Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə46/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   42   43   44   45   46   47   48   49   ...   61

 
 
 
155
Şahbuz rayonunun kənd  Şahbuz kəndi yaxınlığındakı 
əzəmətli və möhtəşəm  Şapur qalası da “Xosrov və  Şirin” 
əsərindəki Şapuru xatırladır. 
Naxçıvan Nizami Gəncəvinin  əsərləri ilə bağlı  rəvayət 
və  əfsanələrin yayılması baxımından olduqca zəngin bir 
muzeyi xatırladır. Bu ərazidə yayğın olan əfsanə  və 
rəvayətlərin müxtəlif variant və deyimlərini toplayıb Nizami 
Gəncəvinin yaradıcılığının da təsirini nəzərə alaraq 
araşdırmağa ehtiyac duyulur.  
 
QAYNAQLAR 
1.
 
Araslı Həmid. (1942). Nizamidə xalq sözləri və xalq 
ifadələri, SSRİ EA Azərbaycan Filialının xəbərləri, sayı 8. 
2.
 
Araslı  Həmid. (1947). Nizami və Azərbaycan xalq 
ədəbiyyatı, 
“Nizami Gəncəvi” məcmuəsi, Bakı. 
3.
 
 Axundov Ə. (1954). N.Gəncəvi və xalq yaradıcılığı, 
Azərbaycan SSR EA xəbərləri, sayı 2.  
4.
 
Ələkbərov Səfər. (1978). “Folklorda estetik və 
əxlaqi fikirlər”, “Gənclik” nəşriyyatı, Bakı. 
5.
 
Ələkbərov M. (1947). Nizami Gəncəvi və 
Azərbaycan xalq yaradıcılığı, (avtoreferat), Bakı. 
6.
 
Gəncəvi Nizami. (1962). Xosrov və Şirin, Bakı. 
7.
 
Mübariz. (1938). Nizami yaradıcılığında 
Azərbaycan folklorunun təsiri, “Ədəbiyyat” qəzeti, 24 iyun. 
8.
 
Paşayev Sədnik. Yanardağ əfsanələri, Bakı, 1976. 
9.
 
Paşayev Sədnik.(1976). Nizami və folklor, Bakı. 
10.
 
 Paşayev Sədnik. (1983). Nizami və xalq əfsanələri, 
“Gənclik” nəşriyyatı, Bakı. 
11.
 
 Rəhimov Arif. (1980). Vayxırın izi ilə. “Ədəbiyyat 
və incəsənət” qəzeti, 1 fevral. 
12.
 
 Hüseyn 
oğlu 
Əli. (1984). Naxçıvanda 
N.Gəncəvinin  əsərləri ilə  səsləşən deyimlər. “Sovet 
Naxçıvanı” qəzeti, 15 fevral, sayı 43 (13781).  
 


 
 
 
156
Tahir NƏSİBOV 
 AMEA Folklor İnstitutunun elmi işçisi 
 
NİZAMİNİN “YEDDİ GÖZƏL” ƏSƏRİNDƏ TÜRK 
DÜNYA QAVRAYIŞI VƏ “QESER” DASTANI İLƏ 
BƏZİ UYĞUNLUQLAR 
 
Maddi və ruh dünyalarının müstəqil olaraq öz 
daxillərində və qarşılıqlı olaraq bir-biriləri ilə elə bir düzənli 
tarazlıq,  əks olunmalar var ki, biz onları yalnız 
ümumiləşdirilmiş  şəkildə, qabarıq halda təsəvvür edib 
qavraya bilirik. Lakin maddi və ruh dünyalarını  təşkil edən 
ayrı-ayrı sahələrə xüsusi diqqət yönəltməklə istədiyimiz
təsəvvür edə biləcəyimiz mücərrəd və ya dəqiq nəticələrə 
gələ bilirik. Bəşəriyyət tarixinin irəli inkişafı, müasir 
dövrdəki açılmış elmi nəticələri ilə riyaziyyat, fizika, kimya, 
biologiya və s. elmlərə aid olan dəqiq və yekun məntiqi 
qanunlarla maddi dünyanın ayrı-ayrı sahələrinin inkişaf xüsu-
siyyətlərini dərk edib qavrayırıq. Nisbi səviyyədə olsa da eyni 
inkişaf nəticəsinə biz dünya xalqlarının  şifahi xalq 
ədəbiyyatını (dünya qavrayışları, baxışlar, inanclar, əfsanələr, 
nağıllar, dastanlar və s.) və ayrı-ayrı dünyəvi deyilən və qeyri 
dinləri incələməklə ruh dünyasında da gəlib çatmışıq. Lakin 
etiraf etməliyik ki, ruh səviyyəsində hələ biz maddi aləmdəki 
dərk etdiyimiz məntiqi qanunlar kimi qətiyyətli yekun 
nəticələrə yetişə bilməmişik. İnanırıq ki, yaxın gələcəkdə ruh 
aləminin inkişaf qanunlarına bizlər dini vəsvəsə, keçmişdən 
genlərə hopmuş  təşvişlər, tərəddüdlərlə yox, soyuqqanlı 
surətdə elmi qanunlar kimi yanaşacağıq. Nəyə görə bir olan 
Tanrını  dərk etmək üçün yəhudiliyin, xristianlığın, islamın, 
buddaçılığın və s. inancların daşıyıcıları işıqlanmaq üçün bir-
birindən kəskin surətdə  fərqlənən dualar və ayinlər icra 
edirlər, bunları yerinə yetirdikdə isə uyğun olmayan sayı da 
təkrarlayırlar və    hər dinin mənsubu qəti surətdə 
sərhədlənmiş, ölçülüb-biçilmiş sayda dua oxuyub səcdə edir. 


 
 
 
157
Eyni ilə  nə üçün semit-hamitlərin ruhunu oxşayan rəqəmlər 
hind-avropalılarda, türksoylularda böyük əhəmiyyət 
daşımırlar, yaxud da əksinə? Bizləri öz ovsunlarında, 
sehrlərində saxlayan bu dini və inanc ölçülərini dərk edib 
qavramağa cürət verən də elə bunların tədricən ayrılıb 
inkişafına təməl və  səbəb olmuş dünya xalqlarının  şifahi 
ədəbiyyatlarının inkişaf tarixidir. 
Bir anlığa özümüzü ulu əcdadlarımızın dünyabaxışları, 
inancları, müqəddəs dəyərləri üçün düşünmədən özlərini 
qurban verdikləri 3-4 min il əvvəldə hiss edək. Bu gün biz, 
adətən, Tək Tanrı  və  əcdad ruhundan başqa bütün qədim 
müqəddəs dəyərlərə istehza ilə yanaşırıq. Lakin bizim hələ 
tam olaraq qavrayıb dərk edə bilmədiyimiz həmin qədim 
dövrdən başlanğıc alan hər hansı bir irqin, soyun, xalqın ruh 
dünyasını  əks etdirən rəqəmlərin sehri, ovsunudur. Bu gün 
biz min illər əvvəl ulu əcdadlarımızın min, yüz illərlə böyük 
fiziki və ruhi gərginliklərdən keçməklə  əsasını qoyduqları 
hesabları -1-dən 10-na, 100-ə, 1000-ə və s., ilin 365 günə, 12 
aya bölünməsini, həftənin 7 gün olmasını, Günəş ilinin tam 
olmasını  və s. adi bir gündəlik ölçülər kimi qəbul edirik. 
Lakin açıqca dərk edirik ki, bu riyazi hesablardakı ardıcıllıq 
1-dən 10-a, 100-ə, 1000-ə olmalıdır, 2-dən 3-ə, 7-yə, 16-ya 
və s. yox. Yaxud insanın təsir imkanından kənarda, təbii yolla 
göy qurşağının 7 rəngli (4 yox,10 yox, ancaq 7 miqdarda) 
olması. Bilirik ki, nə üçün Pifaqor teoriyası məhz h
2
 = a
2
+b
2
 
–dir, çevrənin həcmi Pr
2
-dir, uzunluğu 2 Pr-dir, ədədi silsilə 
m
2
-dir, həndəsi silsilə  n
4
-dür və s. Dərk etdiyimiz kimi, 
bunlar və yüzlərlə başqa elmi kəşflər olan qanunların 
arxasında sonda müəyyən dəqiq riyazi rəqəmlər dayanır. 
Həmin bu qanunauyğunluğun mənaca fərqli, mahiyyətcə eyni 
inkişafı ruh aləminin tərkib hissələrindən biri olan şifahi xalq 
ədəbiyyatının minilliklərlə ölçülən inkişaf tarixində yaranıb 
və əks olunub. 
 
Bəli, yüz min illər  ərzində  qədim insanabənzərlərdən 
şüurlu insanların maddi tərəfdən təşəkkülü və irqlərin seçilib 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə