141
ƏDƏBİYYAT
1. Azərbaycan klassik ədəbiyyatı kitabxanası, 20 cilddə,
IV cild. Bakı: Elm, 1985.
2. Kitabi-Dədə Qorqud. Tərtib edəni S.Əlizadə. Bakı:
Öndər, 2004.
3. Azərbaycan nağılları. 2 cilddə. Bakı: 1970.
4. T.Xalisbəyli. N.Gəncəvi və Azərbaycan qaynaqları.
Bakı: Azərnəşr, 1991.
5. Yurdumuzun əfsanələri. Toplayıb işləyəni S.Paşayev.
Bakı: Gənclik, 1976.
6. S.Paşayev. Nizami və xalq əfsanələri. Bakı: Gənclik,
1983.
7. Təhmasib M.H. VII əsrə qədər Azərbaycan şifahi
xalq ədəbiyyatı. Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə. I
cild. Azərb. SSR EA nəşriyyatı. Bakı: 1960.
8. N.Gəncəvi. Yeddi gözəl. Bakı: Elm, 1983.
142
Aydın MUSTAFAYEV
AMEA Folklor İnstitutunun elmi işçisi
NİZAMİ GƏNCƏVİ VƏ MƏNƏVİ-ƏXLAQİ
DƏYƏRLƏR
Yaxın və Orta Şərq ədəbiyyatında epik şeirin ən böyük
ustadlarından olan N.Gəncəvinin Azərbaycan mədəniyyəti və
fəlsəfi düşüncəsinin inkişafı tarixində əvəzsiz rolu vardır.
Hökmdar, cəmiyyət, elm, din, idrak kimi problemləri əks
etdirən epik əsərləri həm mifoloji, həm də folklor motivləri
ilə zəngindir. Onu da qeyd edək ki, xalqımızın söz xəzinəsi-
folklor bir çox söz sənətkarlarının-İ.Nəsimi, Ş.İ.Xətayi,
S.Vurğun, R.Rza, M.Müşfiq, M.Araz və b. yaradıcılığına
ilham mənbəyi olmuşdur. Orta əsrlərin böyük dühası
N.Gəncəvinin folklora bağlılığı bütün poemalarında geniş
şəkildə özünü göstərir. Bununla bağlı professor Sədnik
Pirsultanlı yazır: “Nizaminin bir sənətkar kimi yetişməsində
başqa amillərlə yanaşı zəngin xalq yaradıcılığı da mühüm rol
oynamışdır” [7,3]. Bu əsərlərdən biri də “Yeddi gözəl”dir.
Xeyirlə şərin, halalla haramın, ədalətlə zülmün mübari-
zəsindən bəhs edən “Yeddi gözəl” poemasında mütərəqqi,
humanist ideyalar tərənnüm olunur. Nizami var-dövlət
toplamaq ehtirasını, nəfsinə qul olmaq vərdişlərini zəmanənin
ən böyük bəlası hesab edərək ağlı, idrakı,elmi hər şeydən
üstün tutur:
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti malı [ 2,41].
“Yeddi gözəl” əsərində folklordan gələn xalq hikmətləri
ilə şairin hikmət dolu düşüncələrinin qovuşduğunu görürük.
O, əfsanə, rəvayət, nağıl, atalar sözləri və s. istifadə etməklə
yaratdığı əsərinə sanki yeni ruh verir. N.Gəncəvinin böyük
tədqiqatçısı professor Xəlil Yusifli yazır: “Yeddi gözəl”
poeması hər hansı mənbədən alınmış bir materialın
məzmununun nəzmə
çəkilməsi deyildir. Bəhram
143
Ə.Firdovsinin “Şahnamə”də işlənmiş “Bəhram Gur”
hissəsinin bir qədər dəyişdirilmiş variantı da deyildir. Bu
mütəfəkkir alimin axtarışları ilə böyük qüdrətə malik şair
xəyalın birləşməsi, qadir sənətkarın qiymətli materialdan
yonub yaratdığı yeni, canlı sənət heykəlidir” [10,137].
Əsərin maraqlı epizodlarından biri Bəhramın ov səhnə-
sinin təsviridir. Ov səhnəsinin təsviri geniş və əhatəli olmasa
da olduqca ibrətamizdir. F.e.d. S.Rzasoy Bəhramın ovla bağlı
həyatını tədqiqata cəlb edərək yazır ki, gur, əjdaha, gor
mifoloji süjetin personajlarıdır. Bəhramın əjdahanı öldürərək,
gurun intiqamını alması və gurun xəzinənin yerini şaha nişan
verməsi də mifoloji süjetin tərkib hissələridir. Əjdaha xaosun
bütün atributlarının özəlliklərini daşıyır. Bəhram-əjdaha
blokunda xeyir-şər, həyat-ölüm, işıq-qaranlıq, yaxşı-yaman
bir-birilə mübarizədədir. Mağara ölümün simvolik məkanıdır.
Bəhramın əjdaha üzərində qələbəsi itirilmiş dəyərlərin
qaytarılması kimi dəyərləndirilir [8,56-60].
Həqiqətən də bədxahlarla xeyirxahları, yoxsullarla
varlıları, halal zəhmət adamları ilə müftəxorlar arasındakı
münasibətləri qarşı-qarşıya qoyan şair, xeyirlə şərin daim
mübarizə apardığı bu dünyada feodal-zadəgan sinfinə məxsus
qəhrəmanları xalqın minillik təcrübəsindən yararlanmağa
çağırır. Vətən xainlərinə, satqınlara, əmanətə xəyanət
edənlərə ikrah hissi ilə yanaşaraq onların mənfi obrazını
yaradır. Əməyə, zəhmətə, xalq mədəniyyətinə, adət-
ənənəsinə xor baxanlar şər qüvvələr kimi təqdim olunur.
Saraylardan uzaq gəzən şair sadə, yoxsul, zəhmətkeş
insanların əhatəsində yaşamış, hökmdarlara deyil, insanlığa
xidmət etməkdən şərəf hissi duymuşdur. Folklor örnəklərini
xalqın ictimai fikir tarixinin salnaməsi hesab edən
S.Pirsultanlı haqlı olaraq qeyd edir ki, Nizami öz əsərlərində
əsatir, əfsanə, rəvayət və s. istifadə etməklə bu örnəklərin ilk
toplayıcısı və qoruyucusu kimi bir vəzifəni də yerinə
yetirmişdir[6,43].
144
Ölkədə işləri müəyyən qədər qaydaya salan Bəhram şah
dövləti idarə etməyi vəziri Rast-Rövşənə tapşıraraq yeddi
iqlimdən gətirilmiş yeddi şahzadə qızla yeddi gün yeddi
günbəzli yeddi rəngli qəsrə çəkilir, eyş-işrətə başlayır. N.
Gəncəvinin tədqiqatçılarından professor X.Yusifli və
Ə.Səfərli qeyd edirlər ki, “Yeddi rəng, yeddi planet, yeddi
iqlim, yeddi günbəz, yeddi gün, yeddi gözəlin danışdığı yeddi
nağıl Bəhramın işrətlər, sevinclər, arzular dünyasıdır və bu
dünyanın qapısı açılan gündən ədalətin qapısı bağlanır”
[9,119].
Şahın etibarından istifadə edən vəzir ölkəni xarabazara
çevirir: iqtisadiyyat çökür, xəzinə boşalır, dövlət əleyhinə na-
razılıqlar gündən-günə artır:
Məmləkət döndükcə xarabazara,
Xəzinə həsrət qaldı gəlirə, vara
Vəzirinsə evi xəzanə oldu,
Aləm başdan-başa viranə oldu [4,267].
Ölkənin vəziyyətindən xəbərdar olan Çin xaqanı
yenidən ölkə üzərinə müharibəyə hazırlaşır. Çıxılmaz
vəziyyətə düşən şah sadə xalqın nümayəndəsi, müdrik qoca
bir çobanla qarşılaşdırılır. Çoban həm şifahi xalq
ədəbiyyatında, həm də klassik ədəbiyyatda müdrikliyin
simvolu kimi xarakterizə olunur. Qonaqpərvər, dünyagörmüş
çoban geniş təsvir edilmir. Şair bir neçə misra ilə sadə xalq
nümayəndəsi olan çobanın böyük obrazını yaradır. Çoban
xəyanəti bağışlamır, şərə güzəştə getmir. Nəfsinə güc
gəlməyən və dişi canavara satılan itə verdiyi cəzaya görə tam
haqlı olduğunu bildirir:
Xəyanət eyləmiş o, əmanətə,
Satır əminliyi min xəyanətə
Bu işin üstündə asıb ağacdan,
Dedim ki, açmaram verməyincə can.
Günahkarla belə rəftar etməsən,
Kimsə deməz sənə: afərin, əhsən [4,271].
Dostları ilə paylaş: |