158
ayrılması ilə bərabər olaraq ruh cəhətdən də onların genetik
kodları, yığcam olaraq əks edib cəmləşdirən sonsuz sayda fiziki
və ruhi gərginliklərin dəqiq tarazlığa çevrilməsi ilə göy
qurşağındakı rənglərin seçilib vəhdət yaratması, müasir
fizikanın müəyyənləşdirdiyi uzun, orta, qısa, ultra və s.
dalğalar, musiqinin təməli olan 7 səs, bilinməyən, lakin
müəyyənləşdirməsi mümkün olan təbiət və fiziki qanunlar kimi
hər bir irqə, soya, xalqa köklü surətdə xas olan xüsusi rəqəmlər
sehri, ovsunu, ölçüsü yaranıb. Necə ki suyu qapalı şəraitdə
dondurub buz etmək, əridib təkrar suya çevirmək, onu da qay-
nadıb buxara döndərmək, soyuq mühitdən keçirməklə bir daha
suya çevirməklə heç bir maddi itkiyə uğratmadan dövri
çevrilmə halı yaratmaq olar, eyni inkişaf qanunauyğunluğu ilə
hər hansı bir irqin, soyun, xalqın tarixi maddi və ruh dəyərini
özündə cəmləşdirib yığcamlaşdıran, daxili müqəddəs dəyərlər
daşıyan və əks edən rəqəmlərin ölçüsü, təkrarsızlığı, ahəngi,
sehri, ovsunu ilə onların minilliklərlə ölçülən maddi və ruh
hallarını canlandırıb idarə etmək olar. Hər hansı bir quşun,
heyvanın, suda yaşayan delfinin səslərinin, hərəkətlərinin sayını
olduğu kimi təkrarlayıb yamsıladıqda onlara təsir edə bilirik,
istədiyimiz hərəkətləri az da olsa yerinə yetirirlər. Burada
axtardığımız əsas incəlik canlıların ancaq səsləri və hərəkətləri
dəqiq, müəyyən sayda, ölçüdə təkrarlamalarıdır. Əgər biz
onların təkrarladıqları sayda eyni səsləri, hərəkətləri etməsək,
tabe olmazlar. Bütün cansız və canlı varlıqların ruhları Tanrının
idarə etdiyi əsas Böyük ruhun tərkib hissələri olduğu və Tanrı
qarşısında eyni dəyərdə olmaqla milyard, yüz milyon, on min
illər ərzində tədricən ardıcıl olaraq bir-birlərindən təkamül
alaraq inkişaf edib yarandıqları üçün qədim insanabənzərlərdən
şüurlu insanların, onlardan da müasir insanların törədikləri
qanunauyğunluqla, tərəddüd etmədən deyə bilərik ki, fiziki
dünyadakı qanunauyğunluğun inkişaf ölçülərinin hesablarının,
canlılar aləmindəki instinktiv və intuitiv təkrarların və şüurlu
insan aləmində ruh dünyasında minillər ərzində xüsusi
özəlliklər almış rəqəmlər ovsunu, sehri arasında birbaşa əlaqəli
159
ardıcıl inkişaf asılılığı var və mahiyyətcə ayrı-ayrı dünyaları
təmsil etsələr də keyfiyyətcə öz dünyalarının daxili aləmi üçün
eyni dərəcədə əhəmiyyət daşıyır.
Nisbi səviyyədə olsa da, qısa olaraq dərk etməyə çalış-
dığımız cansız və canlı aləmlərin bir-birindən ardıcıl olaraq
asılı olan bu təbii və pozulmaz qanunauyğunluqları ilə də
ümumdünya şifahi xalq ədəbiyyatında və bütünlüklə dünya
ədəbiyyatı tarixində ruh aləmini riyazi ölçülərdə əks edib bəlli
edən rəqəmlər dünyasından da keçmişi qiymətləndirib
dəyərləndirməyə çalışacağıq; ruh aləmində və ədəbiyyatda
tarixi keçmişə yeni bir yanaşma cığırı hesab etsək,
mülahizələrimizin nə qədər gerçəkci və əsaslı olması bu yeni
mövzu ilə maraqlananların dəyərləndirmələri,
qiymətləndirmələri ilə öz təsdiqini, güman edirik ki,
tapacaqdır.
Beləliklə, müdafiə etdiyimiz fikirlərimizdə cürət edib
özümüzə inam, haqq qazandırmaqla deyə bilərik ki, irqlərin,
soyların, çoxsaylı xalqların ruh dünyasını və şifahi xalq
ədəbiyyatının qədim dövrlərində xüsusi əhəmiyyət daşımış
rəqəm ölçülərinə, hesablarına adi hal kimi baxmaq yanlış
olardı. Bunlar da onları müqəddəs, dəyərli hesab edənlərin
maddi və mənəvi dünyaları qədər əhəmiyyətlidirlər və bir-
birlərindən ayırmaq da hər hansı bir bədən üzvünü bədəndən
ayırmaq kimidir.
Dünyəvi deyilən dinlərin ruh tələbləri hər bir irqin,
soyun, xalqın köklü genetik ruh dəyərləri nə qədər
qiymətlidirsə, dəyərlidirsə, onları yığcam olaraq ehtiva edən
rəqəm hesabları, rəmzlər də bir o qədər əhəmiyyətlidir.
Məqaləmizin mövzusunun tələbinə görə də bu
ölçülərdən Nizami Gəncəvi yaradıcılığında türksoylu
xalqların
şifahi xalq ədəbiyyatının inkişafında
dünyabaxışlarında, inanclarında xüsusi əhəmiyyət kəsb edən,
xeyirxahlıq keyfiyyətləri saçan rəqəmlərin əks olunmasının
bəzi məqamlarını müqayisə edib dəyərləndirməyə cəhd
edirik.
160
Qədim türksoylularda, xüsusən də ural-altaylarda bəlli
rəqəmlərin demək olar ki, hər birinin xüsusi ruh əlamətləri
olubdur. Lakin bunlardan seçilmiş elə rəqəmlər var ki, onlar
daha keyfiyyətli ruh xüsusiyyətləri daşıyıb və bunlar
türksoyluların dünyabaxışlarını, inanclarını əks etdirmədə
sümükləşərək ayrıca sehrə, ovsuna çevriliblər. Qədim
türksoyluların ruh dünyasında və siyasi-mədəni həyatlarında
rəqəmlərin ayrıcalıqlı keyfiyyət halları alması bir tərəfdən
kortəbii inkişafın nəticəsidirsə, digər tərəfdən siyasi-hərbi
ittifaqların qurulmasında iştirakçı tayfaların üzvlüklərinin
sayları ilə əlaqəlidir. Əgər 1,3,4,7,8,9,10 rəqəmlərinin genetik
xüsusiyyətləri kodlaşdırması minillərin təsiri ilə birinci halda
ruhla əlaqəlidirsə, 3,9,10,16,19,24,30,40 və s., ikinci halda
gerçək həyatın insanlardan asılı olan və olmayan siyasi-hərbi-
mədəni tələbləri ilə həmin rəqəmlər türksoyluların tarixində
ayrıca əhəmiyyətli xüsusiyyətlə kökləşib.
1 rəqəmi Tək Tanrı, Ak Börünün tək olması və böyük
türksoylu fatehlərin, sərkərdələrin, xaqanların dünyanı tək ba-
şına idarə etmək istəyilə Əmir Teymurun “Göydə Tanrı tək
olduğu kimi, yerdə də hakim tək olmalıdır” məşhur deyimi
kimi, müqəddəsləşib və ümumiyyətlə kişilik rəmzidir.
3 rəqəmi Oğuz Xanın hər bir qadından 3 oğlunun
olması və onların arasında tapılmış qızıl yay və üç gümüş oxu
sındırıb bölməsi, nağıllarda üç qardaş, üç göyərçin donuna
girə bilib qəhrəmana yardım edən qız, monqol-buryatlarda üç
xeyirxah-xilaskar bacı, Qeserin üç eyni dəyərli müsbət
qəhrəmanları bir yerdə əvəz etməsi, yakut-saxa türklərinin üç
kurkanlar və s. adlanmaları ilə müsbət keyfiyyət əlaməti
daşıyıbdır.
4 rəqəmi qədim türksoylularda dünyanın dörd bir
tərəfinə inancla Günəşin rəmzi işıq bildirən + dörd tərəfli
işarə ilə əlaqəlidir və bunlardan da, xüsusən, Şərqə – Günəş
çıxan tərəfə və cənuba böyük dəyər veriblər, şimal ilə qərbi
soyuq və qaranlıq qəbul etməklə pis ruhlu tərəflər sayıblar.
Dostları ilə paylaş: |