Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə37/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

 
 
 
122
Ramin ALLAHVERDİ 
AMEA-nın Folklor İnstititunun elmi işçisi 
allahverdiyev1983@mail.ru 
 
KLASSİK ƏDƏBİYYATIMIZDA VƏ NİZAMİ  
YARADICILIĞINDA NOVRUZ ƏNƏNƏLƏRİ  
 
Novruz bayramı özünün ritual-mifoloji məzmunu ilə 
dərin tarixi kökə söykənən mərasimlərdəndir. Bugünün 
özündə belə ən arxaik detalları ilə yaşamaqda davam edən bu 
milli bayramımız təkcə folklor yaddaşımızda öz çoxşaxəli 
əksini tapmamış, eləcə  də yazılı  ədəbiyyatımızda da dərin 
izlər buraxmışdır. Bəzən sual meydana çıxır ki, yaşı 
minilliklərlə ölçülən Novruz mərasimlərinin adət-ənənələri, 
müxtəlif ayinləri klassik yazılı ədəbiyyatımızda nə üçün geniş 
şəkildə  əksini tapa bilməmişdir. Nəzərə alsaq ki, islam dini 
özündən  əvvəlki bütün əski görüşlərə, o cümlədən ritual-
mifoloji görüşlərə qarşı mübarizə apararaq, cahiliyyət dövrü 
adı altında bu mifoloji görüşləri  əks etdirən bütün adətlərə 
qarşı barışmaz mövqe tutmuşdur, onda bu suala müəyyən 
mənada cavab tapmış oluruq. Eyni zamanda, xüsusi olaraq 
qeyd etmək lazımdır ki, o dövrdə elitar ədəbiyyat sayılan 
klassik yazılı  ədəbiyyatımızda bütün əsərlər, demək olar ki, 
İslam dininin təsiri ilə Allahı  və onun sevimli bəndəsi 
Məhəmməd peyğəmbəri tərənnüm edən nətlərlə başlayırdı. 
Ona görə, bu dövr bədii yaradıcılıqda,  şübhəsiz,  əski 
dünyagörüşləri, mifoloji inamları özündə cəmləşdirən Novruz 
mərasimlərinin müsbət bir hal kimi geniş  şəkildə  qələmə 
alınması heç mümkün də deyildi. Dahi Nizami sanki buna 
işarə edərək, Novruzla bağlı adətləri öz “İskəndərnamə”sinin 
“Şərəfnamə” hissəsində “Pis adətlər, zərdüştlük qalıqları” 
başlığı adı altında vermişdir.  
Novruz ilə Səddə bayramlarında,  
Ayinlər yenidən olurdu bərpa. 
Ər üzü görməmiş gəlinlər, qizlar 


 
 
 
123
Evindən sevinclə dışarı çıxar. 
Əllər al xınalı, üzlər bəzəkli, 
Hər yandan gəlirdi çoşqun ürəkli 
Önündə al-şərab hər üzü lalə 
Muğlarla üz-üzə vurar piyalə, 
Atəşdən mövludun əfsunlarından 
Tüsdüdən don geyər uca asiman (1, 171). 
Əlbəttə, burada qız-gəlinlərin bayram gününün ab-hava-
sına uyğun olaraq bəzənib-düzənməsi adəti qeyd olunur, 
həmin ayinlər zamanı gur tonqalların yandırılması “tüsdüdən 
uca geyər bütün asiman” kimi poetik deyimlə  nəzərə 
çatdırılır. Poemada bayramı  və onun ayinlərini bu cür 
təntənəli surətdə  tərənnüm edən təhkiyyəçinin timsalında 
böyük  şairin Novruza və onun adətlərinə olan məhəbbətini 
sezmək çətin deyil. 
Göründüyü kimi, bununla belə Novruz mərasimi ilə bağlı 
müxtəlif ayinlərin, adətlərin keçirilməsi və digər məqamlar ki-
fayət qədər açıq-aydın  şəkildə böyük klassiklərimizin  əsərlə-
rində özünə bu və ya digər formada yer tapa bilmişdir. Bu ba-
rədə ədəbiyyatşünaslarımızdan F.F.Qasımzadə “Novruz – bahar 
bayramı” adlı kitabında Xaqani Şirvaninin şeirlərindən, Nizami 
Gəncəvinin “İsgəndərnamə”, “Leyli və  Məcnun” “Xosrov və 
Şirin” poemalarından, Qazi Bürhanəddinin qəzəllərindən, 
Kişvərinin yaradıcılığından, M.Füzulinin, M.V.Vidadinin, 
M.P.Vaqifin 
əsərlərindən, M.Ə.Sabirin satirasından, 
M.Müşfiqin “Bayram axşamı”  şeirindən, H.Cavidin və başqa 
görkəmli  şair və yazarlarımızın  əsərlərindən müxtəlif nümunə 
parçaları  gətirməklə Novruz bayramının yazılı klassik və son 
dövr ədəbiyyatımızda necə əks olunmasını göstərmişdir. Həm-
çinin müəllif XI əsr Azərbaycan şairi Qətran Təbrizinin “Divan” 
ında, orta əsr şairlərimizdən Sururinin, Şahinin, Həqirinin öz ya-
radıcılıqlarında Novruz bayramını  vəsf və  mədh etdiklərini də 
qeyd edir. Eləcə  də M.F.Axundovun komediyalarında 
“Hekayəti-molla  İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyö 
Jordan həkimi-nəbatət və  dərviş  Məstəli  şah – caduguni-


 
 
 
124
məşhur”, “Sərgüzəşti-vəziri-xani Lənkəran” dramlarında 
Novruz bayramı ilə bağlı  məqamların  əks olunduğuna da 
diqqətimizi yönəldir (2, 41-55). 
Ədəbiyyatşünasın da qeyd etdiyi kimi, yazılı ədəbiyya-
tımızda bu bayramın izləri çox aydın şəkildə əksini tapmışdır. 
Buna görə, klassiklərimizin ölməz əsərlərindən lazimi nümu-
nələr gətirməklə Novruz mərasiminin klassik 
ədəbiyyatımızda öz əksini tapmış  bəzi məqamlarını, keçdiyi 
keşməkeşli tarix yolunu diqqətdən keçirmək yerinə düşər.  
Xaqani Şirvani Novruz bayramının müəyyən adətlərinə 
Şirvamşah Mənuçöhr ibn Firiduna, və  Şirvanşah Axistana 
həsr etdiyi mədhiyyələrində toxunur:  
Qoy Novruz özü versin sənə xeyr-dua da
Ariflər “Amin” desin, əbədi ol dünyada (3, 131). 
  
Novruz Ərza hüsnü var, şah bəxti tək ruh oxşayır, 
Halı behişti andırır, falı da “Quran” olsun həm. 
 
Çatmış bahar əyyaminə, şahim səadət naminə,  
Novruz tökər mey caminə, yüz il xaqan olsun həm.  
                                                                            (4, 
141) 
Novruzun  şən  əhval-ruhiyyəli bayram kimi qeyd 
edilməsi Q.Bürhanəddinin şeirlərindən də görünməkdədir: 
Novruzdur sənün ilə bir eyş edəm gərək 
Ki, dünya əhli görəvü əyad yad ola (5, 35). 
Hürufi şairimiz İ.Nəsimi öz qəzəlində Novruzun əsatiri 
məzmununa söykənən köhnəliyin təzəliklə  əvəz olunmasına 
diqqəti yönəldir: 
Mövsimi-novruzü neyistan aşikar oldu yenə. 
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə. 
 
Qönçədən gül baş çıxardı, aldı üzündən niqab,  
Bülbüli-şeyda xətibi-laləzar oldu yenə. 
 


 
 
 
125
Köhnə dünya yengi xələt geydi bu mövsümdə uş, 
Çöhrəsi dövri bu gün nəqşi-nigar oldu yenə. 
 
Saqiya, cami gətir kim, mən uzatdım tövbəmi,  
Köhnə təqvimim mənim bietibar oldu yenə (6, 54). 
Burada  şair köhnə ilin təzə illə  əvəzlənməsinin 
doğurduğu Novruz əhval-ruhiyyəsini poetik şəkildə  təqdim 
edir. Bu qəzəldə daha maraqlı bir məqam  şeyxlərin (din 
təmsilçilərinin) belə “xoş badəxar olması”, bu bayramın 
Nəsiminin dövründə,  İslamın və digər dini fəlsəfi təlimlərin 
tüğyan etdiyi bir zamanda təmtəraqla qeyd olunduğunu 
göstərməklə yanaşı, mərasimin ritual-mifoloji köklərinin 
kristal möhkəmliyini bir daha təsdiqləyir.  
Dahi  şairimiz M.Füzuli isə gündüzlə gecənin bərabər-
ləşdiyi Novruz gecəsini xatırladaraq bu məqamı öz metaforik 
təfəkkür süzgəncindən aşağıdakı kimi keçirdib təqdim edir:  
Vəslin mənə Novruz gecəsi oldu müyəssər, 
Sanki o gecəm gündüz ilə oldu bərabər (7, 139). 
Ədəbiyyat tariximizdən nisgilli, kədərli şair kimi tanıdı-
ğımız M.V.Vidadi  də Novruz bayramının  şən  əhval-
ruhiyyəsinə qoşulur və öz “Novruziyyə”sində bunu belə 
səciyyələndirir: 
Novruzi-bahar oldu, cahan tazətər oldu,  
Rəf oldu ələmlər. 
Dağıldı bu şadlıq xəbəri dərbədər oldu, 
Yandı oda ələmlər.... 
Bir mövsümi-güldür bu ki, həqdən nəzər oldu, 
Xoş gəldi bu dəmlər, 
Ey xəstə Vidadi, bu gün etməzmi sənə rəhm,  
Sultani-zəmanə? 
Bu eydi-mübarəkdə ki dünya xəbər oldu,  
Saçıldı dirəmlər (8, 69). 
Böyük mütəfəkkirimiz M.F.Axundovun “Aldanmış 
kəvakib” povestinin süjet strukturu “Xanbəzəmə” adlı bir 
Novruz mərasimini xatırladır. “Xan bəzəmə” mərasimi 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə