Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə28/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   24   25   26   27   28   29   30   31   ...   61

 
 
 
89
qazandığını yazırdı (4,s.96). “Gültəkin” abidəsində oxuyuruq: 
“türk xalqı yox olmasın deyə, xalq olsun deyə atam İltəriş 
xaqanı, anam İlbilgə xatunu Tanrı  təpəsində tutub yuxarı 
qaldırmış” (5,s.79). Bir adamı Tanrının yuxarı qaldırıb öz 
təpəsində tutmağı onun xaqan seçildiyini göstərirdi. Mete 
bütün qələbələri Tanrının köməyi ilə qazanırdı: “Tanrı güc 
verdiyi üçün atam xaqanın qoşunu qurdtək imiş, yağısı 
qoyuntək imiş” (5,s.79). 
Türk xaqanları yerdə Tanrını  təmsil edirdilər. Bunu 
“Dədə Qorqud kitabı”nda görürük (6,s.50). Tanrını  təmsil 
etmək böyük məsuliyyət idi və bu məsuliyyəti hər adam öz 
üzərinə götürə bilməzdi. Ona görə  də xaqan taxtında yalnız 
Tanrıya layiq olan, Tanrıya xas keyfiyyətləri özündə daşıyan 
adam otura bilərdi. Kiminsə xaqan olmasına Tanrının razılıq 
verməsi də  məhz bu tələbdən irəli gəlirdi. Bütün türk 
xaqanları Tanrını  təmsil etdiklərini, Tanrının razılığı ilə 
xaqan olduqlarını yaxşı başa düşürdülər və ona görə  də 
həmişə Tanrıya layiq olmağa çalışır, ölkəni  ədalətlə idarə 
edirdilər. 
Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının 
mətnindən aydın görünür ki, Bəhramın  şahlıq taxt-tacına 
yiyələnməsinə də Tanrı razılıq vermişdir. Böyük şair bu fikri 
Bəhramın öz dilindən çox gözəl ifadə etmişdir: 
Nəyi bəyənməsə böyük yaradan, 
Baş verməz o əməl məndən heç zaman. (3,s.18) 
Bu misralardan aydın görünür ki, Bəhram iki şir 
arasından taxt-tacı yalnız Tanrının köməyi ilə götürdüyünü və 
şahlıq taxtında onun razılığı ilə oturduğunu yaxşı bilirdi. Həm 
də başa düşürdü ki, Tanrının xoşuna gəlməyən hər hansı pis 
əmələ qurşanarsa, şahlıq taxt-tacını asanlıqla itirə bilər. Ona 
görə deyirdi ki, “Böyük yaradanın bəyənmədiyi hər hansı bir 
əməl məndən çıxmaz”. Bununla bir növ Tanrı qarşısında and 
içir, vəd verirdi. 
Yuxarıda deyilənlərdən göründüyü kimi, türk epik 
təfəkküründə himayəçi, qoruyucu bir Tanrı obrazı yaranmış, 


 
 
 
90
bu obraz türk folklor örnəklərinə transformasiya olunmuşdur. 
Bütün türk xaqanlarının xaqan taxtında oturmalarına Tanrı 
razılıq vermiş və onları qorumuş, himayə etmişdir. Bu motiv 
eynilə Nizami Gəncəvinin “Yeddi gözəl” dastanında da öz 
əksini tapmışdır. Bəhramın iki şir arasından taxt-tacı 
götürməsi və şahlıq taxtında oturması yalnız Tanrının razılığı 
ilə mümkün olmuşdur. 
Nizami Gəncəvinin türk olduğuna  şübhə edənlər onun 
əsərlərinin mayasına hopmuş milli təfəkkür və düşüncəni 
unudur, görmür yaxud görmək istəmirlər. Firdovsinin 
“Şahnamə”sində türk təfəkkürünün izinə belə rast 
gəlinmədiyi kimi, Nizami Gəncəvinin  əsərlərində  də fars 
düşüncəsindən əsər-əlamət yoxdur. “Şahnamə”də türkə nifrət 
qabarıq  şəkildə özünü göstərir, Nizami əsərlərində türkə 
sevgi var, farsa nifrət yoxdur. Bu da ondan irəli gəlir ki, 
bütün bir xalqa nifrət etmək türk təfəkkürünə yaddır. Əslində 
Nizaminin fars olmadığına inanmaq üçün onun əsərlərini 
“Şahnamə” ilə tutuşdurmaq kifayətdir. Yuxarıda müqayisə 
edilən nümunələr türk epik təfəkkürünün məhsulu olan və 
türk folklorunda öz geniş, dolğun  əksini tapmış, Nizaminin 
ruhundan süzülüb onun əsərlərinə gəlmiş onlarla süjet, motiv 
və obrazlardan seçilmişdir. Nizami yaradıcılığı bu cür 
nümunələrlə  zəngindir və Nizaminin kimliyini təsdiqləmək 
üçün onların hərtərəfli araşdırılmasına böyük ehtiyac var. 
 
QAYNAQLAR 
1. “Kitabi-Dədə Qorqud” (Tərtib edəni Həmid Araslı). 
Bakı. “Gənclik”. 1978. 184 s. 
2. Yeddi gözəl kitabı. Nizami Gəncəvinin “Yeddi 
gözəl” poemasının el dastanı (ərəb əlifbasından müasir yazıya 
köçürəni və işləyəni Mehri Məmmədova). Bakı. “Azərnəşr”. 
1991. 208 s. 
3. Nizami Gəncəvi. Yeddi gözəl (Tərcümə edəni 
Məmməd Rahim). Bakı. “Azərnəşr”. 1940. 52 s. 


 
 
 
91
4. Mustafa Turan. Tarihi kaynaklar işığında Nevruzun 
menşei meselesi // Ankara. “Milli folklor”. 1998. sayı. 37. s. 
90-104. 
5. Rəcəbov  Ə., Məmmədov Y. Orxon-Yenisey 
abidələri. Bakı. “Yazıçı”. 1993. 400 s. 
6. Altaylı Seyfəddin. Kosmoqonik miflərlə bağlı 
deyimlər // Bakı. “Elmi axtarışlar”. 2009. № VI. s.50-56.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qalib SAYILOV 
filologiya üzrə fəlsəfə doktoru, 


 
 
 
92
AMEA Folklor İnstitutunun böyük elmi işçisi 
 
HƏZRƏT NİZAMİ GƏNCƏVİ VƏ ETNOYADDAŞ 
 
XII  əsr Azərbaycan humanitar-ictimai fəlsəfi-siyasi 
düşüncəsinin zirvəsi  Şeyx Nizami Gəncəvinin poeziyası 
aforizmlər və müdrik kəlamlar kimi xalqın yaddaşına 
hopmuş, onun bədii təfəkküründən süzülərək cilalanmış, 
şifahi ənənədə dastanlara, nağıllara çevrilmişdir. 
Dövrünün ictimai-siyasi, ədəbi-mədəni proseslərini 
dərindən bilən  şair, hadisələrin təsvirində xalq yaradıcılığı 
ənənələrindən də istifadə etmişdir. Eyni zamanda xalq 
bilimlərini, mərasim və təntənəli xalq bayramları haqqındakı 
bilgiləri  əsərlərində canlandıraraq onlara yaşamaq haqqı 
vermişdir. Biz bir çox ənənəvi xalq yaradıcılığı nümunələri 
haqqında informasiyanı böyük Nizaminin əsərlərindən almış 
oluruq. 
Azərbaycan xalq ədəbiyyatının tarixi köklərinə 
baxdıqda bir fakt öz möhtəşəmliyi ilə diqqəti çəkir; türk 
etnosuna daxil olan xalqların – türkmənlərin, qazaxların, 
qırğızların, özbəklərin, istərsə  də azərbaycanlıların ağız 
ədəbiyyatı bir çox xalqların yazılı  ədəbiyyatında öz izlərini 
buraxmışdır. 
Nizami Gəncəvinin əsərlərində ənənəvi biliklərin çeşidi 
əlvanlığı ilə  bərq vurur. Tapmacalardan tutmuş xalq təbabə-
tinədək bir çox bilgilər şairin əsərlərində əks olunmuşdur. 
Bəşər tarixi yaranan gündən, elmi təbabətin izi-tozu yox 
ikən insanlar xəstələndikdə  təbii müalicə vasitəsi kimi 
müxtəlif otlardan istifadə etmişlər.  
Qorxmadı, “Nuşi-qiya” çünki içmişdi öncə, 
Zəhər dəyəcək yeri tiryəkləmişdi öncə. 
Xalq yaradıcılığına önəm verməsi, onun əsərlərindən 
bir çoxunun sonradan atalar sözü statusunda təqdim 
olunmasına rəvac vermişdir. 
İnci lətafəti olsa da su da, 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə