Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə35/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   31   32   33   34   35   36   37   38   ...   61

 
 
 
116
Sahibə PAŞAYEVA 
AMEA Folklor İnstitutunun 
böyük elmi işçisi 
 
NİZAMİ YARADICILIĞINDA ŞİFAHİ  
XALQ ƏDƏBİYYATI MOTİVLƏRİ 
 
Nizami Gəncəvinin bir sənətkar kimi formalaşmasında 
Yaxın və Orta Şərqin ictimai, fəlsəfi fikri, yazılı  və  şifahi 
poeziyası ilə yanaşı, zəngin Azərbaycan xalq yaradıcılığı, 
xüsusilə əfsanə və rəvayətləri mühüm rol oynamışdır. Nizami 
Gəncəvi Azərbaycan və Yaxın  Şərq mədəniyyəti və 
ədəbiyyatı tarixində dahi söz ustası, müdrik sənət fədaisi 
olmuşdur. O, bəşər mədəniyyəti tarixində yeni səhifələr 
açmış, bəşər mədəniyyəti xəzinəsinə öz əsərlərindən ibarət 
gözəl hədiyyələr vermişdir. Nizami Gəncəvi “Xəmsə” adı ilə 
məşhur olan beş poemasını (“Sirlər xəzinəsi”, “Xosrov və 
Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) 
və lirik şeirlərini dünya ədəbiyyatına bəxş etmişdir.  
Nizami Gəncəvi öz xalqının oğlu idi və onu ürəkdən se-
virdi. Böyük şair  Şərq xalqlarının, eləcə  də Azərbaycan 
xalqının tarixinə, bədii fikir xəzinəsinə mükəmməl bələd idi. 
Şair poemalarının daha məzmunlu, daha bədii olması üçün 
xalq yaradıcılığına müraciət etmişdi.  Şairin xalq 
yaradıcılığına bağlılığı, ona yaxınlığı, bütünlükdə onun 
poeziyasına,  şifahi xalq ədəbiyyatına məxsus olan yüksək 
keyfiyyətlər gətirmişdir. Nizami Gəncəvinin süjetləri isə öz 
növbəsində Azərbaycan folkloruna əhəmiyyətli təsir 
göstərmişdir. 
Nizami və Azərbaycan  şifahi  ədəbiyyatı, Nizami və 
xalq bədii təfəkkürü-şairin irsinin öyrənilməsi işində ən çətin 
və mürəkkəb problemlərdəndir. Nizami irsi müəyyən 
mənada, qədim Azərbaycan  ədəbiyyatının, folklorun, qədim 
bədii təfəkkürünün tükənməz xəzinəsidir. Tanınmış 
tədqiqatçı S.Paşayevin fikrincə, Nizami yaradıcılığı 


 
 
 
117
Azərbaycan folkloru ilə, öz növbəsində Azərbaycan folkloru 
da Nizami yaradıcılığı ilə elə qaynayıb qarışmışdır ki, hətta 
bir çox hallarda bunları bir-birindən ayırmaq, kimin kimdən 
istifadə etdiyini aydınlaşdırmaq çətin və qeyri-mümkün 
olur.
62
  
“Nizami Gəncəvinin  şifahi söz sənəti ilə bağlılığı 
çoxcəhətlidir və özünün təzahür formaları ilə  nəzəri çəkir. 
Bunları 
təxminən aşağıdakı 
şəkildə qruplaşdırmaq 
mümkündür: 
1.
 
Nizaminin faydalandığı folklor örnəkləri, xüsusilə 
yerli toponimlərlə, əfsanəvi və real tarixi şəxsiyyətlərlə bağlı 
əfsanə və rəvayətlər; 
2.
 
Nizami mövzuları  əsasında formalaşmış folklor 
örnəkləri; 
3.
 
Şairin həyatı, fəaliyyəti ilə bağlı yaranmış folklor 
əsərləri.”
63
 
Şair xalqdan aldığı poetik mənbə  əsasında çox gözəl 
sənət əsərləri yaratmışdır. Onun əsərlərində xalq yaradıcılığı 
ilə poetik düşüncə  tərzi elə qovuşur ki, sonradan bunların 
haradan başlayıb, harada sona yetdiyi bilinmir. Sanki Nizami 
özü həmin  əfsanə, rəvayət, lətifələrin, miflərin müəllifidir. 
Bunu “Sirlər xəzinəsi” poemasındakı bir sıra hekayətlər, o 
cümlədən “Süleyman və qoca əkinçinin hekayəsi”, “Bülbül 
və  şahinin hekayəsi”, “Sultan Səncər və qarı” və başqaları 
sübut edir. Bu hekayələrin əsas mövzusu kimi seçilən əfsanə 
və süjetlər indi də yaddaşlardan silinmir.  
Nizami Gəncəvinin folklor qaynaqlarını özündə ifadə 
edən  əsərlərindən biri də “Xosrov və  Şirin” poemasıdır. 
Poema milli kökümüz və folklorumuzla, xalqımızın milli 
düşüncə  tərzi ilə  sıx bağlıdır. Nizami “Xosrov və  Şirin” 
poemasını yazarkən öz əsərində bütün dastan ənənələrini 
qoruyub saxlamışdır. Xosrov adı Firdovsinin qələmə aldığı 
                                                 
62
 Paşayev,S. Nizami və xalq əfsanələri.-Bakı, 1983, s.9. 
 
63
 Pirsultanlı,S.P. Azərbaycan  əfsanə  və  rəvayətlərinin  ədəbi abidələrimizlə müqayisəli 
tədqiqi.-Bakı, 2007, s.195.  


 
 
 
118
“Xosrov və  Şirin” hekayəti poemaya əlavə edilmişdir. 
Nizami poemasında xalq dastanımızda püxtələşmiş 
Məhinbanu, Fərhad və  Şirin obrazları öz varlıqlarını dastan 
həyatlarını qoruyub saxlaya bilmişlər. 
 Burada  o,  Azərbaycan folklorundan məharətlə istifadə 
etmişdir. Fərhadla bağlı  rəvayətlər bu cəhətdən xüsusi əhə-
miyyət daşıyır. “Çox qədim köklərə malik rəvayət (Fərhad 
Şirin) “Xosrov və  Şirin” mövzusunun ən qədim izlərini 
özündə yaşatmaqdadır. Nizami əsərindəki epizodla xalq 
variantı arasında tam uyğunluq olmasa da, yaxınlıq, səsləşmə 
inkaredilməz dərəcədədir.”
64
 Nizami yaradıcılığında tarixi 
Şirinlə Azərbaycan folklorundakı Şirinin obrazı birləşmişdir.  
Nizami “Xosrov və  Şirin” poemasını yazarkən öz 
əsərində bütün dastan ənənələrini də qoruyub saxlamışdır.  
“Xəmsə”yə daxil olan üçüncü poema “Leyli və 
Məcnun”  əsəridir.  Əsərin özünün adı belə xalq arasında 
dolaşan bir rəvayətdən götürülmüşdür. Nizami ikinci dəfə 
olaraq “Leyli və Məcnun” poemasını yazarkən xalq dastanına 
müraciət etmişdir. Nizami bu poemanı yazarkən  ərəb 
mənbələrindəki məlumatlar, Azərbaycan xalq əfsanələri ona 
yaxından kömək etmişdir. Qədim “Leyli və  Məcnun” 
dastanında Məcnunu qoruyan və hamilik edən başı taclı bir 
ilandır. Nizami əsərlərindəki bu yaradıcılıq  ənənəsi özündən 
sonra da daha yeni, daha maraqlı  şəkildə davam etmişdir. 
“Pərvanə gölü” və “Qanlı göl” rəvayətlərində  də hadisələr 
eyni süjet, eyni əhvalat ətrafında birləşdirilmişdir. Şair aşıqlar 
tərəfindən yaradılmış əski “Leyli və Məcnun” dastanından da 
istifadə etmişdir. Şifahi xalq yaradıcılığında özünəməxsus yer 
tutan Leyli və  Məcnun obrazlarından həmişə istifadə 
olunaraq, bədii ədəbiyyatda maraqlı əsərlər yaradılmışdır. Elə 
Nizami də xalq ədəbi mənbələrindən istifadə edərək, özünün 
ölməz əsərlərindən birini yaratmışdır. “Pərvanə gölü”, “Qanlı 
göl”  əfsanələrində olduğu kimi, Nizaminin “Leyli və 
                                                 
64
 Pirsultanlı,S.P. Azərbaycan  əfsanə  və  rəvayətlərinin  ədəbi abidələrimizlə müqayisəli 
tədqiqi.-Bakı, 2007, s.195.  


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə