133
ovlayarkən yuvasında olan iki deşikdən birini əvvəlcədən
bağlayır və çox zaman onu dışarı çıxara bilmək üçün yuvanı
tüstü ilə doldururlar. Həmin hadisəni şair aşağıdakı kimi şərh
edir:
Zirək tülkü itlərdən daim qorxub qaçsa da,
Yuvasından çıxmağa iki deşik açsa da,
Qurtarmayıb ölümdən kələk onu yuvada,
Tüstüsüylə boğubdur fələk onu yuvada (10, 117).
Xalq arasında bir çətinliyə düşmüş insana təsəlli olaraq
“Allah dadına çatsın” deyirlər. Nizami Gəncəvi bunu bədii
olaraq bu şəkildə qələmə alır:
Həsrətini çəkənlər düşdü can harayına,
Haraya çağıranın özün çat harayına (10, 37).
El arasında qaradinməz, tənha insana
adamayovuşmazdır, yalquzaq canavar kimi tək gəzir,
deyirlər. Nizami bu məsəli külək haqqında obrazlı olaraq belə
ifadə edir:
Yalquzaqtək gəzməyi yerə xoşdur küləyin,
Arxayındır, boş gedir, əli boşdur küləyin (10,
123).
Bu gün də xalq arasında işlənən “Ağılsız dostdan ağıllı
düşmən yaxşıdır” məsəli Nizami yaradıcılığında öz əksini
özünəməxsus şəkildə tapır:
Fələk açsa başına nə pəstaha yaxşıdır,
Nadan dostdan ağıllı düşmən daha yaxşıdır (10,
139).
"Pişik öz balasını çox istədiyindən yeyər" məsəli hər za-
man aktual və işlək olmuş məşhur bir məsəldir. Nizami
burada pişiyin irsi xüsusiyyətini nəzərə alaraq məsələni belə
şərh edir:
Bir-birinə isnişib həyan olar pişiklər,
Balasını istəkdən yeyən olar pişiklər (10, 140).
Azərbaycan xalqının mütəfəkkir oğlu, filosof, şair dahi
Nizami Gəncəvinin bəşəriyyətə bəxş etdiyi, bu gün dünya ədə-
biyyatının ortaq malı olmuş poemalarının hər biri dünya dur-
134
duqca yaşayacaq ölməz söz xəzinəsidir. Mənbəyini Azərbaycan
folklorundan almış bu söz xəzinəsi humanist ideyalar tərənnüm
edən bəşəri duyğular carçısı, ədalət, məhəbbət fədaisi və müba-
riz təbliğatçısıdır.
ƏDƏBIYYAT
1. Araslı H. Nizami və Azərbaycan xalq ədəbiyyatı /
Nizami məcmuəsi, Bakı: 1947
2. Araslı H. Nizamidə xalq sözləri, xalq ifadə və zərb-
məsəlləri // AEA “Xəbərləri” Bakı: 1942, N 8
3. Araslı H. Şairin həyatı: [Nizami Gəncəvi haqqında].
Bakı: Gənclik, 1967, 187 s.
4. Ələkbərov M. Nizami Gəncəvi və Azərbaycan xalq
yaradıcılığı //Azərbaycan məktəbi, Bakı: 1947, N
5. Əliyev R. Nizami Gəncəvi: [Şairin həyat və
yaradıcılığı haqqında].Bakı: Yazıçı, 1991, 112 s.
6. Hüseynov Xəlil. Nizaminin “ Sirlər xəzinəsi” Bakı:
Elm, 1983, 132 s.
7. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan şifahi
xalq ədəbiyyatı, Bakı: APİ-nin nəşri, 1988, 213 s.
8. Nizami Gəncəvi. Xosrov və Şirin. Tərc. edən R. Rza.
Bakı: AEA nəşriyyatı, 1962.358 s.
9. Nizami Gəncəvi. Qəzəllər. Bakı: Azərnəşr, 1973, 68
s.
10.
Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı: Yazıçı, 1981,
195s.
11.
Nizami Gəncəvi. Leyli və Məcnun. Tərc. edən S.
Vurğun. Bakı: Yazıçı, 1983, 303 s.
12.
Paşayev Sədnik. Nizami və folklor. Bakı: Yeni
Kitab mətbəəsi. 1976, 94 s.
13.
Paşayev Sədnik. Nizami və xalq əfsanələri. Bakı:
Gənclik, 1983, 128 s.
135
Ramiz ƏLƏKBƏROV
AMEA Folklor İnstitutunun
kiçik elmi işçisi
“XEYİR VƏ ŞƏR” HEKAYƏSİNDƏ FOLKLOR
MOTİVLƏRİ
Şifahi ədəbiyyatın yazılı ədəbiyyatdan əvvəl yaranması
səbəbindən dünya ədəbiyyatı fonunda həm klassiklərin, həm
də müasirlərin yazıb-yaratdıqları əsərlərin əksəriyyətində
folklordan ya dolayısı ilə bəhrələnmənin, ya da birbaşa isti-
fadənin şahidi oluruq. Folklor ilkin və əbədi yaddaş olduğuna
görə, təkcə ədəbiyyatda yox, başqa yaradıcılıq sahələrində də
stimulverici və aparıcı rol oynayır. Öz ifadəsini əvvəlcə
folklorda tapan milli və bəşəri dəyərlər bütün böyük
sənətkarların yaradıcılıq yoluna işıq salmış, onları
istiqamətləndirmişdir. Şifahi ədəbiyyatdan bəhrələnmə,
təsirlənmə bütün dövrlər üçün ənənədir və bu ənənədən yan
keçmək mümkünsüzdür.
Xalqın mifologiyası, inam və etiqadı, adət-ənənəsi ilə
bağlı motivlər, insani dəyərlərin ifadəsi dahi Azərbaycan şairi
Nizami Gəncəvinin yaratdığı bütün əsərlərdə özünü qabarıq
şəkildə göstərir. Xalq təfəkküründə, əksər folklor
örnəklərində ideya-məzmun xüsusiyyəti kəsb edən xeyirlə
şərin mübarizəsi, insan arzusunun ifadəsi olaraq, ədalət
naminə haqqın qələbə çalması N.Gəncəvinin əsərlərində
aparıcı xətt kimi görünür.
Həm şifahi, həm də yazılı ədəbiyyatda əzəli-əbədi
mövzu statusu qazanmış xeyirlə şərin mübarizəsi mövzusu
N.Gəncəviyə qədər olan dövrdə və ondan sonrakı dövrdə
əksər qələm sahiblərinin müxtəlif ədəbi üsullarla müraciət
etdikləri mövzudur.
N.Gəncəvi yaradıcılığında folklorla bağlı süjetlər və mə-
qamlar barədə tədqiqatçı alimlərdən M.Əlizadə, H.Araslı,
136
M.Ələkbərov,
Ə.Axundov, R.Azadə, S.P.Pirsultanlı,
T.Xalisbəyli, S.Rzasoy və başqaları elm tarixinə öz dəyərli
töhfələrini vermişlər. Ənənəvi bəhrələnmə və ifadə tərzi şairin
“Xəmsə”yə daxil olan birinci əsəri “Sirlər xəzinəsi”ndə özünü
göstərir və sonra yazılmış poemalarda bu xəttin daha təkmil və
mükəmməl şəkildə davamının şahidi oluruq. Poemada yazılı
ədəbiyyatda alleqoriya adı ilə tanıdığımız ədəbi üsuldan
istifadə olunmuşdur. Görkəmli folklor tədqiqatçısı
M.H.Təhmasibin qeyd etdiyi kimi, nağıl janrının ən qədim
növü heyvanlardan danışan nağıllardır. Alimin fikrincə, bu cür
nağıllar daha sonralar alleqorik nağılların və təmsillərin
yaranmasında çox əhəmiyyətli rol oynamışdır. “Sirlər
xəzinəsi” əsərinə forma və məzmun baxımından nəzər saldıqda
sırf folklor nümunələri təsiri bağışlayır.
“Xosrov və Şirin” poemasında şairin yaşadığı dövrə
qədər mövcud olan, əsərlə oxşar məzmunlu, müxtəlif
variantlı xalq əfsanə və rəvayətlərinə istinad edilmişdir.
“Fərhad və Şirin nağılı”, “Şahzadə Süleyman” nağılı bu
qəbildəndir. Bu ardıcıllıq istinad nöqtəsi kimi şairin digər
əsərlərində də davam etdirilir.
Konkret məqsədimiz dahi şairin “Yeddi gözəl” poema-
sında bütün dövrlər üçün aktual səslənən bir mövzuda işlənmiş
“Xeyir və Şər” adlı hekayə üzərində dayanmaq və hekayədə
folklorla daxili bağlılıq təşkil edən bəzi elementləri diqqətə
çatdırmaqdır.
Şairin nağıla verdiyi ad əsərin ideyasını birbaşa diqtə
edir ki, bu da ədəbi üsullardan biridir. Hər hansı bədii əsərdə
təsvir olunan hadisələr və ya epizodlar həyatidir. Həyati
olanlar reallıqdır. Xeyir və Şər həyatda əks qütblər olduğu
kimi, əsərdə də əks qütblərdə dayanırlar:
Gəncin biri Xeyir, o biri Şərdi,
Onlar adları tək işlər görərdi.
Qəhrəmanların adı şərti olaraq onların daxili aləmlərini,
mənəvi dünyasını təcəssüm etdirəcək şəkildə seçilmişdir və bu
adlar onların əməllərini şərtləndirir. Xeyir yola nabələddir –
Dostları ilə paylaş: |