Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə44/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   40   41   42   43   44   45   46   47   ...   61

 
 
 
149
Tanıyan yoxdu bu gözəl almazı, 
Bərdədə idi onun bir əlyazması. 
O ölkənin qədim tarixlərindən 
Tamam bu dastanı öyrənmişəm mən. 
    
 
 
(Gəncəvi Nizami, 
1962:6) 
Bir həqiqəti də unutmamaq lazımdır ki, istər XII 
əsrədək, istər də sonrakı yüzilliklərdə tarixi mövzuda 
yazılmış  əsərlərdə  əfsanə  və  rəvayətlər də özünə geniş yer 
tapmışdır. Elə buna görə  də “Xəmsə”dəki bir çox folklor 
örnəklərinin xalqdan götürüldüyünü söyləyə bilərik. Səfər 
Ələkbərovun da qeyd etdiyi kimi, “Dahi şair “Xosrov və 
Şirin” poemasını yazarkən müxtəlif mənbələrlə yanaşı, 
ağızlarda gəzib dolaşan rəvayətləri də öyrənmiş və gözəl bir 
sənət əsəri yaratmışdır”. (Ələkbərov Səfər,1978:6) 
Azərbaycanda da Nizami Gəncəvinin  əsərlərinin 
Avropa metodları ilə təhlilinə başlandığı ilk günlərdən şairin 
folklordan bəhrələndiyinə diqqət yetirilib. M.Ələkbərov 
1947-ci ildə filologiya elmlər namizədi elmi dərəcəsi almaq 
üçün “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” 
mövzusunda dissertasiya yazıb. Həmid Araslının “Nizamidə 
xalq sözləri və xalq ifadələri” (Araslı  Həmid, 1942:8), 
“Nizami və Azərbaycan xalq ədəbiyyatı” (Araslı  Həmid, 
1947), 
Ə.Axundovun “N.Gəncəvi və xalq 
yaradıcılığı”(Axundov  Ə., 1954:2), Mübarizin “Nizami 
yaradıcılığında Azərbaycan folklorunun təsiri”  (Mübariz, 
1938, 24 iyun),  Sədnik Paşayevin “Nizami və folklor”, 
(Paşayev Sədnik, 1976), yenə  həmin müəllifin “Nizami və 
xalq  əfsanələri”  (Paşayev Sədnik, 1983) və b. monoqrafiya 
və  məqalələr mövzunu öyrənmək baxımından olduqca 
dəyərlidir. Folklorumuzun yorulmaz toplayıcısı 
və 
araşdırıcısı professor Sədnik Paşayev bu istiqamətdə xüsusi 
əmək sərf etmişdir. O, “Nizami və xalq əfsanələri” kitabının 
(Paşayev Sədnik, 1983) ön sözündə yazır: “...Nizaminin 
əsərlərində Herodotun nəql etdiyi əfsanələrin, istərsə də digər 


 
 
 
150
qədim  əfsanələrin izlərinə rast gəlirik. Ümumiyyətlə, 
folklorla qüvvətli  şəkildə bağlı olan Nizami əfsanələrdən 
daha çox istifadə etmiş, ecazkar sənətkarın xalq 
əfsanələrindən aldığı süjetlərlə  bəzənmiş, ümumiləşdirilmiş, 
qüvvətləndirilmiş, xalqa yaxınlaşdırılmışdır. Məhz buna görə 
də yazılı epik poeziyanın  əfsanələrlə  əlaqəsi məsələsini 
aydınlaşdırmaq üçün Nizami yaradıcılığı  zəngin material 
verir. Bu mütəfəkkir  şairin  əsərlərində  əfsanələrdən yerli-
yerində istifadələrin xarakterini açmaq, faydalı  nəticəsini 
göstərmək müasir ədəbi proses baxımından faydalıdır” 
(Paşayev Sədnik, 1983: 4-5).  
Sədnik Paşayevin topladığı “Fərhadın səsi, Fərhadın 
nəğməsi”  əfsanəsində deyilir ki, qədim zamanlarda Bazar 
meydanı yaxınlığında qoşa çinar ağacları var idi. Uzaq və 
yaxın kəndlərin adamları tez-tez bu çinarların altında 
yığışardılar. Onları buraya yığışmağa həvəsləndirən Fərhad 
adlı el nəğməkarının səsi, ürəkləri yandırıb yaxan 
mahnılarıydı. 
Günlərin bir günü elin nəğməkar oğlu Fərhad bir daha 
bu yerlərə  gəlmədi. Adamlar bundan çox nigaran olmağa 
başladılar. Bir müddətdən sonra el nəğməkarının sehrli səsi 
uzaq yerlərdən, uca dağlardan gəlməyə başladı. Camaat bu 
işə mat qaldı. Dünya görmüş qocalar belə qərara gəldilər ki, 
dalınca qasid göndərib onu geri çağırsınlar. Bu məqsədlə 
qasidlər yola düşdülər. Onlar el nəğməkarını Şərurda tapdılar. 
Lakin onu geri qaytara bilmədilər. Çünki el nəğməkarı artıq 
eşqin  şərbətini içmişdi. Fərhad dağlara çıxaraq qayalar 
arasında tək-tənha bir mağarada yaşayırdı. Onun sədası Fars 
məmləkətinin  şahına da çatır. Həm də  şah öyrənir ki, bu 
nəğməkar onun sevgilisinə aşiq olmuşdur.  
Şah el nəğməkarı Fərhadı hüzuruna çağırtdırır. Əsl aşiq 
olan el nəğməkarı Fərhad həqiqəti gizlətmir.  
Şah deyir: 
–  Əgər sən həqiqi aşiqsənsə, sınaqdan çıxmalısan, 
eşqini  əməlinlə sübuta yetirməlisən. Bizim bu yerlərdə uca 


 
 
 
151
bir da var. Hərgah onu çapıb arasından yol açsan, Şirin 
sənindir.  
Fərhad bu işdə qolun gücündən çox öz sehrli səsinə gü-
vənirdi. Odur ki, Fərhad dağın başına çıxıb yanıqlı bir mahnı 
oxudu, eli, mahalı köməyə çağırdı.  
Adamlar bu səsdən cuşa gələrək axın-axın  əlləri belli-
külünglü dağa hücum çəkdilər. Fərhad özü də qabağa düşüb 
əlindəki külünglə qayaları parça-parça etməyə başladı. Dağın 
çapılıb qurtarmasına az qalmış Fərhad yuxuya gedir. Yuxuda 
görür ki, onun butasına haram əl toxundu. Yuxudan ayılan 
kimi əlindəki külüngü başına çalaraq özünü məhv edir.  
El nəğməkarının səsinə valeh olan bülbüllər bu xəbəri 
onun vətəninə çatdırırlar. Deyirlər ki, həmin vaxtdan Fərhad 
ölən yerdən onun məlahətli səsini və külüngünün çaqqıltısını 
yellər onun vətəninə yetirir. (Paşayev Sədnik, 1983:61) 
“Xosrov və  Şirin” poemasında diqqəti çəkən başqa bir 
nüans da “nurdan göz qamaşdıran”  (Paşayev Sədnik 
Paşayev, 1983:64) Şirinin adi insandan çox su ilahəsi Nahidi 
xatırlatmasıdır. Qədimdə su və od ilahələrinin məbədləri bir-
birinə yaxın olmuş, bu məbədlər su kənarında, çox yerdə 
hərəsi çayın sahilində tikilmiş, aralarında bir çay – su 
olmuşdur.  (Paşayev Sədnik, 1983:65).  İnanca görə, 
Hörmüzün və Armaitin qızı Nahid su ilahəsi, oğlu Atar isə od 
ilahəsidir. Araşdırıcılar Naxçıvanda od və su məbədlərinin 
olduğunu və ayinlər icra edildiyini göstərmişlər. Bu gün də 
Naxçıvanda bu məbədlərin qalıqları durur.  
Sədnik Paşayevə görə, Naxçıvan  ərazisindən toplanan 
əfsanələrdə Sara və  Şirin; Xançoban və  Fərhad obrazlarının 
arasında müəyyən bir uyğunluq, bənzərlik vardır. Belə ki, 
“Bir  əfsanəyə görə Arpaçayın sahilindəki “Oğlan qala”da 
Xançoban, “Qız qala”da isə Sara yaşayırmış, başqa bir 
əfsanədə isə  Fərhad “Oğlan qala”nı özü, “Qız qala”nı isə 
Şirin üçün tikdiribmiş”.  (Paşayev Sədnik, 1983:68). 
Göründüyü kimi, xalq əfsanələrinin paraleldə öyrənilməsi də 
onların sirrinin açılmasında böyük rol oynayır. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə