizami yaradıcılığına nəzər yetirəndə görürük ki, o 
təkcə folklor nümunələrinə əsaslanmamış, digər mənbələrdən 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə