Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə38/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

 
 
 
126
zamanı “...ağsaqqallardan biri ortaya çıxıb, meydana çıxıb 
yığılanlara deyir: 
– Camaat, bu gün bir xan seçməliyik. Xan gərək qaş-
qabaqlı, sözü ötkəm adam olsun. Ona bir vəzir, bir vəkil, üç 
fərraş, bir də bir cəllad seçib verin...” (9, 21). 
Lazımi adamlar seçildikdən sonra “Xanı  təmtəraqla 
meydanın yuxarı başında qurulmuş taxtda oturdurlar. Vəzir-
vəkil də  gəlib taxtın sağ-solunda  əyləşir. Yaraqlı-yasaqlı 
fərraşlar xanın hüzurunda əmrə müntəzir dayanırlar. Cəllad 
qırmızı libas geyib, əlində balta meydanın aşağı başında 
gözləyir. Xan gözlənilməz  əmrlər verir, adamları da onun 
buyruqlarını can-başla yerinə yetirirlər. Kosayla təlxək də 
tez-tez xanı güldürməyə çalışır. Min bir hoqqadan sonra xanı 
güldürüb taxtdan yendirir, aparıb suya basırlar” (9, 21). Yeri 
gəlmişkən qeyd edək ki, belə bir mərasimin  Şuşa  şəhərində 
keçirildiyini C.Bağdadbəyov bu şəkildə  qələmə alır: 
“Xonçanın başında yenə  də xan əmr etməkdə idi. Lakin bu 
əmrlər toylardakı kimi olmayıb, cəzaları yüngül idi. Çillə 
axşamları axşam yeməyindən sonra iştirak edənlər hazır olub 
məclis başlanırdı. Rəqs etməkdə  məşhur olan “fərraşlar” 
əvvəlcə məclisi öz rəqsləri ilə açırdılar. 
Xanın verdiyi əmrlər yüngül idi. Məsələn, gec qalmış 
gənc iki dəfə oynamalıdır...” (10, 21) və s.  
Ə.Şamil “Xanbəzəmə” mərasimi haqqında başqa maraqlı 
bir informasiya verir. Onun yazdığına görə, “Ordubadda “Xan-
bəzəmə”yə  şəbədə deyilir. Novruz bayramına iki gün qalmış 
“Xan” bəzədilir. Xalat geymiş, başına tac qoymuş “Xan” ata 
mindirilir. “Xan”ı “vəzir”, “vəkil”, “əyanlar” və musiqiçilər 
izləyirlər. “Xan” at üstündə küçələrdən keçərək gəzintiyə 
gedir. Yolda onu oynayanlar, alqışlayanlar izləyirlər. Yol boyu 
“Var olsun Xanımız!”, “Xanımız,  ədalətli Xanımız!”, 
“Xanımız, xalqın dərdinə yanan xandır!”, “Xanımız 
mərhəmətli xandır!” və s. alqışlar səslənir” (11, 123-124). 
Müəllifin yazdığına görə, bu “Xan” xalqın bütün şikayətlərini 
eşidir, adil qərarlar verir (11, 124). 


 
 
 
127
Göründüyü kimi, “Xanbəzəmə” mərasimində xalq 
özünün ədalətli şah obrazını təqdim edir.  
Bütün bu deyilənlərə  əsasən belə  qənaətə  gəlmək olar 
ki, M.F.Axundzadə məhz bu mərasimin strukturuna əsaslanıb 
belə bir bədii əsəri yazır. Povestin əvvəlində deyilir: Baharın 
əvvəli idi: Novruzdan üç gün keçmişdi. İstirahətdə olan Şah 
Abbasın yanına gələn Münəccimbaşı  şaha  ərz edir ki, 
Novruzdan on beş gün keçmiş  Mərrixin  Əqrəb ilə iqtiranı 
vaqe olacaq və bundan İranda sahibisəltənətdə ziyan yetişə 
bilər. Mövlanə  Cəmalləddin isə  şaha bildirir ki, Novruzdan 
on beş gün keçənədək səltənətdən müvəqqəti əl çəkə və taxt-
tacı bir başqasına tapşıra ki, ziyan ona ötsün (12, 189-190).  
Psixoanalitik təhlil metodunun məşhur banilərindən 
olan alman psixoloqu Karl Yunq bədii yaradıcılıqda 
simvollardan, bədii yaradıcılığa təhtəlşüuru təsirdən bəhs 
edən yazısında qeyd edir: “Biz öz təcrübəmizdən bilirik ki
çoxdan tanıdığın  şairi bəzən birdən özün üçün yenidən kəşf 
edirsən. Bu o vaxt baş verir ki, bizim şüurumuz öz 
inkişafında yeni pilləyə qalxır və bu səviyyədən biz şairin 
sözlərində gözlənilmədən nəsə yeni bir şey eşitməyə 
başlayırıq. Hər şey lap əvvəldən onun əsərində var idi, lakin 
gizli simvollar olaraq qalırdı  və bunu oxumağa bizə yalnız 
dövrün yeniləşmiş ruhu imkan verir. Başqa təzə gözlər lazım 
gəlir, çünki köhnələr yalnız o şeyləri görə bilir ki, onları gör-
məyə artıq adət etmişdir” (13, 208-209).  
Məhz bu nöqteyi-nəzərdən  əslində xalqın həmişə 
arzuladığı  və Novruz bayramı zamanı “Xanbəzəmə” 
mərasimində “reallaşdırdığı”  ədalətli  şah obrazı  və ölkənin 
ədalətli idarəsi motivinin M.F.Axundovun sözügedən 
povestində  əksini tapması  təhtəlşüurdan (və yaxud şüuraltı 
folklor yaddaşından) gələn inikas kimi izah oluna bilir.  
Bayramın bir sıra  əsrarəngiz adət-ənənələri, ayinləri 
M.Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasında 
xalqın ruhuna uyğun, son dərəcə təbiiliyini gözləməklə təsvir 
olunur. 


 
 
 
128
Bayram idi gecəquşu oxurdu, 
Adaxlı qız bəy corabın toxurdu 
Hər kəs şalın bir bacadan soxurdu, 
Ay nə gözəl qaydadı şal sallamaq. 
Bəy şalına bayramlığın bağlamaq (14, 41). 
Ə.Cavadın yaradıcılığında bu mərasimlər xüsusi yer 
tutur. O, öz etnoqrafik etüdlərində “Çillə  şərqisi”, “Yaza 
xitab”, “Böyük Çillə”, “Kiçik Çillə”, “Xıdır Nəbi”, “Yel 
Baba”, “Qarının borcu”, “Boz ay”, “Dördatlı Yencə Gün”, 
“Dörd çərşənbə” şeirlərində Novruz və qış mərasimləri ilə bir 
sıra mərasimi, əsatiri məqamları poetik dillə təqdim edir . 
Şair bu mövsümü mərasimlərin bütövlükdə vahid tamı 
əhatə etməsini sezmiş  və  hər birini vahid tamın ayrı-ayrı 
ünsür mərasimləri kimi qələmə almışdır. Doğrudan da qışı 
səciyyələndirən hər bir lokal mərasim qış dövrünün ritual-
mifoloji sistemi kimi özünü göstərir. Bu sistemin ən ilkin 
mərhələsi “Böyük Çillə”, “Kiçik Çillə”, “Xıdır Nəbi”, “Boz 
ay” və  çərşənbə ritualları, çillə  çıxarmaq ayini nəhayət yeni 
ilin gəlişi, qarının borcu və s. bütövlükdə vahid ritual-
mifoloji bir sistemin zəncirvari həlqələri kimi özünü göstərir. 
Aparılan bu kiçikhəcmli araşdırma bir daha göstərdi ki
klassik yazılı  ədəbiyyatımızda Novruz bayramının çeşidli 
adət-ənənələri bu və ya digər  şəkildə  əksini tapmışdır. 
Düşünürük ki, Novruz mərasimlərinin izlərinin yazılı 
ədəbiyyatımızda daha da dərindən araşdırılması üçün zəmin 
yaradılması  məqsədi daşıyan bu məqalə  tədqiqatçılarımızı 
gələcəkdə həm də bu istiqamətdə araşdırmalar aparmağa cəlb 
edə biləcək.  
 
ƏDƏBİYYAT 
1. Gəncəvi N. İsgəndərnamə.  Şərəfnamə. Bakı: Lider 
nəşriyyat, 2004, 432 s. 
2. Qasımzadə F.F. Novruz – bahar bayramı. Bakı: 1989, 
62 s. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə