Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə22/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

 
 
 
70
Nizami irsi müəyyən mənada, Azərbaycan 
ədəbiyyatının, zəngin folklorunun, bədii təfəkkürünün 
tükənməz xəzinəsidir. Professor M.H.Təhmasib yazır ki: 
“Qədim Azərbaycan 
ədəbiyyatı haqqında məlumat 
mənbələrindən biri də Nizami kimi dahinin əsərləridir. 
Nizami şifahi ədəbiyyatın bir çox janrlarından istifadə etdiyi 
kimi, xüsusilə qədim eposdan bacarıqla istifadə etmişdir. Bu 
dahi sənətkarın “Xəmsə” sində yüzlərlə folklor nümunəsinə 
rast gəlmək olar”. Nizami Gəncəvinin  əsərləri  əsasında 
klassik  ədəbi irsin folklorla əlaqəsi aşağdakı  tərəflərlə 
alqoritmik məzmun kəsb etmişdir: 
1. Sənətkarın xalq ədəbiyyatından istifadə etməsi. 
2. Xalq ruhuna dərindən bələd olan sənətkar olan Niza-
minin özü tərəfindən yaradılmış folklor nümunələri və 
onların folklorda izləri. 
3. Nizaminin həyatı ilə  əlaqədar yaranmış yeni folklor 
nümunələri, yaxud el variantı kimi yaranmış əsərlər.  
Nizami müxtəlif folklor nümunələrindən, o cümlədən 
əsatir və  əfsanələrdən, rəvayətlərdən, xalq söyləmələrindən 
geniş istifadə etmiş  və  sənətkarlıq dühasını onlara əlavə 
etməklə kamil sənət nümayiş etdirmişdir. Nizaminin ilk böyük 
əsəri olan “Sirlər xəzinəsi”ndə xalq əfsanə  və nağıllarından 
istifadə edilmişdir. Bunlardan “Süleyman və  əkinçi” 
,“Nürşiravan və bayquşların söhbəti”, “Sultan Səncər və qarı”, 
“Firudin ilə maralın dastanı”, “Harun ər-Rəşid ilə  dəlləyin 
dastanı” və başqa nümunələri göstərmək olar.  
Məsələn, “Firudin ilə maralın dastanı” hekayəsi Gəncə 
ərazisində  məşhur olan “Qanlı daş” adlı  əfsanə ilə, demək 
olar ki, eynilik təşkil edir. Hər iki əfsanədə məşhur ovçunun 
qüdrətli, sonra bir qızı sevməsi, bu qıza qovuşmaq üçün 
məşhur bir maralı vurmalı olduğu və daşların maralı amansız 
ovçudan xilas etməsi, sinələrini açılan oxa sipər etməsi, 
cansız bir daşdan qan axması ovçunun əməlindən peşman 
olması göstərilir.  Əfsanədə  dərin hümanizim ifadə olunur. 
İnsanın vəhşiliyi üzündən daşların belə qan ağlaması, 


 
 
 
71
nəhayətdə daş  qəlbli insanın mənəvi oyanışı  və  əməlindən 
peşmançılıq çəkdiyi verilir.  
“Sirlər xəzinəsi”ndəki maraqlı hekayələrdən biri də 
“Harun ər-Rəşid ilə dəlləyin dastanı” hekayəsi xalq arasında 
geniş yayılan “Zsir padşah”  əfsanəsilə yaxından səsləşir. 
Qızılın – pulun nəyə qadir olduğu, insanı necə dəyişdiyi hər 
iki əfsanədə obrazlı şəkildə çox gözəl verilmişdir. 
Ümumiyyətlə, Nizami əsərləri öz kökləri ilə 
Azərbaycan folkloruna çox bağlıdır. “Sirlər xəzinəsi” 
əsərində verilən “Gül və Zəhər əfsanəsi” xalq arasında başqa 
şəkildə danışılır, xalq arasında bu, “Loğman və şagirdi” adlı 
əfsanədir. Bu əfsanələr arasında elə ciddi fərqlər görmək 
olmur. Hər ikisində konfilikt eynidir: iki alimdən biri 
yaşamalı, digəri məhv olmalıdır, hər ikisində köhnə ilə 
yeninin güclü mübarizəsi, güclü zəhər hazırlayanın qələbəsi 
ilə deyil, ölümü ilə bitir. Rəqibinin ölümünə daha çox çalışan, 
güclü zəhər hazırlayan istəyinə nail olmur.  
Nizami epik şeirin təbiətinə uyğun olaraq əsatir və 
əfsanələrdən geniş istifadə etmişdir. Dahi şair nakam məhəbbət 
dastanı olan “Leyli və Məcnun” dan ustalıqla bəhrələnmiş və 
“Xəmsə”sinə daxil olan “Leyli və Məcnun” poemasını qələmə 
almışdır. Lakin bu əfsanənin yalnız  ərəb mənbələrindən 
alındığını iddia edənlər əlbətdə yanılırlar. Çünki bu əfsanə ərəb 
mənbələrində öz əksini tapana qədər qədim Babilistanın mixi 
yazılarındakı ədəbiyyatda həkk olunmuşdur.Yusif Ziya Şirvani 
bunlara əsaslanaraq yazır ki: “Nizaminin öz poemasının ancaq 
ərəb mənşəli əsasda qurmuş olduğunu təxmin etmək mümkün 
deyil. Çünki Nizaminin “Leyli və  Məcnun” poemasında  ərəb 
mənbələri həlledici rol oynamır;  əksinə, poemanın 
yaranmasında  şair üçün əsas mənbə olan və o zaman 
Azərbaycanda geniş intişar tapan xalq əfsanələri üstünlük 
təşkil edir”. Şirvan hökmdarı Axistanın Leyli və  Məcnun  əf-
sanəsini qələmə almağı Nizamidən xahiş etməsi təsadüfi deyil. 
Bu fakt da təsdiq edir ki, XII əsrdə belə bir əfsanə dillər əzbəri 


 
 
 
72
olmuş, Azərbaycan  əhalisi arasında bu əfsanə sevilərək 
yazılmışdır”. 
Həmçinin Azərbaycan musiqisində “Rast-Pəncgah” 
muğamının guşələrindən birinin “Leyli və  Məcnun” 
adlanması yuxarıda dediklərimizi təsdiq etməkdədir. Deməli, 
hələ Nizaminin nakam aşiqlərin faciəsinə həsr edilmiş “Leyli 
və  Məcnun” poemasının daha qədim nümunəsi, azad sevgi 
motivlərini ifadə edən bədii incilər Azərbaycan folklorunda 
çox idi və qüdrəli şair də bundan həvəslə bəhrələnmişdir. 
Nizaminin “Leyli və  Məcnun” poemasında “İt və 
Cavan” rəvayəti ilə  şahın zülümkarlığı  və etibarsızlığı 
anladılır. “Yeddi gözəl” də isə buna yaxın bir rəvayətlə 
hökmdara ibrət dərsi verir. Birincidə it sədaqətli, ikincidə isə 
satqındır. Hər iki rəvayətin xalq yaradıcılığında həm fərqli, 
həm də oxşar nümunələrinə geniş şəkildə rast gəlmək olar. 
“Yeddi gözəl”  əsəri qədim  əfsanələri özündə  cəmləşdir-
mək baxımından çox zəngindir. Bu əsərdə “Dərbənd qalası”, 
”Göyərçin əfsanələri”, “Öncəqala əfsanəsi”, “Göyərçinin ayağı 
niyə  qırmızıdır”  əfsanələrinin müxtəlif variantları verilmişdir. 
Nizami Gəncəvi zəngin yaradıcılığında rəngarəng  əfsanələrlə 
yanaşı, təmsillərdən də ustalıqla istifadə etmişdir. Şair istədiyi 
fikri, ideyanı daha canlı ifadə etmək üçün xalq təmsillərindən 
bacarıqla faydalanmışdır. Məsələn, onun “Sirlər xəzinəsi”ndə 
verdiyi “Qarışqa və kəklik” təmsili xalq ədəbiyatındakı “Tülkü 
və Qarğa” təmsili ilə yaxından səsləşir. Yenə  həmin  əsərində 
verilən “Bülbül ilə  qızılquş”, “Meyvəsatanla tülkü”, ”Ovçu, it 
və tülkünün dastanı” təmsilin ən yaxşı numunələridir. Bundan 
sonra humanist şair “Xosrov və  Şirin” poeması vasitəsi ilə 
göstərdi ki, o, öz yaradıcılığı ilə xalq həyatına, xalq 
yaradıcılığına dərindən bağlı olan bir sənətkardır. “Xosrov və 
Şirin” əsərinin müqəddiməsində deyilir:  
Məlum hekayədir bu “Xosrov Şirin” 
Ancaq dastan yoxdur bu qədər şirin, 
Ruha xoş gəlsə də, bu gözəl dastan  
Pərdədə qalmışdı bu gəlin çoxdan. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə