129
3. Şirvani X. Seçilmiş əsərləri. Bakı: Altun kitab, 2005
s. 327 s.
4. Şirvani X. Seçilmiş əsərləri. Bakı: Altun kitab, 2005
s. 327 s.
5. Bürhanəddin Q. Divan. Bakı: Öndər nəşriyyat, 2005,
728 s.
6. Nəsimi İ. Seçilmiş əsərləri iki cilddə. I cild. Bakı:
Lider nəşriyyat, 2004, 336 s.
7. Füzuli M. Əsərləri. III cild. Bakı: Şərq-Qərb, 2005,
472 s.
8. Vidadi M.V. Əsərləri. Bakı: Öndər nəşriyyat, 2004,
336 s.
9. Azərbaycan folkoru antologiyası. Naxçıvan folkloru.
Bakı: Sabah, 1994, 388 s.
10. Bağdadbəyov C. Xatirələr və etnoqrafik qeydlər.
Bakı: “Qapp-poliqraf” korporasiyası, 2002, 128 s.
11. Şamil Ə. Novruz bayramında “Xanbəzəmə” və
oradakı arxaik ünsürlər. Azərbaycan şifahi xalq ədəbiyyatına
dair tədqiqlər (otuz birinci kitab). Bakı: Nurlan, 2009, 158 s.
s. 117-128.
12. Axundzadə M.F. Əsərləri. Üç cilddə. I cild. Bakı:
Şərq-Qərb, 2005, 296 s.
13. Yunq K.Q. Analitik psixologiyanın poetik-bədii
yaradıcılığa münasibəti (tərcümə). Qocayev M.Q. Bədii
ədəbiyyatda insan fəlsəfəsi. Bakı: Azərbaycan Tərcümə
Mərkəzi, 2001, 220 s. s.190-218.
14. Şəhriyar M. Seçilmiş əsərləri. Bakı: Avrasiya-Press,
2005, 408 s.
130
Nailə ƏSKƏR
AMEA Folklor İnstitutu
qaracantali@live.com
NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ”
POEMASINDA DEYİMLƏR VƏ MƏSƏLLƏR
Nizami Gəncəvi orta əsrlər Azərbaycan intibah ədəbiyya-
tının böyük şairidir. Dövrün tələblərinə uyğun olaraq əsərlərini
klassik poeziyanın dili sayılan farsca yazan Nizami yaradıcılığa
lirik şeirlərlə başlamışdır. Şairin ilk irihəcmli əsəri olan “Sirlər
xəzinəsi” poeması məsnəvi şəklində və qismən sufi eposu ənə-
nələri çərçivəsində qələmə alınmışdır. Bu əsərin yazılmasında
XI əsr fars şairi Sənani Qəznəvinin “Həqiqət ül-həqayiq” əsəri-
nin təsiri böyük olmuşdur. Nizami sonrakı dörd poemasını ya-
zarkən sufi eposunun gətirdiyi ənənələri aşmış və bu əsərlərində
heç bir poetik təlimin təsirində qalmamışdır. Şübhəsiz ki, böyük
şairin dünyagörüşünün formalaşmasında o dövr üçün səciyyəvi
olan təsəvvüf təlimlərinin və Şərq fəlsəfi cərəyanlarının təsiri
olmuşdur. Bununla belə, “Sirlər xəzinəsi”ni bütünlüklə sufi
əsəri hesab etmək doğru sayılmaz, çünki əsərdə janrın ənənəvi
prinsiplərinə əməl edilmir, ictimai-sosial problemlərə toxunulur
və dünyəvi dəyərlərdən bəhs olunur. “Sirlər xəzinəsi” struktur
etibarı ilə sufi eposu hesab olunsa da, məzmun etibarı ilə bu
ənənəyə tam sadiq qalınmır (6, 73-78).
Nizami Gəncəvi “Sirlər xəzinəsi” poemasını 1174-cü
ildə yazmağa başlamış və iki il ərzində əsəri tamamlamışdır.
"Sirlər xəzinəsi" "Xəmsə"nin başqa poemalarından fərqli
olaraq vahid süjet xəttinə malik deyildir. Əsərdə öz əksini
tapan bir çox problemlərin həllində müxtəlif hekayə və
rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz
dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət
edən şair əsərin yüksək bədii səviyyədə təqdiminə nail
olmuşdur. Poema ənənəvi giriş hissəsindən, 20 məqalət və
buna bağlı 20 epik hekayətdən ibarətdir.
131
Nizami Gəncəvi bütün əsərlərində olduğu kimi “Sirlər
xəzinəsi”ndə də şifahi xalq ədəbiyyatının bir çox
janrlarından, o cümlədən əsatir, əfsanə, rəvayət, deyim və
məsəllərdən bəhrələnmişdir. Akademik Həmid Araslı, prof.
Cəfər Xəndan, prof. Sədnik Paşayev və digər alimlərimiz
Nizami və folklor mövzusunda araşdırmalar aparmış, Nizami
dühası ilə ölməzlik qazanmış şifahi xalq incilərini tədqiq
etmişlər.
Uzun illər Nizami Gəncəvinin əsərlərində xalq yaradıcı-
lığının izlərini araşdıran folklorşünas alim, prof. Sədnik
Paşayev çox haqlı olaraq belə bir qənaətə gəlmişdir: “Nizami
yaradıcılığı Azərbaycan folkloru ilə, öz növbəsində
Azərbaycan folkloru da Nizami yaradıcılığı ilə elə qaynayıb-
qarışmışdır ki, hətta müəyyən mənada bunları bir-birindən
ayırmaq, kimin kimdən istifadə etdiyini çox vaxt
aydınlaşdırmaq çətinlik törədir” (12, 48).
Nizami “Sirlər xəzinəsi”ni yazarkən xalq arasında
yaşayan və günümüzə qədər gəlib çatmış rəvayət, əsatir və
əfsanələrdən, mifoloji mətnlərdən geniş şəkildə istifadə
etmiş, şifahi xalq yaradıcılığının bir çox incilərini məharətlə
yazılı ədəbiyyata gətirmişdir. Bunlara “Süleyman və əkinçi”,
“Nuşirəvan və bayquşların söhbəti”, “Firidun və maralın
dastanı”, “Kərpic kəsən kişinin söhbəti”, “Bülbül və
qızılgül”, “Bir-biri ilə çəkişən iki həkimin dastanı” və digər
hekayətləri misal göstərmək olar.
Bu gün toplanaraq çap olunmuş bir çox rəvayət və
əfsanələr də vardır ki, “Sirlər xəzinəsi” poemasındakı
hekayətlərlə çox yaxından səsləşir. Məsələn, “Bir şahzadənin
dastanı” hekayəti xalq arasında yaşayan “Bostan əhvalatı”
rəvayəti ilə, “Harun ər-Rəşid ilə dəlləyin dastanı” hekayəti
“Xan yurdu” və “Əsir padşah” əfsanələri ilə, “Sultan Səncər və
qarı” hekayəti “Şah və qarı” əfsanəsi ilə və s. forma və
məzmun baxımından eyniyyət təşkil edir.
Bütün xalqların tarixində şifahi, yəni sözlü ədəbiyyat
yazılı ədəbiyyatdan əvvəl yaranmış və tarixi inkişaf yolu
132
keçmişdir. Yazılı ədəbiyyat bütün hallarda şifahi
ədəbiyyatdan bəhrələnmiş və özəyini burdan almışdır. Şifahi
xalq ədəbiyyatı həyatın müxtəlif sahələrinə aid ibrətamiz,
məzmunlu qısa kəlamları və xalq sınağından keçərək
çilalanmış inancları ümumiləşdirərək nəsildən-nəslə
ötürmüşdür. Bütün dünya xalqlarının mədəniyyət tarixinə
nəzər salarsaq görərik ki, xalqların öz həyat tərzi, məişəti və
dünyagörüşünə görə xalq deyimləri və məsəlləri; ibrətamiz və
hikmətli sözləri formalaşmışdır.
Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində istifadə
etdiyi və obrazların dili ilə söylədiyi xalq deyimləri və
məsəllər demək olar ki, çox az fərqlə bu gün də dilimizdə
işlədilir.
Akademik Həmid Araslının çox doğru olaraq
göstərdiyi kimi “Sirlər xəzinəsi”ndə hər beytdə bir aforizm
canlanır (2, 48).
Bu aforizm və xalq deyimlərinin bəzilərinə nəzər salaq.
Nizaminin sadə əmək adamlarının halal əməyini və
zəhmətini tərənnüm edən bu misraları xalqın işlətdiyi
“Səndən hərəkət, məndən bərəkət” deyimindən yaranmışdır:
Halal zəhmət itməyib əlləşmək deyil eyib,
Tanrı səndən hərəkət, məndən bərəkət deyib (10,
83).
Həm şifahi, həm də yazılı ədəbiyyatımızda geniş
istifadə olunmuş bir məsəl var: misilsiz gözəlliyi ilə könülləri
məftun edən tovuz quşunun ayaqlarının çirkinliyi həmişə
onun başının qaxıncı olub. Bunu bəzən maral üçün də
söyləyirlər. Şair tovuz quşuna xas olan həmin özəlliyi
aşağıdakı kimi verir:
Zər qanadı, görkəmi bir tamaşa tovuzun,
Ayağının eybini qaxma başa tovuzun (10, 111).
Xalq arasında tülkü həmişə hiyləgər, fəndgir bir heyvan
kimi məşhur olub. Bu haqda onlarca hekayə və əfsanə vardır.
Tülkü bir təhlükə hiss etdikdə qaçmaq üçün yuvasına ehtiyat
bir deşik daha açır. Bunu bilən mahir ovçular tülkünü
Dostları ilə paylaş: |