SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   2   3   4   5   6   7   8   9   ...   24

 

xanlığının ərazisinə tamamilə uyğundur»



21

. K. N. Nikitinin əsərində xanlıqlar dövrünə aid olan sosial-iqtisadi 

xarakterli çoxlu fakta rast gəlmək mümkündür. 

Naxçıvan diyarının tarixi coğrafiyası ilə bilavasitə bağlı olan əsərlər içərisində S. P. Zelinskinin  

XIX  əsrdə yazmış olduğu məqaləsi

22

 üzərində xüsusilə dayanmaq lazımdır. Coğrafi və statistik materiallarla 



zəngin olan bu məqalədə Naxçıvan diyarının iqlim şəraiti və onun diyarda əhalinin məşğuliyyətinə, ilk növbədə 

kənd təsərrüfatının vəziyyətinə təsiri haqqında zəngin materiallar verilir. XIX əsrin ortalarında yaşamış digər rus 

tədqiqatçısı N. Engelqardt da Naxçıvan diyarına xüsusi məqalə həsr etmişdir. Doğrudur, müəllifin özünün etiraf 

etdiyi 


[12-13] 

kimi, məqalə

23

 Naxçıvan xanlığının Rusiya tərəfindən işğal edilməsindən 20 il sonra yazılsa da, 



orada Naxçıvan şəhərinin tarixinə, diyarın tarixi coğrafiyasına həsr olunmuş xeyli material toplanmışdır. 

Görkəmli şərqşünas İ. P. Petruşevski yazır ki, II Rusiya-İran müharibəsi nəticəsində Rusiya dövlətinin 

tərkibinə daxil olduqdan sonra da Naxçıvan xanlığı 1840-cı ilədək mövcud olmuşdur

24

. Bu o deməkdir ki, XIX 



əsrin 40-cı illərindən keçmiş Naxçıvan xanlığının  ərazisində xanlıq usul-idarəsi davam etmişdir. Müasir rus 

tarixçisi N. P. Boqdanova da demək olar ki, belə bir fikirdədir. O yazır: «...çarizm öz ağalığının birinci 

dövrlərində Azərbaycanda xanlıq idarə üsulunu saxlamışdı»

25



Əsərlərinə iqtibas etdiyimiz alimlərin fikirlərindən elə  qənaətə  gəlmək olar ki, Naxçıvan xanlığı 

Rusiya tərəfindən işğal olunduqdan sonrakı dövrlərdə yazılmış əsərlər Naxçıvan diyarının tarixi üzrə ilk mənbə 

kimi istifadə oluna bilər. 

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan tarixşünaslığında Naxçıvan diyarının tarixi coğrafiyası 

xüsusi tədqiqat obyekti olmamışdır. Bununla belə, diyarın sosial-iqtisadi, siyasi həyatının müxtəlif aspektləri 

ayrı-ayrı  tədqiqatçılar tərəfindən öyrənilmişdir. Bu baxımdan P. Məmmədovun orta əsr Naxçıvan  şəhərinin 

tarixinə  həsr olunmuş monoqrafiyası  işlədiyimiz mövzu üçün xüsusi əhəmiyyət kəsb edir

26

. Müəllif zəngin 



mənbələr  əsasında yazdığı bu əsərində Naxçıvan  şəhərinin iqtisadi inkişafını  işıqlandırmaqla yanaşı, bölgədə 

orta əsrlərdə cərəyan edən siyasi hadisələrin şəhər həyatına göstərdiyi təsir haqqında da ətraflı məlumat verir. 

Naxçıvan diyarının tarixi coğrafiyasının ayrı-ayrı  məsələləri M. X. Heydərovun  əsərində

27

  də 



işıqlandırılmışdır. Bütövlükdə Azərbaycan miqyasında 

[13-14] 


sənətkarlığın inkişafını və şəhərlərin vəziyyətini 

tədqiq edən müəllif Naxçıvan diyarının şəhərləri və şəhər iqtisadiyyatı məsələlərinə də xeyli diqqət vermişdir. 

Onun Ordubad, Əylis, Culfa və Aza şəhərləri haqqındakı fikirləri tədqiq etdiyimiz mövzu üçün xüsusilə faydalı 

olmuşdur. 

Kitabın yazılmasında akademik Ə. S. Sumbatzadənin əsərlərindən

28

 də istifadə olunmuşdur. Doğrudur, 



Sumbatzadənin əsərləri XIX əsrdə Azərbaycanın sənayesi və kənd təsərrüfatının vəziyyətinə həsr olunmuşdur. 

Bununla belə müəllif Rusiya işğalı  ərəfəsində  və dövründə siyasi hadisənin Azərbaycanın, o cümlədən 

Naxçıvan diyarının iqtisadi coğrafiyasına təsirinə dair bizi maraqlandıran xeyli faktlar vermiş  və fikirlər irəli 

sürmüşdür. Siyasi hadisələrin və XIX əsrin  əvvəllərində baş vermiş Rusiya-İran müharibələrinin Naxçıvan 

diyarının ərazisinin dəyişməsinə göstərdiyi təsir Azərbaycan tarixşünaslığında indiyədək öz əksini tapmamışdır. 

Lakin M. M. Əliyevin «Naxçıvan xanlığı  və onun Rusiyaya birləşməsi» mövzusunda yazdığı namizədlik 

dissertasiyası istisnalıq təşkil edir

29

. Müəllif  əsərində XVIII əsrin ikinci yarısında — XIX əsrin  əvvəllərində 



Naxçıvan xanlığında və onun ətrafında cərəyan edən siyasi hadisələri izləməklə yanaşı, bu hadisələrin xanlığın 

iqtisadi həyatına və qismən də ərazi bölgüsünə təsirini də tədqiq etmişdir. 

Tədqiq olunan mövzunun ayrı-ayrı məsələlərinə F. M. Əliyevin əsərlərində də toxunulmuşdur

30

. Onun 



XVIII əsrin birinci yarısında Osmanlı-Səfəvi müharibələrinin Azərbaycanın siyasi vəziyyətinə və inzibati-ərazi 

bölgüsünə  təsirinə dair verdiyi zəngin faktiki materiallar və  çıxarılan nəticələr, XVIII əsrin ikinci yarısında 

Azərbaycan  şəhərlərində gedən sosial-iqtisadi proseslərlə bağlı fikirləri  əsərin yazılmasına xeyli kömək 

                                                            

21

 К. Н. Никитин. Город Нахичевань и Нахичеванский уезд. 



22

  С.  П.  Зелинский. «Три  магала» (Нахичеванский,  Ордубадский,  Даралагезский). – Сборник  сведений  о  Кавказе. 

Т.VII.Тифлис,1880. 

23

 К. Энгельгардт. Нахичевань. – «Кавказский календарь на 1852 г.». Тифлис, 1851. 



24

  И.  П.  Петрушевский.  Система  русского  колониального  управления  в  Азербайджане  в 1 половине XIX в.  Колониальная 

политика российского царизма в Азербайджане. М.- Л.: 1936. С.8. 

25

 Н. П. Богданова. Аграрные отношения в Азербайджане в 1870-1917 гг.- «Исторические записки», №12, 1941.С. 208. 



26

 R. Məmmədov. Naxçıvan şəhərinin tarixi oçerki (orta əsrlər dövrü),— Bakı, Elm, 1977. 

27

 М. Х. Гейдаров. Города и городские ремесло Азербайджана XIII-XVII вв. – Баку: Элм, 1982. 



28

 А. С. Сумбатзаде. Промышленность Азербайджана в XIX в. – Баку: Элм, 1964; yenədə onun.Сельское хозяйство Азербайджана 

в XIX в. – Баку: Элм,1959. 

29

 М. М. Алиев. Нахичеванское ханство и его присоединение к России. Автореферат канд. диссертации – Баку, 1986. 



30

 F.M.  Əliyev.  Şimali Azərbaycan  şəhərləri.—Bakı, Elm, 1960, Yenə  də onun. Антииранские  выступления  и  борьба  против 

турецкой  оккупации  в  Азербайджане  в  первой  половине XVIII в.-  Баку, 1975; Yenə  də onun. Azərbaycan XVIII əsrdə.—

Azərbaycanın tarixi coğrafiyası. Bakı, Elm, 1987; Yenə də onun. Azərbaycan XVIII əsrdə. Bax: Azərbaycan tarixi.—Bakı, Elm, 1993. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə