11
Türk qoşunları Cənubi Qafqazı zəbt edərkən Səfəvi dövlətinin inzibati quruluşu və bu dövlətdə
mövcud olan feodal münasibətləri barədə tərtib olunmuş müəllifi məlum olmayan «Təzkirət əl-mülük»
əlyazmasında da Səfəvi dövlətinin başqa əyalətləri sırasında Azərbaycan torpaqlarından bəhs olunarkən
Naxçıvan diyarının da inzibati quruluşunda baş vermiş dəyişikliklərə də toxunulmuşdur.
«Təzkirət əl-müluk» əsərinin verdiyi məlumata görə, Naxçıvan ölkəsi XVII əsrin sonundan etibarən
Çuxur-Səd bəylərbəyliyinin tərkibinə daxil edilmişdir. Bununla yanaşı, osmanlıların əvvəllər tərtib etdikləri
dəftərindən fərqli olaraq inzibati baxımdan Naxçıvan sancaq kimi deyil, Səfəvilər dövlətinin inzibati quruluşuna
uyğun olaraq tümən kimi qeydə alınıb; həmin əsərdə (əlyazmasında) osmanlılar dövründə Zar və Zəbil kimi
qələmə alınan nahiyələr birləşdirilib Zar-zəbil adlandırılmışdır (hərçənd ki, həmin yerin inzibati vahid kimi
nahiyə və yaxud da tümən olduğu göstərilmir) və nəhayət, bu dövrdə Sədərək adlı yeni inzibati vahid yaradıldığı
haqqında da məlumat əldə edilir. «Təzkirət əl-mülük»ə görə, os-
[18-19]
manlılar dövründən fərqli olaraq
Naxçıvan diyarı Çuxur-Səd bəylərbəyliyinə tabe olan sancaqbəyi və yaxud da naiblər tərəfindən deyil, ayrı-ayrı
hakimlər tərəfindən idarə olunurdu
5
.
XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin daxilində gedən ictimai-siyasi və sosial-iqtisadi
proseslərin nəticəsində dövlət
xeyli zəifləyir, ölkədə mərkəzdənqaçma qüvvələr güclənməyə başlayır. Səfəvi
dövlətində yaranmış vəziyyətdən iki böyük qonşu dövlət — Rusiya və Osmanlı dövləti istifadə etməyə
tələsdilər. Öz təbii sərvətləri və xammalı, eyni zamanda strateji mövqeyi ilə Azərbaycan Rusiya və Osmanlı
dövlətləri üçün böyük əhəmiyyət kəsb edirdi
6
.
Rusiya hökmdarı I Pyotr 1722-ci ildə Azərbaycanın Xəzər boyu əyalətlərini ələ keçirmək üçün özü də
başda olmaqla buraya ordu çəkdi. Bu yürüşdə I Pyotrun məqsədi Xəzər dənizinin qərb və cənub sahillərini,
sonra isə Cənubi Qafqazda digər yerləri ələ keçirmək, Xəzər dənizi vasitəsi ilə aparılan ticarətdə Rusiyanı
Şərqlə Qərb arasında vasitəçi bir ölkə etmək idi. Elə bu zaman Avropa dövlətlərinin birləşmiş orduları ilə 1686
— 1698-ci illərdə apardığı müharibədə məğlub olmuş və Avropada vaxtı ilə əldə etdiyi böyük ərazi itirmiş
Osmanlı imperiyası da bunun əvəzində Cənubi Qafqazda yeni torpaqlar ələ keçirmək məqsədi ilə bu tərəflərə
yürüş etdi.
Beləliklə, Rusiya və Osmanlı imperiyasının marağı Cənubi Qafqaz regionunda toqquşmalı oldu
7
.
1723-cü ilin yazında Cənubi Qafqaz və Şimal-qərbi İran istiqamətində hərəkət edən osmanlılar tezliklə
Tiflisi ələ keçirdilər. Daha sonra osmanlı əsgərləri böyük maneələri dəf edərək Azərbaycanın ərazisinə daxil
oldu
8
.
Bu vaxt ərzində Bakını tutmuş Rusiya (1723) və Osmanlı imperiyası arasında hərbi toqquşma ehtima-
lı güclənirdi. Diplomatik danışıqların nəticəsində 12 iyun 1724-cü ildə Rusiya və Osmanlı imperiyası arasında
İstanbulda müqavilə imzalandı. həmin müqaviləyə görə, Xəzər dənizinin qərb sahilləri Rusiyaya,
[19-20]
Gürcüstanın şərq hissəsi, Ermənistan, Azərbaycanın böyük bir hissəsi (Xəzərsahili bölgəsi istina olmaqla) İranın
Qum və Kermanşah şəhərləri daxil olmaqla Osmanlı imperiyasının himayəsinə keçirdi
9
.
Ancaq bununla İstanbul müqaviləsinin şərti bitmirdi. Tərəflər həmçinin II Təhmasibi İstanbul mü-
qaviləsini tanıması üçün birgə təsir göstərmək barədə razılığa gəlmişdilər
10
.
Şah II Təhmasibin İstanbul müqaviləsini tanımaqdan boyun qaçırması Osmanlı imperiyasına qeyd
etdiyimiz müqavilədə göstərilən əraziləri ələ keçirmək üçün bir bəhanə oldu.
1724-cü ilin ikinci yarısında və 1725-ci ilin əvvəllərində osmanlılar Gürcüstanı, Ermənistanı,
Azərbaycanın böyük bir hissəsini, o cümlədən 1724-cü ilin avqustunda Ordubadı, sonra isə Naxçıvanı ələ
keçirdilər. 1725-ci ilin iyul ayında osmanlılar böyük çətinliklə ardı-arası kəsilməyən hücumlardan sonra Təbrizi,
iki aylıq mühasirədən sonra avqust ayında Gəncəni, 1725-ci ilin axırlarında isə Ərdəbili zəbt etdilər
11
.
Beləliklə də, Azərbaycanın böyük bir hissəsi, o cümlədən Naxçıvan ölkəsi osmanlıların tabeçiliyinə
keçdi və burada Osmanlı idarəetmə üsulu tətbiq edilməyə başlandı.
5
«Təzkirət əl-mülük», s. 111.
6
Ф. М Алиев. Антиранские выступления., с. 16-36.
7
Т. Т. Мустафазаде. Азербайджан и русско-турецкие отношения в первой трети XVIII в.- Баку: Элм, 1993,с.39,67.
8
Ф. М Алиев. Антиранские выступления., с.56-57,67.
9
T. T. Mustafazadə . Göstərilən əsəri, s. 83.
10
T. T. Mustafayev. XVIII əsrin birinci yarısında Azarlayanda Rusiyaya meylin güclənməsi. — Bakı: Elm, 1986, s. 33.
11
Ф, М. Алиев. Антииранские выступления. С. 74-78.
12
Naxçıvan ölkəsinin ərazisi barədə geniş məlumat "osmanlıların 1727-ci ildə tərtib etdikləri «Naxçıvan
sancağının müfəssəl dəftəri»ndə vardır. Bu dəftər Azərbaycanla bağlı digər dəftərlər kimi İstanbulda,
Başbakanlıq arxivində saxlanılır (№ 905). Dəftərin həcmi 302 səhifədir
12
.
Əgər Naxçıvan dəftərinin osmanlılar tərəfindən 1727-ci ilin avqust ayında başa çatdırıldığını
13
,
Naxçıvan ölkəsinin isə osmanlılar tərəfindən 1724-cü ilin avqust ayında ələ keçirildiyini nəzərə alsaq, dəftərin
üç il ərzində tərtib edildiyini güman edə bilərik.
[20-21]
Naxçıvan dəftərinin tərtib edilməsinə üç il sərf edilməsinin səbəbi bu işin çoxcəhətli olması ilə izah
olunur. Dəftərin tərtibi işinə təyin olunmuş məmurlar əvvəlcə sahəcə böyük olan inzibati-ərazi bölgüsünün,
əyalətin, sonra isə əyalətə daxil olan sancaq və nahiyələrin sərhədlərini müəyyənləşdirməli idilər
14
. Bundan
sonra dəftərin tərtibi başlanırdı.
Dəftərə daxil olan məlumatlar əvvəlcə ayrı-ayrı təsərrüfatlar («xanə») üzrə aparılır, sonra alınan
məlumatlar kənd üzrə ümumiləşdirilirdi. Kəndlər üzrə olan məlumatlar nahiyə üzrə ümumiləşdirilirdi
15
.
Naxçıvan dəftərində nahiyə adı yazıldıqdan sonra bu nahiyəyə tabe olan bütün yaşayış məskənlərindən
dövlət xəzinəsinin götürdüyü illik gəlirin həcmi qeyd edilmişdir. Bütün yaşayış məskənləri üzrə alınan gəlir
nahiyə üzrə ümumiləşdirilmişdir
16
.
Naxçıvan dəftərinin bu diyarla bağlı qiymətli bir mənbə kimi səciyyələndirilən bir cəhəti də onun
Naxçıvanın inzibati-ərazi bölgüsü haqqında verdiyi dolğun məlumatlarıdır. Dəftərin verdiyi məlumata görə,
osmanlılar dövründə Naxçıvan sancağı 14 nahiyəyə bölünmüşdür ki, onlar da aşağıdakılar idi:
Naxçıvan, Əlincə, Sair Məvazi, Qarabağ, Mülkü-Arslan, Məvaziyi-Xatun, Dərəşahbuz, Qışlağat,
Dərəşam, Azadciran, Şorlut, Dərənürküt, Sisyan, Dərələyəz
17
.
1727-ci ildə osmanlılar tərəfindən tərtib
olunmuş dəftərdə göstərilir ki, Naxçıvan diyarı inzibati-ərazi
bölgü baxımından yenə də sancaq adlandırılmışdır. Bu sancaq 14 nahiyəyə bölünmüşdür. Əvvəllər bu diyarın
mövcud olan Bazarçayı, Şərur və Ordubad nahiyələri 1727-ci ilin inzibati-ərazi bölgüsünə əsasən iki yeni
nahiyə ilə əvəz olunur ki, bunlar da Qışlağat və Dərələyəz nahiyələri adlanırdı. «Təzkirət əl-mülük»də qeyd
olunan Zarzəbil və Sədərək nahiyələri osmanlılar tərəfindən tərtib edilən yeni inzibati-ərazi bölgüsünə daxil
olunmamışdır.
Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olar ki, adları çəkilən nahiyələrin osmanlıların inzibati -
[21-22]
-ərazi bölgüsündə qeydə alınmaması, sonralar isə bölgüdən çıxarılması və eyni zamanda yenilərinin
adlarının bölgüyə daxil edilməsi ya osmanlıların Naxçıvan sancağının sərhədlərini dəyişdirmədən sancağın
daxilində apardıqları dəyişikliklərin, ya da ki, Naxçıvan sancağının ərazisinin böyüdülməsi və yaxud da
kiçildilməsi nəticəsində baş vermişdir.
Osmanlıların yürütdüyü idarəetmə üsulu nəticəsində Naxçıvan sancağından hər il böyük gəlir —
2629059 aqça
18
əldə edilirmiş.
Osmanlılar Naxçıvan sancağından böyük gəlir götürmək üçün dəftəri
tərtib etdikləri zaman bütün
əmək qabiliyyəti olan kişilərin evli və yaxud da subay olmasına məhəl qoymadan adlarını dəftərdə qeyd edir,
bütün yaşayış məskənlərinin adlarını, hətta heç kimin yaşamadığı, ancaq gəlir, gətirə biləcək kəndlərin adlarını
da dəftərdə yazmağı unutmamışdılar
19
.
Osmanlıların işğalı dövründə Naxçıvan sancağının kənd təsərrüfatına xas olan cəhətlərindən biri də bu
sancaqda taxılçılıq, üzümçülüklə bərabər, maldarlıq, bostançılıq və digər təsərrüfat sahələrinin də inkişaf etməsi
idi. Bu da təsadüfi deyildi. Türkiyə işğal etdiyi torpaqlardan gəlir əldə etmək naminə məhsuldar qüvvələrin
inkişafına ciddi nəzarət edirdi. Məhz bu baxımdan da osmanlılar qeyd edilən sahələrin təsərrüfat həyatının
inkişafına fikir verməklə bərabər, əhalinin qazanc götürdüyü bütün məşğuliyyətinə vergi qoymuşdular.
Ümumiyyətlə, xəzinəyə gəlir gətirən bütün obyektlərin adları, hətta sıradan çıxmış dəyirmanların da sayı dəftərə
salınmışdı
20
.
Bu idarə üsulu ilə Naxçıvan sancağı 1735-ci ilə qədər osmanlıların tabeliyində olmuşdur.
12
З. М. Буниятов, Г. М. Мамедов. Пространный дефтер санджака Нахчивань 1727 года (общая характеристика) –
«Средневековой Восток». Баку, 1990, С 113.
13
Yenə orada.
14
Z. M. Bünyadov. H. M. Məmmədov. Naxçıvan dəftəri, c. 113.
15
Yenə orada, s. 113.
16
Yenə orada. s. 114.
17
Yenə orada.
18
Z. M. Bünyadov. H. M. Məmmədov.Простр. тетрадь., с. 115.
19
Yenə orada.
20
Yenə orada, s. 120.