Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə39/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

 
 
 
129
3. Şirvani X. Seçilmiş əsərləri. Bakı: Altun kitab, 2005 
s. 327 s. 
4. Şirvani X. Seçilmiş əsərləri. Bakı: Altun kitab, 2005 
s. 327 s. 
5. Bürhanəddin Q. Divan. Bakı: Öndər nəşriyyat, 2005, 
728 s. 
6. Nəsimi  İ. Seçilmiş  əsərləri iki cilddə. I cild. Bakı: 
Lider nəşriyyat, 2004, 336 s. 
7. Füzuli M. Əsərləri. III cild. Bakı:  Şərq-Qərb, 2005, 
472 s. 
8. Vidadi M.V. Əsərləri. Bakı: Öndər nəşriyyat, 2004, 
336 s. 
9. Azərbaycan folkoru antologiyası. Naxçıvan folkloru. 
Bakı: Sabah, 1994, 388 s.  
10. Bağdadbəyov C. Xatirələr və etnoqrafik qeydlər. 
Bakı: “Qapp-poliqraf” korporasiyası, 2002, 128 s.  
11.  Şamil  Ə. Novruz bayramında “Xanbəzəmə” və 
oradakı arxaik ünsürlər. Azərbaycan şifahi xalq ədəbiyyatına 
dair tədqiqlər (otuz birinci kitab). Bakı: Nurlan, 2009, 158 s. 
s. 117-128. 
12. Axundzadə M.F. Əsərləri. Üç cilddə. I cild. Bakı: 
Şərq-Qərb, 2005, 296 s. 
13. Yunq K.Q. Analitik psixologiyanın poetik-bədii 
yaradıcılığa münasibəti (tərcümə). Qocayev M.Q. Bədii 
ədəbiyyatda insan fəlsəfəsi. Bakı: Azərbaycan Tərcümə 
Mərkəzi, 2001, 220 s. s.190-218. 
14. Şəhriyar M. Seçilmiş əsərləri. Bakı: Avrasiya-Press
2005, 408 s. 
 
 
 
 
 
 
 


 
 
 
130
Nailə ƏSKƏR  
AMEA Folklor İnstitutu  
qaracantali@live.com 
 
NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ”  
POEMASINDA DEYİMLƏR VƏ MƏSƏLLƏR 
 
Nizami Gəncəvi orta əsrlər Azərbaycan intibah ədəbiyya-
tının böyük şairidir. Dövrün tələblərinə uyğun olaraq əsərlərini 
klassik poeziyanın dili sayılan farsca yazan Nizami yaradıcılığa 
lirik şeirlərlə başlamışdır. Şairin ilk irihəcmli əsəri olan “Sirlər 
xəzinəsi” poeması məsnəvi şəklində və qismən sufi eposu ənə-
nələri çərçivəsində  qələmə alınmışdır. Bu əsərin yazılmasında 
XI əsr fars şairi Sənani Qəznəvinin “Həqiqət ül-həqayiq” əsəri-
nin təsiri böyük olmuşdur. Nizami sonrakı dörd poemasını ya-
zarkən sufi eposunun gətirdiyi ənənələri aşmış və bu əsərlərində 
heç bir poetik təlimin təsirində qalmamışdır. Şübhəsiz ki, böyük 
şairin dünyagörüşünün formalaşmasında o dövr üçün səciyyəvi 
olan təsəvvüf təlimlərinin və  Şərq fəlsəfi cərəyanlarının təsiri 
olmuşdur. Bununla belə, “Sirlər xəzinəsi”ni bütünlüklə sufi 
əsəri hesab etmək doğru sayılmaz, çünki əsərdə janrın ənənəvi 
prinsiplərinə əməl edilmir, ictimai-sosial problemlərə toxunulur 
və dünyəvi dəyərlərdən bəhs olunur. “Sirlər xəzinəsi” struktur 
etibarı ilə sufi eposu hesab olunsa da, məzmun etibarı ilə bu 
ənənəyə tam sadiq qalınmır (6, 73-78). 
Nizami Gəncəvi “Sirlər xəzinəsi” poemasını 1174-cü 
ildə yazmağa başlamış və iki il ərzində əsəri tamamlamışdır. 
"Sirlər xəzinəsi" "Xəmsə"nin başqa poemalarından fərqli 
olaraq vahid süjet xəttinə malik deyildir. Əsərdə öz əksini 
tapan bir çox problemlərin həllində müxtəlif hekayə  və 
rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz 
dövrünün müxtəlif qaynaqlarına, eləcə  də folklora müraciət 
edən  şair  əsərin yüksək bədii səviyyədə  təqdiminə nail 
olmuşdur. Poema ənənəvi giriş hissəsindən, 20 məqalət və 
buna bağlı 20 epik hekayətdən ibarətdir. 


 
 
 
131
Nizami Gəncəvi bütün əsərlərində olduğu kimi “Sirlər 
xəzinəsi”ndə  də  şifahi xalq ədəbiyyatının bir çox 
janrlarından, o cümlədən  əsatir,  əfsanə, rəvayət, deyim və 
məsəllərdən bəhrələnmişdir. Akademik Həmid Araslı, prof. 
Cəfər Xəndan, prof. Sədnik Paşayev və digər alimlərimiz 
Nizami və folklor mövzusunda araşdırmalar aparmış, Nizami 
dühası ilə ölməzlik qazanmış  şifahi xalq incilərini tədqiq 
etmişlər.  
Uzun illər Nizami Gəncəvinin əsərlərində xalq yaradıcı-
lığının izlərini araşdıran folklorşünas alim, prof. Sədnik 
Paşayev çox haqlı olaraq belə bir qənaətə gəlmişdir: “Nizami 
yaradıcılığı Azərbaycan folkloru ilə, öz növbəsində 
Azərbaycan folkloru da Nizami yaradıcılığı ilə elə qaynayıb-
qarışmışdır ki, hətta müəyyən mənada bunları bir-birindən 
ayırmaq, kimin kimdən istifadə etdiyini çox vaxt 
aydınlaşdırmaq çətinlik törədir” (12, 48). 
Nizami “Sirlər xəzinəsi”ni yazarkən xalq arasında 
yaşayan və günümüzə  qədər gəlib çatmış  rəvayət,  əsatir və 
əfsanələrdən, mifoloji mətnlərdən geniş  şəkildə istifadə 
etmiş, şifahi xalq yaradıcılığının bir çox incilərini məharətlə 
yazılı ədəbiyyata gətirmişdir. Bunlara “Süleyman və əkinçi”, 
“Nuşirəvan və bayquşların söhbəti”, “Firidun və maralın 
dastanı”, “Kərpic kəsən kişinin söhbəti”, “Bülbül və 
qızılgül”, “Bir-biri ilə  çəkişən iki həkimin dastanı” və digər 
hekayətləri misal göstərmək olar.  
Bu gün toplanaraq çap olunmuş bir çox rəvayət və 
əfsanələr də vardır ki, “Sirlər xəzinəsi” poemasındakı 
hekayətlərlə çox yaxından səsləşir. Məsələn, “Bir şahzadənin 
dastanı” hekayəti xalq arasında yaşayan “Bostan əhvalatı” 
rəvayəti ilə, “Harun ər-Rəşid ilə  dəlləyin dastanı” hekayəti 
“Xan yurdu” və “Əsir padşah” əfsanələri ilə, “Sultan Səncər və 
qarı” hekayəti “Şah və qarı”  əfsanəsi ilə  və s. forma və 
məzmun baxımından eyniyyət təşkil edir.  
Bütün xalqların tarixində  şifahi, yəni sözlü ədəbiyyat 
yazılı  ədəbiyyatdan  əvvəl yaranmış  və tarixi inkişaf yolu 


 
 
 
132
keçmişdir. Yazılı  ədəbiyyat bütün hallarda şifahi 
ədəbiyyatdan bəhrələnmiş və özəyini burdan almışdır. Şifahi 
xalq  ədəbiyyatı  həyatın müxtəlif sahələrinə aid ibrətamiz, 
məzmunlu qısa kəlamları  və xalq sınağından keçərək 
çilalanmış inancları ümumiləşdirərək nəsildən-nəslə 
ötürmüşdür. Bütün dünya xalqlarının mədəniyyət tarixinə 
nəzər salarsaq görərik ki, xalqların öz həyat tərzi, məişəti və 
dünyagörüşünə görə xalq deyimləri və məsəlləri; ibrətamiz və 
hikmətli sözləri formalaşmışdır. 
 Nizami  Gəncəvi “Sirlər xəzinəsi”  əsərində istifadə 
etdiyi və obrazların dili ilə söylədiyi xalq deyimləri və 
məsəllər demək olar ki, çox az fərqlə bu gün də dilimizdə 
işlədilir.  
 Akademik  Həmid Araslının çox doğru olaraq 
göstərdiyi kimi “Sirlər xəzinəsi”ndə  hər beytdə bir aforizm 
canlanır (2, 48).  
 Bu aforizm və xalq deyimlərinin bəzilərinə nəzər salaq. 
 Nizaminin  sadə  əmək adamlarının halal əməyini və 
zəhmətini tərənnüm edən bu misraları xalqın işlətdiyi 
“Səndən hərəkət, məndən bərəkət” deyimindən yaranmışdır: 
Halal zəhmət itməyib əlləşmək deyil eyib,  
Tanrı  səndən hərəkət, məndən bərəkət deyib (10, 
83).  
Həm  şifahi, həm də yazılı  ədəbiyyatımızda geniş 
istifadə olunmuş bir məsəl var: misilsiz gözəlliyi ilə könülləri 
məftun edən tovuz quşunun ayaqlarının çirkinliyi həmişə 
onun başının qaxıncı olub. Bunu bəzən maral üçün də 
söyləyirlər.  Şair tovuz quşuna xas olan həmin özəlliyi 
aşağıdakı kimi verir:  
Zər qanadı, görkəmi bir tamaşa tovuzun,  
Ayağının eybini qaxma başa tovuzun (10, 111).  
Xalq arasında tülkü həmişə hiyləgər, fəndgir bir heyvan 
kimi məşhur olub. Bu haqda onlarca hekayə və əfsanə vardır. 
Tülkü bir təhlükə hiss etdikdə qaçmaq üçün yuvasına ehtiyat 
bir deşik daha açır. Bunu bilən mahir ovçular tülkünü 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə