SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   16   17   18   19   20   21   22   23   24

39 

 

müharibədən sonra İran və Türkiyə sərhədlərində xristianlardan ibarət özünə etibarlı zona yaratmağa çalışırdı. 



Bu məqsədlə  İrandan, Cənubi Azərbaycandan və Türkiyədən ermənilərin Cənubi Qafqaza kütləvi 

köçürülməsinə başlanıldı. 1828 — 1832-ci illərdə bu proses daha intensiv xarakter almışdı. Köçürülənlər ən çox 

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində ən yaxşı torpaqlarda yerləşdirilirdilər. Bu zaman yerli 

azərbaycanlı  əhalinin hüquqları kobudcasına pozulur, onlar xüsusi amansızlıqla öz yaşayış vasitələrindən 

məhrum edilirdilər

104


. Məhz bunun nəticəsində azərbaycanlılar kütləvi şəkildə öz yaşayış yerlərini tərk etməyə 

məcbur edilirdilər. Məsələn, birinci Rusiya-İran müharibəsi

[79-80]

nin gedişində yalnız Qarabağdan 20 min 



azərbaycanlı öz vətənlərini tərk edərək İrana və Azərbaycanın şərq hissəsinə köçməyə məcbur olmuşdu

105


. Bu 

proses Naxçıvan bölgəsində də müşahidə olunurdu. 

XVIII əsrin sonu — XIX əsrin əvvəllərində Naxçıvan bölgəsində əhalinin milli tərkibində baş verən 

dəyişikliklər, yuxarıda qeyd edildiyi kimi, hər şeydən əvvəl, çarizmin köçürmə siyasəti ilə bağlı idi. Yalnız 1828 

— 1831-ci illərdə Naxçıvan bölgəsinə 2387 erməni ailəsi (12 min nəfər) köçürülmüşdü

106


. Köçürülən 

ermənilərin bir qismi bölgənin Naxçıvan və Ordubad şəhərlərində yerləşdirilmişdi. 

Yuxarıda qeyd edilmişdi ki, XIX əsrin  əvvəlində 1806-cı ildə Naxçıvanda 5 min nəfər yaşayırdı.  

1831-ci ilin kameral təsvirində burada 5470 nəfərin yaşadığı göstərilir ki, bunların da 1110 nəfərini köçkün 

ermənilər təşkil edirdilər

107


. Verilən rəqəmləri diqqətlə  təhlil etdikdə aydın olur ki, 1806-cı ildən 1831-ci ilə 

qədər keçən müddət  ərzində Naxçıvanda azərbaycanlıların sayı  əvvəlki illərə nisbətən azalmış, gəlmə 

ermənilərin sayı isə çar Rusiyasının canfəşanlığı sayəsində  əksinə, xeyli artmışdır. Beləliklə,  əgər  əsrin 

başlanğıcında ermənilər Naxçıvanda əhalinin 14,3%-ni təşkil edirdilərsə, çarizmin köçürmə siyasəti nəticəsində 

onların sayı 33 — 36%-ə çatmışdı. 

Naxçıvandan fərqli olaraq, Ordubadda şəhər  əhalisinin milli tərkibində elə bir ciddi dəyişiklik 

müşahidə olunmur. Bu dövrdə Ordubadda yaşayan 803 ailədən 767-si azərbaycanlılardan, yalnız 36-sı 

Türkmənçay müqaviləsindən sonra İrandan köçürülən ermənilərdən ibarət idi

108



Azərbaycanın digər  şəhərlərində olduğu kimi, Naxçıvan bölgəsinin  şəhərlərində  də  əhalinin başlıca 



məşğuliyyət sahələri ticarət və sənətkarlıq idi. Məhz tacirlər və sənətkarlar Naxçıvan və Ordubad şəhərlərində 

əhalinin böyük əksəriyyətini təşkil edirdi. 

Lakin tədqiq etdiyimiz dövrdə, mövcud siyasi vəziy

[80-81]


yətlə  əlaqədar, Naxçıvanda təsərrüfat 

həyatının digər sahələri kimi sənətkarlıq da tənəzzülə uğramışdı. 

Beləliklə, yuxarıda deyilənləri yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, Naxçıvan bölgəsi tarixən 

özünün şəhərləri ilə zəngin olmuşdur. Bölgənin ən böyük şəhəri olan Naxçıvan şəhəri siyasi hadisələrlə əlaqədar 

olaraq, XVIII əsrin ortalarından başlayaraq tədricən özünün əvvəlki zənginliyini itirməyə başlamışdı. 

Naxçıvan bölgəsində eyni adlı şəhərdən başqa Ordubad şəhəri də xanlığın siyasi və iqtisadi həyatında 

müəyyən rol oynamışdır. Doğrudur, Naxçıvan xanlığında Culfa, Əylis və Azad kimi şəhərlər də olmuşdur, lakin 

bu  şəhərlər vaxtı ilə Azərbaycanın mühüm ticarət və  sənətkarlıq mərkəzləri olduqları halda, öyrəndiyimiz 

dövrdə bir şəhər kimi öz əhəmiyyətlərini itirmişlər. 

Əsrlər boyu bölgədə baş verən siyasi və iqtisadi proseslər nəticəsində Naxçıvan bölgəsində mövcud 

olan  şəhərlərin, demək olar ki, hamısı qismən dağılmış, qismən də adi yaşayış  məskəninə çevrilmişdi. Məhz 

buna görə də coğrafi və strateji baxımdan XVIII əsrin sonu — XIX əsrin əvvəllərində Naxçıvan bölgəsində orta 

əsr şəhəri kimi yalnız Naxçıvan və Ordubad şəhərləri fəaliyyət göstərmişlər. Yadelli işğalçıların basqınları və 

feodal ara müharibələri bu şəhərlərin xarici görünüşünə  mənfi təsir göstərməklə yanaşı, onların iqtisadi 

həyatının tənəzzül etməsinə də səbəb olmuşdu. Məhz buna görə də öyrəndiyimiz dövrdə kiçik şəhərlərə çevrilən 

Naxçıvan və Ordubadda əhalinin sayı da əvvəlki əsrlərlə müqayisədə kəskin şəkildə azalmışdı. 

Naxçıvan və Ordubad şəhərlərində  əhalinin sosial və milli tərkibi də bölgədə gedən ictimai-siyasi 

proseslərlə bağlı olmuşdur. Şəhərlərdə ali feodal silkinin nümayəndələri — xan, bəy, axund, molla, seyid, mirzə, 

yüksək hərbi rütbəyə malik olanlar, sənətkar və tacirlərdə yanaşı  kəndli ailələri də yaşayırdılar. Türkmənçay 

müqaviləsindən sonra Naxçıvan diyarında  əhalinin milli tərkibində müəyyən dəyişikliklər baş vermişdir. Rus 

çarizminin köçürmə siyasəti nəticəsində, xüsusilə Naxçıvanda gəlmə ermənilərin məskunlaşması müşahidə 

olunur. 


                                                            

104


 MDHTA, f, VUA, 18512-ci sənəd, v. 37;Х.  Ю.  Вердиева,  Население  Северного  Азербайджана  в  первой  половине XIX в. 

(Историко-демографическое исследование). – Автореф. Дисс. Канд. Ист. Наук, баку, 1992, с. 17. 

105

 Н. Дубровин. Закавказье в 1803-1806 гг. – СПб., 1866, с. 426. 



106

 İ. Şopen. Göstərilən əsəri, s. 637. 

107

 Azərbaycan MDTA, f. 24, I siy., 353-cü sənəd, v. 8. 



108

 Yenə orada, 372-ci sənəd, v. 7. 




40 

 

Tənəzzül dövrünə baxmayaraq, Naxçıvan və Ordubad



[81-82]

şəhərləri  əvvəlki kimi diyarın ticarət-

sənətkarlıq mərkəzləri qalmaqda davam edirdi. Şəhərlərdə  əhalinin  əksər hissəsi ali silkin nümayəndələri — 

tacir və  sənətkarlardan ibarət idi. Naxçıvan və Ordubadın iqtisadi həyatında kənd təsərrüfatı mühüm rol 

oynayırdı. Bu, bütövlükdə  sənətkarlığın kənd təsərrüfatı ilə  əlaqəsinin,  şəhərlərin və  kəndlərin eyni iqtisadi 

zəmin əsasında inkişaf etdiyinin bir növ təzahürü idi. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə