Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə32/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   28   29   30   31   32   33   34   35   ...   61

 
 
 
104
qaldıqları zaman atdıqları addımların, inancların 
göstəricisidir. Məsələn:  
Münəccimlər baxıb gecə göylərə
Gəldilər qərara belə bir kərə. 
Dedilər: - Şahzadə gərək İrana 
Vida edib getsin Ərəbistana. 
Səadət bəxş edər ömrünə bəlkə 
Ərəb məmləkəti, o qədim ölkə. 
Hər kəsə bir diyar şərafət verər, 
Bəlkə o yurd ona mal, dövlət verər. (4, 53) 
Göründüyü kimi, ibtidai təfəkkür çağlarından qalmış belə 
inamlarla insanlar baş vermə  səbəblərini bilmədikləri 
hadisələrə təsir etməyə cəhd göstərmiş, xəta-bəladan, xəstəlik, 
ölüm kimi hallardan uzaq olmağa, öz arzu və istəklərinə 
çatmağa çalışmışlar. 
Bunu da qeyd etmək lazımdır ki, şifahi xalq ədəbiyyatı 
Nizami yaradıcılığına təsir etdiyi, onu məna və  sənətkarlıq 
baxımından qidalandırdığı kimi, Nizami poeziyasının özü də 
xalq yaradıcılığına güclü təsir göstərmiş, ona yeni-yeni 
fikirlər, mövzular vermişdir. 
 
ƏDƏBİYYAT 
1.
 
Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, "Lider nəş-
riyyat", 2004, 392 səh. 
2.
 
Nizami Gəncəvi. İskəndərnamə. Şərəfnamə. Bakı, 
"Lider nəşriyyat", 2004, 432 səh. 
3.
 
Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı, "Lider nəş-
riyyat", 2004, 288 səh. 
4.
 
Nizami Gəncəvi. Yeddi gözəl. Bakı, “Lider 
nəşriyyatı”, 2004, 336 səh. 
 
 
 
 


 
 
 
105
Maşallah XUDUBƏYLİ 
AMEA Folklor İnstitutunun elmi işçisi 
 
BİR TÜTƏYİN SİRRİ 
 
Nizami yaradıcılığı sonu görünməyən bir dəryadır. Ona 
baş vurub sona yetmək hər qəvvasa nəsib olmur. “Xəmsə”nin 
hər qolu bir hikmət dünyası, hər başlığı bir nəsihət meyarıdır. 
Şairin təsvir edəcəyi hadisənin fövqündə verdiyi hikmətlərin 
hərəsi bir dastanın bütövlüyü qədər bitkin və kamildir. Folklor 
dünyamızın müdrik kəlamları Nizami qələminin möcüzəsilə 
incilərə elə düzülüb ki, elə bil onların bircə xanəsini tərpətsən
sonu görünməyən uca bir sarayı xanəsindən oynatmış olarsan. 
Bu kəlamları oxuduqca oxumaq, kamaldan kamala 
dərinləşmək istəyirsən. 
“Xəmsə”də təsvir olunan hekayətlərin hamısı bilavasitə 
əsərin qayəsi ilə bağlı  əhvalatlardır. “İqbalnamə”dəki 
“İsgəndər və çoban” hekayəti də eyni məqsədlə  qələmə 
alınmış, bütöv bir əsərin timsalında ölməzlik dünyasına 
qovuşmuşdur. 
Böyük şair adəti üzrə burada da özündən əvvəlki el de-
yimlərinə  təvazökarlıqla istinad edir, eyni zamanda onu 
səmimiyyətlə  nəzərə çatdırır. Bundan sonra deyilənləri saf-
çürük edir, eyni zəmində özünün şəxsi fikrini söyləyir. 
Məlumdur ki, son dərəcə maraqlı  həyata malik olan 
İsgəndərin haqqında söylənənlər zaman-zaman əfsanələrə 
dönmüş, hər sənətkar qələmində müxtəlif səpkilərlə  təsvir 
edilmişdir. 
Başqa bir ustad da belə nəql edər
Dünya filosofu Əbu Məşər də. 
“Uluf” adı ilə məşhur əsərdə. 
Yazırdı: “İsgəndər öldüyü zaman, 
Bu böyük zərərdən çox qəmgin olan. 
Yunanlılar onu sevdiklərindən 
Çəkdilər kağıza şəklini həmən. 


 
 
 
106
Onun surətini rəsm edən rəssam, 
Şəkli layiqincə eyləyib tamam, 
Çəkibmiş yanında o iki heykəl. 
Sağında bir gözəl, solda bir gözəl; 
Hər başda o iki buynuz rəsm etmiş, 
Zərli və lacivərd rənglə bəzətmiş... 
Deməli, Nizamidən  əvvəl  Əbu Məşərin təsvirinə görə 
İsgəndərin buynuzu söhbətinin yaranması  həmin rəssamın 
çəkdiyi  şəkillə bağlı bir əfsanənin yaranmasına səbəb 
olmuşdur.  Əslində  İsgəndərə  rəğbət bəsləyib onu rəsmdə 
İlahinin müqəddəsliyinə bağlayan Rum rəssamının bu şəkli 
sonralar düzgün başa düşülməmiş,  ərəblər tərəfindən başqa 
cür yozulmuşdur. Yəni  İsgəndərin  ətrafında  əyləşən 
gözəllərin başında təsvir edilən buynuz dini əsatirlərlə bağlı 
olsa da, o, sonralar İsgəndərin öz adına çıxılmış,  əbədi 
söylənəcək bir əfsanənin təməlinə dönmüşdür. 
Ərəblər bu şəkli seyr eyləyərkən, 
Qarışıq salmışlar onları səhvən. 
İsgəndər bilmişlər o gündən bəri, 
Buynuzlu çəkilmiş o mələkləri. 
Odur ki, şübhəyə düşmüş ərəblər, 
“Zülqərneyn” ləğəbi almış İsgəndər. 
Lakin bundan belə ölməz  şair yenidən elmi təsvir 
baxışına qayıdır,  şifahi eşitdiklərini nəzmə  çəkib 
“İqbalnamə”də xüsusi bir maraqlı qolun binasını qoyur. 
“İsgəndər və çoban” hekayəti adlanan bu maraqlı dastan 
Nizami qələmi ilə çox canlı, inandırıcı  və  həm də dil 
baxımından çox rəvan söylənmişdir. 
Həmişə ulu nəsillərimizin deyimlərinə  əsaslanıb ondan 
bəhrələnən Nizami Gəncəvi, bu əfsanələri sadəcə nəzm dilinə 
döndərməklə kifayətlənmir, həm də ona öz nöqteyi-nəzərindən 
təhlili yanaşıb müdrik kəlamlara çevirir. Nizaminin dili ilə 
söylənən  ən heyrətli  əfsanə belə, adama inandırıcı görünür. 
Şairin özündən  əvvəl və sonra eyni mövzuda söylənən 
təsvirlərin hamısı onun qüdrətinin kölgəsində qalır. Məşhur 


 
 
 
107
İsgəndərin “Zülqərneyn” adlanması  əfsanəsi də belədir. Onu 
dinlədikcə adama elə gəlir ki, bu hekayəti ilk dəfə Nizaminin 
dilindən eşidir. Xalqa istinad etməsi isə sadəcə olaraq onun 
təbiiliyindən irəli gəlir. 
 
Başqa bir bilici deyir ki, onun, 
Qulaqları varmış həddindən uzun. 
Dürrdən tac kimi qaşları varmış, 
İki qulağına o qın taxarmış. 
Onları xəzinə hesab edərək, 
Möhkəmcə gizlərmiş bir xəzinə tək. 
Başını qırxan bir qulundan qeyri, 
Kimsənin bu sirrdən yoxmuş xəbəri. 
Ancaq haman qulu öldüyü zaman 
İsgəndər tapdı bir özgə başqırxan. 
Burada iki məsələni xüsusi olaraq qeyd etmək lazımdır. 
Əvvəla, məlumdur ki, dillərdə həmişə “İsgəndərin buynuzu var” 
əfsanəsi söylənmişdir. Amma dahi Nizami onu bir bilicinin 
dilindən eşitmək adı ilə buynuz kimi yox, qulaq kimi təsvir edir. 
İlk baxışda oxucuya və dinləyiciyə adi görünən bu döndərmənin 
məzmunu səbəbsiz deyildir. Əgər  İsgəndərin buynuzu olmuş-
dursa, onu öz başqırxanından başqa kimsənin görə bilməməsi, 
bu söylənən əfsanə olsa belə, onu tamamilə qeyri-inandırıcılığa 
və bayağılığa aparıb çıxarardı. Lakin Nizami diqqəti burada da 
özünü göstərmişdir. Şair onu buynuz kimi yox, uzun, qeyri-adi 
qulaq kimi təsvir etmişdir ki, onun da qeyrilərindən gizlənməsi 
mümkün bir iş sayıla bilərdi. 
İkinci təsvirin özünəməxsusluğu 
İsgəndərin 
başqırxanının birincisi yox, ikincisi tərəfindən bu sirrin 
açılmasıdır.  Bu  da  məlumdur ki, xalq arasında həmişə bu 
sirrin  şahın saxladığı yeganə başqırxan qulun quyuya 
söylədiyi sözlərin çalınan tütəkdə açılması ilə bağlı olmuşdur. 
Nizami isə  “İsgəndər və çoban” hekayətində onu ikinci 
başqırxan qulun adı ilə bağlayır. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə