Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə26/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

 
 
 
82
mərasimlərlə bağlı olması  məlumat dairəsini bir qədər də 
genişləndirir. Belə mürəkkəb tipli müqayisəli araşdırma 
aparan alim orijinal xarakterli nəticələr  əldə etmişdir. Mə-
lumdur ki, “Novruz və 
Qəndab” 
ən qədim 
dastanlarımızdandır.  Bu  dastan  qədim görüşlərlə, ayin və 
mərasimlərlə bağlı olduğu kimi, Nizami əsərlərindəki bir sıra 
əlamət və izlər də bu dastanla bağlıdır. Muğam və saz 
havaları ilə əlaqədar olan “Novruz” adları da daha çox qədim 
bahar bayramı  mərasimi ilə bağlıdır. “Xosrov və  Şirin” 
poemasındakı “Sazi-Novruz”, qədim saz havası olan “Şah 
yuxusu” ilə əlaqədar olan Əflatunun icad etdiyi çalğı aləti, bu 
alətdə çaldığı havalarla heyvanları bihuş edib yatırtması  və 
oyatması epizodları belə bir fikir söyləməyə haqq verir ki, 
Nizami öz dövründə mövcud olan saz havaları ilə tanış imiş. 
Məşhur “Yanıq “Kərəmi” saz havasının ilk adı “Nov-
ruzu”dur. Sazda “Yanıq Kərəmi” melodiyasının  əvvəlində 
indi də bu misralar musiqi dili ilə təkrar edilir: 
   Ana, mənim dərdim Novruz dərdidi,  
   Ana, mənim dərdim Novruz dərdidi (9,14-15). 
Şübhəsiz ki, saz havaları  qısa bir müddətdə yoxdan 
yaradılmamışdır. Azərbaycanda aşıq sənəti yarananda xalq 
musiqi  ənənəsindən və bu ənənədə mövcud olan havalardan 
yaradıcı  şəkildə istifadə olunmuşdur. Bu zaman havalar və 
havacatlar sufi ideyanın və praktikanın ifadəsinə 
uyğunlaşdırılmışdır.  
Nizami dahi şəxsiyyətdir. O, zamanına görə ensiklopedik 
biliyə malik bir insandır. Ona görə də ona qədərki və onun za-
manı hər kəsdən öncə ondan sorulur. S. P. Pirsultanlı sorğunu 
doğru ünvana ünvanlayıb. Çünki o ünvandan yalnız doğru ca-
vablar alınır. Bu doğru cavablar da çağdaş folklor məlumatları 
ilə səsləşir, ədəbiyyatın çətinləri folklor mətnlərində asanlaşır. 
Çünki bu fəaliyyət sahələri biri-biri ilə sıx şəkildə bağlıdır və 
onlar biri digərini izah edən spesifik sistemin tərkib 
elementləridir. 


 
 
 
83
“Xəmsə” eyni zamanda, yəni bütün digər keyfiyyətləri 
ilə yanaşı  və onlara heç bir xələl gətirmədən, möhtəşəm bir 
folklor ensiklopediyasıdır. Bu ensiklopediyada xalqımızın 
mənəvi dünyasını özündə mükəmməl  şəkildə ehtiva edən 
xalq yaradıcılığının çeşidli sahələri, müxtəlif janrları, 
folklora, etnoqrafiyaya aid bilikləri əks olunmuşdur. 
Nizami “Xəmsə”sindəki əsərlərin əksəriyyəti arxetiplərini 
folklordan götürür və ədəbi ənənəyə uyğun bir şəkildə dəyişir. 
Buradakı  əsərlər  əsasında möhtəşəm bir folklor antologiyası 
bərpa oluna bilər. Nizamidən folkloru öyrənməyin ən nikbin və 
mükəmməl nümunəsini Sədnik Paşa Pirsultanlı öz 
tədqiqatlarında göstərib.   
 
ƏDƏBİYYAT 
1.  Əkbərov R. Heydər  Əliyev və Nizami Gəncəvi irsi/ 
Heydər Əliyev və mənəvi dəyərlər. Bakı, 2003. 
2.  Ələkbərov M. Nizami Gəncəvi və Azərbaycan xalq 
yaradıcılığı (Namizədlik dissertasiyası). Bakı, 1947, s.25. 
3. Mübariz. Nizami yaradıcılığında Azərbaycan folklo-
runun təsiri. “Ədəbiyyat” qəzeti, 24 iyun 1938. 
4. Araslı H. Nizamidə xalq sözləri və xalq ifadələri. EA 
Az. f. Xəbərləri, 1942, sayı 8. 
5. Araslı H. Nizami və Azərbaycan xalq ədəbiyyatı. 
“Nizami Gəncəvi” məcmuəsi, Bakı 1947. 
6. Axundov Ə. Nizami Gəncəvi və xalq yaradıcılığı, 
“Azərbaycan SSR EA xəbərləri”, 1954, sayı 2. 
7. Paşaev S. Nizami v Azerbaydjanskiye narodnıye 
predaniye. Akademii Nauk SSSR İnstitut Vostokovedeniye 
Voprosı vostoçnoqo literaturavedenii i tekstoloqii, sbornik 
statey, Moskva, 1975. s. 120-126. 
8. Paşayev S. Nizami və folklor, Bakı, 1976.  
9. Paşayev S. Nizami və xalq əfsanələri. Bakı, 1983. 
10. Xəlil A. Orta çağ dünya modelinin strukturu və 
mifoloji arxetipləri // 


 
 
 
84
Rzasoy S. Nizami poeziyası: mif-tarix konteksti. Bakı, 
2003. s. 3-10. 
11. Pirsultanı S.P. Ozan-aşıq yaradıcılığına dair araş-
dırmalar. Pirsultan, 2002. 
12. Elm və  sənət adamları  Sədnik Paşa Pirsultanlı 
haqqında. Pirsultan,2003. 
13. Pirsultanlı S.P. Azərbaycan folkloruna dair 
tədqiqlər. Pirsultan, 2006.  
14. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1960, s.28. 
15. Bədəlbəyli Ə. Musiqi lüğəti, Bakı, 1969, s. 66. 
16. Nizami. İsgəndərnamə (İqbalnamə) B., 1967, s. 77. 
17. Nizami. Xosrov və Şirin, B., 1962, s. 239. 
18. Nizami. İsgəndərnamə (Şərəfnamə), B., 1964, s. 46. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İslam SADIQ 
filologiya üzrə fəlsəfə doktoru, 


 
 
 
85
AMEA Folklor İnstitutu 
 
TÜRK FOLKLORUNDA VƏ NİZAMİ GƏNCƏVİNİN  
“YEDDİ GÖZƏL” DASTANINDA QORUYUCU  
TANRI OBRAZI 
 
Nizami Gəncəvi dünya ədəbiyyatında bənzəri olmayan 
dahi sənətkardır. Burada alman şairi Henrix Heynenin 
Nizami haqqında dediyi sözləri xatırlatmaq yerinə düşər: 
“Almaniyanın özünün çox böyük şairləri var. Lakin 
Nizaminin yanında onlar nədir ki!”. Nizami zirvəsi hələ  də 
bütün zirvələrdən bir boy ucadır və ora yüksəlmək hələlik 
ikinci sənətkara nəsib olmamışdır.  
Nizami Gəncəvi bütün əsərlərində şifahi xalq yaradıcılı-
ğından, folklor süjet, motiv və obrazlarından böyük sənətkar-
lıqla bəhrələnmiş, xalqın min illər boyu yaratdığı söz incilə-
rindən yeni-yeni çələnglər bağlayıb onun özünə qaytarmışdır. 
Nizami Gəncəvinin xalq yaradıcılığından bəhrələnməsi 
alimləri həmişə düşündürmüş, diqqət mərkəzində olmuş, bu 
mövzuda geniş araşdırmalar aparılmış, onun forma və xüsusiy-
yətləri üzə  çıxarılmış, onlarla kitablar, yüzlərlə  məqalələr 
yazılmışdır. Lakin Nizami Gəncəvinin yaradıcılığı elə bir 
dəryadır ki, onu qarış-qarış gəzən bir qəvvas min birinci dəfə 
də ora baş vuranda təzə incilər tapa bilir. Başqa sözlə, Nizami 
yaradıcılığı  gəzməklə  hər künc-bucağını görmək mümkün 
olmayan bir dəryadır. 
Nizami Gəncəvi bütün şərq xalqlarının, daha çox isə 
ana laylası ilə qanına, iliyinə, ruhuna hopmuş türk 
folklorundan bəhrələnmişdir. Qədim türk dastanları, o 
cümlədən “Dədə Qorqud kitabı”, nağıllarımız, lətifələrimiz, 
əfsanələrimiz, atalar sözü və  məsəllərimiz Nizami 
yaradıcılığının ilkin folklor qaynaqları olmuşdur. Ona görə də 
Nizami  əsərlərini  şifahi xalq yaradıcılığı ilə bağlayan tellər 
çoxdur. Bu tellərdən biri də Nizami Gəncəvinin “Yeddi 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə