15
edən darğa heç yerdən maaş almırdı, ancaq ona hər dükandan ayda 15 gümüş qəpik yığmaq və eyni zamanda,
özü üçün bazardan pulsuz ərzaq malları aparmaq Hüququ verilmişdi
44
.
Şəhərdə gecə vaxtı qayda-qanuna nəzarəti isə əsəsbaşı icra edirdi. Aylıq maaş almayan əsəsbaşı da hər
dükandan özü və tabeliyində olan keşikçi dəstəsini saxlamaq üçün hər ay 15 gümüş qəpik alırdı
45
.
Xanın yanında mülki işlərə baxan eşikağası xanın qəbuluna gələnləri, o cümlədən mirbölüyü,
kəndxudanı, başqa yerlərdən gələn nümayəndələri və digərlərini müşayiət edir, qəbulda iştirak edərdi
46
.
Mühüm vəzifələrdən biri də mirab idi. həm şəhər, həm də kənd yerlərində suyun bölüşdürülməsi ilə
məşğul olan mirab maaş əvəzinə hər xış üçün ya 15 batman buğda. ya da ki, yarım batman pambıq alırdı.
Bundan əlavə, Naxçıvan arxının suyundan istifadə edən kənd əhalisi şəhər mirabına natural şəkildə
«hədiyyələr» verirdi ki, bunlar da əsasən qoyun, taxıl və digər ərzaq növlərindən ibarət olurdu
47
.
Naxçıvan xanlığının bu üsulla idarə edilməsi ikinci Rusiya-İran müharibəsinə (1826 — 1828) qədər
davam etmiş və əvvəlki dövrlərdə olduğu kimi, dövlətlərarası münasibətlər və ölkə daxilindəki siyasi hadisələr
Naxçıvan diyarının həm inzibati, həm də ərazi bölgüsünə ciddi təsir göstərmişdir. Qeyd etdiyimiz amillər birinci
və ikinci Rusiya-İran müharibələri dövründə özünü açıq şəkildə göstərmişdir.
Rusiya ilə İran arasında aparılan birinci (1804 — 1813) və ikinci müharibələr barədə tarixi ədəbiyyat-
larda kifayət qədər məlumat vardır. Təkcə onu qeyd -
[27-28]
edək ki, bu müharibələrin əsas ağırlığı müəyyən
qədər Naxçıvan xanlığının üzərinə düşmüş və bu xanlığın taleyində böyük rol oynamışdır.
Yuxarıda qeyd edilənlərdən elə qənaətə gəlmək olar ki, Naxçıvan diyarının idarəetmə üsulu və ərazisi
istər xanlıq olduğu dövrə qədər (1747), istərsə də müstəqil xanlıq illərində (1797) və İrandan asılı (1797 —
1813) olduğu dövrlərdə (1813-1828), həmçinin Rusiyaya daxil olduğu dövrdə (1828) həmişə beynəlxalq siyasi
münasibətlərin və ölkə daxilində cərəyan edən siyasi məsələlərin nəticəsində dəyişmişdir.
Rusiya tərəfindən işğal edildikdən sonra aparılan islahatları çıxmaq şərti ilə 1828-ci ilə qədər
Naxçıvan diyarı ərazisinin inzibati-ərazi bölgüsünün dəyişməsi dağıdıcı müharibələrin və ölkə daxilində baş
vermiş toqquşmaların nəticəsində olmuşdur. Bunlar isə öz növbəsində Naxçıvan diyarının yalnız ərazisinin
dəyişməsinə və əhali tərkibinə deyil, iqtisadiyyatına da, xüsusilə kənd təsərrüfatına mənfi təsir göstərmişdir.
44
Yenə orada, s. 54.
45
Yenə orada, s. 53.
46
Yenə orada.
47
Yenə orada, s. 55.
16
II FƏSİL
ƏHALİNİN, KƏND TƏSƏRRÜFATININ,
SƏNƏTKARLIĞIN TARİXİ COĞRAFİYASI
a) Əhalinin tərkibi və məşğuliyyəti
Naxçıvan diyarında hələ xeyli qədimdən yaşayış üçün zəruri olan təbii və iqlim şəraiti var idi. Ərazisi
4500 verst
1
olan Naxçıvan diyarının şimal hissəsi sıx meşəlik və yüksək dağ silsiləsi, mərkəzə doğru istiqamətdə
ərazisi üstü kol-kos
bitən təpələr və cənubda, Araz çayı boyunca isə ovalıqlardan ibarət idi
2
. Ovalıqların əksər
hissəsi, 850 verst Naxçıvan bölgəsində, yerdə qalan 99 verst isə Ordubad bölgəsinin ərazisinə düşürdü
3
. İqlim
şəraiti baxımından Naxçıvan diyarının qışı soyuq, yayı isə isti keçirdi. Ovalıqlarda yayda çox isti olduğundan
əhali yaylaqlara qalxardı
4
.
Su təminatı baxımından Naxçıvan diyarının ərazisindən doqquz çay axardı. Bu çaylardan ən böyüyü
olan Araz çayının bu diyarın ərazisindəki uzunluğu 125 verstə bərabər idi
5
. Araz çayı ilə bərabər Naxçıvan
diyarının ərazisindən Arpaçay, Naxçıvançay, Əlincəçay, Ordubadçay, Ustupuçay, Gilançay, Əylisçay, Vənənd-
çay axırdı
6
.
Yaşayış yerlərinin coğrafiyası baxımından Naxçıvan diyarının əhalisi əsas etibarilə münbit tordaq-
larda və suvarılması asan olan sahələrdə — çay kənarında özlərinə məskən salmışlar.
7
[29-30]
Rusiya tərəfindən işğal edildikdən sonra rus məmurları tərəfindən tərtib olunmuş statistik məlumata
əsasən Naxçıvan şəhəri daxil olmaqla eyni adlı dairənin mahallarında 6177 ailə yaşayırdı. Bunların da çoxu
(3450 ailə və yaxud 55,9%-i) Naxçıvan mahalında idi. Ailə sayına görə Naxçıvan mahalından
sonra qərb və şərq
hissəsinə ayrılan Dərələyəz mahalı gəlirdi — 1272 ailə (20,6%). Sonra ardıcıllıqla Əlincə mahalı (718 ailə —
11,6%), Naxçıvan şəhəri (502 ailə və yaxud 8,1%) və Xok mahalı gəlirdi (235 ailə — 3,8% )
8
.
Eyni dövrdə, Ordubad şəhərində və Ordubad mahalında (Ordubad, Əylis, Dəstə, Cənənab və Bilev)
2292 ailə yaşayırdı
9
. Burada isə əhalinin çoxu ailə baxımından Ordubad mahalında (633 ailə və yaxud dairə üzrə
ümumi ailə sayının 27,7%-i) və Ordubad
şəhərində cəmlənmişdi (515 ailə və yaxud 22,5%-i). Yerdə qalan
mahallar isə ailələrin sayı baxımından o qədər də böyük deyildi: Bilev mahalında 388 ailə (16,9%), Dəstə
mahalında 319 ailə (13,9%), təqribən bir qədər də Əylis mahalında (318 ailə), 119 ailə isə! (5,2%), Cənənab
mahalında yaşayırdı.
Göründüyü kimi, Naxçıvan diyarında cəmi 8469 ailə yaşayırdı ki, bunun da 72,9%-i Naxçıvan
mahalının, 27,1 %-i isə Ordubad mahalının payına düşürdü.
Əgər hər ailənin tərkibini orta hesabla 5 nəfərdən götürsək, onda Naxçıvan diyarında 42345 nəfərin
(Naxçıvan mahalında 30885 nəfər, Ordubad mahalında isə 11460 nəfər) yaşadığını müəyyən etmiş olarıq.
XIX əsrin birinci rübündə (Rusiya işğalından əvvəl) Naxçıvan xanlığının ərazisində İran dövləti
tərəfindən daha bir inzibati-ərazi bölgüsü — Məvazi-Xatun mahalı yaradılmışdı
10
. 9 kənddən ibarət bu mahal
ona daxil olan kəndlərin adlarından
da göründüyü kimi, Naxçıvan şəhəri ətrafındakı kəndlərin hesabına
yaranmışdır
11
. İ. Şopenin əsərində Türkmənçay müqaviləsinə qədər buranın əhalisinin ümumi sayı haqqında
məlumat verilmişdir. Həmin məlumata görə, Məvazi-Xatun mahalında 305 ailə yaşayırmış. Naxçıvan əyalətinin
statistik təsvirinin verdiyi
[30-31]
məlumatlarla müqayisədə görünür ki. XIX əsrin 30-cu illərinə qədər yalnız
Naxçıvan şəhərində ailələrin sayı 2,4 dəfə (müvafiq olaraq 504 və 1204 ailə) və Xok mahalında 1,4 dəfə
artmışdır. Digər mahallarda isə ailə sayında azalmalar müşahidə olunur: Əlincə mahalında 1,2 dəfə, Dərələyaz
mahalında isə 1,1 dəfə. Ümumiyyətlə, statistik təsvirin məlumatlarından aydın olur ki, birinci və ikinci Rusiya-
İran müharibələri dövründə ailə sayı baxımından Naxçıvan bölgəsində 1,3 dəfə azalma müşahidə olunur.
1
NƏST, s. 3. 185. (верст – 1,06 km-ə bərabərdir).
2
Yenə orada, s. 3, 187.
3
Yenə orada, s. 13, 186.
4
Yenə orada, s. 24, 25.
5
Yenə orada, s. 13, 186.
6
Yenə orada, s. 6-13, 186-187.
7
Yenə orada, s. 64, 193, 196.
8
NƏST, s. 65, 69, 73, 77, 79-80, 193, 196.
9
Yenə orada, s. 193-196.
10
И. Шопен. Göstərilən əsəri, s.611.
11
NƏST, s. 140, 142, 144.