SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   2   3   4   5   6   7   8   9   ...   24

 

hadisələrin təsiri baxımından tədqiq edir. Beləliklə, sosial-iqtisadi həyatın demək olar ki, bütün sahələri tarixi 



coğrafiya baxımından tədqiqat obyektinə çevrilə bilər. 

Azərbaycan Respublikasının öz müstəqilliyini möhkəmləndirmək uğrunda mübarizə apardığı bir 

dövrdə onun ayrı-ayrı bölgələrinin, o cümlədən Azərbaycanın tərkib hissəsi olan Naxçıvan diyarının tarixi 

coğrafiyasının tədqiqi mühüm elmi əhəmiyyət kəsb edir. 

Qeyd etdiyimiz kimi, böyük elmi əhəmiyyətə malik olmasına baxmayaraq, Azərbaycanın tarixi 

coğrafiya baxımından öyrənilməsi uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Yalnız son 

illərdə bu sahədə müəyyən addımlar atılmağa başlanılmış, ayrı-ayrı  tədqiqat  əsərləri işıq üzü görmüşdür.  İlk 

təşəbbüs kimi, şübhəsiz ki, tarix e. d. F. D. Məmmədovanın Qafqaz Albaniyasının siyasi tarixinə  və tarixi 

coğrafiyasına həsr etdiyi monoqrafiyanı

5

 qeyd etmək lazımdır. Azərbaycanın müxtəlif dövrlərinin tarixi 



coğrafiyasına həsr olunmuş məqalələr məcmuə- 

[5-6] 


si

6

 Azərbaycan tarixşünaslığında bu sahədə atılmış uğurlu 



addımdır. Göstərilən əsərdə müxtəlif dilli mənbələr əsasında ayrı-ayrı dövrlərdə Azərbaycan ərazisində mövcud 

olmuş ayrı-ayrı dövlətlərin, siyasi-inzibati vahidlərin, etnik proseslərin tarixi coğrafiyasını yaratmağa səy 

göstərilmişdir. Azərbaycanın tarixi coğrafiyasını bölgələr üzrə öyrənməkdə ilk addım atan T. F. Əliyev 

dissertasiyasını Şirvanın tarixi coğrafiyasına həsr etmişdir

7



Göründüyü kimi, Azərbaycan tarixi coğrafiyasına həsr olunmuş  tədqiqat işləri həddən artıq azdır: 



Şirvan istisna olunmaqla Azərbaycanın ayrı-ayrı bölgələri, o cümlədən Naxçıvan diyarı da indiyədək tarixi 

coğrafiya baxımından müstəqil tədqiqat obyekti olmamışdır. 

Azərbaycanın ayrı-ayrı bölgələrinin, o cümlədən Naxçıvan bölgəsinin tarixi coğrafiyasının tədqiqi 

tarixşünaslığımızda bu sahədə mövcud olan boşluğu müəyyən qədər aradan qaldırmağa kömək edə bilər, 

Naxçıvan bölgəsinin tarixi coğrafiyasının müstəqil tədqiqat obyekti kimi seçilməsi, hər  şeydən  əvvəl, bu 

bölgədə  ərazinin dəyişilməsinə siyasi hadisələrin təsirini, ilk növbədə  İranın, Osmanlı Türkiyəsinin və çar 

Rusiyasının işğalları zamanı buranın inzibati-ərazi bölgüsündə baş vermiş  dəyişiklikləri, yeni inzibati-ərazi 

vahidlərinin yaranmasını, diyarın əhalisinin sayında, sosial və milli tərkibində baş vermiş dəyişiklikləri, iqtisadi 

həyatın müxtəlif sahələrinə, ilk növbədə kənd təsərrüfatına, sənətkarlığa təbii-coğrafi amillərin təsirini, bölgədə 

mövcud olan şəhərlərin tarixi coğrafiyasını öyrənməyi tələb edir. 

Naxçıvan diyarının tarixi coğrafiyasını tədqiq edən çox böyük çətinliklərlə qarşılaşır. Bu, hər şeydən 

əvvəl, diyarın tarixi coğrafiyasını özündə  əks etdirən istər yerli, istərsə  də xarici mənbələrin, demək olar ki

həddən ziyadə azlığı və pərakəndəliyi ilə bağlıdır. Buna görə də əsər yazılarkən istifadə edilən mənbə xarakterli 

materiallar damla-damla topla 

[6-7] 

naraq ümumiləşdirilmiş və elmi-məntiqi süzgəcdən keçirilmişdir. 



Naxçıvan diyarının tarixi coğrafiyasına dair az-çox məlumatları özündə  əks etdirən mənbələrin bir 

qismini arxiv sənədləri, digər qismini isə çap olunmuş  mənbələr təşkil edir. Arxiv sənədləri içərisində 

Azərbaycanın Rusiya tərəfindən işğalı dövründə rus məmurları  tərəfindən tərtib edilmiş kameral təsvirləri 

xüsusi  əhəmiyyət kəsb edir. Materialların məzmunundan aydın olur ki, çar Rusiyası Azərbaycanın iqtisadi 

cəhətdən mənimsənilməsini başa çatdırmaq üçün onun ayrı-ayrı bölgələrinin sərvətləri, əhalinin milli və sosial 

tərkibi, kənd təsərrüfatının, sənətkarlığın,  şəhərlərin vəziyyəti haqqında müfəssəl məlumat toplamağa 

çalışmışdır. 

1831 — 1832-ci illərdə  tərtib olunmuş kameral təsvirlər

8

 sosial-iqtisadi və tarixi-coğrafi xarakterli 



materiallarla zəngindir. Məhz bu materiallar əsasında biz Naxçıvan diyarının inzibati-ərazi bölgüsü, xarici 

sərhədləri, əhalisi, onun milli və sosial tərkibi haqqında müəyyən qədər məlumat əldə edə bilmişik. Məsələn, 

Naxçıvan şəhərinin 1831-ci ildə tərtib edilmiş kameral təsvirində burada 873 evin olduğunu və 1330 ailədə 5470 

adamın yaşadığı göstərilir

9

. Naxçıvan şəhərində əhalinin milli tərkibi də dəqiq rəqəmlərlə verilir. Belə ki, həmin 



məlumatlardan aydın olur ki, XIX əsrin  əvvəllərində Naxçıvan  şəhərində yaşayan 1330 ailədən cəmi 420-si 

erməni ailəsi idi ki, bunun da 265-i yalnız ikinci Rusiya—İran müharibəsindən sonra oraya köçürülmüşdür

10

. Bu 


rəqəmlər erməni ideoloqlarının Naxçıvan haqqındakı fikirlərinin nə qədər cəfəng olduğunu bir daha təsdiq edir. 

                                                            

5

 Ф. Д. Мамедова. Политическая история и историческая география Кавказской. Албании.- Баку; Элм 1986 



6

 Историческая география Азербайджана.- Баку: Элм, 1987. 

7

  Т.  Ф.  Алиев.  Историческая  география  Ширвана XVII-XVIII вв. (по  русскоязычным  источникам) – Автореферат  дисс.  Канд. 



Ист. Наук. Баку, 1992. 

8

 Azərbaycan MDTA, f. 24, siy. I, iş 353, 354, 355, 356, 357, 358, 359, 360, 361, 372. 



9

 Yenə orada, f. 24, siy. I, iş 353, в. 8-9. 

10

 Yenə orada 




 

Əsərin yazılmasında öyrəndiyimiz dövrə  qədər Naxçıvan diyarının tarixi coğrafiyasına aid Türkiyə 



arxivlərinin materiallarından da istifadə edilmişdir.

11

 «İrəvan əyalətinin müfəssəl dəftəri» və «Nax-



[7-8] 

çıvan 


sancağının müfəssəl dəftəri» adlanan bu sənədlər Azərbaycan  ərazisinin Osmanlı Türkiyəsi tərəfindən işğal 

edildiyi dövrlərdə türk məmurları tərəfindən tərtib edilmişdir. İstifadə etdiyimiz «dəftərlərdən» biri 1727-ci ilə 

aiddir. İşğal etdiyi ərazilərdən yüksək gəlir götürmək məqsədini güdən Osmanlı dövləti ilk növbədə bu gəlirin 

mənbələrini müəyyənləşdirməyə çalışırdı. Bununla əlaqədar olaraq Naxçıvan diyarının inzibati-ərazi bölgüsü, 

əhalisi, onun sosial tərkibi və  məşğuliyyəti,  şəhərləri haqqında məlumat toplanmışdır. Məhz bu dəftərlərin 

köməyi ilə biz xanlıqlar dövrünə  qədər Naxçıvan diyarının inzibati-ərazi bölgüsündə,  əhalinin say və sosial 

tərkibində, eləcə də milli tərkibində baş vermiş dəyişiklikləri izləyə bilirik. Naxçıvan diyarının tarixi coğrafiyası 

haqqında qiymətli məlumat XVIII əsrin birinci rübündə (1725) yazılmış «Təzkirət əl-mülük» əsərində öz əksini 

tapır

12

. Anonim müəllif tərəfindən yazılmış «Təzkirət  əl-mülük» yeganə  mənbədir ki, biz burada Səfəvilər 



dövlətinə daxil olan digər ərazilər kimi, Naxçıvan diyarı, ilk növbədə onun inzibati-ərazi bölgüsü, inzibati-idarə 

sistemi, kənd təsərrüfatının vəziyyəti, sənətkarlıq haqqında az-çox dürüst məlumata rast gəlirik, «Təzkirət  əl-

mülük» həm də ona görə qiymətli mənbə hesab edilir ki, məhz onun köməyi ilə Naxçıvan diyarının inzibati-

ərazi bölgüsündə istər XVIII əsrin birinci rübünədək, istərsə də ondan sonrakı dövrdə baş vermiş dəyişiklikləri 

izləyə bilirik. 

XVIII  əsrin ikinci yarısına aid yerli faktiki materiallara gəldikdə, cəsarətlə demək olar ki, belə tipli 

sənədlər yox dərəcəsindədir. Məsələ burasındadır ki, XVIII əsrin ikinci yarısından başlayaraq Türkmənçay 

(1828) müqaviləsinə qədərki dövrdə Naxçıvan xanlığında gedən feodal ara müharibələri və yadelli işğalçılara 

qarşı mübarizə, birinci (1804— 1813) və ikinci (1826—1828) Rusiya-İran müharibələri dövründə Naxçıvan 

xanlığı ərazisinin müharibələr meydanına çevrilməsi faktları Naxçıvan xan-

[8-9] 

1ığının həm siyasi və həm də 



təsərrüfat həyatına zərbə endirmişdi. Bu müharibələr Naxçıvan xanlı-ğında məhsuldar qüvvələrin zəifləməsinə, 

maddi mədəniyyət abidələrinin, o cümlədən yazılı  mənbələrin məhv olunmasına gətirib çıxarmışdı. Belə bir 

vəziyyət Naxçıvan xanlığına aid olan bir çox faktların üzə  çıxarılmasına çətinlik törədir. 1936-cı ildə Tbilisi 

şəhərində nəşr olunmuş «XVII — XIX əsrlərdə Naxçıvan əlyazmaları sənədləri»

13

 mübaliğəsiz demək olar ki, 



Naxçıvan xanlığına aid olan yeganə «yerli» materiallardır. həmin külliyyata dair sənədlər  əsasən torpaq 

mülkiyyətinə aid olsa da, xanlıqlar dövründə Naxçıvanda mövcud olan feodal münasibətləri haqqında təsəvvür 

yaratmaq üçün tədqiqatçılara xeyli kömək edə bilir. 

Naxçıvan diyarının tarixi coğrafiyasının bir çox problemləri Azərbaycan Rusiya tərəfindən işğal 

edildiyi və ondan bir qədər sonrakı dövrdə rus müəllifləri tərəfindən qələmə alınmış ilk mənbə xarakteri daşıyan 

əsərlərdə əks olunmuşdur. Bu əsərlər içərisində 1833-cü ildə V. Qriqoryev tərəfindən tərtib edilmiş «Naxçıvan 

əyalətinin statistik təsviri» kitabı

14

  tədqiqatımız üçün daha faydalı olmuşdur.  Əsərdə öyrəndiyimiz dövrdə 



Naxçıvan diyarının fiziki coğrafiyası, iqlimi, ərazisi, inzibati-ərazi bölgüsü, şəhərləri və  şəhər həyatı, 

sənətkarlıq, ticarət, əkinçilik, maldarlıq, əhalinin sayı. etnik və sosial tərkibi və s. sahələrlə bağlı olan məsələlər 

haqqında ətraflı məlumat verilir. 

Belə əsərlərdən biri də İ. Şopenin yazmış olduğu «Rusiyaya birləşdirmə dövründə erməni vilayətinin 

vəziyyətinin tarixi abidəsi»dir

15

. Müəllifin özünün etiraf etdiyi kimi, o, bu əsəri qraf Paskeviçin tapşırığı ilə 



1829-cu ilin aprelindən yazmağa başlamış və 1832-ci ilin mayında tamamlamışdır. İ. Şopenin əsərinin adında 

yalnız «Erməni vilayətinin» adının çəkilməsinə baxmayaraq, əslində o, Rusiya işğalları 

[9-10] 

dövründə İrəvan 



və Naxçıvan xanlıqlarının təsvirinə həsr olunmuşdur. Əsərin adının belə adlanması da təsadüfi deyildir. Belə ki, 

1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan bir qədər keçdikdən sonra martın 21-də rus çarı I Nikolayın 

xüsusi formanı ilə Naxçıvan və  İrəvan xanlıqları  ləğv edilərək onların yerində «Erməni vilayəti» adlı süni 

                                                            

11

  İrəvan  əyalətinin müfəssəl dəftəri.—  İstanbul. Başbakanlıq arxivi. iş 699; Naxçıvan sançağının müfəssəl dəftəri. — İstanbul. 



Başbakanlıq arxivi, şp 903. Yeri gəlmişkən, həmin materialları tapıb üzə  çıxarmış  və böyük lütfkarlıqla bizim istifadəmizə vermiş 

Azərbaycan Respublikası EA Yaxın və Orta Şərq Xalqları  İnstitutunun  əməkdaşı,  t.  e.  n.  h.  Məmmədova öz dərin təşəkkürümüzü 

bildiririk. 

12

 Tadnkirat al-muluk. A manuol of-Safavid and ad n inistration (circa 1137'1725).Persian text in facsimile. Translated and explained by 



V. Minorsky. — London. 1943 (bundan sonra; Təzkirət əl-mülük). Əsərin AzərbaYcan Dilinə tərcüməsi Respublika EA A. Bakıxanov 

adina Tarix İnstitutunun elmi arxivində hifz olunur. 

13

  Нахчиванские  рукописные  документы  ХVII-XIX  вв.-  Передняя  Азия  в  документах  (Серия  памяти  Ю.  Н.  Марра),  кН. 1, 



Тбилиси, 1936. 

14

 Статические описание Нахичеванской провинции, составленное В. Г. – СПб, 1933(bundan sonra: NƏST). 



15

  И.  Шопен.  Исторический  памятник  состояния  Армянской  области  в  эпоху  ее  присоединения  к  Российском  империи – 

СПб.,1852. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə