SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

15 

 

edən darğa heç yerdən maaş almırdı, ancaq ona hər dükandan ayda 15 gümüş qəpik yığmaq və eyni zamanda, 



özü üçün bazardan pulsuz ərzaq malları aparmaq Hüququ verilmişdi

44



Şəhərdə gecə vaxtı qayda-qanuna nəzarəti isə əsəsbaşı icra edirdi. Aylıq maaş almayan əsəsbaşı da hər 

dükandan özü və tabeliyində olan keşikçi dəstəsini saxlamaq üçün hər ay 15 gümüş qəpik alırdı

45



Xanın yanında mülki işlərə baxan eşikağası xanın qəbuluna gələnləri, o cümlədən mirbölüyü, 



kəndxudanı, başqa yerlərdən gələn nümayəndələri və digərlərini müşayiət edir, qəbulda iştirak edərdi

46



Mühüm vəzifələrdən biri də mirab idi. həm şəhər, həm də kənd yerlərində suyun bölüşdürülməsi ilə 

məşğul olan mirab maaş  əvəzinə  hər xış üçün ya 15 batman buğda. ya da ki, yarım batman pambıq alırdı. 

Bundan  əlavə, Naxçıvan arxının suyundan istifadə edən kənd  əhalisi  şəhər mirabına natural şəkildə 

«hədiyyələr» verirdi ki, bunlar da əsasən qoyun, taxıl və digər ərzaq növlərindən ibarət olurdu

47



Naxçıvan xanlığının bu üsulla idarə edilməsi ikinci Rusiya-İran müharibəsinə (1826 — 1828) qədər 



davam etmiş və əvvəlki dövrlərdə olduğu kimi, dövlətlərarası münasibətlər və ölkə daxilindəki siyasi hadisələr 

Naxçıvan diyarının həm inzibati, həm də ərazi bölgüsünə ciddi təsir göstərmişdir. Qeyd etdiyimiz amillər birinci 

və ikinci Rusiya-İran müharibələri dövründə özünü açıq şəkildə göstərmişdir. 

Rusiya ilə İran arasında aparılan birinci (1804 — 1813) və ikinci müharibələr barədə tarixi ədəbiyyat-

larda kifayət qədər məlumat vardır. Təkcə onu qeyd -

[27-28] 


edək ki, bu müharibələrin əsas ağırlığı müəyyən 

qədər Naxçıvan xanlığının üzərinə düşmüş və bu xanlığın taleyində böyük rol oynamışdır. 

Yuxarıda qeyd edilənlərdən elə qənaətə gəlmək olar ki, Naxçıvan diyarının idarəetmə üsulu və ərazisi 

istər xanlıq olduğu dövrə  qədər (1747), istərsə  də müstəqil xanlıq illərində (1797) və  İrandan asılı (1797 — 

1813) olduğu dövrlərdə (1813-1828), həmçinin Rusiyaya daxil olduğu dövrdə (1828) həmişə beynəlxalq siyasi 

münasibətlərin və ölkə daxilində cərəyan edən siyasi məsələlərin nəticəsində dəyişmişdir. 

Rusiya tərəfindən işğal edildikdən sonra aparılan islahatları  çıxmaq  şərti ilə 1828-ci ilə  qədər 

Naxçıvan diyarı  ərazisinin inzibati-ərazi bölgüsünün dəyişməsi dağıdıcı müharibələrin və ölkə daxilində baş 

vermiş toqquşmaların nəticəsində olmuşdur. Bunlar isə öz növbəsində Naxçıvan diyarının yalnız  ərazisinin 

dəyişməsinə və əhali tərkibinə deyil, iqtisadiyyatına da, xüsusilə kənd təsərrüfatına mənfi təsir göstərmişdir. 

                                                            

44

 Yenə orada, s. 54. 



45

 Yenə orada, s. 53. 

46

 Yenə orada. 



47

 Yenə orada, s. 55. 




16 

 

II FƏSİL 



 

ƏHALİNİN, KƏND TƏSƏRRÜFATININ, 

SƏNƏTKARLIĞIN TARİXİ COĞRAFİYASI 

 

a) Əhalinin tərkibi və məşğuliyyəti 

 

Naxçıvan diyarında hələ xeyli qədimdən yaşayış üçün zəruri olan təbii və iqlim şəraiti var idi. Ərazisi 



4500 verst

1

 olan Naxçıvan diyarının şimal hissəsi sıx meşəlik və yüksək dağ silsiləsi, mərkəzə doğru istiqamətdə 



ərazisi üstü kol-kos bitən təpələr və cənubda, Araz çayı boyunca isə ovalıqlardan ibarət idi

2

. Ovalıqların əksər 



hissəsi, 850 verst Naxçıvan bölgəsində, yerdə qalan 99 verst isə Ordubad bölgəsinin ərazisinə düşürdü

3

. İqlim 



şəraiti baxımından Naxçıvan diyarının qışı soyuq, yayı isə isti keçirdi. Ovalıqlarda yayda çox isti olduğundan 

əhali yaylaqlara qalxardı

4



Su təminatı baxımından Naxçıvan diyarının ərazisindən doqquz çay axardı. Bu çaylardan ən böyüyü 



olan Araz çayının bu diyarın  ərazisindəki uzunluğu 125 verstə  bərabər idi

5

. Araz çayı ilə  bərabər Naxçıvan 



diyarının ərazisindən Arpaçay, Naxçıvançay, Əlincəçay, Ordubadçay, Ustupuçay, Gilançay, Əylisçay, Vənənd-

çay axırdı

6



Yaşayış yerlərinin coğrafiyası baxımından Naxçıvan diyarının  əhalisi  əsas etibarilə münbit tordaq-



larda və suvarılması asan olan sahələrdə — çay kənarında özlərinə məskən salmışlar.

7

 



[29-30]

 

Rusiya tərəfindən işğal edildikdən sonra rus məmurları  tərəfindən tərtib olunmuş statistik məlumata 



əsasən Naxçıvan  şəhəri daxil olmaqla eyni adlı dairənin mahallarında 6177 ailə yaşayırdı. Bunların da çoxu 

(3450 ailə və yaxud 55,9%-i) Naxçıvan mahalında idi. Ailə sayına görə Naxçıvan mahalından

 

sonra qərb və şərq 



hissəsinə ayrılan Dərələyəz mahalı gəlirdi — 1272 ailə (20,6%). Sonra ardıcıllıqla Əlincə mahalı (718 ailə — 

11,6%), Naxçıvan şəhəri (502 ailə və yaxud 8,1%) və Xok mahalı gəlirdi (235 ailə — 3,8% )

8



Eyni dövrdə, Ordubad şəhərində  və Ordubad mahalında (Ordubad, Əylis, Dəstə, Cənənab və Bilev) 



2292 ailə yaşayırdı

9

. Burada isə əhalinin çoxu ailə baxımından Ordubad mahalında (633 ailə və yaxud dairə üzrə 



ümumi ailə sayının 27,7%-i) və Ordubad

 

şəhərində  cəmlənmişdi (515 ailə  və yaxud 22,5%-i). Yerdə qalan 



mahallar isə ailələrin sayı baxımından o qədər də böyük deyildi: Bilev mahalında 388 ailə (16,9%), Dəstə 

mahalında 319 ailə (13,9%), təqribən bir qədər də  Əylis mahalında (318 ailə), 119 ailə isə! (5,2%), Cənənab 

mahalında yaşayırdı. 

Göründüyü kimi, Naxçıvan diyarında cəmi 8469 ailə yaşayırdı ki, bunun da 72,9%-i Naxçıvan 

mahalının, 27,1 %-i isə Ordubad mahalının payına düşürdü. 

Əgər hər ailənin tərkibini orta hesabla 5 nəfərdən götürsək, onda Naxçıvan diyarında 42345 nəfərin 

(Naxçıvan mahalında 30885 nəfər, Ordubad mahalında isə 11460 nəfər) yaşadığını müəyyən etmiş olarıq. 

XIX  əsrin birinci rübündə (Rusiya işğalından  əvvəl) Naxçıvan xanlığının  ərazisində  İran dövləti 

tərəfindən daha bir inzibati-ərazi bölgüsü — Məvazi-Xatun mahalı yaradılmışdı

10

. 9 kənddən ibarət bu mahal 



ona daxil olan kəndlərin adlarından da göründüyü kimi, Naxçıvan  şəhəri  ətrafındakı  kəndlərin hesabına 

yaranmışdır

11

.  İ.  Şopenin  əsərində Türkmənçay müqaviləsinə  qədər buranın  əhalisinin ümumi sayı haqqında 



məlumat verilmişdir. Həmin məlumata görə, Məvazi-Xatun mahalında 305 ailə yaşayırmış. Naxçıvan əyalətinin 

statistik təsvirinin verdiyi 

[30-31] 

məlumatlarla müqayisədə görünür ki. XIX əsrin 30-cu illərinə qədər yalnız 

Naxçıvan  şəhərində ailələrin sayı 2,4 dəfə (müvafiq olaraq 504 və 1204 ailə) və Xok mahalında 1,4 dəfə 

artmışdır. Digər mahallarda isə ailə sayında azalmalar müşahidə olunur: Əlincə mahalında 1,2 dəfə, Dərələyaz 

mahalında isə 1,1 dəfə. Ümumiyyətlə, statistik təsvirin məlumatlarından aydın olur ki, birinci və ikinci Rusiya-

İran müharibələri dövründə ailə sayı baxımından Naxçıvan bölgəsində 1,3 dəfə azalma müşahidə olunur. 

                                                            

1

 NƏST, s. 3. 185. (верст – 1,06 km-ə bərabərdir). 



2

 Yenə orada, s. 3, 187. 

3

 Yenə orada, s. 13, 186. 



4

 Yenə orada, s. 24, 25. 

5

 Yenə orada, s. 13, 186. 



6

 Yenə orada, s. 6-13, 186-187. 

7

 Yenə orada, s. 64, 193, 196. 



8

 NƏST, s. 65, 69, 73, 77, 79-80, 193, 196. 

9

 Yenə orada, s. 193-196. 



10

 И. ШопенGöstərilən əsəri, s.611. 

11

 NƏST, s. 140, 142, 144. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə