SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   16   17   18   19   20   21   22   23   24

37 

 

və arayışlar hazırda obyektiv olaraq Azərbaycan tarixi üçün əvəzedilməz mənbəyə çevrilmişdir. «Naxçıvan 



ölkəsinin təsviri»ndə Naxçıvan şəhərinin əhalisi və əhalinin ictimai tərkibi haqqında həqiqətə yaxın dəlillər əldə 

etmək mümkündür. Həmin «təsvir»dən müəyyən etmək olur ki, Naxçıvan xanlığı Rusiyaya ilhaq olunduqdan 

əvvəlki dövrdə, həm də Rusiya dövlətinin tərkibində olduğu müddətdə də Naxçıvan şəhəri xalis feodal şəhəri 

olmaq etibarilə qalmaqda davam etmişdir. «Təsvir»də bir də göstərilir ki, feodal ara müharibələri və xarici 

işğalçıların tez-tez baş verən basqınları nəticəsində şəhər əhalisi öz doğma evini və ocağını tərk etməyə məcbur 

olmuşdur. Qaçqın  şəhər  əhalisi öz əmlakları ilə birlikdə  əlçatmaz yerlərdə gizlənirdi. Belə  bədbəxt hadisələr 

dövründə  şəhər  əhalisi soyuqdan və aclıqdan məhv olurdu. Bu cür hadisələr Azərbaycanın  şəhərlərində, o 

cümlədən Naxçıvanda da baş vermişdir. 

Naxçıvan bölgəsindəki  şəhərlərin  əhalisinin sayı, onun sosial və milli tərkibi,  əhalinin məşğuliyyəti 

əsrlər boyu siyasi hadisələrlə bağlı olmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, xanlıqlar dövründə Azərbaycanda 

elə bir şəhər yox idi ki, bu və ya digər dərəcədə feodal ara müharibələrindən zərər çəkməsin. 

Naxçıvan və Ordubad şəhərlərində  əhalinin siyasi və sosial tərkibini özündə  əks etdirən faktiki 

materiallar olduqca azdır. Tam inamla demək olar ki, XVIII əsrin ikinci yarısında göstərilən şəhərlərdə əhalinin 

sayına dair materiallara hələlik təsadüf edilməmişdir. Bu sahədə mövcud boşluğu doldurmaq üçün əlacsızlıqdan 

yenə də XIX əsrin əvvəllərində tərtib olunmuş müxtəlif xarakterli mənbələrdən istifadə etməyi məqsədəuyğun 

hesab edirik. 

XIX  əsrin  əvvəllərinə aid arxiv materiallarını  və digər mənbələri diqqətlə izlədikdə aydın olur ki, 

müharibə  şəraitinin olmasına baxmayaraq şəhər  əhalisinin sayında nisbi təbii artım müşahidə olunur. Bu, 

yuxarıda qeyd etdiyimiz kimin, şəhərlərin daha yaxşı müdafiə olunması və rus çarizminin köçürmə siyasəti ilə 

bağlı idi. Rus ordusunun zabiti mayor Matuşeviç öz raportunda 1806-cı ildə Naxçıvanda 5 min nəfərdən

[75-

76]


çox adamın yaşaması haqqında məlumat verir. Matuşeviç öz raportunda həm də başqa bir maraqlı məsələyə 

toxunur. Onun məlumatından aydın olur ki, qış vaxtı şəhərə daha «1000-ə qədər köçəri ailəsi toplaşırdı»

86

. Əgər 


bu məlumatın həqiqətə uyğunluğunu qəbul etsək, onda ilin qış fəslində Naxçıvanda təxminən beş mindən daha 

çox adamın yaşadığı haqqında mülahizə söyləyə bilərik. 

Matuşeviçin verdiyi məlumat XIX ərpin 30-cu illərinin əvvəllərində tərtib edilmiş digər materiallarda 

da təsdiq olunur. Naxçıvan şəhərinin 1831-ci ildə quberniya katibi Zolotnitski tərəfindən tərtib olunmuş kameral 

təsvirində göstərilir ki, Türkmənçay müqaviləsi bağlanan dövrdə şəhərdə 873 ev var idi

87

. Bu evlərdə 1330 ailə 



yaşayırdı və əhalinin ümumi sayı 5470-ə

 

çatırdı



88

Öyrənilən dövrdə Naxçıvan şəhərində əhalinin sosial tərkibi haqqında məlumat o qədər də çox deyil. 



Lakin həmin məlumatlardan aydın olur ki, şəhər əhalisi öz sosial vəziyyətinə görə iki böyük qrupa bölünürdü: 

vergi ödəyənlər və vergidən azad olunanlar. Şəhərdə yaşayan ailələrdən ancaq 12.7-si hər cür vergidən azad 

edilmişdilər

89

. Bu ailələrin tərkibinə diqqət verdikdə aydın olur ki, onlardan 2-si xan, 45-i bəy və sultan, 11-i 



hərbçi, 2-si ali müsəlman ruhani, 36-sı axund və molla, 22-si seyid, 34-ü dərviş, 6-sı isə mirzə ailəsi olmuşdur

90



Sənətkar və tacir ailələri şəhər əhalisinin əksəriyyətini təşkil edirdilər. Naxçıvan şəhərində xeyli kəndli ailəsi də 

yaşayırdı. 

Naxçıvanla müqayisədə daha kiçik şəhər olan Ordubadın əhalisi də nisbətən az idi. Ordubad şəhərinin 

kameral təsvirindən aydın olur ki, Türkmənçay müqaviləsinin bağlandığı dövrdə burada 635 ev var idi

91



Şəhərdə yaşayan ailələrin ümumi sayı isə 803-ə bərabər idi. Əhalinin ümumi sayı 3444 nəfər idi



92

Göstərilən rəqəmləri XIX əsrin əvvəllərində tərtib olunan statistik materiallarda və arxiv sənədlərində 



olan rəqəmlərlə müqayisə etdikdə istər Naxçı

[76-77]


anda, istərsə də Ordubadda şəhər əhalisinin artımı haqqında 

əvvəlcədən söylədiyimiz fikir bir daha təsdiq olunar. Belə ki, Naxçıvan vilayətinin statistik təsvirindən aydın 

olur ki, XIX əsrin  əvvəllərində Naxçıvan  şəhərində dörd məhəllədə yerləşən 700 ev var idi

93

. Həmin dövrdə 



şəhərdə yaşayan ailələrin 260-ı vergi verməkdən azad idi. Bütövlükdə 700 evin hər birində orta hesabla 5 

nəfərin yaşadığını  nəzərə alsaq, işğal olunmazdan əvvəl Naxçıvanda 3500 nəfər  əhalinin yaşadığını söyləyə 

bilərik. Lakin bu mənbənin verdiyi məlumat  əsasında göstərilən dövrdə  şəhərdə  həqiqətən də 3500 nəfərin 

yaşaması barədə  qəti hökm vermək olmaz. Çünki evlərin sayı ilə heç da həmişə ailənin sayı uyğunluq təşkil 

                                                            

86

 MDHTA. f. VUA, 4259-cu sənəd (1806), IV hissə, v. 69. 



87

 Yenə orada, v. 8-9. 

88

 Azərbaycan MDTA, f. 24, I siy., 353-cü sənəd, v. 8. 



89

 İ. Şopen. Göstərilən əsəri, s. 479. 

90

 Yenə orada. 



91

 Azərbaycan .MDTA, f. 24, I siy., 372-ci sənəd, v. 8. 

92

 Yenə orada, v. 8-9. 



93

 NƏST, s. 68. 




38 

 

etmir. Məsələn. Naxçıvan şəhərinin 1831-ci ildə tərtib olunmuş təsvirindən aydın olur ki, bu dövrdə şəhərdə 873 



ev olduğu halda, onlarda 1330 ailə yaşayırdı

94

. Bunu onunla izah etmək olar ki, adətən, yaxın qohumluq 



əlaqəsində olan bir neçə ailə bir evdə yaşayırdı. 

XVIII əsrin sonlarından XIX əsrin 30-cu illərinə qədər keçən müddət ərzində Ordubad şəhərində həm 

evlərin, həm də əhalinin sayında müəyyən dəyişikliklər olmuşdur. Belə ki, 1800-cü ildə burada 2 min nəfər

95



bir qədər sonra isə 2575 nəfər

96

 əhali yaşamış və yuxarıda qeyd edildiyi kimi, 20-ci illərin sonlarında şəhərdə 



əhalinin sayı 3444 nəfərə çatmışdı

97



Ordubad  şəhərində  əhalinin sosial tərkibi Naxçıvan  şəhərindən o qədər da fərqlənmirdi. Burada ali 

zümrə 74 ailə ilə təmsil olunmuşdu. Onların 13-14-ü bəy və sultan, 2-si yüksək rütbəli ruhani, 31 -i axund və 

molla, 21-i seyid, 5-i mirzə, 1-i dərviş, 1-i isə hərbçi ailəsi idi

98



Müasir. dövrdə erməni ekstremistləri Qarabağ kimi, Naxçıvana da «erməni torpağı» kimi baxdıqları 

üçün Rusiyanın işğalı dövründə, bu hadisədən sonra da Naxçıvan bölgəsində əhalinin milli tərkibində dəyişiklik 

əmələ  gəldiyinə  və  həmin problemin hazırda ak-

[77-78]


tuallığına görə Naxçıvan bölgəsinə rus çarizminin 

xristianları köçürməsi məsələsi üstündə dayanmağı məqsədəuyğun hesab edirik. 

Dəlillərə müraciət etməzdən  əvvəl tarixi aksiomaya əsaslanaraq qeyd etməliyik ki, Azərbaycan 

şəhərləri olmaq etibarilə Naxçıvan və Ordubadda əhalinin mütləq əksəriyyəti də azərbaycanlılardan ibarət idi. 

Həmin şəhərlərin əhalisinin milli tərkibinin kökü qədim keçmişimizə təsadüf edir. Orta əsrlərin son dövrlərinə 

aid mənbələr də bu fikri təsdiq edir. Lakin bu heç də o demək deyildir ki, Naxçıvan diyarında başqa xalqların 

nümayəndələri yaşamamışdır. Burada Azərbaycanın qədim tayfalarından olan albanların qalıqları, həmçinin 

kilikiyadan gəlmiş bir neçə erməni ailəsi də yaşayırdılar. Lakin onların xüsusi çəkisi nəzərə çarpmaz dərəcədə 

az idi. Bununla belə qeyd etməliyik ki, bölgənin sosial-siyasi tarixinə toxunan əsərlərdə şəhər əhalisinin etnik-

milli tərkibinə dair heç bir statistik məlumata hələlik təsadüf etməmişik. Buna baxmayaraq əldə olan bilavasitə 

materiallar əsasında şəhər əhalisinin milli tərkibi haqqında müəyyən fikir söyləməyə çalışacağıq. 

Orta  əsrlərdə Naxçıvan  şəhərində bir neçə  məhəllənin olmasını yuxarıda qeyd etmişik. Osmanlı 

dəftərindən aydın olur ki, bu məhəllələrin, demək olar ki, hamısında ancaq azərbaycanlılar yaşayırdı

99

. Həmin 



dövrdə şəhərdə olan məhəllələrdən biri «Məhəlləyi-gebran» adlanırdı

100


Çox güman ki, bu məhəllədə atəşpərəstlər (gebrlər) yaşayırmışlar. Əgər nəzərə alsaq ki, Naxçıvanda 

olan məhəllələrdən hər biri orada yaşayanların adı ilə adlanırdı, o zaman hazırda Naxçıvana  əl uzatmaq 

iddiasında olan ermənilərin adına Naxçıvanda məhəllənin olmaması göstərir ki, müasir ermənilərin  əcdadları 

burada məskun olmamışlar, ata-babaları isə buraya çarizmin "istilasından sonra köçmüşlər. Adi məntiqə görə, 

əgər erməni ideoloqlarının uydurduqları kimi onlar Naxçıvanda yüz illər boyu yaşamış olsaydılar, məhəllələrdən 

biri hökmən «erməni məhəlləsi» adlandırılardı. 

Ordubad şəhərinin milli tərkibi də təxminən Naxçıvandakı tərkibə uyğun gəlirdi. Burada olan beş mə

[-

78-79]


həllədən dördündə azərbaycanlılar yaşayırdılar. Qondarma «ermənilər məhəlləsi» isə burada yalnız 

Türkmənçay müqaviləsindən sonra yaranmışdır

101

. Fikrimizi faktiki dəlillərlə  əsaslandırmaq məqsədi ilə bir 



qədər keçmişə  nəzər salaraq qeyd etməliyik ki, 1727-ci ildə  tərtib edilmiş «Naxçıvan sancağının müfəssəl 

dəftəri»ndən də aydın olur ki, keçən müddət  ərzində  şəhər  əhalisinin milli tərkibində elə bir əhəmiyyətli 

dəyişiklik olmamışdır. Dəftərdəki məlumatlara görə, bu dövrdə Naxçıvanda vergi verənlərin sayı 877 nəfər 

olmuşdur. Bunlardan 799 nəfəri azərbaycanlı, yalnız 78 nəfəri xristian idi

102

. Bundan belə nəticə çıxarmaq olar 



ki, XVIII əsrin əvvəllərində Naxçıvanda əhalinin təxminən 7,8%-i «ermənilərdən» ibarət idi. Ordubad şəhərinə 

gəldikdə isə «dəftərin» materialları göstərir ki, XVIII əsrin əvvəllərində burada azərbaycanlılardan başqa digər 

xalqların nümayəndəsi yaşamamışdır

103


XIX əsrin əvvəllərində Rusiya-İran və Rusiya-Türkiyə müharibələri ilə əlaqədar Azərbaycanın digər 

bölgələrində olduğu kimi, Naxçıvan bölgəsində də əhalinin həm ümumi sayında, həm də milli tərkibində ciddi 

dəyişikliklər müşahidə olunur. Məlumdur ki, çar Rusiyası  həm apardığı müharibələrin gedişində, həm də 

                                                            

94

 Azərbaycan MDTA, f. 24, I siy., 353-cü sənəd, v. 8-9. 



95

  А.  Г.  Искендеров.  Классовая  структура  городского  и  сельского  населения  Азербайджана  в  период  трети XIX в. – Города 

Азербайджана в период капитализма. Баку. 1987. 

96

 X. R. Vahidova. Göstərilən əsəri, c. 15. 



97

 Azərbaycan MDTA, f. 24, I siy., 372-ci sənəd, v. 8. 

98

 İ. Şopen. Göstərilən əsəri, s. 482.  



99

 İrəvan əyalətinin müfəssəl dəftəri, s. 276—296. 

100

 Yenə orada, s. 306. 



101

 İrəvan əyalətinin müfəssəl dəftəri, s. 306. 

102

 Naxçıvan sancağının müfəssəl dəftəri, s. 14.  



103

 Yenə orada. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə