Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə34/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   30   31   32   33   34   35   36   37   ...   61

 
 
 
112
dərəcədə  vəhşi bir xülyaya salmışdır ki, verəcəyi suyun 
əvəzində onu almaq istəyir. Fəqət yenə  də hadisələr 
gərginləşdikcə  Şərə qarşı yaranan nifrət hissinin hüdudları 
görünməz olur. 
Xeyir məətəl qaldı, necə işdi bu? 
Su üçün axırdı gözünün suyu. 
O, Şərə söylədi: – xəncərini al, 
Onu öz əlinlə gözlərimə sal. 
Odlu gözlərimi çıxarıb götür, 
Sonra sərin su ver, odumu söndür. 
Amma yenə  də  Şərin bu dərəcədə  dəhşətli bir iş 
tutacağını xəyal belə təsəvvürə gətirə bilmir. Hətta Xeyir özü 
bu sözləri deyəndə güman edirdi ki, bu cəllad hərəkətinə 
Şərin  əli gəlməz, rəhmə  gəlib ona su verər. Fəqət belə 
deyilmiş: 
Xeyir xəyal etdi bu işə yəqin, 
Əli gəlməyəcək heç zaman Şərin. 
Şər isə bu sözü ondan eşitcək 
Cumdu üzərinə əsən səmum tək. 
O iki çırağa saldı xəncəri, 
Söndürdü çırağı nadan, sərsəri. 
Zavallı Xeyirin gözünü dəldi, 
Heç su da verməyib yola düzəldi. 
Demək olar ki, hadisələrin  ən gərgin və üzücü yeri 
burdadır. Hətta bəzən adam fikirləşir ki, hadisə bununla bitdi 
və Xeyirin məhvi,  Şərin isə  mənfur hərəkətinin  əvəzsiz 
qalacağı təəssüf hissi ilə sona yetdi. Bu maraqla da hadisələr 
yenə ağır xülyalarla izlənilir: 
– Dövlətli Kürd vardı, pulu, nökəri, 
Tutmuşdu sürüsü onun hər yeri. 
Bir qızı var idi günəş camallı, 
Qızlar bulağından su içmiş bollu. 
Naz, nemət içində bəslənən o qız, 
Bulağa gedərdi həmişə yalqız. 
Yoldan xeyli kənar bir bulaq vardı, 


 
 
 
113
Hamı o bulaqdan su aparardı. 
Qız da su doldurdu haman bulaqdan. 
Sonra da o evə qayıdan zaman, 
Eşitdi uzaqda kimsə inləyir, 
Elə bil yaralı imdad diləyir. 
Səs gələn tərəfə qaçdı durmadan 
Gördü qan içində yanır bir cavan
 
Təkrar edə-edə Allah sözünü, 
Qız qoydu yerinə Xeyirin gözünü. 
Burda isə oxucu və dinləyici  əhvalı  dəyişir, onun 
qəlbinə güman gəlir. Doğrudanmı Xeyir yenidən görəcək, 
şəfa tapacaq. Dünyada belə bir dərman mövcuddurmu? 
– Sən demə ana torpaqda hər dərdin dərmanı tapıldığı 
kimi, bunun da çarəsi varmış... 
Qız onun gözünü bağladı möhkəm, 
Sonra da xəstənin tutub əlindən 
Apardı Xeyiri hey asta-asta 
Gəlib düşərgəyə çatanda xəstə, 
Çağırdı bir nəfər nökərlərindən 
Qız dedi: – Xəstədən muğayat ol sən
Əlindən yapışıb hey yavaş-yavaş 
Bizim qapımıza sən gətir birbaş. 
Kürd gördü gözləri ovulmuş adam, 
Ağrıdan yerində olmayır aram. 
Qopardı ağacdan bir ovuc yarpaq, 
O idi bu dərdin dərmanı ancaq. 
Gətirib qızına verdi o qoca, 
Qız döydü yarpağı suyu çıxınca. 
Sonra da tənziflə xıltını çəkdi, 
Saf suyu xəstənin gözünə çəkdi. 
Tənzif beşinci gün açıldı, fəqət, 
Xəstəni sarğıdan etdilər rahat. 
Gəlmişdi gözlərin nuru yerinə, 
Xeyir əvvəlki tək görürdü yenə. 


 
 
 
114
Lakin əsərdə Xeyirin xeyirə çatması və Şərə qalib gəlməsi 
bununla bitmir. Şərin öz əməlinin  əvəzini alması qeyri-adi bir 
maraqla izlənilir. Hadisələrin bundan sonrakı təsvirləri Xeyirin 
Şərə sona qədər qalib gələcəyi, hətta intiqam ala biləcəyi 
təsəvvürə gəlir. 
Taleyin qismətilə gözəl Kürd qızı Xeyirə bir könüldən 
min könülə vurulur, atasının razılığı ilə ona ərə gedir. Ailə 
qurub xoşbəxt həyat sürürlər. 
Amma Xeyir öz el-obasına qayıtmaq istəyini 
qayınatasına açıb deyir. Ondan rüsxət alandan sonra həyat 
qurduğu adamla, ailəsi ilə birlikdə öz ata yurduna qayıdır. 
Hadisələrin təsviri bu andan sonra yeni bir məcraya yön alır. 
Məlum olur ki, məmləkətin  şahının qızı sağalmaz bir 
dərdə düçar olub, heç bir təbib onu sağalda bilmir. Xeyir özü 
ilə  gətirdiyi həmin ağacın yarpağından götürüb şahın 
hüzuruna gedir və onun qızını sağaldır.  Şahın xahişi ilə bu 
qızla da evlənib yeni, daha xoşbəxt bir həyata başlayır. Artıq 
qocalıq yaşına çatmış  şah ölkənin böyüklüyünə Xeyiri layiq 
bilir, tac-taxtını ona tapşırır. 
Yaman gətirmişdi Xeyirin baxtı, 
Ona qismət oldu şahlığın taxtı. 
Qəzadan bir gün də o bağa gəldi, 
Orda məclis qurdu, bir az dincəldi. 
Şər ki bir vaxt onla çıxmışdı yola, 
Salmışdı özünü özü pis hala. 
Gördü yəhudiylə eyləyir söhbət, 
Xeyir yəhudini tanıdı əlbət. 
Dedi: bu adamı asudə vaxtda, 
Gətir, gözləyirəm mən sizi bağda. 
Xeyir dedi: Ancaq, ey haramzada, 
Hamıya halaldır qanın dünyada. 
Sən deyilsənmi səhrada bir gün 
Ovdun bir təşnənin gözün su üçün. 
Xeyiri sözündən tanıyan kimi 
Düşdü ayağına ölü can kimi. 


 
 
 
115
“Mənə nə eləsən haqqın var sənin, 
Adına layiq iş görərsən yəqin”. 
Xeyir işarəni anlayıb həmən, 
Şəri azad etdi o an ölümdən. 
Elə ki ölümdən nicat tapdı Şər, 
Şadlıqdan az qala tapdı balu-pər. 
Kürd isə tez Şərin düşüb dalınca, 
Qılıncla başını qopardı qoca. 
Dedi: Xeyir əgər xeyir iş tutdu, 
“Şərdən şər törəyər”, bunu unutdu! 
Xeyir xeyir işlər görürdü tamam
Razılıq edirdi ondan hər adam. 
Ariflər ölkəyə olanda rəhbər, 
Tikan xurma verər, çaxmaq daşı zər. 
Beləliklə, dahi Nizaminin ülvi kamalı,  əqidəsi bu 
əsərində  də  həyat arzularına dönür. Xeyir Şərə qalib gəlir, 
ölkəyə ariflər rəhbərlik edir. Gün o gün olsun ki, cəmi yer 
üzündə “tikan xurma versin, çaxmaq daşı zər”. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə