SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

31 

 

mənbələrdə göstərilən məlumatlarla nəinki uyğun gəlmir, hətta müəyyən qədər ziddiyyət də təşkil edir. Belə ki, 



Övliyə  Çələbidən xeyli sonra - 1664-cü ildə Azərbaycanda olmuş fransız səyyahı Tavernye Naxçıvanın 

vəziyyətini təsvir edərək yazırdı: «Naxçıvan çox böyük şəhərlərdən biri olmuşdur. O, Sultan Murad tərəfindən 

dağıdılmışdır. Orada çoxlu miqdarda gözəl məscidlərin xarabalıqları görünür»

26

. Tavernyedən təxminən on il 



sonra Azərbaycanda olmuş digər fransız səyyahı Şardenin məlumatı Övliyə Çələbinin yazısını təkzib edir. Onun 

yazdığına görə, bu dövrdə Naxçıvan şəhərinin ancaq mərkəzi hissəsi tikilib bərpa edilmiş, yerdə qalan hissəsi 

isə hələ xaraba vəziyyətdə qalmaqda davam edirdi

27

. Şardenin verdiyi .məlumatdan aydın olur ki, vaxtı ilə 30 



min ailənin yaşadığı Naxçıvan şəhərində XVII əsrin sonuncu rübündə cəmisi 2 min ev var idi

28

. Bununla belə, 



Şarden şəhərdə gedən qızğın bərpa işlərindən söhbət açaraq Naxçıvanın «hər cür mallarla və ərzaqla» dolu olan 

zəngin bazarlarından və digər ticarət mərkəzlərindən də danışır

29



XVII əsrin sonu — XVIII əsrin əvvəllərində bütün ölkəni bürümüş ümumi iqtisadi tənəzzül şəraitində 



Naxçıvan  şəhəri də geriləmişdi. Bu dövrdə  şəhərdə  cəmi 6 min nəfər  əhali yaşayırdı

30

. XVIII əsrin birinci 



yarısında Naxçıvan daha iki dəfə dağıntıya məruz qalmışdır.  Əsrin 20-ci illərində  şəhəri  ələ keçirib dağıdan 

osmanlı  əsgərləri burada 1735-ci ilə  qədər qalmışlar. Bundan bir qədər sonra isə  şəhər Nadir şahın orduları 

tərəfindən işğal olunub dağıdıldı. Naxçıvan  şəhərinin keçirdiyi dağıntıları xarakterizə edən Azərbaycanda 

fəaliyyət göstərən rus tarixçisi V. M. Sısoyev yazırdı: «Şübhəsiz ki, çox qədim  şəhər olan Naxçıvan X əsrə 

qədər, bəlkə  də çox əvvəllər meydana gəlmişdir. Onun sonrakı tarixini qısaca olaraq aşağıdakı  şəkildə ifadə 

etmək olar: 

[61-62] 

hər 200 — 300 ildən bir şəhər özülünə  qədər dağıdılmış, lakin hər dəfə yenidən bərpa 

edilmişdir

31

. XIX əsr rus müəlliflərindən biri isə Naxçıvan haqqında yazırdı ki, hər dağıntıdan sonra «bu şəhər 



əvvəlki görkəmi ilə olmasa da, əfsanəvi simurq quşu kimi yenidən dirçəlirdi. O, XVIII və XIX əsrlərə özünün 

əvvəlki zənginliyi və közəlliyini tamamilə itirmiş bir şəhər kimi daxil olmuşdu»

32



Göründüyü kimi, Naxçıvan diyarı xanlıqlar dövrünə  qədər özünün şəhərləri ilə  zəngin olmuşdur. 



Lakin iqtisadi və xüsusilə siyasi amillərin təsiri altında bu şəhərlər ya özlərinin  əvvəlki qüdrətini itirərək 

zəifləmiş, ya da tamamilə dağılaraq bir şəhər kimi tarix səhnəsindən silinmişdir. 

XVIII  əsrin sonu — XIX əsrin  əvvəllərində Naxçıvan bölgəsində yalnız iki şəhər — Naxçıvan və 

Ordubad, sözün tam mənasında, orta əsr  şəhərləri kimi qalmışdı. Azərbaycan  ərazisində müstəqil xanlıqların 

meydana gəlməsi başqa yerlərdə olduğu kimi, Naxçıvan bölgəsində  şəhər həyatına müsbət təsir göstərmişdir. 

Bir sıra şəhərlərin xanlıqların inzibati mərkəzinə çevrilməsi, xarici hücumların müvəqqəti dayanması şəhərlərdə 

ticarət və  sənətkarlığın inkişafı üçün əlverişli  şərait yaratdı. Naxçıvan xanlığının inzibati mərkəzinə çevrilən 

Naxçıvan  şəhərində XVIII əsrin ortalarında yaşayış  və inzibati binaların bir hissəsi bərpa olunmuş, iqtisadi, 

ictimai və mədəni həyat müəyyən dərəcədə dirçəlməyə başlamışdı. 

Lakin XVIII əsrin 70 — 80-ci illərindən başlayaraq Naxçıvan xanlığında feodal ara müharibələrinin 

Yeni qüvvə ilə şiddətlənməsi, əsrin 80-ci illərində Kartli-Kaxetiya çarlığının və Qarabağ xanlığının Naxçıvan 

xanlığını  hədələməsi, 90-cı illərdə  İran və rus qoşunlarının hücumları, XIX əsrin  əvvəllərində baş vermiş 

Rusiya-İran müharibələri iqtisadi həyatın digər sahələri kimi şəhərlərə də olduqca mənfi təsir göstərmişdir. Bu 

təsir o qədər böyük olmuşdur, ki, Naxçıvan şəhəri rus qoşunları tərəfindən işğal edildikdən (1828) sonra da uzun 

müddət öz sima- 

[62-63] 


sını  dəyişdirə bilməmiş

33

, feodal şəhəri olaraq qalmışdır. Öyrəndiyimiz dövrdə 



Naxçıvan öz möhtəşəm bina və abidələri ilə fərqlənmirdi. «Xan sarayından başqa, demək olar ki, Naxçıvandakı 

evlərin əksəriyyəti birmərtəbəli idi. Evlərin damları yastı və bir-birinə oxşayırdı»

34

. Şəhər evlərinin əksəriyyəti 



daş  və palçıqla hörülmüş hündür hasarlarla əhatə olunmuşdur. Evlərin belə hasarlarla əhatə olunmasını 

tədqiqatçı K. Engelqard belə izah edir: «Evlərin bu tipdə tikilməsini həm asiyalıların qısqanclığı ilə, həm də 

özlərini müdafiə etmək hissləri ilə izah etmək lazımdır. Çünki ardı-arası  kəsilməyən basqınlar və  hər saatda 

təhlükə gözlənildiyi zamanda, hər ev bir qalanı əvəz edirdi»

35

. Xanlıqlar dövründə «Azərbaycanda elə bir şəhər, 



yox idi ki, yadelli işğalçıların hücumundan və ya qanlı feodal ara vuruşmalarından xətər çəkməsin»

36

. Bütün 



                                                            

26

 Sitat R.



 

M.

 



M

ƏMMƏDOVUN 

göstərilən əsərindən götürülmüşdür (s. 137). 

27

 Путешествие Шардена. Тифлис, 1902, с. 12. 



28

 Yenə orada. 

29

 Yenə orada. 



30

 И. П. Петрушевский. Göstərilən əsəri, s. 302. 

31

 Е. М. Сысоев. Древности Нахичеванской АССР. – Баку, 1928, с. 89. 



32

 К. Н. Никитин. Göstərilən əsəri, s. 114. 

33

 NƏST, s. 68. 



34

 Yenə orada. 

35

 K. Engelqard. Göstərilən əsəri, s. 350. 



36

 F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, s 30 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə