SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

27 

 

Naxçıvan diyarında toxunmuş pambıq parçaları yerli tacirlər Türkiyə şəhərlərinə, o cümlədən Qarsa, 



Bəyazidə, habelə Gürcüstana aparırdılar. Əldə edilən məlumata görə, bir ildə Türkiyənin Qars və Bə- 

[52-53] 


yazid şəhərlərinə Naxçıvan diyarından 15 min puda qədər pambıq parça aparılırmış

84



Ordubad  şəhərində pambıq parçalarla yanaşı, xarici bazara ən çox ehtiyac duyulan ipək parçalar da 

ixrac edilirdi

85



Yuxarıda deyilənlərdən elə nəticəyə gəlmək olar ki, Naxçıvan diyarında sənətkarlığın coğrafiyası əsas 



etibarilə ölkənin iqlim şəraitindən və təbii sərvətlərindən asılı idi. Heç də təsadüfi deyildir ki, əhalisinin böyük 

bir hissəsi maldarlıqla məşğul olduğu üçün burada yundan hazırlanmış  məmulat sənətkarlar tərəfindən 

hazırlanan əşyalar arasında ümdə yerlərdən birini tuturdu. Bez və digər pambıq parçaların sənətkarlar tərəfindən 

hazırlanması da bilavasitə kənd təsərrüfatı ilə, xüsusilə pambıqçılıqla əlaqədar idi. Lakin bu o demək deyildir ki

Naxçıvan diyarında sənətkarlığın digər növləri olmamışdır. Doğrudur, Naxçıvan diyarında ustalar sənətkarlığın 

başqa sahələri sahəsində da çalışırdılar. Lakin həmin sənətkarların taleyi əsas etibarilə gəlmə xammaldan asılı 

idi. 

                                                                                                                                                                                                           



83

 NƏST, s. 44. 

84

 NƏST. s. 96. 



85

 Yenə orada, s. 202. 




28 

 

III F Ə S İ L 



 

NAXÇIVAN DİYARI ŞƏHƏRLƏRİNİN TARİXİ COĞRAFİYASI 

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarı XVIII əsr — XIX əsrin  əvvəllərində öz 



inkişafının  ən ağır və mürəkkəb dövrlərindən birini yaşayırdı. Bölgədə hökm sürən siyasi və iqtisadi böhran 

buradakı  şəhərlərin timsalında özünü aydın  şəkildə göstərirdi. Azərbaycanın digər  şəhərləri kimi, Naxçıvan 

diyarının şəhərləri də daxili saray çəkişmələri və xarici hücumlar nəticəsində dərin tənəzzülə uğramışdı. Əlbəttə, 

öyrəndiyimiz dövrdə hökm sürən bu tənəzzül əvvəllərdə həmin bölgədə baş verən siyasi hadisələrlə sıx əlaqədə 

idi. Belə ki, bu bölgədə şəhərlərin yaranmasına, inkişafına və bir çoxlarının dağılıb sıradan çıxmalarına bir neçə 

yüzillik ərzində təkcə Naxçıvanda deyil, bütövlükdə Azərbaycanda, bir çox hallarda isə Yaxın və Orta Şərqdə 

gedən ictimai-siyasi proseslər böyük təsir göstərmişdir. Bu baxımdan geniş  mənada Naxçıvan  şəhərlərinin 

tarixinə  qısaca nəzər salmağı  məqsədə uyğun hesab edirik. Bizcə, tarixi hadisələrə belə münasibət  şəhərlərin 

tarixi coğrafiyasının tədqiqini xeyli asanlaşdıra bilər. 

Məlumdur ki, dünyanın hər yerində olduğu kimi Azərbaycanda, o cümlədən Naxçıvan bölgəsində də 

şəhərlərin inkişafı bir çox iqtisadi, siyasi və coğrafi xarakter daşıyan amillərlə sıx bağlı olmuşdur. Bu amillər 

içərisində ilk növbədə,  əmtəəlik məhsul istehsalının və müəyyən bölgə daxilində ictimai əmək bölgüsünün 

inkişaf səviyyəsi mühüm əhəmiyyət kəsb edirdi. Şəhərlərin inkişafında xarici və tranzit ticarətin də mühüm rol 

oynadığını xüsusi qeyd etməliyik. Şəhərlərin inkişafında onların coğrafi mövqeyi həlledici amillərdən biri idi. 

Azərbaycanın bir çox şəhərləri kimi, Naxçıvan bölgəsinin  şəhərləri 

[54-55] 


də uzun müddət ölkənin mühüm 

iqtisadi mərkəzlərindən olmaq etibarilə xarici ticarətdə də xüsusi əhəmiyyət kəsb edirdi. Bu baxımdan Culfa və 

Əylis şəhərlərinin yaranması tarixini misal göstərmək olar. Belə ki, mühüm ticarət yolları üzərində yerləşən bu 

şəhərlərdə əhalinin başlıca məşğuliyyəti məhz ticarət olmuşdur.  

Şəhərlərin inkişafında rol oynayan sırf iqtisadi amillərlə yanaşı, bu prosesə mənfi təsir göstərən qeyri-

iqtisadi xarakter daşıyan amillər də mövcuddur. Belə amillər sırasına ayrı-ayrı  şəhərlərdə  və bütövlükdə ölkə 

miqyasında məhsuldar qüvvələrə  hədsiz dağıdıcı  təsir göstərən yadelli işğalçıların hücumlarını, feodal ara 

müharibələrini, zəlzələləri, kütləvi yoluxucu xəstəlikləri və s. aid etmək olar. 

Orta əsr şəhərlərinin inkişafına təsir göstərən mühüm amillərdən biri də onların ayrı-ayrı dövlətlərin və 

sülalələrin inzibati mərkəzlərinə, iqamətgahlarına çevrilməsi idi. Paytaxt və ya iqamətgaha çevrilən bu və ya 

digər  şəhər başqa  şəhərlərlə müqayisədə böyük üstünlüklərə malik olurdu ki, bu da həmin  şəhərlərin iqtisadi 

inkişafına müsbət təsir göstərirdi. Belə şəhərlər inzibati mərkəz olmayan digər şəhərlərlə müqayisədə daha yaxşı 

mühafizə olunur, çox hallarda iqtisadi xarakterli bir sıra imtiyazlara malik olurdu. Bu isə, öz növbəsində, həmin 

şəhərlərdə əhalinin sürətlə artmasına, onların mühüm ticarət və sənətkarlıq mərkəzlərinə çevrilmələrinə gətirib 

çıxarırdı. Bu baxımdan öyrəndiyimiz bölgənin ən qədim şəhərlərindən olan Naxçıvanı misal göstərmək olar. 

Naxçıvan diyarında tarixin keşməkeşlərindən keçib öyrəndiyimiz dövrə qədər çatan şəhərlərin təkamül 

inkişafına nəzər salmağı məqsədə uyğun hesab edirik. 

Əsası  hələ eramızdan  əvvəl qoyulmuş  Naxçıvan  şəhəri öz inkişafının  ən yüksək mərhələsinə 

Azərbaycan Atabəyləri dövründə çatmışdı

1

. Müəyyən müddət ərzində Eldəgizlər sülaləsinin iqamətgahlarından 



birinə çevrilən bu şəhər öz dövrünün ən böyük şəhərləri sırasına çıxmışdı. Araz çayı sahilindəki hündür- 

[55-56] 


lükdə salınmış Naxçıvan şəhəri möhkəm qala divarları ilə  əhatə olunmuşdu

2

. Şəhərdə ictimai əhəmiyyət kəsb 



edən çoxlu binalar — gözəl saraylar, köşklər, məscidlər, məqbərələr, mədrəsələr var idi

3



Bu dövrdə Naxçıvan şəhəri özünün yüksək keyfiyyətli sənətkarlıq məhsulları ilə də məşhur idi. Yerli 

sənətkarlar həm daxili, həm də xarici bazar üçün müxtəlif parçalar, xalça, palaz, xurcun, keçə, çuxa, müxtəlif ev 

əşyaları, dulusçuluq məmulatları  və  həmçinin misdən, qiymətli metallardan hazırlanmış  məhsullar istehsal 

edirdilər. Tədqiqatçıların hesablamalarına görə, bu dövrdə Naxçıvan şəhərində təxminən 150 — 200 min nəfər 

əhali yaşayırdı

4



                                                            

1

 Bu barədə ətraflı bax: А. А. Ализаде. Социально-экономическая и политическая история Азербайджана XIII—XIV вв. – Баку, 



1956,  сю 52; R. Məmmədov.  Göstərilən  əsəri, s. 44-67; M. X. Гейдаров.  Города  и  городское  ремесло,  с. 30-31; s. 30—31; 3. M. 

Bünyadov. Azərbaycan Atabəyləri dövləti — Bakı: Elm, 1985, s. 189—191. 

2

  Н.  Д.  Миклухо-Маклай.  Географическое  сочинение XII в.  на  персидском  языке. – «Ученые  записки  ИВ  АН  СССР».  Т. IX, 



1954, с. 208-209. 

3

 Yenə orada. 



4

 R. MəmmədovGöstərilən əsəri, s. 60—61 (t. e. d. M. X. Heydərov bu rəqəmə şübhə ilə yanaşır və göstərir ki, həmin dövrdə Naxçıvan 

şəhərində təxminən 80-100 min nəfər əhali yaşayırdı. Bax: M. X. Heydərov. Göstərilən əsəri, s. 31). 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə