Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   38

 

 

10



etmək, hətta evlənməmək, cənnətdə olmağı belə arzulamamaq); 5) bütün xoşun gələn şeylərdən imtina etmək – səs, 

təmas, rəng, dad, qoxu. Caynist təriqətlərinin birində – diqambarada hətta geyimdən də imtina edirdilər, çünki 

bədənin parça ilə örtülməsi gündəlik rahatlıq üçün edilən rəzil cəhddir. Onların avadanlığı kokos çanağından 

düzəldilmiş qab və oturmaqdan əvvəl yeri süpürmək üçün opaxalo idi. Onlar sərgərdan həyat sürür və dilənçilik 

edirdilər. Ən böyük qəhrəmanlıq isə yalnız rahiblərə icazə verilən aclıq vasitəsilə ölüm idi.  

Buddizm – e.ə.VI-V  əsrlərdə yaranıb. Banisi Sidxarta Qautama idi. Sonralar Budda (mənası nurlu 

deməkdir) adını alıb. Əvvəlcə buddizm varna və brahmanlara qarşı zəif protest kimi çıxış etdi. Ved və Upanişadın 

müqəddəsliyini inkar edən buddistlər insanların bərabərliyini, bərabər əzab çəkməsini təsdiq edirdilər. Bu təlim e.ə. 

VI-III  əsrlərdə Hindistanda geniş yayılaraq dövlət dininə çevrildi. Seylonda, Birmada, Siamda, Tibetdə, Çində, 

Koreyada və Yaponiyada isə bu təlim çox populyar oldu. Düzdür, Hindistanın özündə VI-X əsrlərdə buddizmi 

onun yeni növləri – şivaizm və vişnuizm əvəz edir, lakin dini-fəlsəfi-etik təlim kimi o, bu günə qədər mövcuddur. 

Caynizm kimi buddizm də «allahsız, yaradansız bir dindir». Buddanın keçdiyi yol – hər kəs üçün nümunədir. 

Bunun əldə edilməsinə hamı nail ola bilər. Bunun üçün 8 fəzilətə çatmaq lazımdır: 1) düzgün baxışlar; 2) düzgün 

qərar qəbul etmə (bunun üçün dünyaya bağlılıqdan, pis işlərdən və düşmənçilikdən əl çəkmək lazımdır); 3) düzgün 

nitq (yalan və böhtandan, pis söhbətlərdən  əl çəkmək); 4) düzgün davranış (canlını öldürməkdən, oğurluqdan 

imtina etmək); 5) düzgün həyat tərzi (yalnız düz yolla pul qazanmaq); 6) düzgün səylər (pis fikirlərdən 

uzaqlaşdırılması  və yaxşı ideyalar əldə edilməsi. Bu səylər müntəzəm olmalıdır, çünki pis fikirlər qayıda bilər); 

7) düşüncənin düzgün istiqamətləndirilməsi (öyrənilənin unudulmaması); 8) fikrin düzgün cəmləşdirilməsi.  

Caynizmlə oxşarlığı olsa da, buddizmdə insanlara qarşı  məhəbbət duyulur. Yeni əxlaq konsepsiyaları 

Qədim Hind ədəbiyyatının gözəl nümunəsi sayılan «Mahabharata» kitablarından birində – «Bhaqavadgita»da 

(«Gita») öz əksini tapıb ki, onun da müəyyən ideyaları «Artxaşstra» və «Manu qanunlarına» daxil olub. 

«Bhaqavadgita»da brahman ənənələrinin izahı yoq, caynizm və buddizmin müddəaları  nəzərə alınmaqla 

özünəməxsus  şəkildə, novatorcasına  şərh edilib. Buna baxmayaraq «Gita» heç də bir-birinə  dəxli olmayan 

elementlərin eklektik birləşməsi deyil, burada harmonik şəkildə mövcud olan özünəməxsus yeni əxlaqi mövqe 

ifadə olunub. Poemadakı təlimlərin formalaşması o dövrdə baş verdi ki, brahmanizm, buddizm, caynizm, sankxya, 

yoq və s. kimi müxtəlif dini-fəlsəfi məktəb və cərəyanlar artıq mövcud idi. Onlarla qarşılıqlı təsirdə olan və bəzi 

müddəalarını qəbul edən «Gita» eyni zamanda özünü tamamilə orijinal və müstəqil baxışlar sistemi kimi göstərdi.  

Lokayata. Materialist hesab edilən bu məktəbin nümayəndələrinin əsərləri barədə məlumat yoxdur. Onların 

adlarını materializmdən uzaq olan müəlliflərdən öyrənirik ki, bu da onların dünyagörüşü barədə olan təsəvvürlərin 

təhrif olunmuş, saxtalaşdırılmış olduğu haqqında fikir yaradır. Onların ateist olmaları fikri də mövcuddur. Hətta 

bəzi müasir hind tədqiqatçıları hesab edirlər ki, lokayata hər hansı şəxs və ya insanlarla bağlı olan fəlsəfə olmayıb. 

O, düşmən brahman doktrinasına qarşı çevrilən və kütlələrin həyatında dərin kök salan təcrübə  və  əqidələrin 

məcmusudur. (108, səh.58). Çattopadxyaya lokayat sisteminin əsasını  təşkil edən baxışların köklərini, nəinki 

vedəqədərki, hətta daha qədim dövrlərə aid edərək onların sadəlövh-materialist xarakterli olduğunu və hətta ibtidai 

dövrdə ana xaqanlıq zamanı mövcud olan bir çox həyat normalarını  əks etdirdiyini qeyd edir. Buradakı 

mərasimlərin təsvirinə Upanişad və Vedlərdə də rast gəlirik ki, bu mənbələrdə onlardan günah iş kimi danışılır. Bu 

sadəlövh materializm ideyalarını ümumiləşdirən və fəlsəfi sistem formasında ifadə edən mütəfəkkirlər demək olar 

ki, əfsanəvidirlər. Upanişad, Mahabharata və ondan sonrakı şahidliklərə istinad edərək lokayata məktəbinin (hətta 

məktəblərinin, çünki Radxakrişnan Qədim Hindistanda 4 materialist məktəbin olmasından danışır) 

nümayəndələrini sadalamaq olar (62, səh.75). Adı  çəkilən Brixaspati, Dxişan, Çarvak, çox güman ki, əfsanəvi 

mütəfəkkirlərdir. Uddilaki (e.ə.VII  əsr), Kassapa, Acita, Kesakambal, Pakudxi Kaççayana (e.ə. VI-V əsrlər), 

həkim, şair və filosof Vatsyayan (b.e.-nın III-IV əsrləri) – daha real adlardır.  

Lokayata təliminə görə insan həyata yaxşı yaşamaq üçün gəlir. Yer üzündəki həyat – yeganə həyat olduğu 

üçün onu xoşbəxt yaşamağa çalışmaq lazımdır. Asket olmaq mənasızdır. Həyatdakı əzablara görə həzzdən imtina 

etmək olmaz. Məgər içində dadlı düyü olan toxumu qabıqlı olduğu üçün tullayırlar? Həzz həmişə  əzabla 

əlaqədardır. (62, səh.76). Bəzi hind tədqiqatçıları lokayatanı gedonizmlə eyniləşdirir, bəziləri onları həyata yüngül 

münasibət bəsləməkdə, «ye, iç, kef çək, sabah onsuz da öləcəyik» deməkdə günahlandırırlar. Bəziləri isə  hətta 

lokayatanın ümumiyyətlə mövcud olmadığını söyləyirlər. 



Çin. Qədim Çinin tarixi, fəlsəfəsi haqqında olan kitablarda əxlaq problemlərinə toxunulsa da, etik təlimlərə 

həsr olunmuş xüsusi əsərlər mövcud deyil. Ved kimi dini-fəlsəfi mənbəyi olan Qədim Hind fəlsəfəsindən fərqli 

olaraq, Çində etika ilə  əlaqədar belə dini-mifoloji mənbə yox idi. «Dəyişikliklər kitabı» – «İ tzin» fəlsəfə üçün 

yeganə istinad mənbəyi oldu ki, bu da əsasən falçılıqdan bəhs edən mətnlərdən ibarət idi. Əsas ideya – təbiətdə baş 

verən daimi dəyişikliklərdir. Təbiət və cəmiyyətdə «yan» və «in» kimi əksliklər (işıq – qaranlıq, bərk – yumşaq, 

kişi – qadın, uğurlu – uğursuz) mövcuddur.  

Daosizm. Banisi Lao-tzı (e.ə. VI–V əsrlər) olan bu cərəyanın etik görüşlərində insanlar arasındakı 

münasibət, əsl əxlaqla qondarma əxlaq arasındakı fərq, təmənnasız və eqoist xarakterli davranış və s.-dən danışılır. 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə