86
gözəl” poemasında və türk folklorunda rast gəlinən qoruyucu
Tanrı obrazıdır.
Öncə “Dədə Qorqud” eposunda və Nizami Gəncəvinin
“Yeddi gözəl” poemasında rast gəlinən bir ortaq motivə
diqqət yetirmək lazımdır. “Dədə Qorqud kitabı”ndakı “Qanlı
Qoca oğlu Qanturalı” boyunda Qanturalı Təkurun qızı Selcan
xatunu sevir, onu almağa gedir. Lakin Təkur onun qarşısında
çox ağır şərt qoyur: “yalnız Təkurun vəhşi buğasını, qızmış
dəvəsini və şirini öldürən adam Selcan xatunu ala bilər”.
Qanturalı buğanı, dəvəni və şiri öldürüb Selcan xatunu alır.
“Yeddi gözəl” dastanında Bəhramın qarşısında eyni şərt
qoyulur: “taxt-taca yiyələnmək üçün Bəhram iki şirin
arasından tacı götürməlidir”. Bəhram da hər iki şiri öldürüb
tacı başına qoyur.
Hər iki motivin bir-birinin eyni olduğu aydın görünür.
Birincidə Selcan xatun, ikincidə tac, birincidə buğa, dəvə və
şir, ikincidə iki şir obrazının görünməsi süjetin və motivin
eyniliyinə qətiyyən xələl gətirmir. Bu səhnələri bir-birinə
bağlayan bir incə məqam da var. Qanturalı buğanı, dəvəni və
şiri öldürməyə gedərkən yoldaşları göz yaşı töküb ağlayırlar.
Qanturalı onlara deyir:
– Hey, qırx eşim, qırx yoldaşım! Niyə ağlarsız! Qolça
qopuzum götürün, öyün məni!-dedi (1,s.99).
Qırx yoldaşı qopuzu götürüb Qanturalını öyürlər.
Qopuzla qəhrəmanı öyməyin iki cəhətini xüsusi qeyd
etmək lazımdır. Birincisi, qopuz və saz çalınanda qəhrəmanın
qoluna güc, ürəyinə təpər gəlir, onun döyüş eşqi aşıb-daşır.
İkincisi, qopuz və saz ilahi mənşəli musiqi alətləridir. Onların
səsində Tanrı nəfəsi var. Bu səsin özü də Tanrıya dua edir,
ondan qəhrəmana kömək diləyirdi.
Bu səhnələrdə Tanrıya birbaşa müraciət olunmur, onun
adı çəkilmir. Ancaq özü görünməsə də, Tanrı Qanturalının
yanındadır, ona kömək edir. Çünki bu səhnədən qabaq
Qanturalını görən kimi Selcan xatun ona vurulur və Tanrıya
üz tutub dua edir:
87
– Haqq-taala atamın könlünə rəhmət eləsə, kəbin kəsib
məni ol yigidə versə... Bunun kimi yigid heyf ola ki,
canəvərlər əlində həlak ola-dedi (1,s.99).
Sözsüz ki, Tanrı Selcan xatunun sözlərini eşidir, ancaq
onun atası Təkurun könlünə rəhm salmır. Əgər Tanrı Təkurun
könlünə rəhm salsaydı və o da Qanturalı buğanı, dəvəni və
şiri öldürməmiş Selcan xatunu ona versəydi, burada sevgi
gözdən düşər, Qanturalının qəhrəmanlığı görünməzdi. Bu cür
qız almaq isə Oğuz igidinə yaraşmırdı. Ona görə də Tanrı
Təkurun könlünə rəhm salmır, lakin bunun əvəzində
Qanturalıya kömək edir, ona ilahi güc verir. Qanturalı da
Tanrının verdiyi ilahi gücün hesabına buğanı, dəvəni və şiri
öldürüb öz sevgilisinə qovuşur.
Eyni mənzərəni “Yeddi gözəl” poemasında görürük.
Bəhram da şirlərlə döyüşə gedərkən onu sevənlər,
canıyananlar düşünürlər ki, “o şirlərin cəngindən xilas ola
bilməz. Hamı ah-nalə ilə səslərini ucaldıb deyirdi ki, bu cavan
taxt-tacın həqiqi varisi olduğu halda, heyfdir ki, səltənətə
özgələri sahib olsun. Camaat fikirləşirdi ki, bu qorxulu işi
təşkil edənlər vəzir və vəkillərdir. Ona görə öz aralarında əhd-
peyman bağladılar ki, allah eləməmiş, əgər şirlər Bəhramı tələf
etsələr, hamımız hücum çəkib vəzir və vəkilləri qətlə
yetirəcəyik. Bu vəziyyətdə həsrətlə Bəhramın üzünə baxır və
ona xeyir-dua oxuyurdular” (2,s.24).
Qanturalının yoldaşları qopuz götürüb həm onu öyür,
həm də ona Tanrıdan kömək diləyirdilər.
Camaat da Allaha dua eləyirdi ki, Bəhrama kömək
olsun. Bəhram özü şirlərlə döyüşə girdiyi zaman ürəyində
Tanrıya üz tutub ondan kömək istəyirdi: “İlahi, sən hər yerdə
varsan və hər şeyi görürsən, bu bəndəni bu qədər məxluqatın
içində xəcil edib, utandırma” (2,s.25).
Hər iki əsəri diqqətlə təhlil etdikdə aydın görünür ki,
Qanturalıya da, Bəhrama da bu qeyri-adi sınaqlardan qalib
çıxmaq üçün Tanrı kömək etmişdir. Bu fikrin doğruluğuna
88
inanmaq üçün Bəhramın nələr düşündüyünə diqqət yetirmək
kifayətdir:
Şahlıqdan hiyləni tutmuşam uzaq,
Tanrı duyğusudur qəlbimə dayaq. (3,s.18)
Bu iki sətirdə Bəhram qəlbindəki Tanrı duyğusu ilə
yaşadığını və bu duyğunun ona kömək elədiyini açıb
söyləmişdir. Ən maraqlı və əhəmiyyətli faktlardan biri də
Bəhramın dilindən Allah sözünün əvəzinə Tanrı sözünün
işlənməsidir ki, bunu heç vaxt nəzərdən qaçırmaq lazım
deyil. Burada Nizami Gəncəvinin bir türk kimi düşündüyü öz
əksini tapmışdır. Fars düşüncəsi, fars təfəkkürü heç vaxt
Allah əvəzinə Tanrı sözünü işlətməzdi.
Basatın Təpəgözlə qarşılaşdığı boyda çox maraqlı
mənzərələrin şahidi oluruq. Təpəgöz Basatı öldürmək üçün
dörd dəfə ağır, çıxılmaz vəziyyətlər yaradır. Lakin Basat sağ
qalır və Təpəgözün “Oğlan, qurtuldunmu?” suallarına eyni
cavabı verir:
– Tanrım qurtardı (1,s.121).
Basat dörd dəfə Təpəgözün ölüm həmlələrindən
qurtarır. Yalnız bundan sonra Təpəgöz Basata deyir:
– Sənə ölüm yoxmuş!
Burada Basatı Təpəgözün ölüm həmlələrindən Tanrının
qurtardığı açıq şəkildə deyilmişdir. Qanturalı və Bəhramla
bağlı səhnələrdə onları Tanrının qurtardığı bu cür açıq
deyilməsə də, pərdəarxası hisslərdən və duyğulardan yenə
Tanrının qoruyucu missiyasında çıxış etdiyini görmək, daha
doğrusu, duymaq olur.
Qədim türk epik təfəkküründə belə bir fikir və inam
dərin kök salmışdır ki, Tanrı razılıq verməsə, heç kim xaqan
ola bilməz. Tanrı arxasında durmasa, bir kimsənin xaqan
taxtında oturması mümkün deyil. Hətta qədim türklər belə
düşünürdülər ki, xaqanlıq göydən yerə endirilmişdir və
Tanrıya məxsusdur. Böyük türk xaqanı Mete hələ e.ə. 176-cı
ildə Çin imperatoruna göndərdiyi məktubunda özünün Tanrı
tərəfindən taxta çıxarılıb Tanrının köməyi ilə qələbələr
Dostları ilə paylaş: |