Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   38

 

 

8



münasibətlərin formalaşmasına tələbat yaratdı. Bu dövrdə qədim Hindistanda, Çində və Yunanıstanda müxtəlif etik 

nəzəriyyələr meydana gəldi. Bu ideyaların müəllifləri sırasına Hindistanda Budda, Çində Konfutsi, Yunanıstanda 

sofistlərdən Hippi, Antifont, sofistlərin müasiri və  rəqibi Sokrat, onun şagirdi Platon («Protaqor», «Menon», 

«Evtifron» və s. əsərləri), Platonun şagirdi Aristotel, stoiklərdən Zenon, Seneka, Epiktet və b. idi.  

İlk dəfə olaraq Aristotel «ethosu» həm isim – «etika», həm də sifət – «ethikos» kimi işlətdi. O, «ethosu» 

«insanların adət etdikləri yaşayış  məskəni», daha sonra isə sadəcə olaraq «adət», «vərdiş», «xarakter», 

«temperament» kimi mənalardan uzaqlaşdıraraq insan keyfiyyətlərini, insanın fərdi xüsusiyyətlərini ictimai əxlaqın 

müəyyən adət edilmiş formaları ilə vəhdətdə nəzərdən keçirən «etik» – «ethikos» şəklinə saldı. Aristotelin fikrincə 

bu keyfiyyətlər «etik fəzilətlər» olub, «Etika»nın  əsas tədqiqat obyektini təşkil edir. Etik fəzilətlər insanın 

xarakterinin, temperamentinin xüsusiyyətləri, həmçinin qəlbinin keyfiyyətləridir. Onlar, bir tərəfdən, bədən 

xüsusiyyətlərinə aid olan affektlərdən, digər tərəfdən isə əqli xüsusiyyətlərə aid fəzilətlərdən fərqlənir. Buna misal 

olaraq prof. Ə.Hüseynov (52, səh.9) qorxunu təbii affekt, yaddaşı əqlin xüsusiyyəti, sadəliyi, mərdliyi, əliaçıqlığı 

xarakterin xüsusiyyətləri hesab edir. Bu haqda biliklərin və etik fəzilətlərin məcmusunu bildirmək məqsədilə 

Aristotel məhz «etika» terminini irəli sürmüşdür. Adında «etika» sözü olan ilk əsərləri də Aristotel yazmışdır: 

«Nikomax etikası», «Evdem etikası», «Böyük etika». Etik problemlər Aristotelin digər əsərlərində də mərkəzi yer 

tutur. Məsələn, «İkinci analitika», «Politika», «Ritorika» və s. əsərlərdə Aristotel etika haqqında əsasən 3 mənada 

söhbət açır: 1) etik nəzəriyyə; 2) etik kitablar, 3) etik təcrübə.  Əsərlərin adlarının məhz «etika» sözü ilə bağlı 

olması  ənənəsi Aristotieldən sonrakı dövrlərdə  də davam edir. Məsələn, orta əsr fransız ilahiyyatçısı  və filosofu 

Pyer Abelyarın (1079-1142) «Etika və ya özünü dərk et» əsəri, fəlsəfəsinin  əsas hissəsini etik nəzəriyyələrin 

işlənməsinə həsr edən və əslən yəhudi olan XVII əsr holland filosofu Benedikt Spinozanın (1632-1677) ömrünün 

sonunda, yəni 1677-ci ildə yazdığı və ölümündən sonra çapdan çıxan «Etika» əsəri, irrasionalizmin nümayəndəsi 

olan alman filosofu Eduard Qartmanın (1842-1906) 1898-ci ildə yazdığı «Etik oçerklər» kitabı buna misaldır. 

«Etika» sözünün tarixi bir daha Roma zəminində  təkrar olunur. Romalılar, xüsusən də Siseron yunan 

təcrübəsinə və birbaşa Aristotelə istinad edərək, öz dediyi kimi, latın dilini zənginləşdirmək məqsədilə Aristotelin 

yunan dilində olan «etik» anlayışından «moralis», yəni «əxlaqi» terminini yaratdı. O, bunu tək halda «mos», cəm 

halda «mores» kimi işlədib ki, bunlar da yunanca olan «ethos» sözünün birbaşa latın analoqudur. Bu haqda Siseron 

«Tale haqqında» adlı əsərində (I kitab, I fəsil) yazaraq əxlaq fəlsəfəsindən danışır və bu zaman Aristotelin «Etika» 

adlandırdığı biliklər sistemini nəzərdə tutur. Öz yunan sələfi kimi xasiyyət, adət, xarakter, davranış, xassə, qanun, 

göstəriş, dəb (moda), paltar biçimi (fasonu) mənalarını verən «moralis»dən sonralar, eramızın IV əsrində latın 

dilində «moralitas» – əxlaq termini yaranır ki, bu da yunan «etika» termininin latın ekvivalentidir.  

Beləliklə, yunan dilindəki «ethika» və latın dilindəki «moralitas» sözləri etimoloji məzmununa görə bir-

birinə uyğun gəlir. Bunlar xalq şüuru ilə deyil, tədqiqat məqsədilə süni surətdə yaradılmışdır. Bu gün dünyanın bir 

çox ölkələrində «etika» və «moral» (əxlaq) sözləri geniş yayılmışdır.  

Müasir etika yalnız fəlsəfənin digər bölmələrini deyil, həmçinin psixologiya, pedaqogika, tarix, 

etnoqrafiya, sosiologiya, dinşünaslıq, estetika, arxeologiya və hətta biologiya ilə sıx əlaqədə inkişaf edir.  

 

 




 

 

9



1.2. QƏDİM HİNDİSTAN VƏ ÇİNDƏ ETİK FİKİR 

 

Etikanı elm şəklinə  rəsmən Aristotel salsa da, onun tarixi hələ çox-çox əvəllərdən başlayır. Hələ ibtidai 



dövrdə insanların davranışını  tənzimləyən müəyyən  əxlaq normaları  və qaydaları mövcud idi. Bunlar müqəddəs 

sayılır, onlara riayət etməyənlər cəzalandırılır, hətta icmadan qovulurdular. Quldarlıq dövrünə xas əxlaq yalnız azad 

vətəndaşlar arasındakı münasibətlərə aid idi. Çünki qullar insan hesab edilmirdilər.  

Fəlsəfə kimi etika da qədim  Şərq ölkələrində inkişaf etməyə başlamışdır. Misir, Babilistan, Hindistan və 

Çində formalaşmağa başlayan etik nəzəriyyələr sonralar Qədim Yunanıstan və  Qədim Romada özünün tam 

ifadəsini tapır.  

Qədim  Hindistanda xüsusi ayin şəklində mövcud olan əcdadlara münasibət sonralar müxtəlif etik 

nəzəriyyələrin formalaşmasında müəyyən iz buraxdı. İstər ortodoksal («astika», yəni ved nüfuzunu qəbul edən) – 

sankxya, yoq, vayşeşik, nyaya, vedanta, mimans; istərsə də qeyri-ortodoksal («nastika», yəni ved nüfuzunu inkar 

edən) – caynizm, buddizim, lokayata məktəbləri özünəməxsus etik məzmuna malik idi.  

Vedant etikasına görə (məktəbin adı «Vedin sona çatması» mənasını verir) hər  şeyin  əsası  və başlanğıcı 

mütləq substansiya olan Brahmanlardır, hər  şey ondan əmələ  gəlir və ona qayıdır, lakin o, etiqad obyekti yox

abstrakt təfəkkür obyektidir ki, bunun vasitəsilə dindarlar ona qovuşmağa çalışır və bu – yeganə reallıqdır. Bu 

fəlsəfəyə görə idrakın məqsədi dünya haqqında olan səhv təsəvvürlərdən xilas olmaq, Brahmanda ifadə edilən 

həqiqətə çatmaqdırsa, əxlaqın məqsədi aldadıcı bağlılıqdan, ehtiraslardan və «yeddi günahdan» (sərxoşluq, sümük 

oyunları, qadınlar, ovçuluq, çubuq vurma, söyüş  və  şəxsi mülkiyyət hüquqlarının pozulması) xilas olub 

təmizlənməkdir. Yalnız xeyirxahlıq nümunəsi olan brahmana bələd olanlar yüksək sərvətlərə nail ola bilərlər. 

Xeyirxahlıq 3 əməllə konkretləşdirilir: təmkinli olun, ürəyiyumşaq olun, hədiyyələr edin. İnsanın əxlaqi borcu hər 

kəs üçün müəyyn edilmiş  həyat tərzi qanununa riayət etməkdir ki, buna da dharma deyilir. Vacib fərdi  əxlaq 

qanunu kimi işlənən bu ifadə  nəinki Vedant etikası, həm də bütünlükdə  Qədim Hind etikası üçün mühüm 

əhəmiyyət kəsb edir. Bu haqda Upanişad və xüsusən də «Manu qanunları»nda  ətraflı  məlumat verilir. Müxtəlif 

davranış formaları (həzz, xeyir, borc, xilasolma) müxtəlif kateqoriyalı insanlar üçün (şagird, ailə başçısı, dilənçi, 

dərviş) başqa-başqa mənalar kəsb edir. Məsələn, həzz kimi xarakterizə edilən cinsi münasibət yalnız ailədə,  ər-

arvad arasında baş verirsə  və övlad dünyaya gətirmək məqsədi daşıyırsa, yalnız o halda əxlaqi məzmuna malik 

olur.  İnsanların öz vəzifələrini yerinə yetirməsi – adət və  ənənələrə riayət etmək, ata və babaların yolu ilə 

getməkdir. Bu yolla gedənlər məhv olmurlar. Xeyirxahlıqdan uzaqlaşanlar isə  cəzaya düçar olurlar. Özü düçar 

olmursa da, övladı  və ya nəvəsi düçar olur. Lakin özü də  əvvəl-axır ziyan çəkməkdən yaxasını qurtara bilmir. 

Vedant təlimi obyektiv idealizmə yaxın idi. Bu təlimin tərəfdarları üçün digər təlimlərə riayət edənlər kafirdirlər.  

Yoq fəlsəfi-etik konsepsiyası «Yoqa–sutra» ilə əlaqədar olub kifayət qədər son dövrləri əhatə edir (e.ə. II 

əsr). Lakin praktik baxımdan yoq məşğələlərinin tarixi daha qədim olub, nəinki «Mahabharata»da, hətta 

«Upanişad»da da xatırlanır. Yoqa aid edilən bəzi hərəkətlərə Vedlərdə də təsadüf olunur. Yoqla məşğul olanların 

əsas vəzifəsi ağılı yanlışlıqdan, səhv olandan təmizləmək və aydınlığa çıxmaqdır. Həyat sakitliyə  və sülh 

axtarışlarına sərf edilməlidir. Bunun üçün bütün əzablardan yaxa qurtarmaq lazımdır. Yoq təlimini qədim hind 

fəlsəfəsinin digər cərəyanlarından fərqləndirən odur ki, o, insana passiv icraçı kimi deyil, (məsələn, vedantada 

olduğu kimi), aktiv və öz hərəkətləri üçün məsuliyyət hiss edən insan kimi baxır. Yoq məşğələlərinin populyarlığı 

yalnız bu təlimin tərəfdarları arasında deyil, daha geniş auditoriya daxilində mövcuddur. İnsanın fiziki və psixi halı 

arasında əlaqə yaratmağa çalışan yoq məşğələləri psixoloji problemləri həll edərkən özünəməxsus «psixoterapiya» 

və «autotreninq» üsullarından istifadə edir.  

Caynizm. Ortodoksal məktəblər brahmanların maraqlarını ifadə etdiyindən demokratik təlimlərin 

yaranması  zəruri oldu. «Kafir» təlimləri sayılan qeyri-ortodoksal məktəblər b.e.ə. VII–VI əsrlərdə yaranaraq, 

ənənəvi brahmanizmə qarşı müxalifətə çevrildi. Öz mövcudluğunun ilk yüzilliyində caynizm əhəmiyyətli dərəcədə 

geniş yayılaraq, e.ə. IV–III əsrlərdə hətta buddizmlə rəqabət aparırdı. Lakin Yeni dövrdə o, tədricən qapalı təriqətə 

çevrilməyə başladı. Caynist etikasında insanın ruhu mühüm yer tutur. Bədənə yapışmasına baxmayaraq ruhun azad 

seçim hüququ var. Ruhu azad etmək üçün onu materiyadan ayırmaq lazımdır. Kamil bilik, kamil intuisiya və ali 

nemətlər – ruhun bu dünyada insana məlum olmayan atributlarıdır. Bilik – ruhu materiyadan azad etmək üçün 

lazımdır, çünki cahillikdən ehtiraslar yaranır. Düzgün inam, düzgün idrak və düzgün davranış – azadlığa çıxmağın 

üç yoludur ki, bunun üçün də müəllimlərin dediklərini öyrənmək, onların nüfuzunu təsdiq etmək və onlara inanmaq 

lazımdır: Düzgün inam həqiqətə hörmət etməkdir. O, fanatik yox, rasionaldır. Həqiqət axtaran müəllimlərin 

baxışlarının dərininə getdikdə kamil inam əldə edilir. Düzgün idrak – «mən» və «qeyri-mənin», yəni ruhun və 

materiyanın real təbiətini dərk etməkdir. Kamil bilik və kamil inam birləşərək düzgün davranışa təsir edir. Düzgün 

davranışın məğzi buddistlərin də riayət etdiyi «5 böyük andın» yerinə yetirilməsindən ibarət idi: 1) canlıya ziyan 

toxundurmamaq (bura heyvanlar və bitkilər də aid idi, çünki onların ruhu var. Ov, balıqçılıq, hətta  əkinçilik də 

qadağan edilirdi, çünki torpağı şumlayan zaman həşəratlar məhv ola bilər ki, bu da günah hesab edilirdi. Caynistlər 

hətta nəfəs alanda parçadan istifadə edirdilər ki, təsadüfən ağızlarına və ya burunlarına cücü girməsin); 2) yalandan 

uzaq olmaq, həmişə düz danışmaq; 3) oğurluq etməmək; 4) tamahını saxlamaq (həzz aldığın bütün şeylərdən imtina 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə