Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə40/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   36   37   38   39   40   41   42   43   ...   61

 
 
 
133
ovlayarkən yuvasında olan iki deşikdən birini əvvəlcədən 
bağlayır və çox zaman onu dışarı çıxara bilmək üçün yuvanı 
tüstü ilə doldururlar. Həmin hadisəni şair aşağıdakı kimi şərh 
edir:  
Zirək tülkü itlərdən daim qorxub qaçsa da,  
Yuvasından çıxmağa iki deşik açsa da,  
Qurtarmayıb ölümdən kələk onu yuvada,  
Tüstüsüylə boğubdur fələk onu yuvada (10, 117).  
Xalq arasında bir çətinliyə düşmüş insana təsəlli olaraq 
“Allah dadına çatsın” deyirlər. Nizami Gəncəvi bunu bədii 
olaraq bu şəkildə qələmə alır:  
Həsrətini çəkənlər düşdü can harayına,  
Haraya çağıranın özün çat harayına (10, 37).  
El arasında qaradinməz, tənha insana 
adamayovuşmazdır, yalquzaq canavar kimi tək gəzir, 
deyirlər. Nizami bu məsəli külək haqqında obrazlı olaraq belə 
ifadə edir: 
Yalquzaqtək gəzməyi yerə xoşdur küləyin,  
Arxayındır, boş gedir, əli boşdur küləyin (10, 
123).  
Bu gün də xalq arasında işlənən “Ağılsız dostdan ağıllı 
düşmən yaxşıdır” məsəli Nizami yaradıcılığında öz əksini 
özünəməxsus şəkildə tapır:  
Fələk açsa başına nə pəstaha yaxşıdır,  
Nadan dostdan ağıllı düşmən daha yaxşıdır (10, 
139). 
"Pişik öz balasını çox istədiyindən yeyər" məsəli hər za-
man aktual və  işlək olmuş  məşhur bir məsəldir. Nizami 
burada pişiyin irsi xüsusiyyətini nəzərə alaraq məsələni belə 
şərh edir:  
Bir-birinə isnişib həyan olar pişiklər,  
Balasını istəkdən yeyən olar pişiklər (10, 140).  
Azərbaycan xalqının mütəfəkkir oğlu, filosof, şair dahi 
Nizami Gəncəvinin bəşəriyyətə bəxş etdiyi, bu gün dünya ədə-
biyyatının ortaq malı olmuş poemalarının hər biri dünya dur-


 
 
 
134
duqca yaşayacaq ölməz söz xəzinəsidir. Mənbəyini Azərbaycan 
folklorundan almış bu söz xəzinəsi humanist ideyalar tərənnüm 
edən bəşəri duyğular carçısı, ədalət, məhəbbət fədaisi və müba-
riz təbliğatçısıdır. 
 
ƏDƏBIYYAT 
1. Araslı H. Nizami və Azərbaycan xalq ədəbiyyatı / 
Nizami məcmuəsi, Bakı: 1947 
2. Araslı H. Nizamidə xalq sözləri, xalq ifadə və  zərb-
məsəlləri // AEA “Xəbərləri” Bakı: 1942, N 8 
3. Araslı H. Şairin həyatı: [Nizami Gəncəvi haqqında]. 
Bakı: Gənclik, 1967, 187 s. 
4. Ələkbərov M. Nizami Gəncəvi və Azərbaycan xalq 
yaradıcılığı //Azərbaycan məktəbi, Bakı: 1947, N  
5. Əliyev R. Nizami Gəncəvi: [Şairin həyat və 
yaradıcılığı haqqında].Bakı: Yazıçı, 1991, 112 s. 
6. Hüseynov  Xəlil. Nizaminin “ Sirlər xəzinəsi” Bakı: 
Elm, 1983, 132 s. 
7. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan  şifahi 
xalq ədəbiyyatı, Bakı: APİ-nin nəşri, 1988, 213 s. 
8. Nizami Gəncəvi. Xosrov və Şirin. Tərc. edən R. Rza. 
Bakı: AEA nəşriyyatı, 1962.358 s. 
9. Nizami Gəncəvi. Qəzəllər. Bakı: Azərnəşr, 1973, 68 
s. 
10.
 
Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı: Yazıçı, 1981, 
195s. 
11.
 
Nizami Gəncəvi. Leyli və  Məcnun. Tərc. edən S. 
Vurğun. Bakı: Yazıçı, 1983, 303 s. 
12.
 
Paşayev Sədnik. Nizami və folklor. Bakı: Yeni 
Kitab mətbəəsi. 1976, 94 s. 
13.
 
Paşayev Sədnik. Nizami və xalq əfsanələri. Bakı: 
Gənclik, 1983, 128 s.  
 
 
 


 
 
 
135
 
Ramiz ƏLƏKBƏROV 
AMEA Folklor İnstitutunun  
kiçik elmi işçisi 
 
“XEYİR VƏ ŞƏR” HEKAYƏSİNDƏ FOLKLOR 
MOTİVLƏRİ 
 
Şifahi ədəbiyyatın yazılı ədəbiyyatdan əvvəl yaranması 
səbəbindən dünya ədəbiyyatı fonunda həm klassiklərin, həm 
də müasirlərin yazıb-yaratdıqları  əsərlərin  əksəriyyətində 
folklordan ya dolayısı ilə  bəhrələnmənin, ya da birbaşa isti-
fadənin şahidi oluruq. Folklor ilkin və əbədi yaddaş olduğuna 
görə, təkcə ədəbiyyatda yox, başqa yaradıcılıq sahələrində də 
stimulverici və aparıcı rol oynayır. Öz ifadəsini  əvvəlcə 
folklorda tapan milli və  bəşəri dəyərlər bütün böyük 
sənətkarların yaradıcılıq yoluna işıq salmış, onları 
istiqamətləndirmişdir.  Şifahi  ədəbiyyatdan bəhrələnmə, 
təsirlənmə bütün dövrlər üçün ənənədir və bu ənənədən yan 
keçmək mümkünsüzdür. 
Xalqın mifologiyası, inam və etiqadı, adət-ənənəsi ilə 
bağlı motivlər, insani dəyərlərin ifadəsi dahi Azərbaycan şairi 
Nizami Gəncəvinin yaratdığı bütün əsərlərdə özünü qabarıq 
şəkildə göstərir. Xalq təfəkküründə,  əksər folklor 
örnəklərində ideya-məzmun xüsusiyyəti kəsb edən xeyirlə 
şərin mübarizəsi, insan arzusunun ifadəsi olaraq, ədalət 
naminə haqqın qələbə çalması N.Gəncəvinin  əsərlərində 
aparıcı xətt kimi görünür. 
Həm  şifahi, həm də yazılı  ədəbiyyatda  əzəli-əbədi 
mövzu statusu qazanmış xeyirlə  şərin mübarizəsi mövzusu 
N.Gəncəviyə  qədər olan dövrdə  və ondan sonrakı dövrdə 
əksər qələm sahiblərinin müxtəlif  ədəbi üsullarla müraciət 
etdikləri mövzudur. 
N.Gəncəvi yaradıcılığında folklorla bağlı süjetlər və mə-
qamlar barədə  tədqiqatçı alimlərdən M.Əlizadə, H.Araslı, 


 
 
 
136
M.Ələkbərov, 
Ə.Axundov, R.Azadə, S.P.Pirsultanlı, 
T.Xalisbəyli, S.Rzasoy və başqaları elm tarixinə öz dəyərli 
töhfələrini vermişlər. Ənənəvi bəhrələnmə və ifadə tərzi şairin 
“Xəmsə”yə daxil olan birinci əsəri “Sirlər xəzinəsi”ndə özünü 
göstərir və sonra yazılmış poemalarda bu xəttin daha təkmil və 
mükəmməl  şəkildə davamının  şahidi oluruq. Poemada yazılı 
ədəbiyyatda alleqoriya adı ilə tanıdığımız  ədəbi üsuldan 
istifadə olunmuşdur. Görkəmli folklor tədqiqatçısı 
M.H.Təhmasibin qeyd etdiyi kimi, nağıl janrının  ən qədim 
növü heyvanlardan danışan nağıllardır. Alimin fikrincə, bu cür 
nağıllar daha sonralar alleqorik nağılların və  təmsillərin 
yaranmasında çox əhəmiyyətli rol oynamışdır. “Sirlər 
xəzinəsi” əsərinə forma və məzmun baxımından nəzər saldıqda 
sırf folklor nümunələri təsiri bağışlayır. 
“Xosrov və  Şirin” poemasında  şairin yaşadığı dövrə 
qədər mövcud olan, əsərlə oxşar məzmunlu, müxtəlif 
variantlı xalq əfsanə  və  rəvayətlərinə istinad edilmişdir. 
“Fərhad və  Şirin nağılı”, “Şahzadə Süleyman” nağılı bu 
qəbildəndir. Bu ardıcıllıq istinad nöqtəsi kimi şairin digər 
əsərlərində də davam etdirilir. 
Konkret məqsədimiz dahi şairin “Yeddi gözəl” poema-
sında bütün dövrlər üçün aktual səslənən bir mövzuda işlənmiş 
“Xeyir və  Şər” adlı hekayə üzərində dayanmaq və hekayədə 
folklorla daxili bağlılıq təşkil edən bəzi elementləri diqqətə 
çatdırmaqdır. 
Şairin nağıla verdiyi ad əsərin ideyasını birbaşa diqtə 
edir ki, bu da ədəbi üsullardan biridir. Hər hansı bədii əsərdə 
təsvir olunan hadisələr və ya epizodlar həyatidir. Həyati 
olanlar reallıqdır. Xeyir və  Şər həyatda  əks qütblər olduğu 
kimi, əsərdə də əks qütblərdə dayanırlar: 
Gəncin biri Xeyir, o biri Şərdi, 
Onlar adları tək işlər görərdi. 
Qəhrəmanların adı şərti olaraq onların daxili aləmlərini, 
mənəvi dünyasını təcəssüm etdirəcək şəkildə seçilmişdir və bu 
adlar onların  əməllərini  şərtləndirir. Xeyir yola nabələddir – 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə