Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə48/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   44   45   46   47   48   49   50   51   ...   61

 
 
 
161
7 türksoylularda ən müqəddəs dəyər daşıyan  əsas 
(1,7,9,10) rəqəmlərdən biri və türklərin özündə isə ən əsasıdır. 
Bu münasibətin yaranmasında  əsas başlıca səbəb Uca Göyə 
Tək Tanrının məskəni kimi baxıldığına görə Böyük və Kiçik 
Ayı bürclərinin hər birində ulduzların sayının 7 olması ilə 
bağlıdır. Göyə kişi, yerə qadın kimi baxıldığı üçün də 7 rəqəmi 
kişilik rəmzi kimi möhkəmlənib. Tanrıdan 7 oğul diləmək, 
türksoyluların yeni yurd salarkən 7 dağdan, təpədən ibarət olan 
yeri seçməsi, nağıl qəhrəmanının 7 dağ keçdikdən sonra 
istəyinə çatması, Koroğlunun 7777 dəlisinin olması və s. həmin 
təsəvvürlərin nəticəsində yaranıb. 
9 rəqəmi An-İn (kişi-qadın, xeyir-şər, ağ-qara, işıq-
qaranlıq və s.) inancına, fəlsəfəsinə görə kişilik rəmzidir. 
butanın dəyişik vəziyyəti olmaqla 9 rəqəmi yuxarı  tərəfdə 
kişini (enli kürək), aşağı  tərəfdə qadını – 9-un çevrilmiş 
variantı 6 (beldən aşağı hissənin geniş olması) bildirib. 
Türklərdə istər kişilər, istərsə  də qadınlar uşaqlarının oğlan 
olmasını ruh səviyyəsində daima arzuladıqları üçün, butanın 
6 (qadın) quruluşunu sevməyiblər, 9 (kişi) vəziyyətini daha 
güclü sayaraq müdafiə ediblər. 
10 rəqəmi həm ruh səviyyəsində, həm də riyazi-elmi-
hesab cəhətdən türklərə aid olduğu üçün (Xarəzmi ilk dəfə 
cəbrdə 10-luq say hesabını müəyyənləşdirib) ancaq bunlarda 
böyük ruh dəyəri daşıyır. Dünyəvi deyilən Semit-hamit 
dinlərinin müqəddəs kitablarında Allah günah işləyənləri on 
dəfə  ağır cəzalandıracağını deyir. Bütün ölçülərdən ancaq 
türklər onlara haqsızlıq edənləri on dəfə  cəzalandırıb qisas 
alıblar.  
10 rəqəminin türksoylularda köklü ruh xüsusiyyəti daşı-
ması onların Tanrıya çox yaxın olması  və onun haqqın, 
ədalətin qoruyucuları, ilahi ədaləti pozanlarınsa cəzavericiləri 
kimi tanınmasında da özünü göstərir. Məhz bunun nəticəsidir 
ki, xristianlıqda türksoyluları “Qoq-Maqoq” adlandırıb 
“Tanrının qamçısı” hesab ediblərsə, islamda onlara “Allahın 
əskəri” deməklə haqqın keşikçiləri kimi tanıyıblar. Qeser 


 
 
 
162
dastanda 10 ölkənin sahibi, hökmdarı kimi tərənnüm edilib. 
Yuxarıda söylənənlərdən rəqəmlərin türksoyluların ruh 
aləmində önəmli yer tutması haqda ümumi təsəvvür 
yaratmağa çalışdıq. 
Türklükdən aşıb-daşıb bəşəriyyətin övladı olmuş 
N.Gəncəvi haqda nə  qədər təmtəraqlı, xoş sözlər işlətsək, 
zənnimizcə, onun ruhunu incitmiş olarıq. Hüceyrəsinə qədər 
bütün bəşəriyyəti öz varlığında yerləşdirə bilən bir dahinin 
nəsihətlərinə ancaq səssizcə  əməl olunmalıdır. Necə ki 
M.Füzuli öz “Leyli və Məcnun”u ilə təkrarsızdır, humanizm, 
beynəlmiləlçilik,  ədalətli hökmdar, cəmiyyət və kainatın 
nizamı haqda yüksək dəyərli fikirlərinə görə də kimsə Nizami 
ilə müqayisəyə  gələ bilməz. Buna görə  də Nizaminin nə 
demək istədiyini mümkün qədər onun öz demək istədiyi 
mənada anlamağa çalışmalıyıq.  
N.Gəncəvinin ideal hökmdar yaratmaq və tapmaq üçün 
Makedoniyalı Aleksandrı tarixdə olduğu kimi yox, təsəvvür et-
diyi, görmək istədiyi kimi yaratmasının bir dəyişik şəklinə biz 
“Yeddi gözəl”də fars şahı  Bəhram Gurun təsvir olunmasında 
görürük. “Yeddi gözəl”ə  şərh verənlər Bəhram Gurun 420-ci 
ildə Sasani şahı olmuş  Yəzdigərdin oğlu olduğunu qeyd 
edirlər. (3,7) Lakin əsərdəki ruh qatlarını incələdikdə  və 
farslarla türklər arasındakı 589-cu ildəki çəkişmələri 
incələdikdə onun daha çox Bəhram Çubinə (Gur) uyğunluğu 
açığa çıxır. Tarixi gerçək hadisələr təsdiqləyir ki, İran-fars 
tarixində türklərə ilk dəfə qalib gəlmiş  və buna görə  də 
şahlardan da böyük nüfuza, tarixi ad-sana sahib olmuş 
sərkərdə  Bəhram Çubin (Gur) 589-cu ilin avqustunda Herat 
yaxınlığında, Gerirud çayı ətrafındakı dərədə hiylə ilə türk sər-
kərdəsi Yan Souxun (Savə  şah) ordularını mühasirəyə 
salmaqla böyük çətinliklərlə  təsadüfən onları  məğlub edir. 
Sonralar isə  İran taxt-tacı  uğrunda çəkişmələrdə  məğlub 
olduqda türklərə  sığınır. (6, 150-157) Ümumfars tarixində 
böyük təsir bağışlayan bu hadisə Firdovsi, Təbəri, Dinəvəri, 
Səələbi və s. kimi əsasən fars mənşəli  şair və tarixçilərin 


 
 
 
163
əsərlərində böyük qürur mənbəyinə çevrilir. Bu fikirlərimizin 
əsaslı olmasına inamı “Yeddi gözəl” də Çinə aid 
münasibətlərin çox olması da təsdiqləyir. Xatırladaq ki, 
Sasanilər dövründə türklərə çinlilər, xaqanlara isə çin şahları 
deyilərdi. 
Yəzdigərd öz oğlu Bəhramı  Yəmən ölkəsinə 
göndərdikdə orada hökmdar Nemanın onun üçün rumlu 
memar Simnar vasitəsilə Xəvərnəq qəsrini tikdirir. Bu qalanı 
təsvir edərkən Nizami yazır: 
Elə bil Təngluşanın yüz min xəyalları cilvələnirdi. 
(3,55) 
Təngluşan adı açıqca Çində türk tabqaçların qurduqları 
Tan imperiyasına və onun yaradıcısı, sərkərdə, türk əsilli Lu-
şana işarədir. Dünya tarixinin ən mədəni və inkişaf etmiş 
imperiyasının adının çəkilməsi, islam dünyasının Çinə daimi 
gözəllik və elm məskəni kimi baxması münasibəti də təsadüfi 
hal ola bilməzdi, xüsusən də  Gəncəvi kimi dünya haqda 
ensiklopedik məlumatlara malik bir dahi üçün. Bəllidir ki, 
N.Gəncəvi öz qəhrəmanlarını tarixdə olduqlarından daha çox 
öz bildiyi kimi yaradır. Buna görə də Bəhram Gurun Bəhram 
Çubin olması bir o qədər də yanlış görünmür. Başqa bir yerdə 
Çinlə əlaqəli oxuyuruq: 
İşə başlamamışdan əvvəl bilsəydim, 
Bu çinlilər işinin naxışını 
Bu dairədə bir az da bundan yaxşı  çəkərdim. 
(3,56) 
Burada da açıqca çinlilərə yüksək rəğbət bəslənilir. 
Yaxud da Xəvərnəqlə bağlı başqa bir təqdimatda yenə  də 
eyni münasibəti görə bilərik: 
Elə gözəl bir behişt bağı oldu ki, 
Göy ona Yerin qibləsi, 
Kainat isə Çin Baharı deyirdi. (3,57) 
“Yeddi gözəl”də  rəqəmlərlə  əlaqəli xüsusiyyətlərdə 
diqqəti daha çox çəkən məqamlardan biri də  məsnəvinin 
onluq misralardan ibarət şeir misraları ilə yazılmasıdır. Əgər 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə