Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə45/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   41   42   43   44   45   46   47   48   ...   61

 
 
 
152
Naxçıvanda geniş yayılmış və bir neçə variantı müxtəlif 
qaynaqlarda nəşr olunmuş “Aldədə”  əfsanəsinin Fərhadla 
ruhən bağlı olduğu qənaətinə  gələn Sədnik Paşayev yazır: 
“Fərhadın səsi”  əfsanəsi ruh etibarilə “Aldədə”  əfsanəsinə 
çox yaxındır. Aldədə  də doğma torpağa quş  təki uçur, yad 
torpaqda isə ayağı tutulur, yerimir. Onun “Nəğməli qarğıları” 
doğma torpaqda vətənə  nəğmə oxuyur, yad torpaqda isə 
susur, lal olur. (Paşayev Sədnik, 1976:118). 
Nizami və folklor mövzusunda bu qədər araşdırmalar 
aparılmasına baxmayaraq, nədənsə Naxçıvan bölgəsi bu 
məsələdə diqqətdən kənarda qalmışdır. 1970-ci illərdən sonra 
bölgədən toplanmış folklor nümunləri onu göstərdi ki, burada 
N.Gəncəvi  əsərlərilə bağlı folklor nümunələri çoxdur. Bu 
məsələyə diqqət çəkən  Ə.Hüseyn oğlu “Sovet Naxçıvanı” 
qəzetində yazır: “Bu gün xalq arasında mövcud olan bir çox 
rəvayət və  əfsanələr də Nizami əsərlərinin folklorlaşmış 
variantıdır. Nizami kimi bir ustadın həm özündən sonrakı 
yazılı ədəbiyyata, həm də şifahi xalq ədəbiyyatına həddindən 
artıq güclü təsir göstərməsi tamamilə  təbiidir. Hətta xalq 
özünün yaratdıqlarını belə Nizami dühası ilə əlaqələndirməyə 
çalışmışdır. Dahi şairin  əsərləri ilə, xüsusən “Xosrov və 
Şirin”lə bağlı  əfsanələr, rəvayətlər, bayatılar Naxçıvan 
ərazisində çoxdur. Bundan əlavə xeyli yer, çay, bulaq, qala 
adları da “Xosrov və Şirin” əsərindəki qəhrəmanların adı ilə 
bağlıdır”. (Hüseyn oğlu Ə., 1984:19 fevral)  
Nizami Gəncəvinin “Xəmsə”sində onlarla epik süjet 
olmasına baxmayaraq, “Xosrov və  Şirin” poemasının 
qəhrəmanlarından Fərhadın adı ilə bağlı olan toponim və 
oykonimlərə Naxçıvan bölgəsində daha çox rast gəlinir.  
Sevgisinə qovuşmaq üçün dağ yaran Fərhadın adı ilə 
bağlı  ən  əzəmətli abidələrdən biri Batabat yaylağındakı 
Fərhad evidir. Çəmənlikdəki tək qayanın içərisi yonularaq 4 
otaq yaradılmışdır.  Əhəngdaşı qayanın üzərindəki kitabə 
pozulduğundan bu abidənin nə vaxt yaradıldığını, kimin əl işi 
olduğunu söyləmək mümkün deyil. Abidə, bəlkə  də


 
 
 
153
qəhrəmana hörmət  əlaməti olaraq Fərhad evi adlandırılıb. 
Fərhad evinin yanından dərəyə baxanda köpüklənə-
köpüklənə axan dağ çayı süd arxını yada salır. Onu da 
xatırladaq ki, Fərhad evindən aşağıda, dərənin içində yerləşən 
Biçənək kəndinin (Şahbuz rayonu) sakinləri kənddən xeyli 
aralıdakı bir bulağı “Südlü” bulaq adlandırırlar. 
Sədnik Paşayev “Nizami və xalq əfsanələri” kitabında 
“Fərhadın səsi, Fərhadın nəğməsi”  əfsanəsindən söhbət 
açarkən  ətək yazısında belə bir qeyd verir: “Şərurun Sirab 
suyu  ərazisində, Məzrə  kəndi yaxınlığındakı Quyu dağda 
“Fərhad mağarası”, “Fərhadın su quyusu” və “Fərhad bulağı” 
adlı yerlər indi də mövcuddur”. (Paşayev Sədnik, 1983:68).  
Bölgəni yaxşı tanımayan alimimiz topladığı folklor 
materiallarının pasportlaşdırılmasına diqqətsiz yanaşdığı kimi 
(Sirab və Məzrə Şərur rayon ərazisində deyil, Babək rayonu 
ərazisindədir. Bölgədə bir neçə  Məzrə  kəndi olduğundan 
Sirab, Kültəpə yaxınlığındakı Məzrə kəndi də Alagöz Məzrə 
adlanır), görünür, “Ədəbiyyat və İncəsənət qəzetinin 1980-ci 
il 1 fevral sayındakı Arif Rəhimovun “Vayxırın izi ilə” 
məqaləsini də oxumayıb. Mövzu ilə bağlı geniş araşdırmalar 
aparan dilçi-alim Arif Rəhimov yazır: “Köhnə Vayxırın 
cənub-qərbində “Quyuludağ” adlı bir yer vardır. Dağın  şərq 
hissəsi 250-300 metrlik maili sal daşıdır. Bu sal daşın 160-
170 metrliyində 2 metr eni, 11 metr uzunu olan bir yer 
hamarlanmış  və orada iki quyu qazılmışdır ki, bu pilləli 
quyular  əsl möcüzədir. Ora ancaq şimal-qərb tərəfdən bircə 
yol var ki, bu yolla da bircə adam düşə bilər. Birinci quyuda 
11 pillə var, ikinci quyuda 27 pillədən sonra səki görünür. 
Səki burularaq aşağıya doğru 16 pillə enir. Sonra pillələr 
qırılır və  təxminən 2 metr uçurum gəlir. Uçurumun sonu 
yenidən səki ilə qurtarır və qabağa doğru gedən pilləli yol 
daş, torpaqla tutulmuşdur. Əfsanəyə görə bu quyuları Fərhad 
qazmışdır”. ( Rəhimov Arif, 1980:1 fevral)  
Arpaçaydan Sədərək kəndinin kövşənlərinə doğru 
uzanan qədim bir arx da Fərhadın adı ilə bağlıdır. Sədərək 


 
 
 
154
yaxınlığındakı başqa bir arx isə  “Şir” arxı adlanır. “Şir” 
sözünün bir mənası da süd olduğu üçün bu arxın da məhz 
Nizami qəhrəmanları ilə bağlılığını güman etmək 
mümkündür.  
Sədərək kəndinin başı üzərində bir dağ ucalır: Tejkar 
dağı. Dağ  sərt daşlardan ibarətdir. Bitki örtüyü isə  əsasən 
həmişəyaşıl ardıc kollarıdır. Ta qədimdən bu yerlərin sakinləri 
ardıc kollarını müqəddəs hesab etmişlər. El arasında belə bir 
əfsanə dolaşır ki, ardıc kolları hansısa qəhrəmanın külüngünün 
sapıdır. Qəhrəman özünü öldürmək istəyəndə külüngü havaya 
atıb köksünü irəli vermiş, külüng onun köksünə sancılmış, sapı 
isə yaşıllaşıb qol-budaq atmışdır. Elə ona görədir ki, ardıcın 
budağını kəsəndə qan axır. 
Tejgar və  Əjdahan dağlarında bitən ardıc kolları 
haqqında el arasında gəzən bu cür əfsanə N.Gəncəvinin 
“Xosrov və  Şirin”  əsərində  Fərhadın ölüm səhnəsini 
xatırladır: 
Döyünən qəlbini sözlər qanatdı, 
Dağların başına külüngü atdı. 
Külüngün dəstəsi sancıldı yerə, 
Nəm topraq can verdi göyərtilərə.  
(Gəncəvi Nizami, 1962) 
Sədərək kəndindən xeyli yuxarıda – keçmiş Ermənistan 
SSR-in Yeğeqnadzor (Paşalı) rayonunun Qovuşuq kəndi yaxın-
lığında da Fərhadın adı ilə bağlı xeyli yer adları mövcuddur. 
Qovuşuqla  Ələyəz kəndləri arasında Vəng adlandırılan qədim 
bir abidə var. Buraya yuxarı yaylaqlardan daşdan yonulub dü-
zəldilmiş bir arx gəlir. Yaylaqla Vəngin arası sərt yamaclı dağ-
lardır.  Ən çevik heyvan – qatır belə buradan çətinliklə keçir. 
Çox təəssüf ki, arxın yonulmuş daşlarını söküb ətraf kəndlərdə 
dəyirman novları düzəldiblər.  
El arasında gəzən  əfsanəyə görə  Vəng  Şirinin sarayı ol-
muşdur. Yaylaqdan saraya gedib-gəlmək, süd daşımaq çətin ol-
duğundan Fərhad Şirini təzə südlə təmin etmək üçün daş arxı 
çəkmişdir.  


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə